Nəcəfli Tofiq Hümbət oğlu



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə27/53
tarix08.07.2018
ölçüsü1,05 Mb.
#54633
1   ...   23   24   25   26   27   28   29   30   ...   53

 

38

üstünlük qazanmış Əhməd və Pir Əli qorxulu hesab etdikləri Qara Yülük Osmanı məğlub etdilər, onu zindana 



saldılar. Lakin tezliklə Qaraqoyunlu Qara Yusif böyük qüvvə ilə Ağqoyunlu torpaqlarına hücum etdi və Qara 

Yülük Osman həbsdən azad edildi. Qara Yülük Osman qaraqoyunlular əleyhinə təşkil edilmiş qoşunun başında 

durdu. O, qaraqoyunlular üzərində qələbə çaldı və Ağqoyunlu tayfa ittifaqının     başçısı     kimi     Diyarbəkrdə      

öz  mövqeyini möhkəmləndirdi

17



XIV   əsrin   II   yarısında   Azərbaycanın   cənub-qərb sərhədlərində   yaranmış   Qaraqoyunlu   tayfa   



ittifaqını      xeyli 

[91-92]


 möhkmələndirmiş  olan  Qara  Məhəmməd öz dövlətinin  ərazisini genişləndirmək, ilk 

növbədə Azərbaycan torpaqlarında möhkəmlənmək üçün tədbirlər hazırlamağa başladı. Mənbələrdən mə'lum 

olur ki, qaraqoyunlular Azərbaycanda Teymurun işğalından sonra yaranmış əlverişli vəziyyətdən istifadə etmiş, 

1388-ci ilin 25 mayında Təbriz şəhərini ələ keçirmiş, lakin burada möhkəmlənə bilməmiş və tezliklə şəhəri tərk 

etməli olmuşdular

18



Əmir Teymurun Azərbaycanı  işğal etməsi dövründə qaraqoyunlularla ağqoyunlular arasındakı 

münasibətlər daha da kəskinləşdi.  Əmir Teymur Azərbaycan uğrunda mübarizədə Qara Məhəmmədin 

müqaviməti ilə qarşılaşdı.  Şərəfxan Bidlisi qeyd edir ki, «Qara Məhəmmədin fəsadını yatırmaq üçün» 

Azərbaycanın cənub torpaqlarında Teymurla qaraqoyunlular arasında dəfələrlə böyük toqquşmalar baş verdi.»

19

 

Ağqoyunlu hökmdarı Qara Yuluğ Osman Osmanlı sultanlığı ilə, həm də, qaraqoyunlularla düşmən münasibətdə 



idi və Əmir Teymurla yaxınlaşmağa üstünlük verdi.

20

 Qara Yuluğ Osman Sivaş uğrunda döyüşdə osmanlılara 



məğlub olmuş  və  Ərzincan hakimi Mütahartənin vasitəsi ilə  Əmir Teymurun hüzuruna getmiş, Cığatay 

hökmdarının hakimiyyətini qəbul etmişdir

21

.  Əmir Teymur itaətsizlik göstərən qaraqoyunlulara qarşı 



mübarizədə  ağqoyunlulardan istifadə etdi və onlar arasında qədim düşmənçiliyi daha da qızışdırdı. 

Qaraqoyunlularla ağqoyunlular arasındakı düşmənçilik Teymurun hərbi səfərləri dövründən başlayaraq müxtəlif 

təmayüldə zahirə  çıxdı. Qaraqoyunlular Əmir Teymurun düşməni, ağqoyunlular isə onun müttəfiqi oldü

22



M.Seyfəddini göstərir ki, Qara Məhəmməd əmir Pir Hüseyn tərəfindən öldürüldükdən sonra iki tayfa arasındakı 

mübarizə daha da kəskinləşdi.

23

 Ancaq M.X.Yınanç yazır: «Əbu Bəkr Tehrani Qara Məhəmmədin Pir Həsən 



tərəfmdən öldürüldüyünü, Qara Məhəmmədin oğlu Qara Yusifin, atasının intiqamını almaq üçün Qara Yuluğ 

Osmandan yardım istədiyini, Qara Osmanın öz oğlu  İbrahim bəyi bir qədər qüvvə ilə Qara Yusifə yardıma 

göndərdiyini bildirir»

24

. Bu fakt 



[92-93] 

bir daha sübut edir ki, düşmənçiliyə baxmayaraq, tərəflər bir-birinə 

yardım göstərməkdən də imtina etməmişlər. Lakin nəzərə almaq lazımdar ki, bu hadisə 1389-cu ildə Qara Yuluğ 

Osmanın qardaşları ilə Ağqoyunlu tayfa ittifaqında rəhbərliyi ələ keçirmək uğrunda gərgin mübarizəsi dövrünə 

təsadüf edir. 

