Nəcəfli Tofiq Hümbət oğlu



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə37/53
tarix08.07.2018
ölçüsü1,05 Mb.
#54633
1   ...   33   34   35   36   37   38   39   40   ...   53

 

50

artması Fatehə  qəti olaraq bunu anlatmışdı ki, özünə arxadan zərbə vura biləcək bir dövləti bitərəf etməsə



Trabzona yürüş təhlükəli ola bilər»

172


. Buna görə də « II Mehmed Trabzon probleminin həllini tə'xirə salmış, 

Uzun Həsənlə vuruşmaq üçün ordusunu Ərzincana yeritmiş  və Yassıçəmən adlanan yerdə ordugah 

qurmuşdu».

173


 

Türk tarixçiləri arasında bu məsələyə münasibətdə  fıkir ayrılığı mövcuddur. Bəkir Sidqi Baykal və 

Yaşar Yücel Səlahəddin Tanselin fikrinə qarşı çıxaraq göstərir ki, Fateh Mehmedin başlıca hücum hədəfə Uzun 

Həsən deyil, Trabzon olmuşdur.

174

 

Bu dövrdə  Ağqoyunlu dövləti çox çətin vəziyyətə düşmüşdü. Çünki Uzun Həsən keçmiş  rəqibi olan 



qaraqoyunlularla mübarizə aparırdı. Teymuri hökmdarı Əbu Səid də Qaraqoyunlu dövləti ilə ittifaq bağlamışdı. 

Ağqoyunlular iki təhlükə arasında qalmışdılar. Beləliklə, o zaman hələ kiçik feodal bəyliyi olan Ağqoyunlu 

dövlətinin aradan qaldırılması təhlükəsi yarandı. Vəziyyəti düzgün qiymətləndirən Uzun Həsən Yassıçəmənə - 

II Mehmedin hərbi düşərgəsinə bir elçi hey'əti göndərdi.

175

 

Əbu Bəkr Tehraninin verdiyi mə'lumata görə, Fateh II Mehmed Uzun Həsənin yanına elçi göndərərək 



sülh bağlamağı təklif etmişdi. O, yazır: «Rum padşahı Uzun Həsənə elçi göndərdi və bildirdi ki, əgər o, anası 

Saray Xatunu sülh üçün onun yanına göndərərsə, sülh bağlamağa, Trabzona olan iddialarından imtina etməyə 

hazırdır»

17

°. Ağqoyunlu elçilərinə Saray Xatun başçılıq edirdi. Bəkir Sidqi Baykal Əbu Bəkr Tehraninin verdiyi 



mə'lumatların doğru olduğunu qəbul edir və

 

[122-123]



 Uzun Həsənin anasını Fatehin yanına yollamağa razı 

olmasının səbəbinin cavabsız qaldığını yazır.

177

 Bütün Yaxın və Orta Şərqdə böyük nüfuzu olan Saray Xatun 



Osmanlı sultanının hərbi düşərgəsində yaxşı qarşılandı. Qaynaqların verdiyi mə'lumata görə, danışıqlar zamanı 

Saray Xatun II Mehmed bır-birinə «ana» və «oğul» deyə müraciət etmişlər

178

. Saray Xatun bu danışıqlar zamanı 



özünün bütün diplomatik bacarığından istıfadə etdi və Uzun Həsənin birinci tapşınğını yerinə yetirə bildi: II 

Mehmedi Ağqoyunlu dövlətinə qarşı müharibə etmək fıkrindən daşındırdı

179

. Rəşad  Əkrəmə görə, iki ölkə 



arasında, ağqoyunluların Osmanlı dövlətinə, habelə onun himayəsindəki  ərazilərə hücum etməməsi, Osmanlı 

qoşunlarının Trabzona hücumu zamanı Ağqoyunlu dövlətinin bitərəf qalması şərtilə sülh müqaviləsi bağlandı.

180

 

Bu sülh müqaviləsinin Ağqoyunlu dövləti üçün böyük əhəmiyyəti oldu. Məhz Saray Xatunun bağladığı bu 



müqavilə nəticəsində o zaman Osmanlı imperiyası ilə toqquşmağa qadir olmayan kiçik Ağqoyunlu dövləti öz 

müstəqilliyini saxlaya bildi. Lakin Saray Xatunun bütün sə'ylərinə baxmayaraq, II Mehmedi Trabzon fəthindən 

çəkindirmək mümkün olmadı. 

Yaşar Yücel II Mehmedin Trabzon fəthi  ərəfəsində Uzun Həsənlə olan münasibətlərini təhlil edərək 

belə bir nəticəyə gəlir ki, nə Uzun Həsən Fatehi Trabzon fəthindən çəkindirmək üçün qəti bir təşəbbüsdə olmuş, 

nə  də Fateh onu tamamilə bitərəf etməyə çalışmışdı. Üstünlüyün Fateh tərəfində qaldığı  və Uzun Həsənin 

«şəfaət» diləməsi haqqında Osmanlı rəvayəti qəbul oluna bilməz. Çünki, Fateh bütün Trabzon səfəri boyunca 

Uzun Həsəndən çəkinmişdi və onun arxadan edəcəyi hücumdan ehtiyat etmişdi.  İbn Kamalın çox gözəl 

bildirdiyi kimi Sultanın Saray Xarunu özü ilə götürməsi də bunu sübut edir

181


1461-ci ilin 26 oktyabrında Trabzon zəbt edildi. Şəhərin əldən getdiyini görən Saray Xatun öz gəlininin 

(Dəspinə xatunun) Trabzon taxtına olan varislik hüququnu irəli sürdü. O, bundan istifadə edib Trabzon 

xəzinəsini sultanla bölüşdürdü.

 [123-124]

 Yaşar Yücel bunu, sultanın danışıqlar zamanı Saray Xatuna bə'zi 

şeylər və'd etməsi ilə əlaqələndirir.

182


 Yaşar Yücel və Əli Sevim yazırlar ki, Sultan Fateh Uzun Həsənin ölkəsi 

sərhədlərinə gələn zaman orduda girov olaraq götürülmüş Saray Xatunu bir elçi hey'əti və Trabzon xəzinəsindən 

əldə olunmuş  hədiyyələrlə  oğlunun yanına göndərdi. Osmanlı hey'əti Uzun Həsənlə mövcud olan müqaviləni 

«Şərq sərhədlərinin təhlükəsiz olması  şərtilə  təzələdi»

183

. Osmanlı sultanı bu tədbir vasitəsilə  qərbdəki 



istilalarını həyata keçirərkən öz arxasını təhlükəsizləşdirmək istəyirdi. 

Trabzonun fəth olunması nəticəsində Ağqoyunlu dövləti nəinki öz müttəfiqini, habelə Qara dənizə olan 

yeganə çıxış yolunu  da  itirdi.  Ağqoyunlu-Osmanlı   münasibətləri   xeyli kəskinləşdi. 

Qaraman hadisələri isə  Ağqoyunlu-Osmanlı ziddiyyətlərini son həddə çatdırdı. Ancaq aralıq dənizi 

sahilində, çox əlverişli coğrafi mövqedə yerləşmiş Qaraman bəyliyi bütün Anadolu yarımadasını ələ keçirməyə 

çalışan Osmanlı dövləti ilə, Qərbi Avropa ölkələri ilə bilavasitə ticarət əlaqələri yaratmağa çalışan Ağqoyunlu 

dövləti arasında mənafelərin toqquşduğu düyün nöqtəsi idi. Trabzonun işğalından sonra Qara dəniz ticarətindən 

məhrum olan ağqoyunlular üçün Qaramanın  əhəmiyyəti xeyli artmışdı. Qaraman bəyliyi osmanlılara qarşı 

Ağqoyunlu dövlətinin ən'ənəvi müttəfıqi idi. Qaraman ərazisinin Ağqoyunlu dövləti üçün hərbi-strateji məntəqə 

kimi əhəmiyyəti daha böyük idi. Osmanlı imperiyası ilə labüd olan müharibənin yaxınlaşdığı bir şəraitdə Uzun 

Həsən Qaraman ərazisini heç cür itirmək istəmirdi.

184


 Ədnan Sadıq Ərzi bu məsələ ilə əlaqədar olaraq yazır ki, 

Trabzonun osmanlılar tərəfındən fəthi Uzun Həsən dövlətinə şimal istiqamətindən təhlükə törədirdi. Qaramanın 

itirilməsi isə Ağqoyunlu hökmdarı üçün daha təhlükəli ola bilərdi. Buna görə də Fatehin rəqibi olan, Anadoluda 

hegemonluq  uğrunda  mübarizəyə   başlamış   Uzun  Həsənin 

[124-125]

 Qaramana hərbi, siyasi müdaxiləsi və 

bu bölgədə müttəfıq bir dövlətin olmasını istəməsi təbii idi.

185


 

Mətin Kunt qeyd edir ki, Şərqi Anadoluda osmanlılara düşmən olan Ağqoyunlu dövləti ilə toqquşmanın 

getdikcə yaxınlaşdığı bir şəraitdə  cənubdan təhlükəsizliyinə tam əmin olmaq istəyən Fateh Sultan Mehmed 

Qaraman ölkəsini zəbt etmək qərarına gəldi.

186

 1464-cü ilin 4 avqustunda Qaraman əmiri İbrahimin ölümündən 




Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə