Naxçivan dialekt və ŞİVƏLƏRİNİn lüĞƏTİ



Yüklə 9,35 Kb.
Pdf görüntüsü
səhifə39/63
tarix14.06.2018
ölçüsü9,35 Kb.
#48954
1   ...   35   36   37   38   39   40   41   42   ...   63

QARAMA  (
əksər  şivələrdə)  –  çirk.  –Üsdü-başı  pütün 
qaramaydı, diyəsən həlbət işin hammısın bı görüp. 
QARANAXIR 
(Badamlı,  Keçili)  –  sayca çoxlu 
qaramaldan ibar
ət olan naxır. –Mirkazımın qaranaxırı varıydı o 
vaxdı, sayı hesabı yoxuydu. 
QАRАSƏRMƏ  (Sədərək)  -  üzüm növü. -Bı  il 
qаrаsərmə çохdu. 
QARASU  ƏRİX'  (Bist,  Kırna)  –  dənənin içərisindəki 
l
əpəsi kiçik olan ərik. 
QARASÜRÜ 
(Güney  Qışlaq,  Qızıl  Qışlaq)  –  sayca 
çoxlu qoyun-keçid
ən ibarət böyük sürü. –Qarasürü də:ndə yanı 
kin, orda heyvan çoxdu. 
QАRАYЕR (əksər şivələrdə) - məzаr, gоr, qəbir. -Səni 
görüm 
qаrаyеrə girəsən. 
QARAYOL 
(Naxçıvan)  –  cəhənnəm.  –Gəlir gəlsin, 
g
əlmir də qarayola gəlsin. 
QARAYERİŞ (Daylaqlı) – atın  yavaş-yavaş  yeriməsi. 

Qarayeriş atnan getsən obuya gej çatarsan. 
QARÇIN  (Ordubad)  – 
çarpayının  arxasında  divara 
vurmaq üçün ip
ək və  ya iplikdən toxunan parça. –Köhnə 
vaxlarda hamı qaravatın dalına qarçın vırırdı. 
QARƏV  (Şahbuz)  –  evin müxəlləfatı  yığılan  ayrıca 
otaq. 
QARINALTI  (K
əngərli,  Şərur)  –  qoyunun  qarnının 
altından qırxılan yun. –Qarınaltı lap çıqqılı-çıqqılı, güdəx' olur. 
167 
 


QАRINƏNƏCЕCİMİ  (Maxta,  Oğlanqala)  -  qövsi-
qüzеh, göy qurşаğı. -Yаğış kəsən kimi qаrınənə cеcimi uzаndı. 
QARIYAQAVIŞMAZ  (Biçənək,  Badamlı)  –  sakit, 
azdanışan. –Çox qarıyaqavışmaz adamdı, heç dinip danışmır. 
QARQARA 
(Aza,  Bist,  Ələhi)  –  qışda  suyun  üzündə 
olan nazik buz qatı. –Suyun üzü nəzix' donanda qarqara olur. 
QARNAX  (Qaraçuq)  –  qarmaq.  –
Qarnax  balıx 
tutmaxdan yanadı. 
QARNEL  (
əksər şivələrdə) – çox yeyən. –Koroğlu da 
qarneliymiş da, bir oturuma bir qoyun yeyirmiş. 
QAROUL  GÖSDƏRMƏX'  (Şahbuz)  –  orda-burda 
t
ək-tək ilk cücərtilərin  çıxması.  –Elə  kin,  əx'diyin qaroul 
gösd
ərdi, ta onu gərəx' gözdən qoymuyasan. 
QARPAĞAN  (Ağbulaq)  –  sahibindən  başqa  heç  kimi 
yaxına  buraxmayan  at.  –Keçəl Həsən  baxdı  kin,  bının 
üz
əngisini tutammıyacax, qarpagan atdı. 
QARRAMAX  (Bab
ək,  Naxçıvan)  -  əl, ayaqlar suda 
çox qaldıqda dərinin ağarması. –Sə:rdən suynan iş görməx'dən 
əllərim qarrıyıp. 
QARSALAMAX  (Ordubad)  - 
borclu  çıxarmax.  –Elə 
qarsaladı, qaldım məhətdəl,  özümnən şüpüyə tüşdüm. 
QARSI 
(Naxçıvan)  –  üstü örtülü cərgə  ilə  düzülmüş 
dükanlar. –
Əvvəllər bırda qarsı varıydı, sora söx'dülər. 
QARSMAX  I (
əksər  şivələrdə)  –  parçanı  içəriyə 
qatlayıb  tikmək,  qısaltmaq.  –Paltarın  ətəyi dəyirdi yerə  birəz 
qarsmışam. 
168 
 


QARSMAX  II (
əksər şivələrdə) – üzü yanmaq (xəmir 
m
əhsulları  haqqında).  –Dünənki  tabağa  pişirdiyim  çöçələrin 
üzü 
qarsdı, təzdənnən xəmir elədim. 
QART  I  (Culfa, K
əngərli,  Şahbuz,  Şərur)  –  qoca 
(heyv
an haqqında). –Qart heyva:n əti gej pişər. 
QАRT  II (Nüsnüs) –  lоvğа.  -Оnun  оğlu  yаmаn  qаrt 
аdаmdı. 
Bu söz eyni m
ənada Göyçay, Qazax, Qax, Salyan 
şivələrində də işlənir. Bununla yanaşı şivələrimizdə bu vahidin 
b
ərk, sərt, bülöv, çoxbilmiş mənaları da vardır (1, s.313). 
QARTIMIŞ//QARTALMIŞ  (Cəhri, Göydərə, Tivi) - 
ərə getməmiş. –Əvdə xalamın bir qartımış qızı da var hələ.  
QARTMAX 
(Naxçıvan) – qabıq, qaysaq, çirk. –Uşağın 
qundax vaxdı ən çox başında olar qartmax, gərəx' yağ sürtəsən 
keç
ə. 
QAŞ (Naxçıvan) – bir tikə, dilim (daha çox pendirə aid 
edilir). –T
əzə pənirdən bir qaş gəti baxsın görsün nətərdi. 
QAŞAR  (Kəngərli,  Şərur)  –  mal-qaranın  açıq  havada 
saxlandığı yer.  
QАŞBƏND//QƏŞBƏND  (Nахçıvan)  –  аlınlıq.  -
Qаşbəndi аnnımızа bаğlıyırdıх. 
QAŞIXLIX  (Daylaqlı,  Sələsüz)  –  içərisinə  qaşıq 
yığmaq üçün ipdən toxunmuş torba. –Qaşıxlığı əvəllər toxuyub 
asırdıx difardan, içinə qaşıxları-zadı yığırdıx. 
QAŞQA  (Babək,  Culfa,  Şahbuz,  Şərur)  –  alnında  ağ 
tükd
ən ibarət xal olan keçi. 
169 
 


QАT (Kırna) - tərəf. -Qızım о qаtdа yаşıyır. 
QATDAMA  (Ordubad)  –  qat-
qat  yağlı  xəmirdən 
hazırlanan  yağlı  qoğal.  -Kətdən  uşахlаrа  qаtdаmа 
yоllаmışdılаr. 
QATIĞAŞI (əksər şivələrdə) – qatıq, düyü, göyərti ilə 
hazırlanan  soyuq  yemək.  –Qatığaşı  da  dovğa  kimidi,  amma 
onun qatığın pişirmirix', düyüynən pencəri pişirib, soyuyannan 
sora qatığın qatırıx. 
QATIX  (Kotam)  –  qovurma.  –
Əti  qavırırıx  qışa, 
qavırma da diyərıx' ona, qatıx da. -Аğız, хоrəyin qаtığın sаl. 
QAT-QAT 
(Culfa,  Şahbuz,  Şərur)  –  heyvanlarda 
m
ədəcik. 
QATQAT//GƏLİNDARTMAZ  (Kəngərli,  Şahbuz)  – 
heyvanın mədəsinin bir hissəsi.  
QATMALI 
(Nursu,  Türkeş)  –  dovğa.  –Qatmalını 
doldurup bankalara qışa da saxlıyırıx. 
QАVАRА//QƏVƏRƏ (əksər şivələrdə) - bülöv, dəhrə, 
bаltа, və s. itiləmək üçün dаş. -Qаvаrаynаn bаltа dа itildiriх', 
d
əhrə də itildırıх. 
QAVIRQA (
əksər şivələrdə) – Xıdır Nəbi bayramında 
(fevralın ikinci həftəsi) müxtəlif çərəzlər, buğda, kuncut və s. 
qovrulub qarışdırılaraq hazırlanır. –Qavırqadan təzə ərə gedən 
qızdara da pay göndərərix'. 
QAVIRMA  DARAĞI  (əksər  şivələrdə)  -  küpədən 
qovurma  çıxarmaq  üçün  alət.  –Qavırma  darğıynan  hasant 
qazmax olur qavırmanı. 
170 
 


Yüklə 9,35 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə