101
1,97%-dir. Burada 116 sm-
ə qədər dərinlikdə humus 1,57 % təşkil etmişdir. Əkinaltı qatda bu rəqəm
1,75 % olmuşdur. 46-81
sm-də demək olar ki, humusun miqdarında kəskin dəyişkənlik hiss olunmur
və 1,73% olduğu görünür. 116-153 sm-də bu rəqəm 0,92 %-ə qədər azalır. Bu təhlildən aydın olur ki,
bu torpaqlar qədimdən suvarıldığı üçün profil boyu humusun miqdarı aşağıya doğru çox zəif şəkildə
dəyişilir.
Tərtər rayonu ərazisində boz-qəhvəyi torpaqlarda pambıqaltında qoyulmuş kəsimdə üst əkin
qatında humusun miqdarı 2,65 % olmuşdur. Bu torpaqların nisbətən tünd rəngli olması da humusla
zəngin olduğunu göstərir. Ümumən həmin torpaqlar uzun illər yüksək aqrotexniki qaydada
becərildiyi və müxtəlif mineral və üzvi gübrələrin tətbiq edildiyinin nəticəsidir. Əkinaltı qatda isə
humus artıq əvvəlki torpaqlara görə xeyli fərqlənir və 1,14%-ə enir. Tədqiqatlar göstərir ki, suvarılan
boz-
qəhvəyi torpaqlar humusla təminatına görə pambıqaltı torpaqlar içərisində daha çox fərqlənir.
Kür-
Araz ovalığında pambıqaltında istifadə edilən torpaqların əsas hissəsini suvarılan çəmən-boz
torpaqlar təşkil edir. Bu torpaqlar ovalığın əsasən yarımsəhra landşaftına malik olan ərazilərdə
hündürlüyü o
kean səviyyəsi və ondan aşağıda olan sahələrdə geniş yer tutur. Tədqiqat apardığımız
Saatlı, Sabirabad, Bərdə, Ucar və Kürdəmir rayonları ərazilərinin əsas torpağı suvarılan çəmən-boz
torpaqlardır. Bu torpaqlarda humusun miqdarı boz-qəhvəyi torpaqlarla müqayisədə nisbətən azdır.
Bəzən isə bu torpaqlara bərabər ola bilir. Profil boyu isə paylanmasında da fərqlilik müşahidə olunur.
Saatlı rayonu Muğan meliorasiya təcrübə stansiyasında qoyulmuş kəsimin analizlərinin nəticəsi
göstərir ki, üst əkin (0-25 sm) qatında humusun miqdarı 2,08%-dir. Əkinaltı qatda isə bu 1,32 %
təşkil edir. 52 sm-dən dərində humusun miqdarı 1,34%, 80 sm-dən dərində isə bu kəskin olaraq azalır
və 0,24 % təşkil edir.
Sabirabad rayonu ərazisində çəmən-boz torpaqlarda isə üst əkin qatında humus 1,15% olmuşdur.
Əkinaltı qatda isə bu göstərici 1,0% təşkil etmişdir. 56 sm-dən başlayaraq dərinə doğru isə humus
kəskin azalır, 0,27-0,25% olmaqla, 106 sm-dən dərində isə yenidən yüksəlir və 0,70-0,90%-ə çatır.
Tədqiqatlar göstərir ki, profil boyu humusun belə paylanması allüvial çöküntülərlə əlaqədardır.
Xüsusən buna Kür çayının daşması da təsir göstərir.
0
2
4
6
8
10
12
14
16
Humus %-lə
Ümumi azot %-lə
C:N
CO2
CaCO2
Histoqram 1.
Torpaqların əsas kimyəvi göstəricilərinin qrafik təsviri.
Suvarılan boz-çəmən Kürətrafı torpaqlarda bu fərqlilik daha aydın hiss olunur. Məsələn, Bərdə
rayonunda qazılmış kəsimdə üst qatda humusun miqdarı 1,57 %, əkinaltı qatda isə çox az fərqlənir və
1,50 % təşkil edir. Əkinin altında 45-62 sm-də humus nisbətən yüksəlir, 1,90 %-ə çatır. Bu da
allüvial
çöküntülərin yayılması ilə əlaqədardır.
Həmin torpaqlarda 62 sm-dən aşağıda isə humusun miqdarı kəskin azalaraq 0,77 %-ə enir və
kəsim boyu sona qədər bu şəkildə davam edir.
Ucar və Kürdəmir rayonu ərazilərində suvarılan çəmən-boz torpaqların da əkinaltı qatında uzun
illər suvarmanın təsiri ilə humusun miqdarı yüksəlir. Ucar rayonunda qoyulan kəsimin üst qatında
humusun miqdarı 1,92 %, əkinaltı qatda isə bu 1,97 %-ə qədər yüksəlir. Kürdəmir rayonu ərazisinin
102
üst əkin qatında humus 1,48 %, əkinaltı qatda isə bu daha çox yüksəlir və 2,25 %-ə çatır. Hər iki
kəsimdə aşağı qatlara doğru tədricən azalır. Ümumən bu torpaqlarda vaxtaşırı meliorasiya
tədbirlərinin həyata keçirilməsinə, profil boyu torpağın humusuna və bir çox tərkib elementlərin
dəyişilməsinə səbəb olmuşdur.
Kür-
Araz ovalığında pambıqaltı torpaqlar içərisində boz torpaqlar da əhəmiyyətli yerə malikdir.
Bu torpaqlar Mil düzünün dağətəyi meyilliyi yüksək olan hissələrində yayılmışdır. Bir qismi suvarılır
və əsas hissəsi qış otlaqları altında istifadə edilir.
Mil Təcrübə Stansiyasında (Beyləqan rayonu) qazılmış kəsimin təhlili göstərir ki, üst əkin
qatında humusun miqdarı 2,03%, əkinaltı qatda isə bu 2,06% təşkil edir. Bunun belə olması qeyd
etdiyimiz kimi suvarmanın təsiri ilə baş verir. Həmin torpaqlarda 62 sm-ə qədər humus yüksəkdir. 62
sm-
dən dərinliyə doğru isə kəskin azalır. 115 sm-dən dərində isə nisbətən yüksəlir. Bu da əvvəldə
qeyd etdiyimiz kimi suvarma işlərinin təşkili ilə bağlıdır.
Ümumən suvarılan torpaqlarda humusun miqdarı üst qatda əsasən azalmış olur ki, bu da
suvarmanın və arid iqlim şəraitində üzvi qalıqların sürətli minerallaşması ilə əlaqədardır.
Nəticə. Torpaqda humusun miqdarı və tərkibi torpaq əmələgəlmə prosesində, bitkilərin
qidalanmasında və torpaq münbitliyinin formalaşmasında mühüm rol oynayır. Kür-Araz ovalığı
torpaqlarında humusun miqdarı və tərkibi xam və suvarılan torpaqlarda bir-birindən fərqlənir.
Suvarılan torpaqlarda humusun miqdarının geniş diapazonda dəyişməsi torpaqda əkilən bitkilərdən,
torpaqların istifadə texnologiyasından və şumlanma sayından aslıdır. Müəyyən edilmişdir ki,
torpaqlarda şumlanma sayının çox olması torpağın aerasiya qabiliyyətini yaxşılaşdırmaqla bioloji
fəallığı artırır. Bu da humusun miqdarının azalması ilə müşhidə olunur. Müəyyən olnmuşdur ki,
suvarılan torpaqlarda suda həll olan humusun miqdarı xam torpaqlarla müqayisədə aşağıdır ki, bu da
suvarma prosesi ilə əlaqədardır.
ƏDƏBİYYAT
1.
Babayev M.P, İsayeva F.H, Cəfərova S.F / Suvarılan torpaqların münbitliyinin bərpası və
qorunub saxlanması. Bakı, Elm, 2010, 220 s.
2. Əliyev S.A. Azərbyacna torpaqlarının üzvi maddələri
və münbitliyi. Azərnəşrr, 1964. 182s.
3. Məmmədov Q.Ş., Babayev M.P., İsmayılov A.İ.
Azərbaycanın torpaq təsnifatının WRB sistemi ilə korrelyasiyası. Bakı: Elm, 2002, 250 s.
4. Бабаев
М.П. Орошаемые почвы Кура-Араксинской низменности и их производительная способность.
Элм-1984, 176 стр.
5. Волобуев В.Р. Генетические формы засоления почв Кура-Араксинской
низмнности. Баку; Изд.Аз. ССР. 1965 с.
6. Cалаев М.Э. Диогностика и классификации
Азербайджана. Баку, «Елм», 1999, 238 с.
7. Семенов В.М., Когут Б.М. Почвенное органическое
вещество. – М.: ГЕОС, 2015. 233 с.
8. Celik, I. "Land-use effects on organic
matter and physical
properties of soil in a southern Mediterranean highland of Turkey."
Soil and Tillage Research83.2
(2005): 270-277.
9. Soane, B. D. "The role of organic matter in soil compactibility: a review of some
practical aspects."
Soil and Tillage Research 16.1-2 (1990): 179-201.
10. Six, J., et al. "Soil structure
and organic matter I. Distribution of aggregate-size classes and aggregate-associated carbon." Soil
Science Society of America Journal 64.2 (2000): 681-689.
Содержание гумуса в почвах пригодных под хлопчатник в Кура-Аразской
низменности
Ибрагимов Азад Гамбар оглы
РЕЗЮМЕ
В статье излагаются данные о запасе гумуса в почвах Кура-Аразской низменности
пригодных под хлопчатник. Для изучения разнообразия почв исследуемой зоны Кура-
Аразской низменности в характерных местах были сделаны почвенные срезы. В исследуемой