Nazim Eminov



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə52/53
tarix18.05.2018
ölçüsü5,08 Kb.
#44904
1   ...   45   46   47   48   49   50   51   52   53

116 
Az.KTİETİ, Elmi Əsərləri 2017/3 səh. 197-201 
 
UOT: 338.012 
 
AQRAR SAHƏDƏ RƏQABƏT MÜHİTİNİN  
FORMALAŞDIRILMASI MƏSƏLƏLƏRİ 
 
Əliyeva Mətanət Lətif qızı 
AKTN KTİETİ-nun dissertantı 
 
XÜLASƏ 
 
M
əqalədə rəqabətqabiliyyətli məhsul istehsalının əsas prinsipləri geniş şərh olunmaqla bu sahədə 
dünya t
əcrübəsinə istinadən yerli istehsalın səmərəliliyinin yüksəldilməsi  
Açar sözl
ər: aqrar sahə, bazar iqtisadiyyatı, rəqabət mühiti, idxal-ixrac. 
 
Mövzunun aktuallığı. sahələrinin kənd təsərrüfatı xammalına və ölkənin xarici ticarət əlaqələrin 
genişləndirilməsində  mühüm  əhəmiyyət kəsb edən məsələlərdən istehsal edilən məhsulların  tələb 
olunan bütün parametrl
ər üzrə keyfıyyət səviyyəsinin yüksəldərək dünya bazarında rəqabət aparma 
qabiliyy
ətinin yüksəldilməsinin təmin edilməsidir. Ərzaq bazarında rəqabət mühitinin dəstəklənməsi 
istiqam
ətlərinə dair elmi məqalələrin mətbuatda çap etdirilməsi obyektiv zərurətdən irəli gəlir.
 
Bazar münasib
ətlərinə  keçid aqrar sahədə  aparılan  iqtisadi  islahatlar  əvvəlki  təsərrüfatçılıq 
sisteminin  dağılması  fonunda  yeni  bazar  infrastrukturlarının  yaradılaraq  formalaşması  üçün  zəruri 
olan informasiya v
ə  müxtəlif mülkiyyət  formalarının  yaranmasında  öz  müsbət təsirini göstərməyə 
başladı. İqtisadiyyatın digər sahələrində olduğu kimi aqrar sahədə də sərbəst təsərrüfatçılıq fəaliyyəti 
v
ə  sağlam  rəqabət  mühitinin  yaranaraq  formalaşması  mexanizmin  inkişafına  sahələr  arasında  və 
m
əhsul istehsalçıları arasında iqtisadi tarazlığın təmin edilməsinə başlandı. Araşdırmalar göstərir ki, 
ayrılıqda  rəqabətin meydana gəlməsi ictimai əmək bölgüsünün formalaşması  məhsul  istehsalı  və 
satışı ilə eyni vaxtda meydana gəlmişdir. Bu vaxtdan başlayaraq rəqabət mühiti tədricən yaranmış və 
t
əkamül  dövrünü  başa  vuraraq  optimal  səviyyəyə  çatmışdır.  Mülkiyyətin  yaranması  rəqabət 
mühitinin inkişafına imkan yaratmışdır. Çox haqlı olaraq iqtisadi ədəbiyyatlarda mülkiyyəti rəqabət 
mühitinin  başlıca  atributu  kimi  qiymətləndirirlər, Rəqabət nəticəsində  istehsalçı  və  istehlakçılar, 
əslində  paritet bir mühitə  malik  olaraq  onların  fəaliyyəti  qarşılıqlı  və  daha səmərəli fəaliyyətinin 
n
əticələrinin təzahürü kimi qiymətləndirirlər, Təkmil rəqabət mühitinin təşkili  təsərrüfat 
subyektl
ərinin elmi-texniki tərəqqinin və  mütərəqqi  texnologiyaların  ən yeni nailiyyətiərinin 
istehsalata t
ətbiqinin həyata keçirilmə  və  məhsulun keyfiyyətinin yüksəldilməsinə, istehsal 
x
ərclərinin  azaldılmasına  imkan  yaradır.  Digər tərəfdən təsərrüfat subyekti mənfəətin  artırılmasına 
çalışaraq  geniş  təkrar  istehsalı  davam  etdirərək xarici bazarlarda öz əmtəə  məhsullarının  satışını 
artırır.
 
Ölk
əmizin  mövcud  olduğu  torpaq-iqlim  şəraiti rəqabətqabiliyyətli kənd təsərrüfatı  məhsulları 
istehsalı  üçün  əlverişli  olduğuna  baxmayaraq,  obyektiv  və  subyektiv səbəblər üzündən rəqabət 
qabiliyy
ətli məhsul istehsalına  olduqca  aşağı  səviyyədə  nail  olunmuşdur.  Bunun  da  əsas səbəbləri 
aşağıdakı  qeyd  edilənlərlə  əlaqədar  olmuşdur.  1)  Sovetlər  birliyındə  inzibati-amirlik sistemi bazar 
iqtisadi sistemin
ə nisbətən rəqabət qabiliyyətli məhsul istehsalı bütün dövrlərdə aşağı olmuşdur. Bu 
is
ə iqtisadi sistemin mahiyyətindən irəli gəlmişdir; 2) Azərbaycan keçmişdə də müstəqil olmadığına 
gör
ə  rəqabət qabiliyyətli istehsal sahələrinin  inkişafına  olduqca  az  fıkir  verilirdi;  3)  Sovetlər 
dövründ
ə  yaranmış  iqtisadi  elmi  -  texniki potensial müstəqilliyin ilk illərində  dağılmağa  başladı. 
Qalan  istehsal  fondlarının  əksər hissəsi  fıziki  və  mənəvi  aşınmağa  məruz  qalmışdır.  1)  Belə  bir 
şəraitdə istər məhsul istehsalının həcmcə artırılmasına, yüksək rəqabət qabiliyyətli məhsul istehsalına 
nail olmaq olduqca ç
ətin məsələ  idi.-Məhsul  istehsalının  artırılaraq  yüksək keyfiyyətli rəqabət 
aparma qabiliyy
ətli məhsul  istehsalı  ilk  növbədə  müasir texnika və  texnologiyaların  istehsala  nə 
s
əviyyədə  tətbiq edilməsindən bilavasitə  bağlı  idi.  Odur  ki,  istehsal  fondlarının  müasir  tələblər 


117 
əsasında yeniləşdirilməsi külli məbləğdə maliyyə və investisiya vəsaiti tələb edirdi. Bu isə çətin və 
uzun müdd
ətli proses olub kompleks tədbirlər  sisteminin  hazırlanaraq  həyata keçirilməsini  qarşıya 
qoydu. M
əhz ona görə  də,  respublikada  aqrar  iqtisadiyyatın  formalaşdırılaraq  məhsul  istehsalının 
r
əqabət qabiliyyətinin yüksəldilməsi bilavasitə  dövlətin üzərinə  düşürdü.  Belə  ki,  sahibkarlığın 
inkişafına  yenicə  başlanmış,  islahatlar  tam  başa  çatmamış,  təsərrüfat subyektləri öz təkamül 
dövrl
ərini keçməmişdir. Dünya ölkələrinin təcrübələrindən məlum olduğu kimi aqrar iqtisadiyyatın 
r
əqabət qabiliyyətli məhsul istehsalı öz növbəsində elmi-texniki, istehsal, təşkilati-idarəetmə, sosial-
m
ədəni, mənəvi potensialla və onlardan istifadə səviyyəsi ilə bilavasitə şərtlənir. Eyni zamanda, aqrar 
iqtisadiyyatın  formalaşdırılmasının,  onun  məhsul  istehsalının  artırılmasında  müstəqilliyinin təmin 
edilm
əsinin, son nəticə  kimi  əhalinin həyat səviyyəsinin yüksəldilməsinin  formalaşması  və 
inkişafında  mühüm  rol  oynayan,  bazar  münasibətlərini dərindən mənimsəyən insan amilinin 
inkişafının  mühüm  şərti  kimi  çıxış  edir.  2)  Çünki  o,  əmək məhsuldarlığının  yüksəldilməsinin 
bilavasit
ə  nəticəsi olmayan bütün üstünlüklərin meyarıdır.  Ancaq  rəqabət vasitəsi ilə  mənfəətin və 
t
ərəqqinin  sosiallaşmasına  nail  olmaq  mümkündür.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  hər bir dövlət 
bazar  iqtisadiyyatının  bütün  sahələrində  məhsul  istehsalının  rəqabət qabiliyyətinin yüksəldilməsinə 
fıkir verməyə bilər. Dünya təcrübəsi göstərir ki, bu gün rəqabət daha çox ayrı-ayrı firma və struktur 
arasında  baş  verir.  Bu  baxımdan  təsadüfı  deyildir  ki,  müasir  rəqabət nəzəriyyəçiləri öz 
t
ədqiqatlarında  daha  çox  fırma  və  şirkətlərin  materiallarına  istinad  edirlər. Lakin hər bir firma və 
şirkət milli iqtisadiyyatın  subyekti  olduğuna  görə  iqtisadiyyatın  mikro  səviyyədə  rəqabət qabiliy-
y
ətinin artması makroiqtisadiyyatın inkişafına bilavasitə öz təsirini göstərir və buna görə də dövlət 
bütün s
əviyyələrdə  iqtisadiyyatın  rəqabət qabiliyyətinin  artmasında  maraqlıdır.  Buna  baxmayaraq 
aqrar  iqtisadiyyatın  formalaşması  və  inkişafında,  habelə, ölkənin iqtisadi təhlükəsizliyinin təmin 
olunmasında  bunları  bir-  birindən fərqləndirmək tələb olunur. Belə  ki,  aqrar  iqtisadiyyatın  mikro 
s
əviyyəsində  üstəlik mənfəət  əldə  etmək  uğrunda  rəqabət mübarizəsi  əmək məhsuldarlığının 
yüks
əlməsinə və buna görə də sahibkarın gəlirinin çoxalmasına, daxili təhlükənin qarşısının vaxtında 
alınmasına  səbəb  olursa  aqrar  iqtisadiyyatın  makroiqtisadiyyat  səviyyəsində  rəqabət qabiliyyətinin 
yüks
əlməsi bu sahədə ölkənin xarici təhlükədən qorumağa imkan yaratmış olur.
 
Bazar münasib
ətlərində aqrar iqtisadiyyatın təhlükəsizliyinin təmin edilməsində daxili və xarici 
amill
ər vəhdətdə  təsir göstərsə  də  beynəlxalq iqtisadi inteqrasiyanın  intensivləşməsi,  qloballaşma 
prosesinin  genişlənməsi ilə  əlaqədar olaraq xarici iqtisadi təhlükənin rolu əvvəlki dövrə  nisbətən 
əsaslı  səviyyədə  artır,  Məhz buna görə  də  Azərbaycanda xarici bazarlar üçün istehsal olunan 
m
əhsulların rəqabət qabiliyyətinin artırılmasına diqqətin artırılması tələb olunur.
 
Dünya bazarına ixrac olunan kənd təsərrüfatı məhsulları rəqabət qabiliyyətinin yüksəldilməsinin 
ümumi qanunlarından biri bu və ya digər məhsulların fərdi dəyərinin dünya bazar dəyərindən aşağı 
olması,  eyni zamanda tələb və  təklif  qanunlarının  təsiri ilə  dünya qiymətlərinin  formalaşmasıdır. 
Bunun özü is
ə ölkədən o məhsulların ixrac olunmalıdır ki, onlarda həmin məhsulların istehsalı üçün 
t
ələb olunan istehsal amilləri başqa ölkələrə nisbətən çox və ucuz olsun. Həmin məhsulların ixracı 
iqtisadi c
əhətdən dövlət yaxud təsərrüfat və  müəssisələr üçün daha səmərəli  olduğundan  həmin 
m
əhsulların ixracına daha əlverişli şərait yaratmalıdırlar. Bunun əksinə, dövlət o məhsulları idxal edir 
ki, h
əmin məhsulların istehsalı ölkə daxilində xarici bazarlardakı qiymətə nisbətən daha ucuz başa 
g
əlsin. Ona görə əməli fəaliyyətdə əsas diqqət iqtisadiyyatın rəqabət qabiliyyətini yüksəldilməsi üçün 
ölk
ənin müvafiq istehsal amilləri ilə yaxşı təmin olunduğu sahələrin üstün inkişafına yönəldilməlidir. 
İnkişaf  etmiş  ölkələrdə  iqtisadi  artımın  amillər üzrə  təhlili göstərir  ki,  onların  mənbələrinin təkrar 
istehsal xarakterind
ən asılı olaraq rəqabət üstünlüyünün təmin edilməsində müxtəlif rol oynayır. Belə 
ki, 80-ci ill
ərə kimi dünya miqyasında hər hansı bir ölkənin rəqabət qabiliyyətinin təmin edilməsində 
t
əbii resurslar, əmək ehtiyatlan və  kapital  kimi  istehsalın  əsas amillərinin kəmiyyət və  keyfiyyət 
göst
əriciləri həlledici  rol  oynayırdı.  Lakin  hazırda  bu  vəziyyət xeyli dəyişmişdir. Bu elmi-texniki 
t
ərəqqi nailiyyətin tətbiqi ilə  əlaqədar  aqrar  iqtisadiyyatın  inkişafında  insan  amilinin  rolunun 
artmasıdır. Başqa sözlə, təbii amilləri tərəqqi amilləri üstələmişdir. Tərəqqi amillərinə daxil olan öl-
k
ənin elmi-texniki, informasiya potensialı,  əhalinin ümumi təhsil səviyyəsi, xüsusən,  müvafıq 
istehsal sah
ələri üzrə ixtisaslı kadrların kəmiyyət və keyfıyyət ilə fərqlənir.
 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə