Nəcəfli Tofiq Hümbət oğlu



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə39/53
tarix08.07.2018
ölçüsü1,05 Mb.
#54633
1   ...   35   36   37   38   39   40   41   42   ...   53

 

52

Osmanlı sultanı yetişməkdə olan müharibədə  qələbə çalmaq üçün üstünlüyü ələ almaq məqsədilə 



Qaraman əmirliyinin fəth olunmasını başa çatdırdı. Uzun Həsən sultandan Qaraman işlərinə qarışmamağı tələb 

etdisə də, bu heç bir nəticə vermədi, görkəmli diplomat Saray Xatunun Osmanlı sultanı ilə Qaramanı öz keçmiş 

hakimlərinə qaytarmaq haqqındakı danışıqları da faydasız qaldı

205


. «Qaraman böhranı» Ağqoyunlu-Osmanlı 

ziddiyyətlərini müharibə  həddinə yaxınlaşdırmaqda idi. Beləliklə, Ağqoyunlu dövləti ilə Osmanlı imperiyası 

arasında dərin hərbi-siyasi ziddiyyətlər də vardı. Bu ziddiyyətlərdə başlıca cəhət Osmanlı dövlətinin qəsbkarlıq 

siyasəti idi. 

Osmanlı sultanı sülh müzakirələri ilə vaxt qazanmaq və qarşıdakı müharibəyə hazırlığı başa çatdırmaq 

üçün Ağqoyunlu sarayına elçilər göndərdi. Şərafəddin Turan yazır ki, Osmanlı elçiləri Türkiyənin Ağqoyunlu 

dövlətinə qarşı gördüyü bütün tədbirlər müqabilində Uzun Həsəndən üzr istəməli, ağqoyunlularla «vicdanlı sülh 

və dostluq müqaviləsi» bağlamalı idilər. Lakin Dəspinə Xatunun, Qaraman şahzadələrinin və Katerino Zenonun 

ümumi səyləri nəticəsində Uzun Həsən sultan II Mehmedin elçilərini qəbul etmədi

206


. Ağqoyunlu hökmdarı 

Aralıq dənizi istiqamətində hücuma keçib Qaramanı  fəth etmək, Qərb dövlətlərinin (o cümlədən Venetsiya 

Respublikasının) hərbi qüvvələri ilə birləşmək üçün öz qoşunlarına döyüş əmri verdi. 1472-ci ildə Ağqoyunlu-

Osmanlı müharibəsi başlandı. 

Başlamış  Ağqoyunlu-Osmanlı müharibəsində  təqsiri Uzun Həsənin üzərinə qoymaq və II Mehmedin 

istilaçılıq siyasətinə haqq qazandırmaq türk tədqiqatçıları üçün səciyyəvi haldır. Mətin Kunt yazır ki, Həsən 

padşah Azərbaycan və İrandakı üstünlüyü ilə kifayətlənsə idi, Fateh Sultan Mehmed Cənub-Şərqi   Anadolunu   

da      ağqoyunlulara   güzəştə   gedər,

  [128-129]

 Balkan yarımadasındakı  fəaliyyəti ilə  məşğul olardı. Fəqət. 

1472-ci üdə  Həsən pabşah öz hakimiyyətini osmanlıların  əlində olan Anadolunun içərilərinə doğru 

genişləndirdiyi üçün əks tərəf buna qarşı  çıxmışdı

207

.  İsmət Barmaqsız oğlunun tədqiqat  əsərində tarixi 



həqiqətlər qismən açıqlanmışdır. O, yazır ki, ən'ənəvi olaraq Fərat çayının  şərqində qalan Anadolu əraziləri 

İranda və Azərbaycanda hakim olmuş dövlətlərin qanuni torpaqları sayılmışdır. Fatehin Fərat çayını keçməsi 

Şərqi Anadolu, Azərbaycan və  İran  ərazilərində böyük bir dövlət yaratmış  Ağqoyunlu hökmdarını bu tarixı 

ən'ənənin müdafiəsi üçün hərəkətə gətirmişdi

208



Fateh sultan Mehmedin 30 avqust 1473-cü il tarixli yarlığında Ağqoyunlu dövlətinə qarşı aparılan 



müharibənin başlıca səbəbi kimi, Uzun Həsənin Toqat şəhərini ələ keçirməsi göstərilir

209


. Rəhməti Arat yazır ki, 

Toqat şəhərinin alınması bu müharibə üçün bir bəhanə olmuşdur. Fəqət, bu iki türk dövlətinin bir-birinə qarşı 

olan düşmənçiliyinin  ən mühüm səbəbi bu idi ki, Anadolunun böyük bir qismini öz hakimiyyəti altında 

birləşdirmiş Osmanlı sultanını Şərqi Anadoluya doğru irəliləməsinə Ağqoyunlu hökmdarı maneçilik törətmişdi. 

Fateh Mehmedin əsas məqsədi yalnız Uzun Həsən tərəfindən edilmiş  təcavüzə cavab vermək deyil, bu kimi 

təcavüzlərin gələcəkdə  təkrar olunmaması üçün rəqib dövləti məhv etmək və yaxud onu Anadolu işlərinə 

qarışmaq iqtidarında ola bilməyəcək siyasi vahid halına salmaq olmuşdur.

210


 A. Kantarini Uzun Həsənlə 

Osmanlı sultanı Fateh II Memed arasında baş verən müharibənin əsas səbəbini Qaraman bəyliyinin Osmanlılar 

tərəfindən işğal olunması faktı ilə bağlayır

211


Osmanlı sultanı da müharibəyə ciddi hazırlıq görmüşdü. Xəlil  İnalcikin qeyd etdiyi kimi, II Mehmed 

müharibə ərəfəsində imperatorluğunun çıxara biləcəyi bütün qüvvələri bir araya toplamağa çalışdı

212


1472-1473-cü illərin Ağqoyunlu-Osmanlı müharibəsinin  şahidi olmuş italiyalı C.M. Anciolelonun 

məlumatına görə, II Mehmed Uzun Həsənə qarşı müharibəyə  220 minə  qədər  əsgər 

[129-130]

  səfərbər 

etmişdi


213

. Katerino Zeno və Osmanlı tarixçisi İbn Kamal da ağqoyunlulara qarşı  təqribən bu qədər  əsgərin 

səfərbər edildiyini göstərirlər

214


. Türk tarixçilərindən  Ə.B.  Şapolyo isə bu rəqəmin 100 min olduğunu qeyd 

edir


215

1472-ci ilin baharında Osmanlı Türkiyəsinə qarşı müharibəyə başlamış  Ağqoyunlu dövləti 



müvəfəqqiyyətli döyüş  əməliyyatları keçirərək Toqatı, Qeysəriyyəni, Ağsarayı  və  Ağşehiri zəbt etdi və 

Qaramana daxil oldu. Lakin əsas qüvvələrdən ayrı düşmüş, Osmanlı qüvvələrindən qat-qat az olan, yorğun 

Ağqoyunlu süvariləri Beyşehir gölü yaxınlığında ağır məğlubiyyətə  uğradılar

216


. Qışın düşməsi ilə  əlaqədar 

olaraq hər iki tərəf əməliyyatı dayandırdı. II Mehmed Uzun Həsənə  məktub göndərdi. 1473-cü ilin baharında 

ona qarşı  səfərə  çıxacağını bildirdi

217


. Sultan əmin idi ki, artıq Qaraman Osmanlıların  əlində olduğuna görə, 

Ağqoyunlu dövləti və Venetsiya ona qarşı birləşə bilməyəcəkdir. Buna görə  də, o, Osmanlı dövlətinin bütün 

qüvvələrini Ağqoyunlulara qarşı yönəltmək qərarına gəldi. Müzəffər  Ərəndil yazır ki, Fateh Sultan Mehmed 

Osmanlı dövlətinin gələcəyinin Şərqdə baş verəcək böyük bir döyüşdə həll edəcəyinə inanmışdı.

218

 

1473-cü ilin 1 avqustunda Fərat çayı sahilində Ağqoyunlularla Osmanlılar arasında şiddətli vuruşma baş 



verdi. Uzun Həsənin seçdiyi düzgün taktika nəticəsində  Ağqoyunlu süvariləri Osmanlı qoşunlarının zərbə 

qüvvəsini çaşdırdılar, çayın sol sahilinə keçirdilər və sultan II Mehmedi ağır məğlubiyyətə  uğratdılar. 

Şərafəddin Turan qeyd edir ki, qələbəyə ümidini itirmiş Osmanlı sultanı döyüşdən sonra öz zabitlərindən birini 

barışıq əldə etmək üçün Ağqoyunlu hökmdarının yanına göndərdi. Lakin Uzun Həsən Venetsiya elçisi Katerino 

Zenoya verdiyi anda sadiq qaldı və II Mehmedin sülh təklifini qəbul etmədi.

219


 

Osmanlı sultanı öz hərbi qüvvələrini Bayburd istiqamətində geriyə çəkdirdi. 1473-cü ilin 11 avqustunda 

Ağqoyunlu süvariləri II Mehmedin qoşunlarını Ərzincanla Ərzurum arasındakı Üçağızlı dərəsində qarşıladılar. 



Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə