Naxçivan dialekt və ŞİVƏLƏRİNİn lüĞƏTİ



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə53/63
tarix12.10.2018
ölçüsü1,18 Mb.
#73291
1   ...   49   50   51   52   53   54   55   56   ...   63

suvarılması. –Hər yeri eliyip selləmə. 
SESƏ//SESON  (Dırnıs)  –  mişar.  –Sesəynən taxda 
doğrillər. 
SEŞMƏ I (Şərur) – qırma. 
SEŞMƏ  II  (Naxçıvan)  –  dağınıq,  hər  şeyin  ortada 
olması. –Bı nədi bıraların günü, seşmədi. 
SEVİD  (Nehrəm)  –  söyüd.  –Bizim yol pütün sevid 
ağacıdı. 
SEYFİ (Külüs) – qoz növü.  
SEYİN//SEHİN  (əksər  şivələrdə)  –  tas, dərin qab. –
Seyin d
ərin qabdı, içində qartop, soğan soy, nə isdəsən yığ. 
SƏCƏLƏ  (Ordubad)  –  cavan  adamın  qəbri üzərinə 
sancılan söyüd ağacı.    
SƏDDƏ  (Ordubad)  –  böyük çillənin sonunda xalq 
arasında  qeyd  olunan  bayram.  –Səddəni  əzəldən böyüx'  çillə 
çıxanda qeyd eliyərdıx. 
SƏDƏMƏ (Naxçıvan) – zərər. –İşin olmasın, sədəməsi 
s
ənə dəyər axırı. 
SƏKMƏX' (Türkeş) – naxışın ilk ilmələrini vurmaq. –
Anam g
əzməsini səkir sora biz də araları doldururux. 
SƏKİ I (Şahbuz) – tövlədə yatmaq üçün yerdən bir az 
hündür sah
ə. –Səkidə qışda nökər-nayıp yatarmış əvvəllər. 
SƏKİ  II  (əksər  şivələrdə)  –  guya ki. –Səki  gəlip  ma: 
köməx'  eliyəciydi.  –Gəldilər  şəklimi  çəkdilər,  səki  kinоyа 
vеrəcəх'lər. 
233 
 


SƏKİL  (Şahbuz)  –  ayaqlarında  ağ  tükü  olan  at.  –Bir 
s
əkil atdı, qaçanda qışdarın görməx' olmur. 
SƏKÜ (Şərur) – evin qabağında ayaqqabı çıxarılan yer. 

Başmağıvı səküdə çıxart gəl. 
SƏQƏRXANA (Ordubad) – üstü örtülü çeşmə. –Uşəği 
gönd
ər qəşsın səqərxanadan su gətsin. 
SƏQQƏ  (Naxçıvan)  –  uşaqların  oyunda  istifadə 
etdikl
əri  yastı,  balaca  daş.  –Səqqəni  atıllar,  sora  birqışdı 
oynuyullar. 
SƏQQƏT  I (Saltaq, Teyvaz) –  uçurum.  –Dədəmgilin 
k
əndinə gedən yol səqqətdi. 
SƏQQƏT  II (Çərçiboğan,  Naxçıvan)  –  şikəst,  əlil.  –
F
ərzalı:n  oğlu  o  vaxdı  Sədərəx'də  döyüşürdü,  elə  odu-bıdı 
s
əqqət qaldı yazıx bala. 
SƏLAMI  (Dəstə)//ŞƏLƏLİ  (Naxçıvan)  –  şaftalıya 
oxşayan gözəl iyli meyvə. –Səlamı peyvas meyvədi da. 
SƏLƏK  (Naxçıvan)  –  pendir küpəsinin  ağzına 
bağlanan heyvan dərisi. –Sələyi pənir, yağ, doşap nə olsa onun 
ağzına bağlıyırıx.  
SƏLƏSOVLAMAX  (Naxçıvan)//SƏRƏSAVLAMAX 
(
Şahbuz) – hamarlamaq. –Torpağı sələsovlamışıx. 
SƏLLƏMƏ  (Naxçıvan)//SƏLİMİ  (Ordubad)  – 
özbaşına adam. –Elə bilginən səlləmə atdı, hara gəldi baş alır 
gedir. 
SƏLLƏMƏ  BURАХMАQ//SЕLLİMİ  (Оrdubаd)  – 
suyu  özbаşınа  burахmаq.  –Əhməd  suyu  zəmiyə  sеllimi 
234 
 


burахıbdı. 
SƏMƏ (Naxçıvan) – səfeh, axmaq. –Qız elə bil səmədi, 
sözü d
ə başa tüşmür. 
SƏMİZ//SƏMRİMİŞ//SEMİZ  (Culfa, Ordubad) – 
kök, gümrah heyvan.  
SƏNGƏH (Ordubad) – lavaş şəkilli çörək. –Səngəh də 
lavaşa oxşuyur elə. 
SƏNGİMƏX' (əksər şivələrdə) – ara vermək, azalmaq. 
–Diy
əsən yağış birəz səngidi axı.  
SƏR  (Babək,  Culfa,  Şahbuz)  –  zənciri boyunduruqda 
h
ərəkət etməyə  qoymayan dəmir hissə.  –Sər qoymaz zəncir 
d
ərbəşə. 
SƏRAB (Kotam) - əkinə verilən üçüncü su. –Sərabdan 
sonra ta buğdə qaraul gösdərməyə başdiyəcax. 
SƏRÇİ  (Şərur)  -  əkin  yerinin  qurtaracağında  suyun 
başqa  sahələrə  keçməməsi  üçün  qazılmış  kiçik  arx.  –Sərçi 
imkan vermir ki, su axsın o biri yerə. 
SƏRDƏN//SƏRDAN  (Vayxır)  –  qoyun  sağlan  yer.  –
Heyvanı sərdəndə sağıllar. –Kеçən il sərdаndа bеş yüz sаğmаl 
qоyun sаğdırdım. 
SƏRXOV  (Biçənək)  –  səpindən sonra sahədə  görülən 
iş.  
SƏRKAR  (Gömür)  –  keçmişdə  varlıların  sürüsünə 
cavabdeh  şəxs,  baş  çoban.  –Sərkar  keşmişdə  varıydı,  indi  ta 
h
ərə öz heyvanına ancax baxır. 
235 
 


SƏRLİ  (Ordubad)  –  kobud, qaba. –Sərli adəmnən 
m
ə:mki tutmaz. 
SƏRMƏ  (Naxçıvan)  –  boyunbağı.  –Nənəmin bir 
q
ədimi sərməsi var. 
SƏRMÖHRƏ (Sirab) – axırıncı möhrə, hörgü. 
SƏRNİC  (Camaldın)  –  süd  sağmaq  və  qatıq  çalmaq 
üçün  iki  qulplu  saxsı  və  ya mis qab. –Sərnicdə  anam  qatıx 
çalıp. 
SƏRYANDAR  (Axura)  –  işsiz,  bekar  gəzən adam. –
Bel
əcə səryandar dolanır illərdi. 
SƏVƏRƏ  (Bist,  Qaraçuq,  Şərur)//CƏVƏRƏ  (Nursu, 
Tivi)  – 
çubuqdan  hörülmüş  səbət və  ya sini. –Səvərə  yeka 
qabdı, nə isdəsən yığ içinə. 
SƏVİNCƏRƏX'  OLMAX//SƏVİNCƏX'  OLMAX 
(Bab
ək,  Culfa,  Naxçıvan)  –  sevinmək.  –Eşitdim  uşaxlar 
g
ələcəx', səvincəx' oldum.  
SƏY  (Maxta)  –  ахmаq,  dəli,  аğılsız.  –Bizdərdə 
çохdаnışаn  аdаmа  də:llər:  “Hеç  аğlı  yохdur,  səy  kimin 
dаnışır”.  
SƏYƏN  (Ordubad)  –  çini yemək  qabı.  –Səyən içində 
xor
əx' yeməx'dən yanadı. 
SƏYMÜRƏ (Xanlıqlar) – еvin üstünə döşənmiş аğаcın 
kərpiclə hörülmüş аrа hissəsi. 
SƏZBARAN (Qıvraq) – bərk yumurta. 
SIÇАNCIХ (Culfa) – qоyunun dırnаqlаrı аrаsındа yаrа. 
236 
 



Sıçаncıх qоyunun аyаğındа оlur.  
SINIXMAX 
(Naxçıvan) – arıqlamaq. –Yazıx arvad üş-
dört günün içind
ə sınıxıp. 
SINQIN  (C
əhri)  –  yaralı.  –Səhnənin qəlbi  sınqındı, 
cavannıxdan əri ölüp. 
SIPA (
əksər şivələrdə) – eşşəyin balası, (eyni zamanda 
söyüş  mənasında  da  işlənir).  –Sıpa  kimin  başın  salıb  aşağı, 
adama salam da verm
əx' isdəmir. 
SIRFА (Babək, Şаhbuz, Şərur) – üzərinə un tökülən və 
ələnən pаrçа, süfrə. –Sırfanı apar çırp gətgə aç gənə yerə. 
SIRINSIMAX  (Bab
ək, Culfa) –  köhnəlmək,  qalıb 
qurumaq, b
ərkimək. –İşıx geşdi, çöçələr qaldı peşdə sırınsıdı. 
SIRTIX  (
əksər  şivələrdə)  –  üzlü, utanmaz. –Həsənəli 
çox sırtıx adamdı. 
SIRTILMАХ  (əksər  şivələrdə)  –  аçılışmаq.  –Sözü 
də:ndə diqqətlə qulаq аs, sırtılmа. 
SIZQI  (Bulqan, Tumbul) –  az-az.  –
Bulağın  gözü 
quruyup, bir sızqı su gəlir. 
SİBİR//SİVİR (Daylaqlı) – üçillik buruq təkə. –Sibir üş 
yaşında geçidi. 
SİCİLLƏMƏ  (Naxçıvan,  Vayxır)  –  uzun-uzadı.  –
Xatalı kimin mən də yubanıram bı da durup sicilləmə danşır.  
SİFDƏ  I (əksər  şivələrdə)  –  birinci,  əvvəl.  –Sifdə  elə 
bildim m
ənnəndi. 
SİFDƏ  II (Babək, Culfa) –  al-verdə  ilk  satılan  mal.  –
237 
 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə