Nazim Eminov



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə48/53
tarix18.05.2018
ölçüsü5,08 Kb.
#44904
1   ...   45   46   47   48   49   50   51   52   53

107 
resursqoruma  və  məhsulun  əmtəəlik  səviyyəsi  kimi  göstəricilərin  dəyişməsi  prosesi  imitasiya 
olunmalıdır. 
Görmək  çətin  deyildir  ki,  maşın  və  mexanizmlərin  yeniləşdirilməsi  istehsalın  genişlənməsinə 
rəvac verdiyi kimi, aqrar sahibkar təsərrüfatlarının böyük ölçüləri də daha məhsuldar və daha yüksək 
texniki-
iqtisadi göstəricilərə malik maşın, qurğu və avadanlıqlar tələb edir. Bu və digər amillər nəzərə 
alınmaqla  aqrar  istehsalın  təmərküzləşməsi  əsasında  əmək  vasitələrinin  təkmilləşməsi,  başqa  sözlə 
proses innovasiya
ları durduğundan, təsərrüfatların ölçüləri və innovasiyalar arasında qarşılıqlı təsirin 
idarə edilməsi zərurətini qeyd etmək olar. 
Kənd təsərrüfatı istehsalı qurumlarının iriləşməsi meyli intensivləşmə, innovasiya və məşğulluq 
məsələlərini  yeni  müstəviyə  çıxarır.  Belə  ki,  məhsuldarlığın  yüksəldilməsi  və  iş  şəraitinin 
yaxşılaşdırılmasına  yönəlmiş  innovasiyalar  bilavasitə  kənd  təsərrüfatında  çalışanların  bir  nəfərinə 
düşən  məhsul  istehsalını  artırmaqla,  aqrar  bazarda  tələb-təklif  nisbətinin  sonuncunun  xeyrinə 
dəyişməsini  şərtləndirir.  Təklifin  artması,  intensivləşmə  və  miqyas  effekti  hesabına  məhsul 
məsrəflərin  azalması  aqrar  bazarda  nisbi  bolluğa  səbəb  olmaqla,  məhsulların  son  istehlakçıya 
çatdırılması  mərhələlərində  də  innovasiyalara  təkan  verə  bilər.  Sözügedən  imkanların  reallaşması 
nəticə etibarilə bilavasitə kənd təsərrüfatı əməyi ilə məşğul olanların əhəmiyyətli qisminin istehsala 
qədərki  və  istehsaldan  sonrakı  kooperasiyasını  sürətləndirməyə,  aqrar  regionlarda,  xüsusilə  kənd 
yerlərində  məşğulluğun  quruluşunda  müsbət  dəyişikliklər,  qeyri-kənd  təsərrüfatı  istehsalı 
müəssisələrini inkişaf etdirməyə əlavə imkanlar açır. (1) 
Bu və digər qeyd olunan amillər hesabına intensivləşmənin kənd yerlərində məşğulluğa neqativ 
təsirini zəiflətmək mümkündür. Bu məqsədlə regionların sosial- iqtisadi inkişafının sürətlənməsinə 
yönəlmiş  və  son  illər  əhəmiyyətli  müsbət  nəticələr  verən  kompleks  tədbirlərin  maliyyə  təminatını, 
ayrılacaq  vəsaitlərin  istifadə  istiqamətlərini  bilavasitə  aqrar  istehsalın  xeyrinə  yenidən  nəzərdən 
keçirmək olar. 
Aqrar innovasiyaların texniki-iqtisadi səmərəliliyinin sosial-ekoloji qiymətləndirilməsi yeni əsrin 
qlobal  problemlərinin  həlli  baxımından  aktualdır.  Ərzaq  kompleksində  məhsulun  keyfiyyətinə 
qoyulan tələblərin ciddiləşdirilməsi yeni texnika və texnologiyaların tətbiqi prosesinin sosial-ekoloji 
ekspertizasının  miqyasının  genişləndirilməsini  tələb  edir.  Bu  isə  ictimaiyyətin  həmin  ekspertizanın 
nəticələrinə marağının artması sayəsində, ərzaq kompleksində keyfiyyətinə nəzarətin səmərəliliyini 
artırır. 
İnnovasiyaların  sosial-ekoloji  qiymətləndirilməsi  qarşısında  duran,  təxirəsalınmaz  vəzifələrdən 
biri kənd təsərrüfatı məhsullarının ekoloji standartlara uyğunluğunun müəyyənləşdirilməsidir. Həmin 
vəzifənin  icrası  ilk  növbədə  məhsulun  keyfiyyətinə  qoyulan  tələblərin,  istehsal  prosesinə  qoyulan 
sosial-
ekoloji  tələblərlə  uzlaşdırılmasını  nəzərdə  tutur.  Konkret  halda  kənd  təsərrüfatı  məhsulunun 
istehlak  xassələrinin  və  istehsal  texnologiyasının  sosial-ekoloji  şəraitinin  birgə  qiymətləndirilməsi 
məqsədəuyğundur. 
Kənd  təsərrüfatında  tətbiq  edilən  yeni  texniki  vasitələrin  əkin  yerlərinə  təsirinin  sosial-ekoloji 
qiymətləndirilməsi prosesində: 
- eyni vaxtda bir neç
ə əməliyyatın icra etmə imkanlarını; 
-
 
torpağın tapdalanaraq bərkiməsi dərəcəsini; 
-
 
maşın və qurğuları idarə edənlərin iş şəraitini
-
 
humus qatından istifadə səmərəliliyini; 
-
 
tarlaya  qonşu  olan  ərazilərin  flora  və  faunasına  təsirini  nəzərə  alan  göstəricilər 
müəyyənləşdirilməlidir. 
Mütərəqqi  aqrotexnologiyaların  sosial-ekoloji  qiymətləndirilməsi  zamanı  mineral  gübrələrdən 
istifadə qaydalarına riayət edilməsi vəziyyəti, zəhərli kimyəvi preparatların tətbiqi şəraiti, torpaq, su 
və atmosferə göstərilən təsirini səciyyələndirən parametrlərin normalardan kənarlaşması halları aşkar 
edilməli,  onları  doğuran  səbəblər  araşdırılmalıdır.  Bütün  hallarda  insan  ekologiyası  məsələləri  önə 
çəkilməlidir. 
Aparılmış araşdırmalar göstərir ki, heyvandarlıq məhsulları istehsalında innovasiyaların sosial-
ekoloji qiymətləndirilməsi üçün aşağıdakı göstəricilər təhlil edilməlidir: 
a)
 
fermalarda sanitar-
gigiyenik şəraiti əks etdirən göstəricilər; 


108 
b)
 
yeml
ərin tərkibi və qida rasionunu səciyyələndirən göstəricilər
c)
 
fer
maların yaşayış məntəqəsindən və su mənbələrindən (bulaqlar, sututarlar və s.) məsafəsi; 
d)
 
heyvandarların iş şəraitini əks etdirən əsas göstəricilər; 
e)
 
heyvandarlıqda tətbiq olunan kimyəvi preparatların xarakteristikası və i.a. 
Qeyd  olunan  göstəricilərin  ümumi  qəbul  olunmuş  səviyyədən  kənarlaşması  halları, 
kənarlaşmanın  dərəcəsi,  səbəbləri,  onları  aradan  qaldırmağın  istiqamət,  üsul  və  vasitələri 
heyvandarlıq məhsullarının keyfiyyətini yüksəltmək üçün qiymətli informasiya mənbəyidir. 
Aqrar  sahədə  sosial-ekoloji  ekspertizanın  informasiya  təminatı  təkcə  daxili  mənbələr  hesabına 
deyil, eyni zamanda ətraf mühiti, ərazidə iqtisadi fəallığın səviyyəsini, xarakterini və s. əks etdirən 
informasiya massivləri hesabına formalaşdırılmalıdır. 
Eyni  zamanda,  kənd  təsərrüfatı  məhsullarının  emalı,  aqrar  istehsalın  texniki  təminatı,  elmi-
tədqiqat  qurumlarının  fəaliyyəti  sosial-ekoloji  baxımdan  koordinasiya  edilməlidir.  Məhsulun  son 
istehlakçıya  çatdırılması  prosesinin  istənilən  mərhələsində  həm  məhsul,  həm  də  proses 
innovasiyas
ının  sosial-ekoloji  standartlardan  kənarlaşması  ehtimalı  böyükdür.  İstehsal  və  emal 
mərhələlərində  öz  keyfiyyətini  saxlamış  məhsul,  daşınma  və  saxlama  prosesində  qismən  və  ya 
tamamilə  korlana  bilər.  Bu  səbəbdən  müəssisələr  və  sahələrarası  əlaqələrdə,  məhsulun 
yerdəyişmələrində,  istehsal  infrastrukturundakı  dəyişikliklərdə  sosial  tələblərin  və  ekoloji 
standartların gözlənilməsi korporativ idarəetmə vasitələrindən istifadəni zərurətə çevirir. 
Kənd  təsərrüfatı  istehsalında  mənafelərin  idarə  olunması  metodologiyası  təşəkkül 
mərhələsindədir.  Bu,  proses  kənd  təsərrüfatında  fiziki  və  hüquqi  şəxslərin,  özəl  və  dövlət 
müəssisələrinin,  istehsal  və  xidmət  qurumlarının  hüquq  və  öhdəliklərinin  konkretləşdirilməsini, 
hüquqi  müstəvidə  həll  edilməli  məsələlərin  formalaşmasını,  təsərrüfatçılıq  təcrübəsi  və  bazar 
iqtisadiyyatı tələbləri arasındakı uyğunsuzluqların aradan qaldırılmasını nəzərdə tutmalıdır. 
K
ənd təsərrüfatında  innovasiyaların  sosial-ekoloji səmərəliliyinin  artırılmasının  yuxarıda 
göst
ərilən istiqamətləri maliyyələşmə  mexanizmində  müvafiq dəyişiklərin edilməsi sayəsində 
reallaşdırılmalıdır.
 
 
ƏDƏBİYYAT 
 
1. 
Серова Е.В. Аграрная экономика. Москва, ГУ ВШЭ, 1999, 480 с. 2. S.V.Salahov “Aqrar 
sah
ənin innovasiya yönümlü inkişafının konseptual əsasları. İnnovasiyalı kənd təsərrüfatı istehsalının 
formalaşdırılması  problemləri” nə  həsr  olunmuş  beynəlxalq elmi-praktiki  konfransın  materialları. 
Bakı 2010. 3. Яковец Ю.В. Глобализация и взаимодействие цивилизаций. Москва, Экономика, 
2003, 411с.  
 
Аспекты социальной и экологической эффективности в развитии инноваций в 
сельском хозяйстве 
 
Новрузова Азаде Гадир кызы 
 
РЕЗЮМЕ 
 
Исследованы социальные и социально-экономические последствия инноваций в сельском 
хозяйстве.  Разработаны  подходы  для  оценки  социально-экономической  эффективности 
инноваций  в  аграрном  и  агропромышленном  производстве.  Определены  некоторые 
направления  повышения  социально-  экономической  эффективности  инноваций  в  сельском 
хозяйстве. 
Ключевые  слова:  сельское  хозяйство,  инновационное  развитие,  экономическая, 
социальная и экологическая эффективность. 
 
Aspect of social and ecological effectiveness in advancement  
of innovations in  village farming 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə