Nəcəfli Tofiq Hümbət oğlu



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə28/53
tarix08.07.2018
ölçüsü1,05 Mb.
#54633
1   ...   24   25   26   27   28   29   30   31   ...   53

 

39

Sərdudda  Əbubəkr üzərində qələbə çaldı və 1410-cu ildə Təbriz şəhəri paytaxt olmaqla Qaraqoyunlu dövlətinin 



əsasını qoydu. Azərbaycanın cənub torpaqlarında möhkəmlənə bilmiş Qaraqoyunlu hökmdarı  Ağqoyunlu 

birliyinin getdikcə  güclənməsini böyük təhlükə hesab edirdi. Bu bəyliyi zəiflətməyə çalışırdı. Mardin şəhərinə 

yiyələnmək uğrundakı mübarizənin gedişində Qaraqoyunlu-Ağqoyunlu münasibətləri yenidən kəskinləşdi. Qara 

Yusifin teymuri   şahzadəsi  Əbubəkrə    qarşı  mübarizə  aparmasından istifadə edən Ağqoyunlu Qara Yülük 

Osman öz qüvvələrini Mardin üzərinə yönəltdi. 1409-cu ilin baharında Muş düzündə bu xəbəri almış Qara Yusif 

Amid  şəhəri  ətrafına gələrək Ağqoyunlu Qara Yülük Osmanı  məğlubiyyətə  uğratdı  və onu qaçmağa məcbur 

etdi

33

. Beləliklə, tərəflər arasındakı növbəti 



[94-95]

 münaqişə də qaraqoyunluların qələbəsi ilə başa çatdı. Türk 

tarixçiləri Qaraqoyunlu-Ağqoyunlu münasibətlərini araşdırarkən daha çox tərəflər arasındakı  hərbi 

toqquşmalara geniş yer vermişlər. Onlar bu toqquşmaların səbəbini izah etməkdən çəkinmişlər. 1411-ci ildə 

ikinci dəfə Amid şəhəri önünə gəlmiş Qara Yusif şəhərin ətrafını talan etmiş  və  Ərqani qalası  ətrafında Qara 

Yülük Osmanla şiddətli döyüşə girmişdi. Bu döyüşdə də Ağqoyunlu hökmdarı məğlub olmuşdu

34

. Faruq Sümer 



qeyd edir ki, Ağqoyunlu hökmdarı mə'ruz qaldığı məğlubiyyətlərə baxmayaraq, özünü Qaraqoyunlu hökmdarı 

qarşısında qorxudulmuş kimi göstərmirdi

35

. Bu onunla bağlı idi ki, Ağqoyunluları yalnız Cağatay hökmdarı 



Şahrux deyil, habelə Məmlük sultanı da müdafıə edirdi. 

Qara Yusif Teymuri hakimləri məğlub etdi, Cəlayiri Sultan Əhmədi məğlubiyyətə uğratdı, Azərbaycana 

hakim oldu. O, teymurilərin təhlükəli qonşusuna çevrildi. O dövrdə  Şahrux da hökmdarı olduğu Teymurilər 

dövlətinin hüdudlarını qonşu ölkələr hesabına genişləndirməyə  cəhd edirdi

36

.  Əcəm  İraqının Teymurilər 



dövlətinə birləşdirilməsi Qaraqoyunlu dövləti üçün təhlükə törədirdi. Ağqoyunlu hökmdarı Qara Yülük Osman 

da Qaraqoyunlu dövlətinin torpaqlarını elə keçirmək iddiasandan əl    çəkməmişdi    və    hər    vasitə    ilə    

onun    vəziyyətini ağırlaşdırmağa   çalışırdı.   O,   teymurilərlə   ən'ənəvi   dostluq əlaqələrini bərpa etdi. Qara 

Osman qatı düşməni olan Qara Yusifə qarşı mübarizədə Şahruxun himayəsindən istifadə etmək istəyirdi

37

. Qara 


Osmanın Şahruxu Qara Yusifə və sultan I Mehmedə  qarşı müharibəyə təhrik etmək üçün göndərdiyi məktub da 

bunu sübut edir. Məktubda deyilirdi: «Biz özümüzün az    miqdarda    olan    qoşunumuzla    Azərbaycan    və    

Rum hakimlərindən qorxub çəkinmirik. Sizin gəlişinizi gözləyirik. Qara Yusif  Türkmanın  qüdrət və  mətanəti    

onun    sizin qullamlarınızın birinə  qarşı (yə'ni Qara Osmana-T.N.) çıxması üçün kifayət qədər deyildir. Təkcə 

Qara Yusif deyil, həmçinin Rum və  Şam da sizin hücumunuzla alınar. Bütün Anadolu bəyləri ilə Bizans, 

Trabzon Rum imperatorları, Gürcü məlikləri,

 [95-96]

  Şirvan, Gilan, Luristan hakimləri sizin fərmanınıza baş 

əyməyə hazırdır«.

38

 Ağqoyunlu Qara Osmanın Şahruxa göndərdiyi məktub Qara Yusif tərəfindən ələ keçirildi. 



O, Ağqoyunlu hökmdarının gizli niyyətindən xəbər tutmuş və ona qarşı qəti tədbirlər görməyə məcbur olmuşdu. 

1417-ci ildə Qara Yusif Ağqoyunlu Qara Osman üzərində  qələbə çalmış  və  tərəflər arasında sülh müqaviləsi 

bağlanmışdı. Sülh müqaviləsinə görə, Qara Osman Mardinin şimal-şərqindəki Sağur qalasını Qara Yusifə təslim 

etmiş və əvəzində 1 mln dirhəm pul, 100 at və dəvə almışdı

39

. Lakin tərəflər arasındakı sabit münasibətlər uzun 



çəkməmişdi. 1418-ci ilin may ayında Qara Osman Şahruxun təhriki ilə sülh müqaviləsini pozmuş  və Mardin 

üzərinə hücuma keçmişdi. Bu xəbəri eşidən Qara Yusif Qara Osman üzərinə yürüş etdi və onu Amid ətrafında 

məğlub edə bildi. Qara Osman Hələb torpaqlarına qaçdı. Onu tə'qib edən Qara Yusif Ağqoyunlu hökmdarını 

1418-ci ilin 20 sentyabrında Fərat çayının sağ sahilində  Mərc Dabıkda ağır məğlubiyyətə  uğratdı  və Qara 

Osman Hələb şəhərinə qaçmaqla xilas ola bildi.

40

 



Bundan sonra qaraqoyunlularla ağqoyunlular arasındakı münasibətlər daha gərgin məcrada davam 

etmişdi. 1420-ci ildə Qara Yusifin Ərzincandakı əmiri Pir Ömər Qara Osmanın oğlu, Kəmax qalasının hakimi 

Yaqubun üzərinə hücum etdi. Yaqub məğlub edildi və  əsir alınaraq Təbrizə göndərildi

41

. M.Seyfəddini eyni 



qaynaqdan istifadə etməsinə baxmayaraq, bu hadisənin 1418-ci ildə baş verdiyini qeyd edir

42

. Lakin tezliklə 



Ağqoyunlu hökmdarı Qara Osman bütün qüvvələrini topladı.  Ərzincan  əmiri Pir Ömərdən intiqam almaq və 

onun Qara Yusifin göndərdiyi qüvvələrlə birləşməsinə imkan verməmək üçün Topğan vadisində düşmənə 

hücum etdi. Baş vermiş döyüşdə Pir Ömər məğlub oldu, onun oğlanları, yaxınlarından 24 nəfər əsir düşdü və o, 

Qara Osman tərəfindən öldürüldü

43



Qara Yusif Şahruxun Azərbaycana yürüş xəbərini aldığı üçün düşmən üzərinə nəzərdə tutduğu yürüşü 



tə'xirə salmışdı. Şahruxun Azərbaycana yürüşünü və Qara Yusifin ölüm xəbərini  

[96-97]


 eşidən    Ağqoyunlu    

Qara    Osman    yaranmış    vəziyyətdən faydalanaraq öz ərazilərini genişləndirmək qərarına gəldi. O, Mardin 

şəhəri üzərinə hücum etdi, lakin öz məqsədinə nail ola bilmədi.    1421-ci    ilin   mart-aprel    aylarında   

Qaraqoyunlu İskəndərlə   Ağqoyunlu   Qara   Osman   arasında   Şeyx   kəndi yaxınlığında baş vermiş şiddətli 

döyüşdə Qara Osman ağır məğlubiyyətə   uğradı.

44

   Qaraqoyunlu   İskəndər   bu   döyüş haqqında  Osmanlı   



sultanı   I  Mehmed  Qaziyə  məktubunda yazırdı: «...Qəflətən Özbək əmirlərinin yazdığı bir məktubu aparan 

casusu ələ keçirtdim. Mə'lum   oldu ki, Qara Osman qədim ədavəti təzələyərək özbəklərin ittifaqı ilə bizə pusqu 

qurmaq və beləliklə  zərər yetirməklə  məşğuldur... mən də bir casus  yollayıb, öyrəndim ki, Osman... bizə     

tərəf gəlməkdədir... Biz on min süvari ilə ona gecə basqın etdik. Düşmənin...20 mindən çox  adamı   qırıldı».  

Onun Təvaçisi Əhməd bəyin başını Cəmşid Ağa Əfşarla sizə göndərdim ki, qədim dostluğumuzu  və səmimi       

məhəbbətimizi unutmayasınız«

45

.»      Lakin      Ağqoyunlu      hökmdarı   bu məğlubiyyətə baxmayaraq,  öz 



düşmənindən  intiqam  almaq məqsədi  ilə  Şahruxun yardımından faydalanmaq üçün onu qaraqoyunlularla qəti 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə