Nəcəfli Tofiq Hümbət oğlu



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə23/53
tarix08.07.2018
ölçüsü1,05 Mb.
#54633
1   ...   19   20   21   22   23   24   25   26   ...   53

 

32

Mərkəzi dövlət idarəsində mühüm yerlərdən biri də dövlətin gəlirlərinə  nəzarət edən və maliyyə 



aparatını idarə edən baş  vəzirə  məxsus olmuşdur. O, həmçinin ölkənin xarici işləri ilə  məşğul olur və mülki-

inzibati idarələrə başçılıq edirdi

128

. Baş  vəzir ali divana rəhbərlik etdiyinə görə, «Sahib divan» da adlanırdı. 



Divanın möhürü ona e'tibar edilirdi. Hökmdarların verdikləri fərmanın və ya hökmün sərlövhəsində sultanın adı 

və  ləqəbi, sonunda isə möhürləri vurulurdu. Qaraqoyunlu hökmdarı Cahanşahın 1458-cü ildə verdiyi bir 

hökmün sərlövhəsində «Məğlubedilməz Cahanşah hökmümüz» sözləri yazılmış möhür vardı. Ağqoyunlu 

hökmdarı Uzun Həsən tərəfındən 1470-ci ildə verilmiş bir fərmanın sonunda (sol kənarında) hökmdarın 

möhürü, fərmanın arxasında (sağ tərəfində) iki yerdə divanın möhürü və onun altında isə vəzirlərin möhürləri 

vurulmuşdu. Həmin fərmanın altındı (sağ  kənarında) pərvanəçinin adı yazılmışdır

129

. Y.H.Uzunçarşılının 



fıkrincə, hökmdarın möhürü fərmanın sonuna vurulmuş, onun arxasında divanın və vəzirlərin möhürünün vurul-

ması  fərmanın divanın nəzarəti və  mə'suliyyəti altında olduğunu göstərir

130

. Divan möhürünün yuxarıda, 



vəzirlrin möhürünün aşağıda olması sübut edir ki, vəzirlər divan rəisinə tabe olmuşlar. Bu məsələyə biz 

«Tüzukati-Teymuri»də rast gəlirik. Orada göstərilir: «Əmr etdim vəzirlər Divanbəyə tabe olsunlar ki, mühüm 

maliyyə  işlərini onlarla birlikdə  həll etsinlər»

131


.  İ.H. Uzunçarşılının fıkrincə, Qaraqoyunlularda vəzirlərin 

sənədlərin arxasına möhür vurmalarına təsadüf edilmir. Onlar sənədin altında və sağ kənarında, yalnız sənədi 

[77-78]

 yazmış  pərvanəçinin adını yazmaqla kifayətlənmişlər



132

. «Uzun Həsənin 1472-ci ilin sentyabrında 

Qaraqoyunlu Pir Əhməd bəyə göndərdiyi bir hökmün sonunda «Rəhmedici Allaha e'timad edən Həsən bin Əli 

bin Osman» yazılmışdır. Bu hökmün üzərində  və sağ  kənarında Ağqoyunluların mənsub olduğu bayandur 

boyunun damğası və içərisində isə «Hökmdür» sözü yazılmış, altında «Əbunəsr Həsən Bahadur sözümüz» qeyd 

olunmuş, hökmün arxasında isə divanın beş üzvünün adı yazılmışdır»

133



İ. H. Uzunçarşılı qaraqoyunlularda və  ağqoyunlularda divan əmiri vəzifəsinin olduğunu göstərir. 



Onların hökmdardan sonra səltənət naibi kimi böyük ixtiyara malik olması, digər əmirlərdən üstün olduğu qeyd 

olunur


134

Divan ayrı-ayrı sahələr üzrə üç yerə bölünürdü: divani təvaçi, divani mal, divani sədr. Bunların hər biri 



üçün aynca pərvanəçi, ya da hər üçünə bir pərvanəçi tə'yin olunurdu

135


İ.H. Uzunçarşılı Qaraqoyunlu ve Ağqoyunlu divanlarında maliyyə  işləri ilə  məşğul olan «mustofi» 

adlanan vəzifəli  şəxsin olduğunu göstərir. Qazi İsa Savəcinin atası  Şükrullah Uzun Həsənin hökmdarlığı 

dövründə divanda mustofi (maliyyə vəkili) olmuşdu

136



Elxanilər və Teymurilər dövlətində olduğu kimi, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərində də «dərgah» 



və ya «dövlətxana» adlanan saray təbliğatı  və  təşkilatı var idi. Elxanilər dövründə olmuş «inak», «rikabdar», 

«bukavul», «əmiraxur», «ayaqçı» və sair istilahlara Qaraqoyunlu və  Ağqoyunlu dövlətlərində  də  təsadüf 

edilir

137


. Ağqoyunlu Sultan Xəlilin sarayında yasavul (mühafizə  mə'muru), çaşnigər (aşxana müdiri), quşçu, 

parsçı, piyada, rikabdar (bəbirçi) (heyvanların yeminə baxan), yamçı, (əsgərlərin keçəcəyi yolu göstərir), inak , 

mə'şəldar (məşəltutan), nağaraçı, mətbəxehumayun xadimləri,  şirəçi (şərəbdar), fərraş, kitabxana xadimləri, 

musiqi hey'əti, ayaqçı, cərrah, carçı, qalabəyi, eşikağası və qapıçı vəzifələrindən ibarət böyük bir hey'ətin olduğu 

qeyd olunur

138


.  İ.H.Uzunçarşalıya görə Qaraqoyun- 

[78-79]


-lularda «rikabdar», «bukavul», «İnaq», «Əmir-

axur» və başqa islahatlara təsadüf olunur

139

. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərində ordu sarayın ixtiyarındakı 



qoşundan və ayrı-ayrı vilayətlərdən toplanan döyüşçü dəstələrindən (çərik) ibarət olmuşdur. Mənbələrdə ordu 

sözü «ləşgər», «qoşun», ordunu təşkil edən  əsgərlər isə «mülazim, əsgər, qulluqçu, nökər, dilavər» 

adlandırılmışlar

140


.  İ.H.Uzunçarşılının fikrincə, Qaraqoyunlu və  Ağqoyunlularda ordu təbliğatı  və  hərbi 

istilahlar tamamilə Elxanilərdə olduğu kimi idi

141

. Qaraqoyunlu və  Ağqoyunlu hökmdarlarının bilavasitə 



mühafizəsi isə  məşğul olan alaylara qoruyucular deyilirdi.

142


  Həsən bəy Rumlu 1410-cu ildə Sultan Əhməd 

Cəlayirinin Təbrizə hücumu zamanı qorçilərin zərli paltar geyinərək,  əllərində müxtəlif silahlar tutduqlarını 

göstərir

143


Müharibə gözlənilən təqdirdə tabeliyindəki vilayətlərə gedərək hərbi qüvvə toplayan və ayrı-ayrı hərbi 

dəstələr arasında   əlaqə   yaradan   əmirlər   təvaçi   adlanırdı.   Onlar döyüşçüləri səfərbər edir, ordunun yerini 

büdirir,  döyüşçülərin sayını  özünün « təvaçi dəftərinə » qeyd edirdi

144

. I.H.Uzunçarşılı      Təvaçi   divanının   



olduğunu   qeyd   edir

145


. Fəzlullah ibn Ruzbihan Xuncinin verdiyi mə'lumata görə, Uzun Həsənin dövründə 

Hüseyn bey Hacılu Təvaçi divanının  əmiri olmuş, sonra isə Sultan Xəlilin lələsi tə'yin olunmuşdu.

146

  İ.H. 


Uzunçarşılı Sultan Yaqub dövründə  Cəlaləddin Həsən bəyin pərvanəçilikdən Təvaçi divanına  əmir tə'yin 

olunduğunu  qeyd  edir

147

.   Lakin  Fəzlullah  İbn  Ruzbihan Xuncinin verdiyi mə'lumatdan aydın olur ki, Sultan 



Yaqub dövründə Cəlaləddin Həsən Əli bəy Nizaməddin Quli bəylə pərvanəçi  vəzifəsindən  Təvaçi  divanına  

deyil,  pərvanəçi divanına əmir tə'yin olmunmuşdur

148

.    Bu mə'lumatlardan aydın olur ki, pərvanəçilərin də öz 



divanları olmuşdur. 

İ.H.Uzunçarşılı Qaraqoyunlu və  Ağqoyunlu dövlətlərində ordunun sağ cinahının-«bərənğar», sol 

cinahının «cəvanğər» və  mərkəz hissəsinin-«  İluğ » adlandığını  və müharibə zamanı  mərkəz hissədən önə 

göndərilən qoşuna «mənqəlay» 

[79-80]

 deyildiyini qeyd edir



149

. Lakin Fəzlullah ibn Ruzbihan Xunci ordunun 

mərkəz hissəsinin «qul» adlandığını qeyd edir

150


. İ.H. Uzunçarşılı Qaraqoyunlu və Ağqoyunlu ordusunda çərxçi 

və muçi dəstələrinin mövcudluğu haqqında bəhs etmir. Ş. Fərzəliyev də Qaraqoyunlu və Ağqoyunlu qoşununda 




Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə