Nəcəfli Tofiq Hümbət oğlu



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə35/53
tarix08.07.2018
ölçüsü1,05 Mb.
#54633
1   ...   31   32   33   34   35   36   37   38   ...   53

 

47

Mənbələrdən mə'lum olur ki, Qaraqoyunlu hökmdarı Cahanşahı Uzun Həsənə qarşı müharibəyə sultan 



II Mehmed təhrik etmişdi. Amasya valisi Bayəzid sultan II Mehmedin əmri ilə Uzun Həsənə qarşı döyüşdə 

Cahanşaha hərbi yardım etməli idi. Lakin bu yardım göstərilməmişdi.

 [115-116]

 

Qaraqoyunlu-Osmanlı münasibətlərindən bəhs edən türk tarixçilərinin Osmanlı dövlətinin  ən böyük 



düşməni kimi təqdim etdikləri Ağqoyunlu dövlətinə qarşı Cahanşahın apardığı mübarizədə II Mehmedin onu 

himayə etməsi, Osmanlı imperiyasının Ağqoyunlu dövlətinə qarşı yeritdiyi istilaçılıq siyasətinə haqq 

qazandırmaq və bütün günahları onların üstünə atmaq cəhdlərindən irəli gəlmişdi. 

1467-ci ilin 11 noyabrında Qaraqoyunlu hökmdarı Cahanşah Ağqoyunlu Uzun Həsənlə  həlledici 

döyüşdə öldürüldü. Tezliklə Uzun Həsən Qaraqoyunlu Həsən  Əlinin və Teymuri Əbu Səidin qüvvələrini 

darmadağın etdi. Qaraqoyunlu dövlətinin mövcudluğuna son qoyuldu. Paytaxt Təbriz  şəhəri olan Ağqoyunlu 

dövləti meydana gəldi. 

 

 




 

48

§3. Ağqoyunlu-Osmanlı münasibətləri. 

 

 

Azərbaycanın Osmanlı Türkiyəsi ilə qarşılıqlı  əlaqələri tariximizin lazımi səviyyədə öyrənilməmiş 



problemlərindəndir. Problemin araşdırılmasının tarixşünaslığımız üçün başlıca elmi əhəmiyyəti bundan ibarətdir 

ki, Azərbaycan xalqının XV-XVI əsrlərdəki inkişafı Şirvanşahlar, Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətləri 

kimi geniş əraziyə malik olmuş siyasi qurumlarının tarixi ilə bilavasitə bağlı olmuşdur. Bu dövlətlərin sosial-

siyasi, iqtisadi tarixinin, onların Osmanlı Türkiyəsi ilə qarşılıqlı əlaqələrinin dərindən öyrənilməsi ümumdünya 

tarixinin bə'zi məsələlərinin obyektiv həlli üçün də vacibdir. Orta əsrlər Şərqinin Ağqoyunlu və Səfəvi dövlətləri 

kimi iri siyasi vahidləri qonşu dövlətlərlə geniş iqtisadi əlaqələrə malik idi. Bu feodal dövlətləri beynəlxalq 

münasibətlər sistemində  fəal mövqe tutmuş, Asiya və Avropa ölkələrinin Osmanlı imperiyasına qarşı  hərbi-

şiyasi ittifaqlarında başlıca rol oynamışlar. 

Ağqoyunlu-Osmanlı  münasibətləri  məsələsinə tarixşünaslığımızda Ağqoyunlu dövlətinin Avropa 

ölkələri ilə əlaqələrinin səbəblərini izah etmək məqsədilə araşdırmalar 

[116-117]

 aparmış tədqiqatçılar ümumi 

şəkildə toxunmuşlar.  İ.P.Petruşevski Ağqoyunlu dövlətinin Avropa ölkələri ilə (xüsusən Venetsiya ilə) 

diplomatik  əlaqələrini tədqiq etmiş, Ağqoyunlu hökmdarının Avropaya meyl etməsini XV əsrin II yansında 

Osmanlı Türkiyəsinin kömrük siyasəti, habelə sultan II Mehmedin  (1451-1481)  qəsbkarlıq    planları ilə 

əlaqələndirmişdir

145

. C.M.İbrahimov da Azərbaycanın XV əsr tarixinə dair tədqiqatlarında  İ.P.Petruşevskinin 



elmi nəticlərini təsdiq etmişdir

146


. Bə'zi  əsərlərdə isə  Ağqoyunlu-Osmanlı münasibətləri tədqiq edilərkən 

Osmanlı Dövlətinin istilaçılıq siyasəti ön plana çəkilir. Ağqoyunlu dövləti Venetsiya respublikası və digər Qərb 

dövlətləri «Türk hücumu təhlükəsindən ehtiyat edən» siyasi vahidlər kimi təqdim edilir

147


. Ağqoyunlu-Osmanlı 

münasibətləri Y.M. Mahmudovun əsərlərində daha geniş tədqiq olunmuşdur

148



Ağqoyunlu dövlətinin Osmanlı Türkiyəsi ilə münasibətlər tarixini elmi baxımdan düzgün 



qiymətləndirmək üçün   bu   əlaqələrin   inkişaf  prosesini   iki   dövrə   bölmək mümkündür. 

1.   Ağqoyunluların   Azərbaycanda  hakimiyyətə gəlməsindən  əvvəlki dövr. 

2.   Ağqoyunluların   Azərbaycanda  hakimiyyətə gəlməsindən  sonrakı dövr. 

XV  əsrin ikinci yarasında Ağqoyunlu tayfa ittifaqı  Dəclə  və  Fərat çaylarının yuxarı axarında 

möhkəmlənmişdi. Diyarbəkr isə bu feodal bəyliyinin mərkəzi idi. Ağqoyunlu  əmirləri ilə Osmanlı sultanları 

arasında ən'ənəvi düşmənçilik münasibətləri vardı. Yaşar Yücel və Yılmaz Öztuna bu düşmənçiliyin XIV əsrin 

sonlarında Qara Osmanın dövründə başladığını göstərir. Qazi Bürhanəddini öldürmüş Ağqoyunlu rəisi Osman 

bəy Sivası almağa çalışırdı.  İldırım Bəyazidin Sivası  zəbt etməsi, ağqoyunluların  ən böyük rəqibi olan 

qaraqoyunluların osmanlıların dostu olması bu düşmənçiliyi daha da gücləndirdi

149


. Faruq Sümerin fikrincə, 

Ağqoyunlu bəyliyinin    qurucusu  olmuş  Qara  Osmanın  osmanlılarla  

[117-118]

 münasibətləri daim dostluq 

məcarəsında keçmişdir

150


. Osmanlı dövləti ilə  həmsərhəd olan yerlərdə  Ağqoyunlu tayfa ittifaqının getdikcə 

güclənməsi Osmanlı sultanlığını  təşvişə saldığından, Sultan İldırım Bayəzid öz qüvvələrini toplayaraq 

ağqoyunlulara qarşı mübarizəyə qalxır. Vəziyyətin gərginləşdiyini hiss edən Qara Osman osmanlılar əleyhinə 

mübarizədə Teymurun qüvvələri ilə  əlaqəyə girir. Teymur qoşunlarının Kiçik Asiyaya yürüşü zamanı onlar 

üçün əlverişli şərait yaradır. Ağqoyunlular Ankara döyüşündə (1402) İldırım Bəyazidə qarşı Teymurun tərəfində 

vuruşduqdan sonra Ağqoyunlu-Osmanlı münasibətləri daha da pisləşdi. Tofiq Bıyıqlıoğlu belə hesab edir ki, 

Teymurun istilasından sonra Osmanlı dövləti daxilində baş vermiş qanşıqlıqdan faydalanan ağqoyunlular 

Osmanlı torpaqlarına təcavüz etməkdən çəkinməmişdi. Bu təcavüzlər 50 ildən artıq bir müddət  ərzində baş 

vermişdi.

151


 Dövrün qaynaqları T.Bıyıqlıoğlunun bu iddiasını tamamilə təkzib edir. Osmanlı sultanı I Mehmed 

Qazinin Qara Osmana məktubunda deyilir: «...Biz (bu vaxtlar ərzində) onlardan (yə'ni Qara Osmandan-T.N.) 

dostluq və xeyirxahlıqdan başqa bir şey müşahidə etməmişik,.. özünüzü qədim dost və bu tərəfdən səmimi insan 

bilib, bu münasibətdə heç bir dəyişikliyə yol verməyin»

152

. Məktubdan göriindüyü kimi, Osmanlı Sultanı 



Ağqoyunlu hökmdarı Qara Osmanla münasibətlərinin dostluq məcrasında inkişaf etdiyindən bəhs etməkdədir. 

Ancaq nəzərə almaq lazımdır ki, bu dostluğun dərin özülü olmadığından, o yalnız zahiri xarakter daşımışdır. 

XV  əsrin 40-50-ci illərində  Ağqoyunlu tayfa ittifaqında hakimiyyət uğrunda gedən feodal 

mübarizələrinin ardı-arası  kəsilmir və onların  əllərində olan yerlər  əldən-ələ keçirdi. Qara Osmanın dövründə 

qüvvətli mövqe tutan Ağqoyunlu tayfa ittifaqında başlanan və arası  kəsilməyən feodal mübarizələri Osmanlı 

sultanlığının diqqətini özünə  cəlb edir. Osmanlı dövləti ağqoyunlular  əleyhinə bir sıra tədbirlər həyata 

keçirməyə cəhd edirsə də, əhəmiyyətli nəticələr əldə edə bilmir. Ağqoyunlu-Osmanlı münasibətləri kəskinləşir.

 

[118-119]



 

Ağqoyunlu-Osmanlı münasibətlərinin pisləşməsində ticarət mənafelərinin toqquşmasının mühüm rolu 

olmuşdu. XV əsrin II yarısında beynəlxalq  əhəmiyyəti olan başlıca karvan yolları  Ağqoyunlu dövlətinin 

ərazisindən keçirdi. Bu yollardan biri Yaxın və Orta Şərq bazarlarını  Təbrizlə, Xəzər sahili Azərbaycan 

bölgələrini isə, Həştərxan vasitəsilə Moskva ilə birləşdirirdi.

153


 Digər mühüm karvan yolu Hindistanı, İranı və 

Azərbaycanı Qara dənizlə birləşdrən Hörmüz-Təbriz-Trabzon ticarət yolu idi. Şərq-Qərb ticarət  əlaqələrinin 

inkişafında Təbriz-Bursa-İstanbul yolunun da böyük əhəmiyyəti vardı'

54




Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə