112
Qərb iqtisadçılarının sahibkarlıq haqqında iqtisadi baxımlarının təkamülünü elmi cəhətdən
dərindən tədqiq edən prof. Q.N. Manafov həmin baxışları
aşağıdakı kimi qruplaşdırmışdır (18,
s.223):
1.
R.Kantilyon, A.Smit, V.Roşer, C.Tyurqo və başqalarının fikrincə, sahibkarlıq fəaliyyəti
kapitalist sahibkar tərəfindən məhdud iqtisadi resurslar şəraitində öz kapitalını mənfəət əldə etmək
məqsədilə hər hansı bir sahəyə yönəltməkdən ibarətdir. Kantilyonun fıkrincə, sahibkarlıq xüsusi növ
iqtisadi funksiya kimi, müxtəlif növ əmtəələr bazarında tələblə təklif arasında uyğunluq yaratmağa
xid
mət edir.
Başqa sözlə desək,
Kantilyona görə, sahibkarlığın başlıca cəhəti onun
riskə getməsindən,
əsas iqtisadi vəzifəsi isə, müxtəlif əmtəə bazarlarında təklifi tələbə uyğunlaşdırmaqdan ibarətdir.
Sahibkarı “gözəgörünməz əl” vasitəsilə ictimai mənafeyə xidmət etməyə yönəldilən insanlar kimi
səciyyələndirən A.Smit hesab edirdi ki, sahibkar öz istehlakını planlaşdıran və təşkil edən, onun
nəticələri üzərində müstəqil sərəncam verən, mənfəət götürmək məqsədilə kommersiya ilə bağlı hər
hansı bir ideyanı reallaşdırmaq üçün risk edən mülkiyyətçidir. A.Smitin fıkrincə, xüsusi sahibkarlıq
bilavasitə mənfəət götürmək naminə fəaliyyət göstərsə də, o, həm də qeyri-şüuri olaraq bilavasitə öz
amalına aid olmayan başqa bir zəruri cəhətə, yəni cəmiyyətin ümumi mənafeyinə, məsələn, məhsul
istehsalının artmasına, onun keyfiyyətinin yüksəlməsinə, mədəni ticarət xidmətinə, modernizasiyaya
və s. xidmət etmiş olur.
2.
A.Marşall, L. Valras, A.Kouz, V.Druker, D.Maklelland və başqaları sahibkarlığı istehsalın
təşkili və idarə edilməsi ilə bağlı işgüzar fəaliyyət kimi səciyyələndirirlər. Bu baxışlarda kapitalist və
sahibkar anlayışları bir-birindən fərqləndirilir və sahibkara menecment kimi yanaşılır, sahibkarlıq
fəaliyyətinin məzmunu, onun iqtisadi funksiyası müəyyən iqtisadi keyfıyyətlərə malik olan
təşəbbüskar fərdlə, şəxsiyyətlə eyniləşdirilir. A.Marşallın tədqiqatı üçün səciyyəvi cəhət azad
sahibkarlığın istehsal və iqtisadi azadlıqlarla eyniləşdirməkdən ibarətdir (16, s.268). O hesab edir ki,
sivilizasiyalı bazar istehsal və sahibkar azadlığıdır (10, s.250).
3.
Sahibkarlıq risklə bağlı olan, qeyri-müəyyənlik və informasiya qıtlığı şəraitində həyata
keçirilən işgüzar fəaliyyətdir. Həmin baxışın nümayəndələri sırasına R.Kantilyon, Y.Tyunen, F.Nayt,
R.Kouz, L.Mizes, F.Xayek və başqaları daxildir.
4.
Y.Şumpeter, R.Druker, Q.Şmoller və başqalarının fıkrincə, sahibkarlıq daimi yenilikçiliklə,
təşkilati innovasiya ilə səciyyələnən, bazarda hər vaxt yeni iqtisadi şərait yaradan işgüzar
fəaliyyətdir. Sahibkarı istehsalatda yeni texnologiya əldə edən novator kimi səciyyələndirən
Şumpeterə görə, sahibkar olmaq digərlərinin edə bilmədiyini etmək, əvvəldən görə bilmək, köhnəliyə
zidd çıxmaq, yenilik tapmaq və onu tətbiq etmək, qorxmadan risk etmək, qabaqcadan verilmiş
proseslər əsasında deyil, həmin prosesləri özü müəyyən edərək fəaliyyət göstərmək qabiliyyətindədir
(16, s.268). O, sahibkar dedikdə, təkcə istehsal mülkiyyətçisini deyil, həm də bank və yaxud səhmdar
cəmiyyəti rəhbərlərinin də bu kateqoriyaya aid edildiyini nəzərdə tutur (22, s. 169-170).
2.
Sahibkarlığın formaları və onları müəyyən edən amillərin xarakteristikası.
Sahibkarlığı iqtisadi fəallığın xüsusi bir forması kimi qiymətləndirən bəzi ölkə iqtisadçıları (15,
s.14-
23) sahibkarlığın dövlət və xüsusi formasını fərqləndirirlər. Onlar dövlət sahibkarlığını dövlət
orqanları və yerli özünüidarəetmə orqanı olan bələdiyyələrin həyata keçirdiyini qeyd edir və onların
əmlakının dövlətin, bələdiyyələrin və büdcənin vəsaiti hesabına formalaşdırdığını göstərirlər. Xüsusi
sahibkarlıq iqtisadi fəallığın forması kimi sahibkarlığın özləri tərəfindən müstəqil surətdə həyata
keçirilir. Onlar hər iki sahibkarlıq formasına kollektiv, ailə, fərdi və digər törəmə formalarını aid
edirlər.
Rus iqtisadçısı A.Busıgin də sahibkarlığın xüsusi və dövlət formalarını ayırmaqla, hər iki
sahibkarlıq formasına kollektiv, ailə və s. sahibkarlıq növlərini daxil edir (14, s. 172-173).
Prof. V.Niftullayevə görə, sahibkarlığın subyekti kimi fiziki şəxslər istər fərdi və istərsə də ailə
formasında fəaliyyət göstərir və sahibkarlıq subyekti olan biliklər, müxtəlif təsərrüfat assosiasiyaları,
icra kollektivləri, açıq və qapalı tipli səhmdar, müxtəlif yoldaşlıq cəmiyyətləri formasında çıxış
edirlər (9, s.16-17). Prof. İ.İbrahimov isə, icarə kollektivlərinin sahibkarlıq subyektinə aid
olunmasına etiraz edir. Onun fıkrincə, sahibkarlığın subyekti əmlakı olan şəxslər ola bilər, çünki
icarə əmlaka, torpağa və digər maddi ehtiyatlara müqavilə əsasında əvəzi ödənilməklə müddətli sahib
olmaq və onlardan istifadə etməkdir (3, s.96-97). Alim haqlı olaraq bunu "İcarə haqqında"
113
Azərbaycan Respublıkası qanununda əmlakın icarəyə verilməsinin heç də əmlak üzərində mülkiyyət
hüququnun verilməsinə səbəb olmamasının təsbit edilməsi ilə əsaslandırır (13, s.3).
“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanununda qeyd olunur ki,
sahibkarlıq fəaliyyəti fıziki şəxslərin, onların birliklərinin, habelə hüquqi şəxslərin mənfəət və ya
şəxsi gəlir əldə edilməsi məqsədilə özlərinin cavabdehliyi və əmək məsuliyyəti ilə, yaxud digər
hüquqi və fiziki şəxslərin adından qanunvericiliklə qadağan edilməyən təsərrüfat fəaliyyətinin bütün
növləri, o cümlədən məhsul istehsalı, satışı və xidmətlər göstərməsi formasında həyata keçirdikləri
müstəqil təşəbbüskarlıq fəaliyyətidir (2). Prof. Ə.Q. Əlirzayev isə qeyd edir ki, bu fəaliyyət növü heç
də öz-özünü tənzimləyən, ancaq bazar iqtisadiyyatı qanunları ilə rəqabət mühitində təşəbbüs
fəaliyyəti ilə təkmilləşən fəaliyyət deyildir (8, s.411). Alimin fikrincə, sahibkarlıq həm də
tənzimlənən və daima təkmilləşən sistemdir. Y.Əliyeva isə, sahibkarlığı əmtəə istehsalı və xidmət
göstərilməsinə yönəldilmiş, cəmiyyətə xeyir verən fəaliyyət növü kimi səciyyələndirir və qeyd edir
ki, "...sahibkarlıq fəaliyyətinin əsasını bu və ya digər mülkiyyət forması-xüsusi, səhmdar, dövlət
kooperativ və s. formalar təşkil edir" (19, s.329). Göründüyü kimi, burada müəllif yanlış olaraq
sahibkarla mülkiyyətçini eyniləşdirir. Onun fikrincə, sahibkarlıq fəaliyyətilə həm ayrı-ayrı şəxslər,
həm insanlar kollektivi (müəssisə), həm də dövlət məşğul ola bilər. Burada sahibkarlığın fərdi və
kollektiv növləri fərqləndirilir (19, s.329).
Sahibkarlıq fəaliyyəti bu fəaliyyət üçün zəruri olan xarici mühiti formalaşdıran xarici amillər
məcmusunun təsiri altında həyata keçirilir. Bu zaman sahibkarlıq subyektlərinin özlərinin məcmusu,
sahibkarlıq subyektlərinin həyata keçirilməsinin xarici mühiti, eləcə də sahibkarlıq subyektlərinin
xarici mühitlə və iqtisadi münasibətlərin digər iştirakçıları ilə qarşılıqlı təsiri sahibkarlıq fəaliyyətinin
sahibkarlıq sferasını formalaşdırır.
Prof. İ.İbrahimov sahibkarlıq fəaliyyətini “...fiziki və hüquqi şəxslərin mənfəət və ya şəxsi gəlir
əldə edilməsi məqsədilə özlərinin cavabdehliyi və əmlak məsuliyyəti ilə qanunvericiliklə qadağan
edilməyən təsərrüfat fəaliyyətinin bütün növləri, o cümlədən məhsul istehsalı, satışı və xidmətlər
göstərilməsi formasında həyata keçirdikləri müstəqil təşəbbüskarlıq fəaliyyəti...” kimi xarakterizə
edir və onun təşəbbüskarlıq, müstəqillik, risk, məsuliyyət fəal axtarış kimi əlamətlərə malik olduğunu
göstərir (3, s.108).
Əbəs yerə deyildir ki, akademik Z.Səmədzadə sahibkarlığı müasir iqtisadi sistemin başlıca
iqtisadi əsası hesab etməklə, onun iqtisadiyyata lazımi dinamiklik verən “...dayanıqlı və keyfıyyətli
iqtisadi artımın strateji ehtiyatı...” kimi qiymətləndirir (21, s.606.).
Sahibkarlığın məqsəd və funksiyalarının qiymətləndirilməsi.
Təsərrüfatçılıq fəaliyyətinin bütün formaları, yəni əmtəələrin istehsalı və satışı, xidmətlər
göstərilməsi sahibkarlığın obyekti kimi, fiziki və hüquqi şəxslər, habelə dövlət onun subyektləri kimi
çıxış edir. Sahibkarlığın məqsədləri sırasına iqtisadi və sosial-psixoloji məqsədlər aid edilir. Prof.
Q.Manafov iqtisadi məqsədlər qrupunu şəxsi gəlir (hüquqi şəxslər üçün) kimi alt məqsədlərə bölür
(6, s.226).
Alim sosial-
psixoloji məqsədləri aşağıdakı kimi alt məqsədlərə bölməklə onların
təsnifatını aparır (6, s.226): rəhbərlik etmək; başqalarına təsir göstərə bilmək; digərləri və özü
üzərində qələbə qazanmaq; müvəffəqiyyətə çatmaq; yaradıcı işdən sevinc tapmaq; şəxsi işini və şəxsi
həyatını əlaqələndirmək. İqtisadi ədəbiyyatda aparılan tədqiqatlar göstərir ki, alimin qənaətini demək
olar ki, bu barədə ayrı-ayrı alimlərin və onun özünün təkliflərinin məntiqi yekunu kimi
qiymətləndirmək olar.
Sahi
bkarlığın başlıca funksiyalarının təsnifatında da fərqli fıkirlər mövcuddur. Bəzi alimlər
həmin funksiyalara riski üzərinə götürmək və idarəetmə funksiyalarını daxil edir, bəziləri isə
sahibkarlıq funksiyalarına aşağıdakıları aid edir (16, s.271-275; 18, s.227):
1.
İşgüzar fəaliyyət üçün zəruri olan resursların birləşdirilməsi (əmək resursları, torpaq resursları,
kapital-
investisiya resursları, sahibkarlıq qabiliyyəti);
2.
İşgüzar fəaliyyətin əsas məsələləri üzrə qərarların qəbul edilməsi (müstəqil və kollektiv
q
ərarlar);
3.
İnnovasiya fəaliyyəti (yeni ideya, təşəbbüskarlıq);
4.
Sahibkarlıq riski (sığortalana bilən və sığortalana bilməyən).