Neft-qaz quyularinin tamamlanmasi



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə32/50
tarix02.03.2023
ölçüsü1,2 Mb.
#101780
1   ...   28   29   30   31   32   33   34   35   ...   50
Quyularin tamamlanmasi leak by 1337

“Soyuq” quyular üçün:
Temperatur həddi.......................................................22±2
0
S
İşlədilən su.................................................................Şirin su
Tutuşma başlanğıcıcının gözlənilməsi.......................2-00 saat
Tutuşma sonuna qədər vaxt.....................................10-00 saat
Sement daşının əyilmədə möhkəmlik
həddi........................................2,7 MPa (MN/m
2
) (27 kq/sm
2
)
“İsti” quyular üçün:
Temperatur həddi........................................................75±3
0
S
İşlədilən su................................................................Şirin su
Tutuşma başlanğıcıcının gözlənilməsi.....................1-45 saat
Tutuşma sonuna qədər vaxt......................................4,5 saat
Sement daşının əyilmədə möhkəmlik
həddi ......................................6,2 MPa (MN/m
2
) ( 62 kq/sm
2
)
Tamponaj sementlərinin quru halda sıxlığı 3000-3200 kq/m
3
-
dur. Adətən, “soyuq quyu” dedikdə dərin olmayan – 1600-
2000m-ə qədər , “isti quyu” dedikdə isə nisbətən dərin quyular –


2000-2500m-dən çox nəzərdə tutulur. Yüksək quyu dibi
temperaturu olan dərin quyular üçün tamponaj sementinin
tutuşma başlanğıcı təcrübədə sement məhlulu qarışdırıldıqdan 1
saat 15 dəqiqə keçdikdən sonra olmalıdır. 
Eyni zamnda quyu 2 gün (sutka) saxlanıldıqdan sonra sement
daşının möhkəmliyi 100-120
0
S temperaturda 1,8MN/sm
2
olmalıdır. Tamponaj sementlərini su ilə qarışdırdıqda sıxlığı
1800-2000kq/m
3
sement məhlullarının hazırlanması üçün
istifadə edirlər. Sement məhlulunun hazırlanmasında onun
xassələrini tənzimləmək üçün lazımi kimyəvi reagentlər də
qatılır. 
“Soyuq” quyular üçün olan sementdən hazırlanan məhluldan
temperaturu 50
0
S qədər olan intervalların, “isti” quyular üçün
olan sementdən isə temperaturu 90-100
0
S-dən artıq olmayan
intervalların sementlənməsində istifadə olunur. 
Təcrübədə dənəvərləşdirilmiş domna şalaklarının kvars qumu ilə
(şlak qumlu sementlər) və ya portland sement klinkeri ilə (şlaklı
portland sement) birgə üyüdülməsi nəticəsində hazırlanan
sementlərdən geniş istifadə olunur. Bunlar:
1) ШПЦС-200 – domna şlakının kvars qumu ilə birgə
üyüdülməsindən hazırlanır. Temperaturu 160-220
0
S olan
quyuların sementlənməsində istifadə olnur. Su-sement nisbəti-
0,42, sıxlığı – 1,82-1,84t/m
3
, 1ton sementdən hasil olan məhlul –
0,77m
3
-dur.
2) ШПЦС-120 – domna şlakının kvars qumu ilə və portland
sement klinkerinin birgə üyüdülməsindən hazırlanır.
Temperaturu 80-160
0
S qədər oaln quyuların sementlənməsində
işlənir. Bunun quru sıxlığı – 2800kq/m
3
, su-sement amili – 0,45,
məhlulun sıxlığı – 1,78-1,80t/m
3
, 1 ton sementdən 0,80m
3
məh-
lul alınır. 
Sement məhlulunun tutuşma vaxtını ləngitmək üçün əlavə edilən
SSB-nin sıxlığı 1,25-1,28 t/m
3
olmalıdır.



Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə