110
Az.KTİETİ, Elmi Əsərləri 2017/3 səh. 190-196
UOT: 330.341.4; 334,012
BAZAR İQTİSADİYYATI ŞƏRAİTİNDƏ SAHİBKARLIQ FƏALİYYƏTİNİN
KONSEPTUAL MƏSƏLƏLƏRİ
Mehdizadə Mehriban Mehdi qızı
ADİU-nin müəssisənin iqtisadiyyat
kafedrasının baş müəllimi, i.ü.f.d
XÜLASƏ
Müasir şəraitdə xüsusi mülkiyyətin yeni təzahür formaları yarandıqca və cəmiyyətdə
mülkiy
yətin çoxnövlüyü formalaşdıqca, sahibkarlıq fəaliyyətinin formaları daha da artmış, yeni
keyfiyyət hallarına malik olmuşdur. Məqalədə sahibkarlıq fəaliyyətinin mahiyyətinə və məzmununa
elmi-
nəzəri yanaşmalar tədqiq edilmiş, həm ölkəmizdəki, həm də xarici ölkələrin klassik və müasir
iqtisadçı alimlərin sahibkarlığa müxtəlif səpkili elmi baxışları təhlil edilmişdir. Eyni zamanda
sahibkarlığın müxtəlif formaları və onları müəyyən edən amillərin xarakteristikası verilmiş,
sahibkarlığa tənzimlənən və daima təkmilləşən sistem kimi yanaşan iqtisadçıların fıkirləri təhlil
edilmiş, sahibkarlığın məqsəd və funksiyaları qiymətləndirilmişdir.
Açar sözlər: sahibkarlıq fəaliyyəti, idarəetmə fəaliyyəti, sahibkarlığın funksiyaları, sahibkarlıq
riski.
Giriş
Sahibkarlıq fəaliyyətinin məzmunu son dərəcə zəngin və çoxcəhətli olub iqtisadi, hüquqi, sosial,
psixoloji məsələlərlə bağlıdır. İqtisadi ədəbiyyatda sahibkarlığın mahiyyəti haqqında verilən müasir
baxışlara görə, o, insanlara lazım olan məhsullar istehsalıdır, həm iş görə bilmək sistemidir, həm
mövcud iqtisadi sistemin yeni texnika və texnologiya əsasında tərəqqisinin ana xəttidir, həm
insanların öz arzu və ehtiyaclarının ödənilməsinə yönəlmiş istehsal və xidmətlər sistemidir, həm yeni
düşünmə tərzi, əhəmiyyətli bir işə başlamaqdır, həm də cəsarətli, həlledici fəaliyyətdir (18, s.222).
Fəaliyyətin bu növü istehsal vasitələri üzərində mülkiyyət forması ilə, hər şeydən əvvəl isə, xüsusi
mülkiyyətlə sıx əlaqəli olduğundan, tarixi bir kateqoriyadır. Məhz bu baxımdan tarixən xüsusi
mülkiyyət sahibkarlıq fəaliyyətinin iqtisadi əsası, sahibkarlıq fəaliyyəti isə müəyyən mənada xüsusi
mülkiyyətin reallaşdırılma forması kimi çıxış etmişdir.
l.Sahibkarlıq fəaliyyətinin mahiyyətinə və məzmununa elmi-nəzəri yanaşmaların tədqiqi.
Xüsus
i mülkiyyətin yeni təzahür formaları yarandıqca və cəmiyyətdə mülkiyyətin çoxnövlüyü
formalaşdıqca, sahibkarlıq fəaliyyətinin formaları daha da artmış, yeni keyfiyyət hallarına malik
olmuşdur. Lakin heç də bütün hallarda xüsusi mülkiyyətin sahibkarlıq fəaliyyətinə səbəb olduğunu
düşünmək düzgün olmazdı. Məsələn, istehsal vasitələri üzərində xüsusi mülkiyyətə əsaslanan quldar
və feodal təsərrüfatları üçün sahibkarlıq fəaliyyəti səciyyəvi deyildir.
XVII əsrin sonu XVIII əsrin əvvəllərində yaşamış fransız iqtisadçısı R.Kantilyonun fıkrincə,
feodalizm cəmiyyətindəki torpaq mülkiyyətçilərinə və müxtəlif növlü muzdurlara yeni iqtisadi
sistemdə (kapitalizm cəmiyyətində) mənfəət götürmək məqsədilə digərlərindən məhsulu müəyyən
qiymətə alaraq bazarda özünə hələ də məlum olmayan qiymətə satmağa çalışan yeni insanlar qrupu
əlavə olunmuşdur ki, bunları da sahibkar adlandırmaq olar. O hesab edirdi ki. sahibkarlıq xüsusi növ
iqtisadi funksiya olub, müxtəlif növlü əmtəələr bazarında tələblə təklif arasında uyğunluq yaratmağa
xidmət edir.
A.Smit yazırdı ki, satış üçün məhsul istehsal edən hər hansı bir adam (sahibkar) yalnız öz şəxsi
marağını güdür, öz mənfəətindən çıxış edir. Lakin bu zaman “gözəgörünməz əl” vasitəsilə öz
məqsədinə tamamilə daxil olmayan məqsədə doğru yönəldilir, yəni bəzən özü də bilmədən daha
əməli surətdə cəmiyyətin mənafeyinə xidmət etmiş olur (1). A.Smitin fikrincə, sahibkar öz istehsalını
111
planlaşdıran və təşkil edən, onun nəticələri üzərində müstəqil sərəncam verən, mənfəət götürmək
məqsədilə kommersiya ilə bağlı hər hansı bir ideyanı reallaşdırmaq üçün risk edən mülkiyyətçidir.
Fransız iqtisadçısı J.B.Sey sahibkarlıq fəaliyyətini istehsal amillərindən səmərəli istifadə forması
kimi səciyyələndirir. O, sahibkarlıq mənfəətinin təmin edilməsi üçün istehsal amillərinin az gəlirli
sahələrdən yüksək gəlirli sahələrə sərbəst axa bilməsinə xidmət edən iqtisadi mühiti, yəni bazar
mühitini təhlil edir, sahibkarların bütövlükdə əldə etdikləri gəlirləri və bu gəlirlərin sahibkarlıq
bilikləri və təcrübəsilə bağlı edilən hissəsini açıb göstərir. Seyin fıkrincə, sahibkar risk etməyə
baxmayaraq mənfəət götürmək məqsədilə hər hansı bir məhsul istehsal edən şəxsdir (5, s.36).
Alman iqtisadçısı V.Zombartm fıkrincə, mənfəət əldə edilməsi sahibkarlıq fəaliyyətinin əsas
dey
il, ikinci dərəcəli məqsədidir. Belə fəaliyyətin əsas məqsədi isə daim inkişaf etmək, çiçəklənmək,
genişlənməkdir. Həmin məqsədə çatmaq üçün sahibkar risk etməyə hazır olmalı, inadkarlıq
göstərməli, ümumi mənafe naminə bir çox imkanları işə cəlb etməyi bacarmalı, yəni təşkilatçı
olmalıdır. Zombart sərfəli şəkildə ticarət etməyi, alıcıları maraqlandırmağı, onların inamını
qazanmağı sahibkarın zəruri keyfiyyətləri kimi qəbul edirdi.
Avstriya iqtisadçısı Y.Şumpeter sahibkarı yenilikçi (novator) adlandırır, onun başlıca vəzifəsi
kimi istehsal amillərinin yeni konbinasiyası və bununla da iqtisadi tərəqqiyə nail olmağı əsas götürür.
Şumpeterə görə sahibkarlıq köhnəliyə zidd çıxmaq, yenilik tapmaq və onu tətbiq etmək, qabaqcadan
verilmiş proseslər əsasında deyil, həmin prosesləri özü müəyyən edərək fəaliyyət göstərmək
qabiliyyətidir.
Şumpeter hesab edirdi ki, sahibkarlıq fəaliyyətinin subyekti kimi həm istehsalın sahibi,
həm fərdi kapitalist və ya mülkiyyətçi, həm də istehsal müəssisəsinin, bankın, səhmdar cəmiyyətinin
idarəedicisi çıxış edə bilər. Beləliklə də o, bir tərəfdən, sahibkarlıq fəaliyyətini təsərrüfatçılığın yeni
iqtisadi, sosial və psixoloji tipi kimi səciyyələndirir, digər tərəfdən isə, sahibkar və idarəedən
anlayışlarına fərqli məfhumlar kimi yanaşırdı (22).
A.Marşall azad sahibkarlığı istehsal və iqtisadi azadlıqlarla eyniləşdirirdi. Onun fıkrincə,
sahibkar yeni iqtisadi şəraitin, yeni iqtisadi davranışın yaradıcısı olmaqdan əvvəl, iqtisadiyyatın
ümumi təkamülünün vacib halqası, iqtisadi proseslərin sürətləndiricisidir (18, s.36).
C.Keynsin iqtisadi təlimində sahibkarlıq gah resurslardan və əsas vəsaitlərdən istifadə, gah
spekulyativ, gah da kommersiya kimi başa düşülür. Bununla yanaşı, Keyns sahibkarlıq fəaliyyətini
proqnoz qiymətləndirmə, sahibkarlıq riski, iflasa uğrama, gələcəkdə tələb, təklif, qiymət, gəlir və s.
amillərin təsiri altında dəyişmə ilə əlaqələndirir.
İqtisadi ədəbiyyatda sahibkarlıq bazar iqtisadiyyatının ayrılmaz komponenti kimi
səciyyələndirilir. Sahibkarlıq fəaliyyətinin mahiyyətini və məzmununu öyrənərkən, ilk növbədə, onu
həyata keçirən sahibkar anlayışının izahını vermək lazımdır. Adətən, sahibkar dedikdə, iqtisadi,
yaradıcı, təşkilati qabiliyyətlərə, mürəkkəb bazar konyunkturu şəraitində düzgün qərar qəbul etməyə,
ağıllı risk etməyə qadir olub iqtisadi fəaliyyəti həyata keçirən təşəbbüskar insanlar başa düşülür (16,
s.267).
Prof. V. Niftullayevin fıkrincə, sahibkar və sahibkarlıq anlayışının mahiyyətini elmə gətirən
XVII əsrin sonu və XVIII əsrin əvvəllərində yaşamış ingilis iqtisadçısı R. Kantilyon olmuşdur. Bəzi
iqtisadçılar sahibkarlıq anlayışının məzmununun fransız iqtisadçısı R. Kantilyon tərəfindən
işləndiyini qeyd edirlər (21, s.21). İqtisadçı S.T.Abbasova isə hesab edir ki, bu terminlər R.Kantilyon
tərəfindən XVII əsrdə iqtisadi ədəbiyyata daxil edilmişdir. Belə ki, alimin fıkrincə, tələb və təklif
arasında nisbətin dəyişməsi nəticəsində məhsulların baha satılması üzrə fəaliyyət göstərən
subyektləri
bazar sahibkarları adlandırmaq tezisi məhz R. Kantilyona məxsusdur (12, s.266-272). Digər iqtisadçı
alimlər də eyni fikirləri təsdiq edirlər (13, s.348; 44, s.225; 14, s.328-329).
Azərbaycanın iqtisadçı alimləri T.S. Vəliyevin, Ə.P.Babayevin və M.X. Meybullayevin ümumi
elmi redaktəsi altında nəşr olunmuş "İqtisadi nəzəriyyə" kitabında isə qeyd olunur ki, qərb
iqtisadiyyatında sahibkar anlayışının məzmununu əks etdirən ifadə ilk dəfə ingilis iqtisadçısı
Kantilyon tərəfindən işlənilmişdir (4, s.267). Prof. M.X. Meybullayevin qənaətinə görə, əgər qərbdə
XIX əsrin sonunda sahibkarlıq fəaliyyətinin geniş yayılması ilə kapitala görə faiz kimi görünən
mənfəət gəlir forması almışdırsa, islamda onun əmələgəlmə mexanizmi min il əvvəl söylənilmişdir
(7, s. 154).