N.Ə.İMamverdiyev



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə21/46
tarix27.10.2017
ölçüsü4,58 Kb.
#7000
1   ...   17   18   19   20   21   22   23   24   ...   46

haplobazalt sistemində fraksionlaşma silisium və  qələvilərlə 
çox zənginləşmiş, maqnezium və kalsiumla kasıb olan 
leykokrat qalıq  ərintinin  əmələ  gəlməsinə  gətirir. Fraksion 
kristallaşmanın ilkin mərhələsində gec mərhələyə nisbətən 
plagioklaz anortit molekulu ilə daha zəngin olur. 
 
Mg
2
SiO
4
+SiO
2
=2MgSiO
3
, yəni, Ol+L=En 
 
Eksperimental məlumatların əsasında N.Bouen belə nəticəyə 
gəlmişdir ki, silikat sistemlərində  ərinti və kristallarla reaksiya 
münasibəti tipik hadisədir. O bunu reaksiya prinsipi 
adlandırmışdır. 
Baxılan sistemlərdə kristallaşmanı sülb birləşmələr  əmələ 
gətirən iki seriya şəklində  təsvir etmək olar. Fe-Mg  və  Ca-Na 
izomorfizmi nəzərə alınmaqla fasiləsiz  Ca-plagioklaz

Ca-
Na

 plagioklaz

Na plagioklaz və fasiləli Mg-olivin

Mg-Fe 
piroksen

Ca-Mg-Fe piroksen sırası  əmələ  gəlir. Buna 
yuxarıda qeyd etdiyimiz məşhur Bouen reaksiya sırası deyilir 
və aşağıdakı kimi təsvir edilir: 
Silikat sistemində olan məlumatlar bazalt maqmasının kris-
tallaşma diferensiasiyasının ümumi qanunauyğunluğunu müəy-
yən edir: süxurların təkamülü sırasında çətin  əriyən 
komponentlərin – MgO, Al
2
O
3
, CaO-nun miqdarı azalır. Bu 
SiO
2
-nin, qələvilərin, nisbi dəmirliliyin miqdarının artması ilə 
müşahidə edilir. Buna homodrom tip diferensiasiya deyilir. 
Anortit 
↓ 
Olivin 
↓ 
Bitovnit 
↓ 
Rombik piroksen 
↓ 
Labrador 
↓ 
Monoklinik piroksen 
↓ 
Andezin 
↓ 
Amfibol 
↓ 
Oliqoklaz 
↓ 
 
Albit 
↓ 
Biotit 
↓ 
Kalium-natrium çöl şpatı 
↓→→→→→→↓ 
↓ 
Muskovit 
↓←←←←←↓ 
↓ 
Kvars 
Kristallaşma diferensiasiyası mantiya maqması Yer üzərinə 
qalxdıqda doldurduğu aralıq ocaqda (kamerada) baş verir. 
Mantiya təbiətli maqmatik mayenin sıxlığı çox olduğu üçün 
onlar çox güman ki, yer qabığının aşağısında toplanır. Aralıq 
ocaqlar səthə yaxın zonalara qədər formalaşa bilir. 
Aralıq ocaqlar ərintinin yerini dəyişməsi zamanı dövrü 
olaraq boşaldılır və daha dərinlik mənbələrdən maqmanın yeni 
porsiyası ilə doldurulur. «Sakitlik» dövründə kameralarda 
sıxlığı  ətraf süxurlardan fərqlənən sülb fazalar ayrılmaqla 
ərintinin qismən kristallaşması baş verir. Maqmatik mayeyə 
nisbətən daha yüksək sıxlığa malik olan olivin, piroksen və 
başqa minerallar batır və ocağın aşağı hissələrində, An
75
-dən 
turş olan plagioklazlar nisbətən yüngül mineral kimi əksinə üzə 
çıxır və maqmatik ocağın üst hissəsində toplanır (
olivin və 
piroksenin sıxlığı 3,2 q/sm
3
-ən az deyildir,  ilkin mantiya 
maqmasının sıxlığı isə 2,8-3,0 q/sm
3
-dir)

Plagioklazın sülb birləşmələr sırası bütün kristallaşma 
intervalı temperaturunda onun xüsusiyyətlərini  əks etdirir və 
ərintilə fasiləsiz olaraq reaksiya nəticəsində öz tərkibini dəyişir. 
Fasiləli sırada inkonqruent əriyən fazanın olması ilə  əlaqədar 
olaraq, hər bir iki qonşu mineral reaksiya sırası  əmələ  gətirir. 
Sıranın əvvəlki üzvü, məsələn, Mg-olivin müəyyən temperatura 
çatdıqda  ərintilə reaksiyaya girir və ondan sonrakı mineralın 
əmələ gəlməsinə (Mg-Fe piroksen) səbəb olur: 
Stasionar batma və ya üzə çıxmanın sürəti Stoks tənliyinin 
vasitəsilə qiymətləndirilə bilər: 
V=2g
∆ρ
r
2
/9
η

burada g-sərbəst düşmə təcili; 
∆ρ
-sülb və maye fazaların sıxlıqlar 
fərqi; r-sferik formaya malik sülb hissəciyin radiusu; 
η
-özlülük. 
Qeyri-sferik formalı kristallar üçün düzəldici  əmsallardan istifadə 
 
82
 
83


edilir. 
Əgər qəbul etsək ki, 
η
=100 Pa
⋅san (bazalt maqması üçün 
tipik qiymət), 
∆ρ
=3,5-2,7=0,8 q/sm
3
 (olivin və bazalt 
ərintisinin sıxlıqlar fərqi),  r=1 mm, onda V=3sm/saat (~270 
mm/il). Bu misal göstərir ki, yüksək sıxlıqlı olivin və başqa 
mineralların qravitasiya çökməsi kristallaşma 
diferensiasiyasının effektiv mexanizminə xidmət edə bilər və 
fraksionlaşmanın mütləq  şərti ilkin kristallaşma mərhələsində 
mineralların maqmadan uzaqlaşmasıdır. 
Maqmatik süxurlarda fraksion kristallaşmasının misalları 
çoxdur: Şlifdə zonal kristalların olması; geoloji təbii açılışlarda 
maqmatik kütlələrin aşağı hissəsində tünd rəngli mineralların 
çökməsi; xəritəçəkmə vaxtı süxurların yaş ardıcıllığına uyğun 
olaraq melanokrat süxurların daha leykokrat süxurlarla əvəz 
olunmasının müşahidə edilməsi. Mineralların tipik 
assosiasiyasına da rast gəlinir: maqneziumlu olivinin enstatitlə, 
diopsidlə  və  əsasi plagioklazla; fayalitin başqa yüksək dəmirli 
silikatlarla və kvarsla; oliqoklazın biotitlə, qələvi çöl şpatı ilə 
və kvarsla bir yerdə olması. Bu da fraksion kristallaşmanın 
nəticəsidir. 
Geoloji müşahidələr göstərir ki, əsasi və ultraəsasi 
maqmadan ayrılan olivin və başqa mineralların kristallarının 
ölçüsü adətən, qravitasiya çökməsi üçün kifayət edir. Bu proses 
tək iri kameralarda deyil, kiçik cisimlərdə  də, məsələn, bazalt 
pillou-lavaların ayrı-ayrı «yastıqlarında» da gedə bilər. 
Kristalların çökməsi kristallik fazalarda olan komponentlərlə 
kasıblaşır və  ərintinin tərkibi ilkin tərkibdən kifayət qədər 
fərqlənir. 
İlkin mantiya maqmasının tərkibindən və onun P-T 
kristallaşma  şəraitindən asılı olaraq, diferensiatların müxtəlif 
seriyaları  əmələ  gəlir. Belə ki, ilkin maqmadan olivin, 
xromşpinel, klinopiroksen və yüksək kalsiumlu plagioklazın 
ayrılması ilə  aşağı  qələvili pikrit və pikrobazaltların 
diferensiasiyası aşağı maqneziumlu toleit bazaltı və qabbroidlə 
başa çatan diferensiallaşmış seriyanın  əmələ  gəlməsinə  gətirib 
çıxaracaqdır. 10%-ə  qədər normativ nefelin saxlayan mülayim 
qələvili pikrobazaltların diferensiasiyası maqmatik ərintinin 
tərkibini traxibazalt-traxitlərə (monsonit-siyenitlərə), yüksək 
qələvili olivinli melanefelinitlərin diferensiatları isə fonolit və 
nefelinli siyenitlərlə başa çatacaqdır. Bu zaman mülayim və 
yüksək qələvili sıralarda natriumlu və kaliumlu 
diferensiallaşmış seriyalar ayrılır. 
Kristallaşma diferensiasiyası  əsasi və ultraəsasi  ərintilərin 
Yer üzərinə  çıxmasını müşayiət etdiyi üçün az dərinliklərdə 
ilkin mantiya maqmasının kristallaşma məhsulları deyil, onların 
az dərinlikdə  əmələ  gələn diferensiatları geniş yayılır. Belə 
diferensiatlara aşağı maqneziumu olan toleit bazaltları, o cüm-
lədən, traplar arasında və başqa kontinental maqmatik 
assosiasiyalarda geniş yayılan kvarslı toleitlər aiddirlər. 8%-ə 
qədər MgO saxlayan olivinli toleitlərdən ibarət okean bazaltları 
da olivin və başqa mineralların diferensiasiyası  nəticəsində 
əmələ gəlmişlər və daha çox maqneziumlu olan ilkin tərkibdən 
fərqlənirlər. Məhz bu səbəbdən aşağı maqneziumlu toleit 
bazaltlarında mantiya təbiətli dərinlik daxilolmaları  iştirak 
etmir. Belə  dərinlik daxilolmaları maqneziumla zəngin qələvi 
olivinli bazaltlarda və tərkibi ilkin maqmalara yaxın olan başqa 
silisiumla doymamış süxurlarda saxlanılır. 
Fraksion kristallaşma nəzəriyyəsi  əksər petroloqlar 
tərəfindən qəbul edilmişdir və bir çox geokimyəvi, riyazi 
modellərlə öz təsdiqini tapmışdır (FC-modeli). 
Beləliklə, kristallaşma diferensiasiyası maqmatik süxurların 
müxtəlifliyini təyin edən ən başlıca petrogenetik proseslərdən biri-
dir. Diferensiasiyanın digər mexanizmləri ikinci dərəcəli rol 
oynayır və lokal hissələrdə yayılaraq, əlverişli şəraitlərdə baş verə 
bilir. 
 
 
84
 
85


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə