QARAMA (
əksər şivələrdə) – çirk. –Üsdü-başı pütün
qaramaydı, diyəsən həlbət işin hammısın bı görüp.
QARANAXIR
(Badamlı, Keçili) – sayca çoxlu
qaramaldan ibar
ət olan naxır. –Mirkazımın qaranaxırı varıydı o
vaxdı, sayı hesabı yoxuydu.
QАRАSƏRMƏ (Sədərək) - üzüm növü. -Bı il
qаrаsərmə çохdu.
QARASU ƏRİX' (Bist, Kırna) – dənənin içərisindəki
l
əpəsi kiçik olan ərik.
QARASÜRÜ
(Güney Qışlaq, Qızıl Qışlaq) – sayca
çoxlu qoyun-keçid
ən ibarət böyük sürü. –Qarasürü də:ndə yanı
kin, orda heyvan çoxdu.
QАRАYЕR (əksər şivələrdə) - məzаr, gоr, qəbir. -Səni
görüm
qаrаyеrə girəsən.
QARAYOL
(Naxçıvan) – cəhənnəm. –Gəlir gəlsin,
g
əlmir də qarayola gəlsin.
QARAYERİŞ (Daylaqlı) – atın yavaş-yavaş yeriməsi.
–
Qarayeriş atnan getsən obuya gej çatarsan.
QARÇIN (Ordubad) –
çarpayının arxasında divara
vurmaq üçün ip
ək və ya iplikdən toxunan parça. –Köhnə
vaxlarda hamı qaravatın dalına qarçın vırırdı.
QARƏV (Şahbuz) – evin müxəlləfatı yığılan ayrıca
otaq.
QARINALTI (K
əngərli, Şərur) – qoyunun qarnının
altından qırxılan yun. –Qarınaltı lap çıqqılı-çıqqılı, güdəx' olur.
167
QАRINƏNƏCЕCİMİ (Maxta, Oğlanqala) - qövsi-
qüzеh, göy qurşаğı. -Yаğış kəsən kimi qаrınənə cеcimi uzаndı.
QARIYAQAVIŞMAZ (Biçənək, Badamlı) – sakit,
azdanışan. –Çox qarıyaqavışmaz adamdı, heç dinip danışmır.
QARQARA
(Aza, Bist, Ələhi) – qışda suyun üzündə
olan nazik buz qatı. –Suyun üzü nəzix' donanda qarqara olur.
QARNAX (Qaraçuq) – qarmaq. –
Qarnax balıx
tutmaxdan yanadı.
QARNEL (
əksər şivələrdə) – çox yeyən. –Koroğlu da
qarneliymiş da, bir oturuma bir qoyun yeyirmiş.
QAROUL GÖSDƏRMƏX' (Şahbuz) – orda-burda
t
ək-tək ilk cücərtilərin çıxması. –Elə kin, əx'diyin qaroul
gösd
ərdi, ta onu gərəx' gözdən qoymuyasan.
QARPAĞAN (Ağbulaq) – sahibindən başqa heç kimi
yaxına buraxmayan at. –Keçəl Həsən baxdı kin, bının
üz
əngisini tutammıyacax, qarpagan atdı.
QARRAMAX (Bab
ək, Naxçıvan) - əl, ayaqlar suda
çox qaldıqda dərinin ağarması. –Sə:rdən suynan iş görməx'dən
əllərim qarrıyıp.
QARSALAMAX (Ordubad) -
borclu çıxarmax. –Elə
qarsaladı, qaldım məhətdəl, özümnən şüpüyə tüşdüm.
QARSI
(Naxçıvan) – üstü örtülü cərgə ilə düzülmüş
dükanlar. –
Əvvəllər bırda qarsı varıydı, sora söx'dülər.
QARSMAX I (
əksər şivələrdə) – parçanı içəriyə
qatlayıb tikmək, qısaltmaq. –Paltarın ətəyi dəyirdi yerə birəz
qarsmışam.
168
QARSMAX II (
əksər şivələrdə) – üzü yanmaq (xəmir
m
əhsulları haqqında). –Dünənki tabağa pişirdiyim çöçələrin
üzü
qarsdı, təzdənnən xəmir elədim.
QART I (Culfa, K
əngərli, Şahbuz, Şərur) – qoca
(heyv
an haqqında). –Qart heyva:n əti gej pişər.
QАRT II (Nüsnüs) – lоvğа. -Оnun оğlu yаmаn qаrt
аdаmdı.
Bu söz eyni m
ənada Göyçay, Qazax, Qax, Salyan
şivələrində də işlənir. Bununla yanaşı şivələrimizdə bu vahidin
b
ərk, sərt, bülöv, çoxbilmiş mənaları da vardır (1, s.313).
QARTIMIŞ//QARTALMIŞ (Cəhri, Göydərə, Tivi) -
ərə getməmiş. –Əvdə xalamın bir qartımış qızı da var hələ.
QARTMAX
(Naxçıvan) – qabıq, qaysaq, çirk. –Uşağın
qundax vaxdı ən çox başında olar qartmax, gərəx' yağ sürtəsən
keç
ə.
QAŞ (Naxçıvan) – bir tikə, dilim (daha çox pendirə aid
edilir). –T
əzə pənirdən bir qaş gəti baxsın görsün nətərdi.
QAŞAR (Kəngərli, Şərur) – mal-qaranın açıq havada
saxlandığı yer.
QАŞBƏND//QƏŞBƏND (Nахçıvan) – аlınlıq. -
Qаşbəndi аnnımızа bаğlıyırdıх.
QAŞIXLIX (Daylaqlı, Sələsüz) – içərisinə qaşıq
yığmaq üçün ipdən toxunmuş torba. –Qaşıxlığı əvəllər toxuyub
asırdıx difardan, içinə qaşıxları-zadı yığırdıx.
QAŞQA (Babək, Culfa, Şahbuz, Şərur) – alnında ağ
tükd
ən ibarət xal olan keçi.
169
QАT (Kırna) - tərəf. -Qızım о qаtdа yаşıyır.
QATDAMA (Ordubad) – qat-
qat yağlı xəmirdən
hazırlanan yağlı qoğal. -Kətdən uşахlаrа qаtdаmа
yоllаmışdılаr.
QATIĞAŞI (əksər şivələrdə) – qatıq, düyü, göyərti ilə
hazırlanan soyuq yemək. –Qatığaşı da dovğa kimidi, amma
onun qatığın pişirmirix', düyüynən pencəri pişirib, soyuyannan
sora qatığın qatırıx.
QATIX (Kotam) – qovurma. –
Əti qavırırıx qışa,
qavırma da diyərıx' ona, qatıx da. -Аğız, хоrəyin qаtığın sаl.
QAT-QAT
(Culfa, Şahbuz, Şərur) – heyvanlarda
m
ədəcik.
QATQAT//GƏLİNDARTMAZ (Kəngərli, Şahbuz) –
heyvanın mədəsinin bir hissəsi.
QATMALI
(Nursu, Türkeş) – dovğa. –Qatmalını
doldurup bankalara qışa da saxlıyırıx.
QАVАRА//QƏVƏRƏ (əksər şivələrdə) - bülöv, dəhrə,
bаltа, və s. itiləmək üçün dаş. -Qаvаrаynаn bаltа dа itildiriх',
d
əhrə də itildırıх.
QAVIRQA (
əksər şivələrdə) – Xıdır Nəbi bayramında
(fevralın ikinci həftəsi) müxtəlif çərəzlər, buğda, kuncut və s.
qovrulub qarışdırılaraq hazırlanır. –Qavırqadan təzə ərə gedən
qızdara da pay göndərərix'.
QAVIRMA DARAĞI (əksər şivələrdə) - küpədən
qovurma çıxarmaq üçün alət. –Qavırma darğıynan hasant
qazmax olur qavırmanı.
170
Dostları ilə paylaş: |