- 79 -
-
qablaşdırılma tarixi (bal qablaşdıran müəssisələr üçün);
-
faktiki standartın
qeydləri;
-
hazırlayanın əmtəə nişanı;
-
enerji dəyəri;
-
saxlanma müddəti;
-
sertifikatlaşdırma haqda məlumat;
-
arıxananın baytar-sanitar sağlamlığına dair məlumat.
Bal müəyyən edilmiş sanitariya qaydalarına əməl edilməklə daşınmalıdır. Daşınan
çəlləklər 2-3 yarusdan yuxarı yığılmamalıdır. Hər bir yarus taxta aralıqla ayrılmalıdır. Qutular
və bidonlar qalaq vəziyyətində yığılmalıdır. Qalağın hündürlüyü bidonlar üçün 1,5 m-dən, ağac
qutular üçün 3 m-dən, karton qutular üçün 2 m-dən yuxarı olmamalıdır. Qutular, bidonlar və
çəlləklər daşınarkən kip bağlanıb bərkidilməlidir.
Yükdaşıma qaydalarına müvafiq olaraq bal bütün müvafiq nəqliyyat növləri ilə daşına bilər.
Avtonəqliyyat vasitəsilə daşınarkən, bal dolu qablar brezentlə örtülməlidir.
Balın düzgün şəraitdə saxlanması, onun keyfiyyətinin dəyişməməsi üçün ən əsas
şərtlərdəndir. Bal günəş şüalarından qorunan binalarda saxlanır. Zəhərli, tozburaxan məhsullarla və
özündən balın xüsusiyyətlərinə məxsus olmayan qoxular buraxan maddələrlə birgə saxlanmasına
yol verilmir.
Bal doldurulmuş çəlləklər və bidonlar, qapaqlar olan tərəf yuxarı olmaq şərti ilə iki-üç
yarusda yığılıb, yaruslar arasına taxtadan hazırlanan bütöv aralıqlar yerləşdirilir. Qutular
hündürlüyü 2 m-dək olan aralıq taxtaları yerləşdirilmiş qalaqda saxlanır.
Tutumu 25 kq və yuxarı çuxurlarda, bidonlarda balın saxlanma müddəti ekspertizalar
aparılan vaxtdan 8 ayadək olmalıdır. Şüşə polimer materiallardan olan hermetik bərkidilmiş
qablarda qablaşdırılmış balın saxlama müddəti bir ildən çox (istehsal tarixindən), germetik
bağlanmayan qablarda isə 8 aydan çox olmamalıdır. Parafinlənmiş kağız stəkanlarda balın
saxlanma
müddəti istehsal tarixindən 6 aydan çox olmamalıdır.
Dövlət ehtiyatı üçün saxlanan ballar, temperatur 18 C
0
-dən yuxarı olmamaq şərti ilə şüşə
qabda və bal üçün hazırlanmış paslanmayan polad bidonlarda saxlanmalı, saxlanma müddəti iki il
olmalıdır.
Balın saxlanma temperaturu: tərkibində suyun kütlə payı 19,0% olduqda 20 C
0
; suyun kütlə
payı 19,0 %-dən 21 %-dək olduqda 4 C
0
-dən 10 C
0
-dək olmalıdır.
ƏDƏBİYYAT
1.
Sultanov R.L Bal arıları tərəfindən ekoloji cəhətdən təmiz balın hazırlanması prosesi. ATU
Davamlı inkişaf və texnoloji innovasiyalar. Beynəlxalq elmi-praktik konfransın materialları.
Gəncə, 2014, s.48-50
2.
Sultanov R.L Respublikamızda qida balının rəngi və tamının ekoloji mühit amillərindən asılı
olaraq dəyişkənliyi. ATU Davamlı inkişaf və texnoloji innovasiyalar Beynəlxalq elmi-praktik
konfransın materialları Gəncə 2014, səh
3.
Sultanov R.L., Əsədov E.S. Azərbaycan balının qidalılığının ekoloji keyfiyyət göstəriciləri.
Müasir arıçılığın problemləri və inkişaf xüsusiyyətləri (Beynəlxalq elmi-praktik konfrans).
Naxçıvan, 2015, 30-33
4.
Türk Standardı tasarısı DRAFT Türkish standart tst 3036 revizyon . İCS 67.180.10 Bal honey
5.
Türk Gıda Kodeksi
Bal Tebliği
6.
ГОСТ -19792- 2001. Mежгосударственный стандарт. Мед натуральный ТУ Дата
введения с 1 июля 2012 год
7.
Стандарт
Кодекса Для Меда
8.
Россия ГОСТ – мед натуральный 19792-74
- 80 -
UOT
638.16
+ 57.04
ELSEVƏR ƏSƏDOV
Naxçıvan Dövlət Universiteti
asadoves@mail.ru
AZƏRBAYCANDA ARI AİLƏLƏRİNDƏ İSTEHSAL OLUNAN VƏRƏMUMUN BƏZİ
KEYFİYYƏT GÖSTƏRİCİLƏRİ
Açar sözlər: vərəmum, arı, fenol,
antioksidant, istehsal
Ключевые слова: прополис, пчела, фенольный, антиоксидант, производство
Keywords: propolis, bee, phenolic, antioxidant, production
Vərəmumu (propolis) bal arıları tərəfindən bitki qaynaqlarından toplanan və yuvaya daşınaraq
arıların həzm fermentlərinin iştirakı ilə emal olunaraq son şəklə salınan, qətranlı maddələrdən təşkil
olunmuş təbii bir arı məhsuludur. Vərəmum arı pətəklərini hər cür təhlükəyə qarşı qorumaq
məqsədi ilə əldə olunan, olduqca kompleks tərkibə malik olan bir məhsuldur. Bal və güləm kimi
məhsullarda olduğu kimi vərəmumun da kimyəvi tərkibi və bioloji fəallığı toplandığı zonanın
coğrafi şərtlərinə, flora xüsusiyyətlərinə və arınını cinsinə bağlı olub dəyişkənlik göstərir.
Azərbaycan müxtəlif ərazilərindən 2012-ci ildən başlayaraq toplanan müxtəlif vərəmum
nümunələrinin bitki mənbələri, fiziki-kimyəvi xüsisiyyətləri, bioloji fəallığı (xüsusilə antioksidant
xüsusiyyətləri) və onlar arasında fərqliliklərin olub-olmamasınını müəyyən etmək üçün
tərəfimizdən tədqiqatlar aparılmışdır.
Vərəmum bal arıları (Apis mellifera L.) tərəfindən bitkilərin zoğ və tumurcuqlarından
toplanmış yapışqanlı bir qarışıq olub tam olaraq tərkibini təyin etmək olduqca çətindir və toplandığı
qaynağa bağlı olaraq da dəyişmə göstərər. Bir ümumiləşdirmə ediləcək olsa vərəmum orta hesabla
45-50% qatran və bitki balzamı, 20-25% mum, 10% uçucu yağlayar, 5% çiçək tozcuğu və 5%
digər üzvi və qeyri-üzvi maddələrdən meydana gəlir. Tərkibindəki üzvi maddələrin böyük
əksəriyyəti bitkilər tərəfindən istehsal olunan və fenolik quruluşa malik metabolitlerden meydana
gəlməkdədir (2;7).
Vərəmumun kimyəvi tərkibi kimi fiziki xüsusiyyətləri də toplandığı bölgənin coğrafi
xüsusiyyətlərinə və iqliminə bağlı olaraq dəyişkənlik göstərər. Ümumiyyətlə, vərəmum tünd sarı,
yaşıl, tünd qəhvəyi və qaraya doğru dəyişən rənglərdə ola bilər və köhnəldikcə də rəngi tündləşir.
Təxminən 60-70 C° arasında ərimə temperaturuna malik olan vərəmum aşağı temperaturda sərt və
ya donmuş, həmçinin 0 C°'də temperaturda kövrək olur (4). Həllolma dərəcəsi su və üzvi
həlledicilərdə aşağı, spirtdə isə yüksəkdir (5). Son illərdə vərəmumun biyoloji aktif
xüsusiyyətlərindən daha çox yararlanmaq üçün müxtəlif metodlarla sulu məhlulları da əldə edilə
bilməkdədir (15).
Azərbaycan dilində bu arıçılıq məhsulu “vərəmum”, “bərəmum”, “qaramum”, “arı yapışqanı”
olaraq adlandırılır. Bu sözlərin hər birinin ayrıca mənası vardır. “Vərəmum” – qədimdə vərəm
xəstəliyində tətbiq edilməsi, “bərəmum” –bu məhsulun daha çox toplandığı pətək girişinin bərəyə
bənzədilməsi, “qaramum” – qara rəngdə olan mum olaraq ifadə olunur. Dünyada daha geniş
işlədilən “propolis” sözünün mənası isə qədim yunan dilində şəhərin qorunması mənasını verən bir
ifadə olub, arı pətəyinin hər növ təhlükəyə qarşı qorunması mənasını əks etdirir. Eyni zamanda "bee
glue" yəni “arı yapışqanı” olaraq da ifadə olunan vərəmum maraqlı olaraq arıların kimyəvi silahı
olaraq da bilinir. Çünki, özünəxas bir qoxusu olan vərəmum pətəyin uçuş bacası girişinin
dezinfeksiya edilməsində və yuvaya gələn dəvətsiz qonaqların (müxtəlif cücülər, kərtənkələ, siçan
və s.) öldürüldükdən sonra mumiyalanmasında istifadə olunan bir məhsuldur (2; 11; 16).
Bitki mənbələri çox dəyişik olsa da, başlıca olaraq qovaq, şabalıd, atşabalıdı və evkalipt kimi
ağaclardan əldə olunan yapışqanlı maddələrin ən keyfiyyətli vərəmumu əmələ gətirdiyi bildirilir.
Vərəmumun əldə olunduğu coğrafiyanın bitki örtüyündən asılı olduğu kimi, vərəmumun
pətəklərdən əldə olunma yeri və mexanizmləri də onun keyfiyyətinə əhəmiyyətli təsir göstərir.
Məsələn, tələlər vasitəsilə toplanan vərəmumun, çərçivə kənarlarından, uçuş bacası girişindən və
pətəyin müxtəlif yerlərindən toplanan vərəmumdan daha keyfiyyətli olduğu bilinir. Çünki digər