Əmir Teymurun Azərbaycanı tərk etməsindən istifadə edən Qara Yusif yenidən möhkəmlənməyə cəhd 

etdi. Mənbələrdən aydın olur ki, Qaraqoyunlu Qara Yusif 1390-1392-ci illərdə bir neçə dəfə Təbriz şəhərini ələ 

keçirmiş və Əmir Teymurun yeni yürüş xəbərini eşidərək oranı tərk etməli olmuşdu

23



Qara Yusif Cəlayiri Sultan Əhmədlə Əmir Teymurun qoşunlarına qarşı mübarizə apardı, lakin heç bir 



nəticə əldə edə bilmədi. Onlar Teymurun zərbələri altında məğlub oldular və Osmanlı Sultanı İldırım Bayəzidin 

himayəsinə sığındılar

26

. Osmanlı Sultanı Teymurun hücum təhlükəsi qarşısında Qara Yusiflə Sultan Əhmədin 



yardımından faydalanmaq məqsədilə, onlara himayəçilik etdi. Lakin Teymurun Kiçik Asiyaya hücumu 

ərəfəsində Qara Yusif Osmanlı Türkiyəsini tərk etdi. 

Əmir Teymur İldırım Bayəzidə qarşı  hərbi yürüşlərində  iştirak edən Qara Yuluğ Osmanın Osmanlı 

qoşunları  əleyhinə mübarizədə yaxşı döyüş nümunələrini nəzərə alaraq Diyarbəkr vilayətinin hakimliyini ona 

verdi

27

. Teymurun Azərbaycanı  tərk etməsindən sonra Qara Yuluğ Osman Diyarbəkr  ətrafındakı  şəhərləri, 



qalaları ələ keçirdi və öz dövlətini möhkəmləndirməyə başladı. Mənbələrin qeyd etdiyinə görə Ərzincan hakimi 

Mutahartənin ölümündən (1403) sonra Ərzincan və Bayburta sahib olmaq üstündə Qaraqoyunlu Qara Yusiflə 

Ağqoyunlu Qara Osman arasında şiddətli mübarizə başlandı ,

28

 



1405-ci ilin yanvar ayında Dəməşqdə Şam naibi Şeyx Mahmudi tərəfindən həbsdən azad edilmiş Qara 

Yusif ətrafındakı qaraqoyunlularla Şeyx Mahmudinin Misir sultanı Fərəcə qarşı mübarizəsində iştirak etmişdi. 

Lakin o, məğlubiyyətə uğramış, vətəninə qayıtmalı olmuşdu

29

. Teymur 



[93-94]

 artıq ölmüşdü və Azərbaycanda 

onun xələfləri arasında  şiddətli mübarizə başlamışdı. 1405-ci ilin qışını Mosulda keçirən Qara Yusif baharda 

Mardin  ətrafına gəldi.  Əbu Bəkr Tehraninin verdiyi mə'lumata görə, Qara Yusif Ağqoyunlu Qara Osmanla 

yenidən   qarşılaşmamaq,   mövcud   olan   ədavəti   unutmaq, münasibətləri qaydaya salmaq məqsədilə ona 

məktub göndərdi. Qara Yusif yazırdı: «Bizim hər ikimiz türkmanıq. Gəl bundan sonra   bir-birimizin   üzərinə   

hücum   etməyək,   bir-birimizi qırmayaq.   Yaxşı   olar  ki,   bizim  hər  birimiz  Rumdan  və Cığıtaydan olan 

düşmənlərimizə qarşı döyüşsün».

30

        Güman  etmək olar ki, Qar Yülük Osman Qara Yusifin bu təklifı ilə 



razılaşmamışdı. Çünki, Faruq Sümer və Osman Turan qeyd edirlər ki, Qara Yusif 1405-ci ilin baharında Mardin 

ilə  Hısnkeyfə arasındakı, Takı adlanan yerdə  Ağqoyunlu Qara Yülük Osmanla  qarşılaşmış      və      nəticəsiz  

savaşdan   sonra  tərəflər arasında   sülh   müqaviləsi   bağlanmışdı.

31

   Şərqi   Anadoluya qayıtmış   Qara   Yusif       



Van   və   Bitlis   hakimlərinə   öz hakimiyyətini qəbul etdirmiş, sonra isə  Ərzurum yaxınlığındakı Avnikə   

doğru   hərəkət   etmiş,   Teymurun   Azərbaycandan ayrılarkən «Türkman Qara Yusifə qarşı durmaq»« tapşırığı 

almış  Əmir Doladaydan qalanı almağa müvəffəq olmuşdu

32

. Qara  Yusif  1408-ci   ilin  21   aprelində   




Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə