Nəcəfli Tofiq Hümbət oğlu



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə32/53
tarix08.07.2018
ölçüsü1,05 Mb.
#54633
1   ...   28   29   30   31   32   33   34   35   ...   53

 

44

Əhməd Cəlayiri ilə Qara Yusifi himayə etmək bəhanəsilə, Elxanilərə tabe olan əraziləri işğal 



[106-107]

 etmək 


istəyirdi. O, bu məqsədlə Qara Yusifın  Şərqi Anadoluda və Azərbaycandakı qüvvələrindən faydalanmaq 

istəmişdi.

97 

Osmanlı sultanının başlıca məqsədi tədricən dövlətin sərhədələrinə yaxınlaşmış Teymura qarşı 



mübarizədə Qara Yusifin və Sultan Əhmədin qüvvələrindən faydalanmaq idi. Beləliklə, obyektiv zərurətin 

tə'siri ilə Qaraqoyunlu Osmanlı əlaqələrində dostluq meyli güclənmiş və bu, münasibətlərin gələcək inkişafına 

müsbət tə'sirini göstərmişdi. Qaraqoyunlular İldırım Bəyazid dövründən başlamış dostluq əlaqələrini sonadək 

davam etdirmişdilər

98



Teymurun ölümündən (1405) sonra Azerbaycanda onun xələfləri arasında səltənət uğrunda gedən 



mübarizədən faydalanan Qaraqoyunlu Qara Yusif Teymuri şahzadələrini ağır məğlubiyyətə uğratdı və mərkəzi 

Təbriz  şəhəri olan Qaraqoyunlu dövlətini yaratdı. Qaraqoyunlu dövlətinin getdikcə güclənməsi Xorasan 

hökmdarı  Şahruxu narahat edirdi. Şahruxun 1415-ci ildə  Əcəm  İraqını Teymuri dövlətinə birləşdirməsi 

Qaraqoyunlu dövləti üçün təhlükəli idi. Ağqoyunlu Qara Osmanın Şahruxu qaraqoyunlulara qarşı müharibəyə 

təhrik etməsi bu təhlükəni daha da artırmışdı

99

.  Şahrux kimi qüdrətli bir hökmdarla sabit münasibətlər 



yaratmağın zəruriliyini yaxşı anlayan Qara Yusif dövlətlərarası münasibətlərin sabitləşdirilməsi üçün iki dəfə 

cəhd etmiş, hətta Sultaniyyə şəhərini dostcasına Xorasan hökmdarından xahiş etmişdi. Həsən bəy Rumlu yazır: 

«Bu xahiş müqabilində Xorasan şahı bildirdi ki, əgər Qara Yusif bir oğlunu girov kimi bizim yanımıza 

göndərərsə Sultaniyyəni ona verə bilərik. Qara Yusif bu təklifə razı olmadı»

100

. Çünki o, oğlunu Xorasan 



sarayına göndərməklə Şahruxdan asılı vəziyyətə düşəcəkdi və müstəqil hərəkət edə bilməyəcəkdi. 

Şirvanşah  İbrahimin ölümündən (1417) sonra oğlu Xəlilullahın  Şirvanın müstəqilliyinə can atması, 

onun Qara Yusifın hakimiyyətini tanımaqdan imtina etməsi və Şahruxla dostuq əlaqələrini yaratması vəziyyəti 

daha da ağırlaşdırdı. Belə bir şəraitdə Qara Yusif Osmanlı sultanı I Mehmedlə 

[107-108]

 ittifaq yaratmağı vacib 

hesab etdi. Qara Yusif sultan I Mehmedə göndərdiyi məktubda yazmışdı: «Bu günlərdə... Şahrux Bahadırdan 

yarlıq aldım. (o yazır ki,) gərək Azərbaycanı onun vəkillərinə  təslim edəm. Eşitdim ki, (o) bu tərəfə qoşun 

çəkərək Qəzvinə yaxınlaşmışdır. Biz də öz ləşgərimizi oradakı bir dağ  ətəyinə  yığmışıq və gözləyirik...  Əgər 

qəddar rüzgar ona kömək edərsə, o, tatar qoşunu ilə Konstantinapol sahilindən Kəffəyə çatacaq, qıpçaq 

çölündən Dərbəndə gələcək, oradansa Azərbaycana yetişəcəkdir... Sizə deyiləsi xəbərlər... çoxdur. Bu barədə ... 

mə'lumat vermək üçün Xacə  Bəhram Naxçivanini sizin tərəfə göndərdik. Nə  fərman etsəniz, ona da əməl 

edəcəyik»

,0,


.Sultan I Mehmed cavab məktubunda məsləhət bilir ki, onlar «səy etsinlər ki,.. fıtnə atəşi 

şö'lələnməsin»

102

. Osmanlı sultanının Qara Yusifin oğlu Qara tskəndərə  məktubunda deyilirdi: «...Bizi 



(məsələdən) agah etdiyinə görə xoşbəxt olun. Əgər bir təşviş və hücum olarsa, xəbər veriniz ki, Allahın köməyi 

ilə imkan daxilində onu dəf edə bilək»

103

. Osmanlı sultanının məktublarından mə'lum olur ki, o məsələni 



diplomatik yolla həll etməyə üstünlük verirdi. İsmayıl Aka yazır ki, Əmir Teymurun hakimiyyətini tanımış 

Osmanlı padşahı I Mehmedin fəaliyyəti də Heratda narazılıq doğurmuşdu. Osmanlıların Əmir Teymurun bərpa 

etdiyi Anadolu bəyliklərinə qarşı  hərəkəti də xoş qarşılanmamışdı. Onlar Əmir Teymura, indi isə  Şahruxa 

Anadoluya gəlməsi üçün də'vət məktubları göndərməyə başlamışdı. Osmanlı Sultanı ikinci bir Teymur təhlükəsi 

ilə qarşı-qarşıya gəlmək istəmir və bu baxımdan kafirlər ilə  məşğul olmağı teymurilər ilə anlaşılmazlıq 

yaratmaqdan üstün hesab edirdi

104

. Şahrux hələ 1416-cı ilin fevral ayında Burunduq Bahadur vasitəsilə sultan I 



Mehmedə göndərdiyi məktubda yazırdı: «Qara Yusifin və onun övladlarının... qovğasından başqa 

düşmənlərimiz yoxdur. Onlar o tərəflərə (Ruma-T.N.) gələrlərsə, tutub, bizə versinlər və  fıtnə atəşini 

söndürməyə çalışsınlar»

105


. Sultan I Mehmed ehtiyatla hərəkət edərək  Şahruxun tələblərindən imtana etmək 

üçün müxtəlif vasitələrə  əl atmağa çalışmışdı. O, yazırdı: «Biz 

[108-109]

  əgər, Qara Yusifın üzrxahlığını o 

dərgahdan (Şahruxun Xorasan dövlətindən T.N.)» xahiş etsək ola bilsin ki, qəbul edilməyəcək.  Əgər ona 

vilayətimizə  gəlmək icazəsi versək (o), məcburiyyət üzündən... qonşu hakimlər olan qaramanların, həmidilər, 

isfəndiyarlar, zülqədərlilərlə birləşərlər. Qara Yusif Misir sultanları ilə də ittifaq yarada bilər».

106


 

Türk tarixçilərinin fıkrincə,  Şahruxun Azərbaycana yürüşü  ərəfəsində Osmanlı-Qaraqoyunlu 

münasibətlərində müəyyən anlaşılmazlıq mövcud idi. Qara Yusifın  Ərzincan hakimi Pir Ömərin Qarahisarı 

mühasirəyə alması buna səbəb olmuşdu. Şəhərin hakimi Məlik Əhməd oğlu Həsənə yardım üçün Amasya valisi 

şahzadə Murada və sultan I Mehmed Çələbiyə müraciət etmişdi

107


. O zaman sultan I Mehmed Çələbi Həsənə 

yardım göstərə bilməmiş  və  şəhər Pir Ömər tərəfindən  ələ keçirilmişdi. Tezliklə Azərbaycanda Qara Yusifin 

ölümündən sonra taxt-tac qovğası qarşılığından faydalanan sultan I Mehmed itirilmiş torpaqları geri 

qaytarmışdı.

108

 

Savaşa girmədən məqsədinə çatmaq istəyən Cığatay hökmdarı elçi göndərmiş, Qaraqoyunlu Qara 



Yusifdən tabe olmasını tələb etmişdi. Həsən bəy Rumlu yazır: «Qara Yusifın yanına, Təbrizə göndərilmiş elçi 

qayıdaraq (Şahruxa) bildirmişdi ki, Qara Yusif orada özünü müstəqil bir şah hesab edir. Ətraf yerlərin bütün 

hakimi və sərdarları ona tabedirlər. Padşahın şövkətindən və qoşunun qələbələrindən qorxmayan Qara Yusifın 

çoxlu döyüşçü dəstələri vardır»

109

.  Şahruxun Qara Yusifə qarşı göndərdiyi  Əmir  Şah Məlik də ona elçi 



göndərmiş barışıq istədiyini təkrarən izhar etmiş, Sultaniyyəni və  Qəzvini teymurilərə qaytaracağı  təqdirdə 

Suriya və Ruma qədərki ərazini, Azərbaycan ilə Ərəb İraqını ona verəcəyini bildirmişdi. Qara Yusif bu təklifə 

razı olmamış, Şah Məlikin elçisini həbs etdirmiş və savaşa hazırlaşmışdı.

110


 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə