105
keyfiyyət münasibətlərinin optimallaşdırılması tələblərini də konkretləşdirir. Yeni və ya
yaxşılaşdırılmış məhsulların və onların yeni istehsal qaydalarının ortaya qoyulması məqsədi ilə
intellektual potensialın fəallaşdırılması daha yaxın perspektivdə mümkündür. Belə təzahür formasına
malik innovasiya prosesləri üçün aqrar sahədə çevik tənzimləmə mexanizmi yaradılmalıdır.
Aqrar
sahədə texnoloji innovasiyaların məhsul və proses növlərinə fərqli yanaşma zəruridir.
Məhsul çeşidində mühafizəkarlıq elementlərinin üstün olduğu aqrar sahədə yeni məhsul istehsalı (bu
halda yenilik son istehsalçıya çatdırılan məhsulda da təzahür edə bilər) innovasiyanın radikallığına
dəlalət edir. Başqa sözlə, yeni məhsul istehsalı aqrar və aqrar-sənaye qurumlarında xüsusi hadisə
kimi qəbul olunmaqla, yeni texnologiyalara və ya mövcud texnologiyaların keyfiyyətcə yeni tətbiq
qaydalarına əsaslanır. İntellektual məhsul innovasiyasının aqrar sahədəki məhdud tətbiq dairəsi,
sahələrarası inteqrasiya hesabına xeyli genişlənmək imkanına malikdir. Qabaqcıl ölkələrin modern
ərzaq sənayesi buna əyani nümunə kimi göstərilə bilər.
Yeri gəlmişkən qeyd edək ki, müasir dövrdə iqtisadiyyat da sosial proseslərdə ətraf mühitdə
yaranmış problemləri yalnız innovasiyalı inkişaf sayəsində həll etmək mümkündür. Bu, özlüyündə
mövcud resurslardan daha səmərəli istifadə edilməsi və daima artan istehlak tələbinin ödənilməsini
təmin edən səmərəli texniki və texnoloji qərarların qəbulu deməkdir. (2)
Aqrar istehsal texnologiyalarının təkmilləşdirilmiş üsullarının tətbiqinə əsaslanan proses
innovasiyası ayrı-ayrılıqda və ya sinxron şəkildə kəmiyyət və keyfiyyət artımına gətirib çıxarır.
T
ədqiqatlar göstərir ki, aqrar sahədə innovasiyalar, o cümlədən texniki-texnoloji yeniləşməni
nəzərdə tutan variant aşağıdakı amillərdən asılı olaraq seçilə bilər:
a)
tətbiq
olunan yeniliyin xarakteri, onun məhsula və ya istehsal prosesinə aidiyyəti;
b)
mövcud re
surs potensialı. Bu halda intellektual potensial, texniki təminat və s. nəzərdə
tutulur;
c)
bazarın tələbləri və konyunkturun dinamikasını əks etdirən informasiya təminatı. Belə ki,
tələb-təklif nisbətinə təsir edən amillərin parametrləri yeni paradiqmalar üzrə, əsasən dərk olunduğu
dərəcədə qəbul edilir. Başqa sözlə yeniliklər üçün stimul, onların nəticələrinin təqdimatından
bilavasitə asılı olur;
d)
kənd təsərrüfatında sahədaxili nisbətlərin uyğunluğu, daha dəqiq desək yeniləşmə üsulunun
texnika və texnologiyaların
həyat tsiklinə, cari vəziyyəti səciyyələndirən qiymətlər və s. müvafiqliyi.
Müasir ərzaq kompleksində analoqu olmayan məhsullar ortaya qoymaq imkanı, bilavasitə kənd
təsərrüfatı istehsalına nisbətən dəfələrlə böyükdür. Bu səbəbdən innova- siyaların miqyası aqrar-
sənaye inteqrasiyası hesabına genişlənir və əlverişli bazar şəraitində innovasiyaların tempi yüksəlir.
Müvafiq mənbələrdə investisiyaların həyat tsiklinin araşdırılması zamanı ideyala- rın
kommersiyalaşması mərhələsinə kifayət qədər diqqət yetirilmir. Əksər hallarda buna səbəb kimi
aqrar bazarın çeşid baxımından mühafizəkarlığı göstərilir. Bununla belə unutmaq olmaz ki, hər hansı
bir dəyişikliyi prinsipcə yenilik kimi təqdim edən idxalçı qurumlar məhz bu amil hesabına yerli
bazarda mövqelərini möhkəmləndirmiş olurlar. Özü də həmin meyl heç də həmişə keyfiyyətin
yüksəlməsinə xidmət göstərmir.
Fəaliyyət istiqamətindən asılı olmayaraq ideyanın yaranması mərhələsi elmi- tədqiqat və layihə-
konstruktor işlərinin yerinə yetirilməsi və eksperimental nüsxələrin hazırlanması prosesi ilə müşayiət
edilir. İnnovasiyaların sonrakı mərhələləri, əmək tutu- mu və mürəkkəblik baxımından əhəmiyyətli
dərəcədə fərqlənirlər. Bununla belə, ərzaq məhsulları istehsalında həmin mərhələləri birmənalı
şəkildə fərqləndirmək problemlidir.
Eyni zamanda onu
da unutmaq olmaz ki, texniki-
texnoloji yeniliklərin yüksək tezliyi istehsal və
kommersiya fəaliyyətinin ahəngdarlığına mənfi təsir edir. Bu səbəbdən innovasiyaların
maliyyələşdirilməsinin bir sıra parametrlərinin reqlamentləşdirilməsi zamanı kənd təsərrüfatı, onunla
sıx texnoloji-iqtisadi əlaqələrdə olan sahələrin xüsusiyyətləri və innovasiyaların sosial-ekoloji aspekti
nəzərə alınmalıdır.
Kənd təsərrüfatına yönəldilən investisiyalarda sosial-ekoloji münasibətlərində ahəngdarlığın
təmin edilməsi səviyyəsi ekoloji mühəndisliyin əsas tələblərinə uyğun ol- malıdır. Bu baxımdan,
kənd təsərrüfatında tətbiq ediləcək texnika və texnologiyaların texniki-iqtisadi qiymətləndirilməsi,
onların sosial-ekoloji ekspertizası ilə birgə aparılmalıdır. Belə təhlilin nəticələri innovasiyaların