61
23)
Yemişan (Crataegus)- Gülçiçəklilər fəsiləsindən olan kol bitkisinin vətəni Amerikadır.
Hündürlüyü 4-5 m-ə çatan bitki tikanlı olduğundan
kənd yerlərində, “çəpər” kimi əkirlər.
Meyvələri al qırmızı və toxumludur. Tərkibində alma turşusu, şəkər, C vitamini, karotin və digər
maddələr vardır. Yemişan bitkisi toxumla, qələmlə və calaq üsulu ilə çoxaldılır.
Muxtar Respublikanın Ordubad, Şahbuz, Babək, Culfa və Şərur rayonlarındakı dağ ətəyi kolluqlarda
yayılmışdır.
Xalq təbabətində yemişan dərman bitkisi kimi çiçəyindən
ürək xəstəliklərində, yarpaqlarından isə
mərkəzi sinir sisteminin müalicəsində istifadə edirlər.
24)
Dağdağan (Celtis)- El arasında bəzən bu kol-ağaca “müqəddəs daş ağacı” da deyərlər.
Qaraağackimilər fəsiləsindən olan bitkinin yarpaqları payızda tökülür, gövdəsinin hündürlüyü 3
metrdən artıq olur. Yarpaqları asimmetrik quruluşda düzülərək, kənarları diş-dişdir. Çiçəkləri poliqam
formalı olaraq meyvələri çəyirdəklidir.
Dünyanın tropik və mülayim iqlim qurşaqlarında qayalıq ərazilərində yayılmışdır. Kol-ağac bitkisi
Orta Asiyada, Qara dəniz və Aralıq dənizi sahilləri ölkələrində, o cümlədən də Qafqazda yayılmışdır.
Naxçıvan MR-da yalnız Şərur, Ordubad və Culfa rayonlarındakı dağ yamaclarında seyrək bitmişdir.
Babək rayonundakı Əshabi-Kəhf (Culus) dağındakı “cənnət bağı” deyilən sahədə yalnız
bir növünə
(Celtis caucasica) rast gəlmək mümkündür.
Dağdağanın meyvələri “müqəddəs” sayıldığından inanclarla bağlı olduğu üçün insanlar tərəfindən
“göz muncuğu” adı ilə kütləvi surətdə qırılıb məhv edilməkdədir. Bitkinin meyvəsi ilə cavan zoğları
ərazidəki vəhşi dağ keçiləri tərəfindən yeyilir.
Dağdağan ağacının qabığından dəri aşılanmasında istifadə olunduğundan əhali tərəfindən kütləvi
surətdə tələf olunur. Oduncağından dülgərlər müxtəlif məişət əşyaları (qaşıq, oxlov, toxmaq, həvəng,
qəlyan və.s) hazırlayırlar.
Xalq təbabətində bitkinin yarpaq və meyvələrini yığıb yandırmaqla acı təhər tüstüsündən vərəmli
xəstəliklərin sağalmasında istifadə olunur. Quru yarpaqları tütün kimi qəlyana doldurulub çəkilməklə baş
ağrılarının “sağalmasında” istifadə edirlər. Haliyyədə nəsli kəsməkdə olan nadir bitki yalnız pir yerlərində
rast gəlinir.
Çoxaldılması toxumları ilə mümkün olduğundan dekorativ bitki kimi əkmək mümkündür.
Ağac-kol
Dağdağan bitkisi susuzluğa və quraqlığa, o cümlədən də şaxtaya davamlıdır.
25)
İnnab (Ziziphus)- Murdarçakimilər fəsiləsindən kol-ağac bitkisidir. Vətəni Mərkəzi Asiya ilə
Çində olsa da, Afrika və Avstraliyanın subtropik ərazilərinədək yayılmışdır. İnnabın dünyada 400-dən
artıq növü vardır ki, Qafqazda (Naxçıvanda) yayılan
Ziphus jujuba növüdür.
İnnab uzun ömürlü kol-ağac bitkisidir. 200-300 ildən artıq yabanı halda Kiçik Qafqazın Laçın
rayonundakı Qarıqışlaq kəndi ərazisində yayılmışdır.
İnnab quru subtropik zonalarda mədəni halda da əkilib becərilir ki, onun hündürlüyü 4 metrə çatır.
