Nəcəfli Tofiq Hümbət oğlu



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə30/53
tarix08.07.2018
ölçüsü1,05 Mb.
#54633
1   ...   26   27   28   29   30   31   32   33   ...   53

 

41

da ona iqta etdi və onu Azərbaycan ordusu ilə Ərzincana göndərdi



63

. Cahanşah 1457-ci ilin baharında Tərxan 

oğlu Rüstəmi 20 minlik qüvvə ilə Cahangirə yardıma göndərdi. Diyarbəkr yaxınlığında iyun ayında Uzun 

Həsənlə döyüşdə Cahangirlə qaraqoyunlular məğlub olmuş, Rüstəm əsir düşərək öldürülmüşdü

64

. Uzun Həsən 



bu qələbə haqqında Osmanlı sultanı II Mehmedə göndərdiyi məktubda ətraflı mə'lumat vermişdi

6

'. M.X. Yınanç 



qeyd edir ki, Cahanşah bir il sonra Uzun Həsənlə barışmış və əsirlərin xeyli hissəsini geri almışdı.

66

 Bu faktı 



qaynaqlar belə  təsdiq edir. Əbu Bəkr Tehrani bu haqda yazır: «Uzun Həsən Rakka qışlağında olarkən 

Cahanşahın elçisi gəlmiş və iki tərəf arasında sülh yenidən möhkəmləndirilmişdi«»

67

. Bu qələbə Uzun Həsənin 



mövqeyini daha da möhkəmləndirmiş və ona böyük hökmdarlarla eyni sırada durmağa imkan vermişdi. 

[100-


101]

 Qaraqoyunlu    dövlətinin    daxilindəki        ziddiyyətlərin getdikcə artması  və köçəri  ə'yanlar arasındakı 

ixtişaşlar Uzun Həsənin öz mövqeyini daha da möhkəmləndirməsinə  şərait yaradırdr.        XV        əsrin    50-ci    

illərinin    sonu    60-cı        illərin  əvvəllərində  Qaraqoyunluların  Anadoludakı    əksər  şəhər və qalaları 

Ağqoyunlular tərəfındən ələ keçirildi. Uzun Həsən Cahanşahın oğlu   Pir   Budağın   atasına    qarşı   üsyanından 

faydalanmağa çalışdı, lakin buna nail ola bilmədi. Cahanşah Uzun Həsənə  məktub göndərib bildirdi ki, əgər 

Ağqoyunlu hökmdarı onun oğluna yardım etməzsə, Sincar, Mosul və  Ərbil  şəhərlərini ona verəcəkdir. Buna 

görə də Pir Budaq    Uzun Həsəndən heç bir yardım ala bilməmişdi

68

. Oğlunun üsyanını yatıran Cahanşah Uzun 



Həsəni  Gürcüstana müvəffəqiyyətli yürüş münasibətilə  təbrik etmişdi.   Cahanşah ona bir qılınc da 

göndərmişdi. Uzun Həsən təşkil etdiyi mərasimdə bu qılıncı qurşanmış və elçiyə bunun bir hökmdarlıq nişanəsi 

olduğunu söyləmiş   və   böyük  hökmdara   daim   sadiq   qalacağına   söz vermişdi.

69

 Lakin ö dövrün bir çox 



hökmdarları arasında olan dostluq və ittifaq yalnız, siyasət məqsədi güdürdü, müvəqqəti səciyyə daşıyırdı. Uzun 

Həsəninin qatı düşməninə qarşı bu mövqeyı, yalnız uzaqgörən siyasi xadimin zahiri bir hərəkəti idi. O, yaxşı 

bilirdi ki, Cahanşah oğlu Pir Budağm üsyanını yatırtdıqdan sonra onun üzərinə gələcəkdir. M.X.Yınanç yazır ki, 

Uzun Həsən Misir sultanı Xoş Qədəmə elçilər göndərmiş, Cahanşahın oğlunun üsyanını yatırmasından sonra öz 

üzərinə hücum olacağını sultana bildirmişdi

70



Türk tarixçilərinin fıkrincə, artıq Qaraqoyunlu dövləti İslam dünyasının ən böyük dövlətlərindən birinə 

çevrilmişdi. Cahanşah özünü əski Elxani hökmdarının xələfı sayır və onların vaxtilə hakim olduqları əraziləri 

bütünlüklə əlinə keçirməyə çalışırdı. O, qaraqoyunluların düşməni olan, mərkəzi Diyarbəkr şəhəri olmaqla şərqi 

və  cənub-şərqi Anadolunun bə'zi bölgələrinə hakim olan Ağqoyunluları  əzmək, Uzun Həsəni məhv etmək, 

intiqam almaq istəyirdi

71

.Cahanşah ağqoyunluların dövlət hüdudlarının getdikcə genişlənməsi faktı 



[101-102] 

ilə heç cür hesablaşmaq istəmirdi. O, Osmanlı sultanını xəbərdar etmiş, ondan yardım istəmiş və 1467-ci ilin 15 

mayında Təbrizdən Diyarbəkrə tərəf hərəkətə başlamışdı

72



Qaraqoyunlu-Ağqoyunlu münasibətlərini tədqiq ermiş türk tarixçiləri (F.Sümer, M.X.Yınanç, 

İ.H.Uzunçarşılı  və b.) Qaraqoyunlu Cahanşahın bu yürüş  ərəfəsində Osmanlı sultanı II Mehmedi xəbərdar 

etməsi və hətta ondan yardım istəməsi faktına nəinki toxunmuş, hətta bu faktın üzərindən sükutla keçmişlər. T. 

Bıyıqlıoğlu isə belə bir nəticəyə  gəlir ki, qaraqoyunlular Osmanlılarla müttəfıq idilər, lakin Osmanlı dövləti 

ağqoyunlulara qarşı mübarizədə qaraqoyunlularla əlaqəyə girmək haqqında düşünməmiş, Uzun Həsənin 

Qaraqoyunlu dövlətini ilhaq etməsinə biganə yanaşmışdı

73

. Türk tarixçilərinin bu mövqeyi onların siyasi 



baxışları ilə tarixi hadisələrə münasibətdə və Osmanlı dövlətinin yeritdiyi xarici siyasətə birtərəfli yanaşması ilə 

bilasavitə bağlıdır. Qaynaqlar onların bu mövqeyini təkzib edir. Qaraqoyunlu Cahanşah Uzun Həsən üzərinə 

yürüşdən öncə Osmanlı sultanı II Mehmedə gödərdiyi məktubunda Uzun Həsənə qarşı mübarizədə yardım 

istəmişdi: «0, büləndhimmət həzrət... onun dəfi ve cəzalanması üçün cəhd etsinlər... Sizdən sədaqətlə rica olunur 

ki, bu məsələdə iradə istək və inadınız qırılmasın və  həqiqi dostların məqsəd və istəkləri həyata keçsin».

74

 



Qaynaqlar bir daha təsdiq edir ki, 1467-ci ildə Qaraqoyunlu Cahanşah sultan II Mehmedin təhriki ilə Diyarbəkr 

üzərinə hərəkət etmişdi. «Amasya valisi olan Bəyazid sultan II Mehmedin əmri ilə Uzun Həsənə qarşı döyüşdə 

Cahanşaha hərbi yardım etməli idi» .

75

 



Ərcişə doğru irəliləyən Cahanşah yolda Uzun Həsənin elçisi Xızır bəy Tərxanla görüşdü. Elçi Uzun 

Həsənin padşaha sadiq və tabe olduğunu, hökmdarın Xarputda, yaylaqda olduğunu bildirdi. Lakin Cahanşah 

qəzəblənərək onu geri qaytardı

76

. Qaraqoyunlu hökmdarı Məhəmməd Süfrəçini Uzun Həsənin yanına göndərdi 



və tələb etdi ki, əgər o həqiqətən itaət və sədaqətdən bəhs edirsə, ya bilavasitə özü, ya da oğlu onun hüzuruna 

gəlməlidir.  Əks  təqdirdə  o  rəqib üzərinə  qoşun 

[102-103]

 göndərəcəkdi. Uzun Həsən bu tələblərə rədd cavabı 

verdi. Lakin, o, Qazı Rüknəddin Əlini itaətkarcasına yazılmış məktubla və hədiyyələrlə Cahanşahın qərargahına 

göndərdi, Cahanşah isə  hədiyyələri qəbul etmədi və elçini geri qaytardı

77

. Beləliklə, qaraqoyunlularla-



ağqoyunlular arasındakı müharibə zərurətə çevrildi. 

Ağqoyunluların üzərinə  hərəkət edən Cahanşah Cəpəkcura gəldi. Sentyabrın ortalarında Pərvanəçi 

Qasım bəylə Cahangir bəyin 5 minlik qüvvəsi Ağqoyunlu Xəlil Mirzənin 3 minlik qüvvəsi tərəfındən məğlub 

edildi. Cahanşah bu hərbi yürüşü tə'xirə salmağı qət etdi. O, qoşunun çox hissəsini geri qaytardı, özü isə bir neçə 

yaxın adamı, az qüvvə ilə Səncəqdə eyş-işrət etdiyi vaxt 1467-ci ilin 11 noyabrına keçən gecədə Uzun Həsənin 

qəfıl hücumuna mə'ruz qaldı və öldürüldü

78



Qeyd etmək lazımdır ki, bu hadisənin baş verdiyi tarixi tədqiqatçılarımız müxtəlif cür yazmışlar. 



C.İbrahimov

79

 1467-ci ilin mayını, V.Minorski



80

 və Ş. Fərzəliyev

81

 oktyabrın 4-nü, M. Seyfəddini



82

 isə 1468-ci 




Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə