N.Ə.İMamverdiyev



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə29/46
tarix27.10.2017
ölçüsü4,58 Kb.
#7000
1   ...   25   26   27   28   29   30   31   32   ...   46

manın diferensiasiyasının toleit xarakterli olduğunu göstərir və 
normativ kvarslı qalıq maqmanın  əmələ  gəlməsini təmin edir. 
Qələvi olivinli bazaltlarda olivin, daha sonra kalsiumlu 
plagioklaz kristallaşır. Plagioklazın kifayət qədər erkən 
kristallaşması maqmanın alüminiumla zənginləşməsinə imkan 
vermir. Beləliklə, qələvi olivinli bazaltda maqmaların tiplərinin 
ilkin xarakteri saxlanılır: o normativ nefelin saxlayır və 
silisiumla zəngindir. 
2. 7-12 kbar təzyiqə uyğun olan dərinliklərdə 
kristallaşmanın birinci mərhələsində olivin ayrılır, ona olivinli 
toleit və bazalt üçün rombik piroksen birləşir. Plagioklaz 
solidusa yaxın temperaturda kristallaşmağa başlayır. Bütün 
bunlar silisiumun miqdarı sabit qalmaqla qalıq məhsullarda 
alüminiumun artmasına gətirib çıxarır. Beləliklə, olivinli toleit 
5-10% normativ olivini olan yüksək alüminiumlu toleit əmələ 
gətirir. 
3. 12-20 kbar təzyiqdə diferensiasiya toleit və bazaltlarda 
alüminiumlu rombik piroksenin və ya rombik piroksen+az 
kalsiumlu avgitin ayrılması ilə müşayiət olunur. Piroksenin 
kristallaşması silisiumun azalmasına, qələvilərin və az 
miqdarda alüminium və kalsium oksidinin artmasına  şərait 
yaradır. Olivinli toleitlərin belə diferensiasiya yolu qalıq 
məhsulların qələvi bazalt xarakterli olmasını təyin edir.  
D.Qrin və A.Rinqvud qeyd etmişlər ki, 100-150 km 
dərinlikdə mantiyanın peridotitindən ayrılan maqmalar bu üç 
tip diferensiasiyaya məruz qala bilərlər. 
Təbəqələnmiş intruziyaların  əmələ  gəlməsi. Toleit bazalt 
maqmasının kristallaşma diferensiasiyasının nəticəsini qabbro, 
anortozit, norit, piroksenit, peridotit, dunit əmələ  gətirən 
təbəqələnmiş plutonlarda daha aydın müşahidə edilir. Belə 
plutonlar müxtəlif  əyalətlərdə  məlumdur və müxtəlif formaya, 
ölçüyə malikdirlər. Onların bir hissəsi lapolitlərdən ibarətdir. 
Digərləri qıfabənzər formaya malikdir, üçüncü tipi 
daykayabənzər cisimlər  şəklində yatır, dördüncü tip isə 
layşəkilli intruziv cisimlər formasında rast gəlir. Bəzi kembriyə 
qədər plutonlar çox böyük ölçüyə malikdir. Məsələn, Cənubi 
Afrikada Buşveld lapoliti (yaşı 2 mlrd. il) endə 400 km ölçüyə 
malikdir, onun həcmi isə 10
 
115
5
  m
3
  təşkil edir, Şərqi 
Qrenlandiyada eosen yaşlı Skerqaard massivi 60 km
2
 sahədə 
üzə çıxır. Azərbaycanda bu tip intruzivə Levçay massivi misal 
ola bilər.  İri təbəqələnmiş plutonların  şaquli uzunluğu 
kilometrlərlə ölçülür. Məsələn, Buşveld plutonunda görünən 
qalınlıq 8 km, Skerqaard massivində 2,7 km təşkil edir.  
 Kristallaşma diferensiasiyası prosesində ilkin maqma 
diferensiatlara  - qalıq  ərintiyə  və  kumulatlara – kristallik 
fazaların yığımına bölünür. Kumulatların formalaşmasının  ən 
geniş yayılan mexanizmi əsasi və ultraəsasi  ərintilərlə dolmuş 
maqmatik kameranın daban hissəsində ilkin kristallik fazaların 
(olivin, piroksen, xromlu şpinel) qravitasiya çökməsidir. 
Kumulyativ süxurların fərqli xüsusiyyətləri maqmatik ərintinin 
bərkiməsi zamanı xarakter strukturların əmələ gəlməsidir. İlkin 
çökmə  mərhələsində  ortokumulus  mineralları bir-birilə 
nöqtələrdə birləşir.  Minerallar çöküntüyə düşdükdən sonra da 
böyüyürsə, böyük sahələrdə birləşən  adkumulyativ  struktur 
yaranır. Quruluşuna görə oxşar kristallik aqreqatlar 
kumulatların boşluq sahələrindən qalıq  ərintinin sıxılıb 
çıxarılması zamanı da əmələ gələ bilir (filtr-pressinq). 
Kumulyativ əmələgəlmələrə bazit sillərinin olivinlə zəngin 
olan dib hissələri, dunit və olivinitlərin bəzi massivləri, 
ultramafitlərdə xromit layları misal ola bilər. 
Təbəqələnmiş plutonların xarakter xüsusiyyəti daxili 
quruluşunun qeyri-bircinsliyidir. Təmas boyu qalınlığı bir neçə 
on metrdən 200-300 m-ə çatan kənar zona müşahidə edilir və 
ilkin maqmatik ərintinin tez soyuması nəticəsində əmələ gələn 
xırda dənəli qabbro və ya noritdən təşkil olunmuşdur. 
Plutonların daxili təbəqələnmiş komplekslə dolmuşdur. 
Təbəqələşmənin üç baş elementi ayrılır: 1) ümumi 
stratifikasiya; 2) ritmik təbəqələnmə; 3) gizli təbəqələnmə 
 
114 


(şəkil 5.7 a). 
Ümumi stratifikasiya  şaquli istiqamətdə bir-birini əvəz 
edən müxtəlif tərkibli zonaların olması ilə ifadə olunur. 
Plutonların aşağı hissələrində dunit, peridotit, piroksenitlər 
yatır. Kəsiliş yuxarı onlar norit və qabbro ilə  əvəz olunurlar. 
Ayrı-ayrı zonaların qalınlığı yüzlərlə metrdən bir neçə 
kilometrə qədər dəyişir. 
 
 
 
Şəkil 5.7. Təbəqələnmiş plutonlar. A-quruluşun prinsipial sxemi 
(kəsiliş): 1-ultramafitlər, 2-qabbro və noritlər, 3-ferroqabbro və 
ferrodioritlər; b-mineralların tərkibinin dəyişməsi: Ol-olivin, Opx-or-
topiroksen (parçalanmaya məruz qalmış pijonit), Cpx-klinopiroksen, 
Pl-plagioklaz. 
 
Ritmik təbəqələnmə   qalınlığı santimetrin bir neçə 
hissəsindən 1-2 m-ə  qədər çatan paralel və ya paralelə yaxın 
yatan layların növbələşməsindən ibarətdir. Onlar süxur əmələ 
gətirən mineralların (olivin, orto- və klinopiroksen, plagioklaz) 
miqdari nisbətilə fərqlənir. Ağır minerallar – olivin və piroksen 
layların aşağı hissəsində, daha yüngül olan plagioklaz layın 
yuxarı hissəsində toplanır. Çökmə süxurların (məsələn, fliş) 
ritmik quruluşuna bənzər layları ayrılma əmələ gəlir.  
Gizli təbəqələnmə  şaquli istiqamətdə eyni bir mineralın 
tərkibinin qanunauyğun  şəkildə  dəyişməsilə ifadə olunur. 
Təbəqələnmiş plutonların aşağı hissələrində daha maqneziumlu 
olivin və piroksen və yüksək kalsiumlu plagioklaz toplanacaq-
dır (şəkil 5.7b).  
Qeyd edilən elementlər Skerqaard, Buşveld,  İoko-Dovıren 
plutonlarının timsalında L.Ueydcer, Q.Braun, E.V.Şarkov,      
A.A.Ariskin tərəfindən dəqiq tədqiq edilmiş, onlarda olan gizli 
təbəqələnmə müəyyən edilmiş, əmələ gəlməsinin riyazi model-
ləri qurulmuşdur.  
Təbəqələnmiş plutonların daxili quruluşunun heterogenliyi 
onların bazalt maqmasının kristallaşma diferensiasiyası 
nəticəsində  əmələ  gəlməsinə  şübhə yaratmır.  İlkin sadə 
modellərdə belə güman edilirdi ki, bazalt ərintisilə dolmuş 
maqmatik kameranın kristallaşması zamanı maye fazaya 
nisbətən ağır olan bərk kristallik fazalar kumulat şəklində 
kameranın dibinə çökür və  ağırlıq qüvvəsinin hesabına 
çeşidlərə ayrılır, gizli təbəqələnmə isə kristallaşma zamanı 
kumulatların və qalıq ərintinin tərkibini əks etdirir. Maqnezium, 
kalsiumla zəngin olan kristallik fazaların çökməsi zamanı maye 
faza daha dəmirli olur və natriumla zənginləşir, bu isə  rəngli 
mineralların və plagioklazın tərkibinin qanunauyğun olaraq 
dəyişməsinə gətirib çıxarır. 
Sonrakı  dəqiq tədqiqatlar daha mürəkkəb modellərin 
meydana çıxmasına səbəb olmuşdur. Maqmatik kameranın 
kənarından daxilinə doğru mərkəzəqaçma kristallaşma, ancaq 
soyuq kənar süxurlara bitişən nazik kənar zona ilə məhdudlaşır. 
Təbəqələnmiş plutonların əsas həcmi ilkin maqma, demək olar 
ki, su saxlamadığına görə  və onların likvidus, solidus 
temperaturunun dərinliyə doğru artması ilə  əlaqədar aşağıdan 
 
116 
 
117


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə