Nəcəfli Tofiq Hümbət oğlu



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə42/53
tarix08.07.2018
ölçüsü1,05 Mb.
#54633
1   ...   38   39   40   41   42   43   44   45   ...   53

 

55

məqsədilə       Ağqoyunlu    dövləti    ilə       münasibətdə  çevik,  



 [136-137]

 diplomatik siyasət yeridir, bütün 

məktublarında Ağqoyunlu sultanı Yaqubla dostluq şəraitində yaşamağı arzuladığını bildirirdi

250


. Məhz sultan II 

Bayəzidin yolayovuq siyasəti nəticəsində Osmanlı Türkiyəsi ilə Ağqoyunlu dövləti arasında hərbi əməliyyatlar 

kəsilmişdi

251


. Yaqub padşahın və Sultan II Bayəzidin şair təbiətli olması da iki dövlət arasındakı münasibətlərə 

öz tə'sirini göstərmişdi. 

Sultan Yaqubun ölümündən sonra hakimiyyət uğrunda qızğın  mübarizə başlandı.  Sultan Yaqubun 

kiçik yaşlı oğlu Baysunqur hakimiyyətə gəldi (1490-1492). Sultan II Bayəzid Sultan Yaqubun ölümü, taxt-taca 

Baysunqur Mirzənin gəlişi ilə bağlı olaraq göndərdiyi məktubda artıq, Ağqoyunlu sultanlarına münasibətdə 

böyük qürurla davranması, əda ilə danışması ilə fərqlənir.   Sultan  II  Bayəzid  məktubunda  yazırdı:   «...İndi 

Həzrət Fərzənd (yə'ni Baysunqur-T.N.) gərək...Bizim atalıq  şərəfımizi olduqca güclü şəkildə  təsəvvür etsin... 

Vəziyyəti barədə  və  zəruri məsələlər haqqında yazışma qapılarını açıq saxlasın. Bu fıkrimizi sizə bildirmək 

üçün Şeyx Həsənağanı göndərdim»

252


. Baysunqur Mirzənin anasının sultan II Bayəzidə məktubunda  deyilirdi:   

«...Baysunqur Mirzənin...   Sizə  çox böyük  məhəbbəti   ...   vardır.   ümidvaran  ki,  bu  məhəbbət getdikcə     

artacaq,     dostları     sevindirəcək...     düşmənləri kədərləndirəcəkdir...  hər iki tərəfın rəiyyəti də əsayiş və 

xoşluqla güzəran edəcəkdir. Aramızda məktublaşma və elçi mübadiləsi məhz bu məhəbbət sayəsində 

mövcuddur... və hər iki   məmləkətin kasıb   və   zəif   bəndələri   əmin-amanhq beşiyindədirlər».

253


   Məktubdan   

aydın   olur   ki,   iki   dövlət arasındakı      münasibətlərin   yaxşılaşmasının     perspektiv  nəticələrinə  diqqət 

yetirilmişdir. Qarşılıqlı münasibətlərin bu məcrada davam etməsinin hər iki tərəfin mənafeyinə uyğun olması 

açıq surətdə hiss edüməkdədir. 

M.X.Yınanç Sultan II Bayəzid ilə sultan Baysunqurun bir-birinə  məktublar və elçilər göndərməsini 

qeyd etsə  də,Ağqoyunlularla onlar arasındakı münasibəti tam açıqlamamışdır.

254

Hər iki dövlət arasında   



münasibətlərin  

[137-138]

 nizama salınmasında sultan II Bayəzidin şəxsi keyfiyyətləri də mühüm rol oynamışdı. 

İ.H. Uzunçarşılı qeyd edir ki, sultan II Bayəzid gəncliyində və səltənətinin sonuna qədər əyləncəli həyat tərzi 

sürmüşdü.

255


 S.Tansel isə yazır ki, gəncliyində eyş-işrət düşkünü olmuş və padşah olduqdan sonra da bir müddət 

ərzində bu həyat tərzini davam etdirmiş olan II Bayəzid, Avropanın  ən böhranlı bir dövründə  Qərb və  Şərq 

dövlətlərinin Osmanlılara qarşı getdikcə qorxulu bir qüvvəyə çevrildikləri  şəraitdə hakimiyyətdə olmuşdur

256


.  

S. Tansel «şərq dövləti» ifadəsini işlədərkən Ağqoyunlu dövlətini nəzərdə tutmuşdur. Lakin onun bu mövqeyini 

bütün mənbələr təkzib edir. XV əsrin sonlarında Osmanlı Türkiyəsinin Ağqoyunlu dövlətinin daxili işlərinə 

müdaxilə etməsi və  Ağqoyunlu  əmirləri arasında hakimiyyət uğrunda güclənməkdə olan mübarizədən öz 

mənafeyinə uyğun istifadə etməyə cəhd göstərməsi aydın şəkildə özünü biruzə vermişdi. 

Ağqoyunlu əmirləri Rüstəm padşahdan narazı idilər. Onlar Sultan II Bayəzidə məktub yazmış, Uğurlu 

Məhəmmədin oğlu Gödək  Əhmədi yardıma göndərməyi ondan xahiş etmiş  və  əmir Hüseyn Əli Tərxanı 

İstanbula göndərmişdilər

257

. Ağqoyunlu  əmirlərindən olan Nur Əli Bəyin sultan II Bayəzidə göndərdiyi 



məktubunda göstərilirdi ki, məmləkətdə özbaşınalıq baş alıb gedir. Sultan bu məmləkətin ərazisinə rəhm etsin 

və şahzadə Əhməd Mirzəni bu tərəflərə göndərsin. Əgər şahzadə gəlməsə, bu məmləkətdə dinclik olmayacaqdır. 

Əgər Sultan şahzadəyə kömək edərsə, bu məmləkətlə o vilayətin (Rumun-T.N.) birliyi hasil olar

258


. Ağqoyunlu 

dövlətinin siyasi işlərinə müdaxilə etmək istəyən Osmanlı sultanı bu xahişi qənimət hesab etdi, Əhməd Mirzəyə 

və Hüseyn Əli Tərxana qoşun verdi, onları  Təbriz üzərinə göndərdi. Bunu qaynaqlar da sübut edir. Sultan II 

Bayəzidin Nur Əli bəyə  və başqa Ağqoyunlu  əmirlərinə ünvanlanmış  məktubunda deyilir: «...elə edin ki, 

işlərinizdə  təqsir və döyüşlərinizdə qüsur əmələ  gəlməsin. Qənimət olan fürsəti  əldən verməyin... Bizim 

səadətmənd Fərzəndimiz   (Gödək   Əhməd-T.N.)    ...   o   diyarın   ədalətli  

[138-139]

   sultanlarından daha adil 

və ağıllıdır... Mahmud Çavuşu göndərdik. Hər kim o fərzəndə (Gödək Əhmədə-T.N.) itaət və inayət göstərsə, 

bir olan Allaha and olsun ki, padşahlıq bizim tərəfımizdən də lütfkarlığı ilə sərafraz olacaqdır»

259



Z.V. Toğanın fıkrincə, Ağqoyunlu əmirlərini belə bir addım atmağa məcbur edən əsas səbəb «şiyəlik 



təhlükəsi» olmuşdur:   «Ağqoyunlu  bəyləri  şıyəlik təhlükəsi  qarşısında Osmanlılarla anlaşmaq zərurətini hiss 

etdilər. Onlar Uğurlu Məhəmmədin Fatehin qızından doğulmuş  və eyni zamanda II Bayəzidin kürəkəni  olan 

oğlu  Gödək  Əhmədi  İstanbuldan gətirdilər və onu hökmdar e'lan etdilər»

260


. F.Kırzıoğlu da həmin fikri 

müdafiə edərək yazır ki, ölkədəki qarışıqlıqdan üzülmüş və Səfəvi müridlərinin   təhlükəsini aradan qaldıracaq 

qüdrətli şahzadəni taxta çıxarmaq istəyən Ağqoyunlu əmirləri Gödək Əhmədi İstanbuldan gətirib padşah e'lan 

etdilər. Hər iki türk  tarixçisinin  məsələyə  münasibətində  birtərəfli  mövqe tutması, Osmanlı sultanının əsas 

məqsədini ört-basdır etməsi aydın   şəkildə    Yılmaz   Öztuna    tərəfındən    açıqlanmışdır. Şübhəsizdir ki, 

«Sultan II Bayəzid Türkiyənin Fərat-Toroslar sərhəddini tuta bilmək üçün Ağqoyunlu dövlətinin əlindən Şərqi 

və  Cənub-Şərqi Anadolunu almağın geopolitik bir zərurət olduğunu anlamışdı. Fəqət o, işi məsləhətlə  həyata 

keçirmək istəyirdi. II Bayəzid qızı Ayni Şah Sultanı ana tərəfdən Fatehin nəvəsi   olan   Ağqoyunlu   sultanı   

Gödək   Əhmədə   vermiş, qohumluq yolu ilə Türkiyənin yüksək mənfəətlərini qorumaq yolu ilə getmişdi»

261


Tayyib Gökbilginin fıkrincə, quruluşundan e'tibarən fəth etdiyi və  işğal etmək istədiyi məmləkətlərdə yerli 

bəylərdən və  şahzadələrdən istifadə  etmək istəyi  Osmanlı dövlətinin siyasi bir məsləki və ən'ənəsi olmuşdu

262


II Bayəzid öz məqsədinə nail olmaq üçün şahzadə Əhmədi Ağqoyunlu dövlətində hakimiyyətə gətirməyi qərara 

aldı. Türk tarixçiləri sultan II  Bayəzidin bu  məqsədlə  Gödək  Əhmədə  yardım etdiyini göstərirlər

263


. Faruq 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə