103
зоне основные доминантные типы почв, используемые под хлопчатник это лугово-
серозёмные, серозёмно-луговые, серозёмы, серо-коричневые. Длительные поливы в этих
почвах способствовали неравномерному распределению гумуса в почвенном профиле. В
результате длительного антропогенного действия, полива загрязненными водами, а также
использования органических и минеральных удобрений наблюдается формирование
агроирригационного слоя разной толщины.
Ключевые слова: Кура-Аразская низменность, гумус, типы почвы, лугово-серозёмные,
серозёмно-луговые, серозёмы, серо-коричневые почвен-ная профиль, почвы из под
хлопчатника и т.д.
The maintenance of a humus in soils suitable under a cotton in the
Kura-Arazsky lowland
İbrahimov Azad Qambar
SUMMARY
In article data on a humus stock in soils of the Kura-Arazsky lowland
suitable under a cotton are
stated. For studying of a variety of soils of the studied zone of the Kura-Arazsky lowland in
characteristic places soil cuts were made. In the studied zone the main prepotent types of soils used
under a cotton it is grey-meadow soils,
meadow-grey, grey soils, grey-brown. Long watering’s in
these soils promoted uneven distribution of a humus in a soil profile.
As a result of long
anthropogenous action, watering the polluted waters, and also uses of organic and mineral fertilizers
observe formation of an agroirrigational layer of different thickness.
Key words: Kura-Aras plain, humus,
types of soil, meadow-grey, grey soils, grey-brown soils,
soil profile, soils under cotton.
104
Az.KTİETİ, Elmi Əsərləri 2017/3 səh. 184-189
UOT: 316.422; 631,95(479.24)
K
ƏND TƏSƏRRÜFATININ İNNOVASİYALARI İNKİŞAFINDA SOSİAL VƏ EKOLOJİ
SƏMƏRƏLİLİK ASPEKTLƏRİ
Novruzova Azad
ə Qadir qızı
ADİU, i.ü.f.d., dosent
XÜLASƏ
M
əqalədə kənd təsərrüfatında innovasiyalı inkişafın sosial-iqtisadi aspektləri tədqiq olunur və
onun
iqtisadi s
əmərəlilik istiqamətləri müəyyənləşdirilir.
Açar sözl
ər: kənd təsərrüfatı, innovasiyalı inkişaf, iqtisadi, sosial və ekoloji səmərəlilik.
Qlobal problemlərin ictimai inkişafa təsirini öyrənən, nisbətən yeni sayılan qlobalistika elminə
görə industrial eranın və istehlakçı həyat tərzinin sonu çatmaqdadır. Digər tərəfdən insanların
biosferə təzyiqi təbiətin özü-özünü tənzimləmə imkanlarını dəfələrlə üstələməkdədir. Tədqiqatçıların
əksəriyyəti belə bir fikirlə razılaşır ki, ekoloji böhran və onun qloballaşması insanın biosferdəki
funksiyalarının düzgün dərk edilməməsindən irəli gəlmişdir. İnkişafın alternativ yolunun axtarılması
məsələsi aktualdır və buna səbəb ekoloji problemlərin, elm və texnikanın inkişafındakı prioritet
seçimi ilə əlaqədar olması faktıdır.
Kənd təsərrüfatında davamlı inkişafa (davamlı inkişaf adı altında elə bir inkişaf yolu qəbul edilir
ki, o indiki nəsillərin tələbatını ödəməklə, gələcək nəsillərə təhlükə yaratmır) nail
olmaq üçün
innovasiyaların ətraf mühitə təsirinin öyrənilməsi zəruridir. Artıq şübhə doğurmur ki, aqrar və aqrar-
sənaye qurumlarının fəaliyyətinin səmərəliliyi iqtisadi-ekoloji kontekstdə qiymətləndirilməli,
ideyaların kommersiyalaşmasına qoyulan ekoloji tələblər yenidən nəzərdən keçirilməlidir.
Aqrar innovasiyaların dəstəklənməsi iqtisadi siyasətin tərkib hissəsi olmaqla, onun hüquqi
normativ bazası və reallaşma mexanizmi müasir, qloballaşan dünyanın tələblərinə cavab verməlidir.
Beynəlxalq təcrübədən göründüyü kimi məhz, dövlət səviyyəsində innovasiyaların inkişafı
strategiyasının hazırlanması və reallaşdırılması misilsiz irəliləyişlərə imkan verir.
Sahələrarası əlaqələrin intensivləşməsi və aqrar-sənaye inteqrasiyası innovasiyaların miqyasının
genişləndirmək imkanı yaradır. Həmin imkanların reallaşdırılmasının mükəmməl mexanizminin
qurulması bütün maraqlı tərəflərin iştirakı üçün əlverişli şərait tələb edir. Bu baxımdan Türkiyə
təcrübəsi diqqətə layiqdir. Burada kiçik sahibkarlar ittifaqlarının dəstəklənməsinə yönəldilmiş
mütəşəkkil zonalar yaradılır. Həmin layihələrin investorları kimi əsasən iri şirkətlər və holdinqlər
çıxış edir.
Həmin zonalarda ekoloji problemlərin həllinə də kömək edən qurumların fəaliyyəti nəzərdə
tutulur. Belə ki, bu halda aqrar-sənaye istehsalı yaşayış massivlərindən kənara çıxarıla, kiçik şəhərlər
və kəndlər isə innovasiya biznes- inkubatorlara çevrilə bilərlər. Analoji təcrübə Finlandiyada uğurlu
olmuş, iqtisadi fəallığın yüksək olduğu aqrar qurumların əlverişli iş mühitinə malik olduğu
mütəşəkkil zonalarda kompleks təmizləyici qurumların ahəngdar fəaliyyəti mexanizmi sınaqdan
çıxarılmışdır. Araşdırmalar göstərir ki, aqrar sahədə yeniliklərə həssaslıq səviyyəsi qənaətbəxş
deyildir. Bir tərəfdən bu innovasiyaların maliyyə təminatının zəifliyi ilə bağlıdırsa, digər tərəfdən
kənd təsərrüfatının ekstensiv inkişafının on illər davam edən təcrübəsi ilə əlaqədardır.
İslahatlar şəraitində rəqabət qabiliyyəti kənd təsərrüfatı istehsalçıları üçün həyati əhəmiyyət kəsb
edir. Odur ki, in
novasiyaların təşviqinin müsbət dinamikası aqrar sahədə və sahələrarası əlaqələrdə
dəstəklənməlidir.
Məlum olduğu kimi kənd təsərrüfatı məhsullarına olan tələbatın daha dolğun ödənilməsi üçün
istehsalın həcmi artırılmalı və məhsulun keyfiyyəti yüksəldilməlidir. Əsasən keyfiyyət amilləri
hesabına həyata keçirilən intensivləşmə bu prosesdə əhəmiyyətli rol oynamaqla bərabər, kəmiyyət-