Yarpaqları yumruvari oval olaraq, budaqları iri tikanlıdır. Çarpaz tozlanan çiçəkləri ikicinsiyyətli olaraq
qırmızı-qəhvəyi rəngli iydəyə bənzər meyvələri vardır. Meyvələrinin tərkibində 30-72 % şəkərlə C
vitamini olur. İnnabın meyvələrini qurudub uzun müddət saxlamaq mümkündür. Bitki toxumları və
çubuqları ilə çoxaldılır.
İnnab
təsərrüfatlarda meyvə, parklarda isə bəzək bitkisi kimi becərilir.
Xalq təbabətində qan təzyiqi xəstəliyinə qarşı təzə və quru halda meyvələri yeyilir. Quru meyvələrini
süddə bişirilmiş halda yeməklə kəskin öskürəyi azaldır.
26)
Sumaq (Rhus coriaria)- Hündür kol-ağac bitkisi olmaqla vətəni Kiçik Qafqaz (Ordubad) və
Abşeron yarımadasındakı Qobustanda yayılmışdır.
Sumaq bitkisinin hündürlüyü 80-220 sm-ə çatır. Ədviyyat bitkisinin yalnız yarpaq, çiçəkləri və
meyvələri toplanılır. Oduncağından yanacaq kimi istifadə olunur.
Sumaq dağ yamaclarında bitən nəsli kəsilmək üzrə olan nadir bitkilərdəndir. Yerli adamlar
tərəfindən sumağın yumru meyvələri yığılaraq qurudulur və həvəngdə döyüldükdən sonra müxtəlif ət
xörəklərində istifadə olunur.
Sumaq tozu qırmızımtıl-bozumtul
rəngdə olaraq, turşməzədir. Onun tərkibində efir maddələri
olduğundan ağzı bağlı şüşə qablarda saxlanılmalıdır. Bitkinin meyvəsində C vitamini, 33 % aşı maddəsi
və 15 % taninlə üzvü turşular da vardır.
62
Naxçıvan MR-da Ordubad rayonu ərazilərindəki dağ ətəyi kolluqlarda sumaq bitkisi təbii halda
yayılmışdır.
Xalq təbabətində bitkinin yarpaqlarından oynaq ağrılarının müalicəsində istifadə edirlər. Gülabla
qarışdırılmış sumaq tozu gözdəki iltihabı götürür. Sumağın şirəsini gün altında saxlayıb qatılaşdıqdan
sonra gözə çəkməklə mirvari suyunu aradan götürmək olar. Kütləvi surətdə qırılıb yandırıldığından nadir
bitkinin nəsli kəsilmək üzrədir.
27)
Nərbənd (Ulmus densa)- Qaraağackimilər fəsiləsindən enliyarpaq çoxillik bəzək ağacının
vətəni
Kiçik Qafqaz-Naxçıvandır.
Əvvəllər Naxçıvandakı kolxoz təsərrüfatı ərazilərindəki əkinlərin içərisində tək-tək nərbənd
ağaclarına rast gəlinirdi. Nərbəndin sıx yarpaqları günəş şüalarını buraxmadığından, yağan yağmurları da
aşağı keçirməyərək budaqlarından gövdəsinə süzülüb tökülür. Ağacın hündürlüyü 10-15 m, çətirinin
diametri 20-40 m, gövdəsinin diametri isə 1-1,25 m-ə çatır.
Qabığı boz rəngli oduncağı möhkəm olduğundan əvvəllər dülgərlər müxtəlif kənd təsərrüfatı və
məişət alətləri (xış, vəl, carcar, toxmaq, həvəng, təknə və s.) yonub düzəldirdilər...
Yarpaqlarının yanları dişlivari, çiçək qrupu xırda dəstə şəkillidir. Nərbənd ağacı qaraağac kimi
əvvəlcə çiçəkləyər sonradan yarpaqları açılar.
Nərbənd ağacı cavan qaraağac zoğlarına calaq edilməklə çoxaldılır. Ağacın ömrü 500 ildən artıq
olur. Şaxtaya davamlı ağacın sıx çətiri quşların sığınacaq yeridir. Park və meydançalarda dekorativ bəzək
bitkisi kimi əkirlər.
Naxçıvan MR-ın Kəngərli rayonundakı Xok kəndində, Şərur rayonundakı Mahmudkənd ərazilərində
və Babək rayonundakı Qahab kəndi ərazilərində yayılmışdır. Xalq təbabətində nərbəndin meyvələrindən
təpitmə kimi müxtəlif xroniki yaraların sağalmasında istifadə edilir.
28)
Pişpişə (Salicaceae)
- Söyüdkimilər fəsiləsindən olan kol-ağac bitkisinin Azərbaycanda 14
növündən ikisi Muxtar Respublika ərazilərində yayılmışdır.
Bir cinsiyyətli pişik quyruğuna oxşar çiçəkləri olur. Bitki mart ayının əvvəllərində çiçəkləyir, aprel
ayında isə yarpaqları əmələ gəlir. Yarpaqları qısa saplaqlı növbə ilə düzülmüş formalıdır. Oduncağı
yumuşaq və yüngül olur. Əvvəllər çubuqlarından xalq məişətində səbət toxunardı.
Pişpişə ağacının cavan budaqlarındakı qabığından salisin qlikozidi
olduğundan tibb sənayesində
dərmanlar hazırlanılır.
Parklarda və çay kənarlarında dekorativ ağac kimi əkilir, budaqları sıx olur, hündürlüyü 2 metr,
çətirinin diametri isə 4 metrə çatır. Xalq təbabətində pişpişə çiçəyinin cövhərindən dəri xəstəliklərinin
(dəmirov) müalicəsində istifadə edirlər.
Muxtar Respublikanın ərazilərindəki çay kənarlarında yayılsada mal-qara tərəfindən yeyilərək nəsli
kəsilmək üzrədir. Pişpişənin
salxım söyüd və
civir növləri Şahbuz rayonundakı Kükü
kəndində daha çox
yayılmışdır. Rəngkarlıqda pişpişə oduncağının kömüründən “cizgi qələmi” kimi istifadə edirlər. Nadir
ağac-kol bitkisinin kölgəsində yatmaqla revmatik xəstəliklər üçün təhlükəlidir.
29)
Yulğun (Tamarix)
- Yulğunkimilər fəsiləsindən (tamaricacea) olan kol ağac bitkisinin vətəni
Aralıq dənizi ölkələri olaraq sonradan Cənubi Avropa ilə Afrikaya da yayılmışdır.
Azərbaycanda yulğun bitkisinin 7 növündən ikisi Naxçıvan MR-da yayılmışdır.
Nazik xırda pulcuqvari göyümtül-yaşılımtıl yarpaq düzülüşü olan bitkinin uzun salxımvari çəhrayı-
bənövşəyi rəngli xırda iki cinsiyyətli çiçəkləri vardır. Meyvələri kiçik qutucuqlardan ibarətdir. Bitkinin
hündürlüyü 3-6 metr olaraq qumluq ərazilərdə və çaybasar sahələrdə bitir. Yulğun bitkisi quraqlığa
davamlı olmaqla qış aylarında öz gözəlliyini itirərək yarpaqlarını tökür. Bitkini adətən yan köklərindən
göyərmiş zoğları və çubuqları vasitəsilə çoxaldılır.
Yulğun bitkisindən çay sahili sahələri sel sularına qarşı bərkitmək üçün əkib istifadə edirlər.
Şəhər parklarında yulğundan bəzək bitkisi kimi əkilməsi əlverişlidir. Bitkinin gövdəsindən qatı maye
“bal” axaraq kilitkələr əmələ gəlir ki, heyvanların yemlənməsində istifadə edirlər.
Haliyyədə Muxtar Respublika ərazilərində yulğun bitkisinin nəsli kəsilmək üzrədir. Kənd əhalisi
yulğun bitkisini kökündən çıxarıb yanacaq kimi istifadə edirlər.
Xalq təbabətində yulğunun cavan zoğları yandırılaraq qara-bənövşəyi közünü dəridə əmələ gəlmiş
şişlərin (ziyilin) müalicəsində dağbasma kimi istifadə olunur. Bitkinin qabığından
təbii boyaq işlərində də
istifadə edirlər.