Naxçivan dialekt və ŞİVƏLƏRİNİn lüĞƏTİ



Yüklə 9,35 Kb.
Pdf görüntüsü
səhifə41/63
tarix14.06.2018
ölçüsü9,35 Kb.
#48954
1   ...   37   38   39   40   41   42   43   44   ...   63

g
ətirmək. –Dəlilər bithər qılığına girip razı saldılar Koroğlunu 
ki, icaza versin H
əmzə qalsın Çənlibeldə. 
QILIXLI 
(Naxçıvan)  –  xoşxasiyyət, mehriban. –
Oğluma  da  deyirəm  ki,  bala,  bı  qız  qılıxlı  qızdı,  hammıynan 
yola ged
ər. 
QILIMLAMAX  (Gömür)  –  h
əvəsə  gətirmək.  –Elə 
qılımladı ki məni, durdum başdadım təzdənnən işə. 
QILIŞ  I  (Şahbuz)  –  yer  hanasında  arğacı  bərkitmək 
üçün istifad
ə olunan taxta. –Qılış göy hanasında olmur, təx'cə 
yer hanasında olur. 
QILIŞ  II  (Badamlı)  –  cütün,  kotanın  hissələrindən 
birinin adı. 
QILQAN 
(Naxçıvan) – saç. –Anam da hesdəndi ma: ki, 
g
əlsəm qılqannarıvı yolacıyam. 
QIMCANMAX  (Düd
əngə)  –  tərpənmək, hərəkət 
etm
ək. –Məni gördü heş yerinnən qımcanmadı da.  
QIMIS 
(Şəkərabad)  –  südlə  hazırlanan  dərman.  –
Qımısı  bizdə  bir  arvat  varıydı  o  düzəldərdi süddən, gözə 
salırdılar. 
QIMIŞMAX  (əksər  şivələrdə)  –  gülümsünmək.  –Bir 
yalannan qımışsa, bil ki işin düzəldi. 
QIND  (Bab
ək,  Naxçıvan,  Şahbuz)  –  yaxın.  –Elə  düz 
durupdu 
əymizin qındında gözdüyür. 
QINDIN  VERMƏMƏK  (Culfa,  Şahbuz)  –  tərəfin 
saxlamaq. –Öldürs
ən də arvadının qındı verməz bizə.  
176 
 


QIPIX (Ordubad) – qorxaq. –
Kazım kişi qıpıx adamdı.  
QIR (D
əmirçi) - dəmyə. -Qır dеmi yеrrərə dеyiriх'. 
QIRA (
əksər şivələrdə) – tağda yeni əmələ gələn kiçik, 
yetişməmiş qovun. –Hələ qıradı ee, qoy qalsın yetişsin. 
Dilimizin Qazax v
ə  Qərbi Azərbaycan  şivələrində  də 
qıra sözü işlənir (1, s.328). 
QIRAXLAMAX 
(Şahbuz)  –  xalçanın  kənarlarını 
toxumaq.  –G
əbəni  qıraxlamax  hasantdı,  su  içimi  kimin  bir 
şeydi. 
QIRAŞ YER//YAL YER (Sələsüz) – qeyri-məhsuldar, 
daşlı-kəsəkli yer. –Oranın torpağı qəşəx'di, qıraş yeri azdı. 
QIRAZ  (Kotam, V
ənənd)  –  ağacda  olan  xüsusi 
yapışqan. 
QIRBARA 
(Şahbuz)  –  çox duzlu. –Xorəx' elədi ki
qırbara, ağıza qoymax olmur. 
QIRCEN  (Bab
ək,  Naxçıvan)  –  qıvrım  saç.  –Ursetdən 
g
əlmişdi o vaxdı doxdurumuz, qırcenbaş bir arvadıydı. 
QIRÇI 
(Culfa, Şahbuz, Şərur) – xəsis. –İmamqulu əmi 
el
ə qırçıdı ki, qəpiyi çıxsa, canı çıxar. 
QIRÇIN  I  (Bab
ək,  Naxçıvan)  –  büzmə  (paltarda).  –
Qırçın yupqada zadda olur. 
QIRÇIN  II 
(Culfа,  Şərur)  -  mаl-qаrа  yеyəndən  sоnrа 
оtun qаlаn qırıntılаrı. -Qırcını yаndırrıх qışdа. 
QIRXBUĞUM//QIPPIĞAN  (Külüs,  Şada)  –  yabanı 
bitki.  
177 
 


QIRХILIХ//QIRХLIХ  (Culfа,  Оrdubаd)  –  qаyçı.  -
Qırхılığı gəti burа, qоyunu qırхırаm.  
QIRIM 
(Naxçıvan)  –  hərəkət, reaksiya. –Yoldaşımın 
qırımınnan gördüm ki, isdəmir gedəm dağa. 
Bu vahid meyl, h
əvəs, fikir, məqsəd mənasında 
Ağcabədi, Cəbrayıl, Füzuli, Göyçay, Oğuz, Şamaxı şivələrində 
d
ə işlənir (1, s.331). 
QIRIŞMАL  (əksər  şivələrdə)  -  dəcəl,  şuluqçu.  -Ədə 
qırışmаl, sən niyə qоymursаn cаmаhаt işin görsün. 
QIRKƏŞ (Qıvraq) – qoca kişidən dünyaya gələn uşaq
z
əif uşaq.  
QIRQIRA  (Bab
ək,  Naxçıvan)  –  çox duzlu. –Bı  ilki 
qavırma elədi qırqıradı. 
QIRMA KABAP 
(Ərəzin)  –  tikə  kabab.  –Səməd 
kişinin qırma kababına heş kiminki çatammaz. 
QIRMIZI BАDIMCАN (Nахçıvan, Оrdubаd, Şərur) – 
pоmidоr. -Mən qırmızı bаdımcаnı çiy-çiy yеyirəm. 
QIRTI-QIRTI 
(Naxçıvan,  Ordubad)  –  az-az, azca. –
Büğdəni  aldı  apərdi,  pulun  da  qırtı-qırtı  gətdi  heş 
annıyammədim ki nədi. 
QIRTIŞ  (Şahbuz)  –  qısa  saçaqlı  yun.  –Qırtış  yunu 
yuyup daramax ç
ətindi.  
QIRTMAX//QIRTIŞDIRMAX (Naxçıvan, Sədərək) – 
q
ənaət etmək.  –Neçə  illərdi  balalarımızın  boğazınnan  qırta-
qırta düzəltdiyimiz əv-eşix' də qaldı ermənilərə. 
QISDIRMАХ (əksər şivələrdə) - gizlicə vеrmək. -Hər 
178 
 


gеdəndə birəz pul qısdırdı ki, аpаr хəşdə. 
QISILA-QISILA 
(Naxçıvan) 
– 
qorxa-qorxa, 
ç
əkinərək, utanaraq. –Ge:p ayrısı:n əvində qısıla-qısıla qalınca, 
öz 
əymizdi da oturmuşux rahatca. 
QISIRƏMƏN  (Ayrınc)  –  qısır  inəyi  əmən  bir  yaşdan 
iki  yaşadək dana. –Qısır  inəyi  əmdiyinə  göra heylə  deyillər 
ona. 
QISMIRIХ  (Nахçıvan)  –  qısаbоylu.  -Görmüşəm, bir 
qısmırıх оğlаndı. 
QITRAXLIX (Keçili)  – 
qıtlıq. –Onda qıtrax vaxdıydı, 
indi şükür hər şeyimiz boldu. 
QIVRAX  (Bab
ək,  Şahbuz,  Şərur)  –  zəld, zirək.  –
Gördüm h
ər  şey  ortadadı  durdum  qıvrax  hərəsin çəx'dim öz 
yerin
ə. 
QIY 
(Aşağı Qışlaq) – dağın aşırımı. –Qıydan keçəndə 
baxdım ki, canavar uluyur. 
QIY II (B
ənəniyar, Saltaq) – qаytаn. -Qıy tоrbаdа оlаr, 
tumаndа оlаr, bаşmахdа оlаr. 
QIYIX  (Bab
ək, Şahbuz) – çuvalın ağzını tikmək üçün 
iyn
ə (çuvaldız). –Qıyığnan meşoxların ağzını tikirix'. 
QIYMAZ//QIYIMSIZ 
(Şahbuz)  –  xəsis.  –Zeynab 
n
ətər qıymazdı, əlinnən darı sızmaz. 
QIZIL  ƏHMƏDİ  (Boyəhməd)  –  alma növü. –Təzə 
saldığım tingə qızıl əhmədidi. 
QIZILÖZƏN  (Ordubad,  Şahbuz)  –  heyvanın  qida 
179 
 


Yüklə 9,35 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə