N.Ə.İMamverdiyev



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə37/46
tarix27.10.2017
ölçüsü4,58 Kb.
#7000
1   ...   33   34   35   36   37   38   39   40   ...   46

bu məqsədlə böyük ion radiuslu litofil (LILE) (K, Rb, Cs, Sr, 
Ba), digərləri yuxarıda qeyd edildiyi kimi, «hidromaqmatofil», 
yüksəkvalentli elementlər  (HFSE) (Zr, Nb, Ta, Hf, U, Th) ay-
ırırlar.   
Adətən, miqdari geokimyəvi modellərdə üç element qrupu 
istifadə edilir. Onlara yuxarıda qeyd etdiyimiz, iri ion radiusu 
olan litofil elementlər (LIL-elementlər), nadir torpaq 
elementləri (NTE) və keçid dəmir qrupu elementləri aiddir.  
NTE  təbiət obyektlərində paylanmasının, davranışının 
öyrənilməsi informativliyinə görə müstəsna rol oynayır və ona 
görə  də hal-hazırda geokimyanın bütöv bir istiqaməti kimi 
inkişaf etməkdədir. NTE haqqında tam informasiyanı 
L.Xeskinin (1968), P.Qastın (1973), Y.A.Balaşovun (1976) və 
bir çox başqa alimlərin əsərlərindən almaq olar.  
Kimya kursundan məlum olduğu kimi, NTE kimyəvi 
xüsusiyyətlərinə görə lantandan lütesiuma kimi lantanoid 
sıxılmasına malikdir. Lantanoidlərin xarici elektron 
təbəqələrinin quruluşu oxşar olduğuna görə onlar yaxın 
kimyəvi xüsusiyyətə malikdirlər. Ona görə  də bütün 
geokimyəvi proseslərdə sanki onlar eyni cür davranırlar. Lakin 
diqqətlə baxdıqda fərqləri görmək olur. La-dan  Lu-ə kimi 
monoton olaraq atom və ion radiusu (lantanoid sıxılması), 
elektromənfilik və başqa xüsusiyyətlər dəyişir, bu isə yüngül və 
ağır  NTE minerallarda müxtəlif cür toplanmasına səbəb olur. 
Məsələn, hidrotermal-metasomatik proseslərdə əsasiliyi yüksək 
olan fasiyalarda yüngül NTE, yüksək turşuluğu olanlarda isə 
ağır  NTE toplanır. Beləliklə, ion radiusu kiçildikcə 
lantanoidlərin fiziki və kimyəvi xüsusiyyətləri dəyişir. Qonşu 
NTE üçün bu dəyişmə az olsa da, kənar üzvlər üçün o kifayət 
qədər hiss ediləndir. Bununla da lantanoidlərin ikinci 
fundamental geokimyəvi xüsusiyyətləri – onların ayrılması 
(fraksionlaşması), yəni müxtəlif genezisli geoloji obyektlərdə 
ayrı-ayrı elementlərin miqdarının dəyişməsi təyin edilir. Adətən 
NTE iki qrupa bölünür: yüngül NTE (LREE) (serium qrupu – 
lantandan yevropiuma kimi) və  ağır  NTE (HREE) (ittrium 
qrupu - qadoliniumdan lütesiuma kimi).  
 
Fiziki-kimyəvi xüsusiyyətlərinə görə lantanoidlər qələvi 
torpaq elementlərə  (Ca, Ba, Sr) yaxındır. Elementlərin aşağı 
Şəkil 6.3. Riolit ərintisində süxur əmələ  gətirən minerallarda NTE 
paylanma əmsalı.  
 
 
146 
 
147


elektromənfiliyi onların aydın ifadə olunmuş  əsasiliyini və 
litofilliyini müəyyən edir. Güclü reduksiyaedicilər kimi NTE 
oksigenlə asan reaksiyaya girir və  3
+
 valentə keçərək 
oksidləşmiş vəziyyətilə xarakterizə edilir.  
Ho (holmium) 
0,070 
 
0,05670 
0,1630 
Er (erbium) 
0,200 
0,2550 
0,16600 
0,4790 
Tm (tulium) 
0,030 
 
0,02561 
0,0740 
Yb (itterbium) 
0,200 
0,2490 
0,16510 
0,4800 
Lu (lütesium) 
0,034 
0,0387 
0,02539 
0,0737 
Qeyd etdiyimiz xüsusiyyətlərinə görə,  NTE  maqmatik sü-
xurlarda müxtəlif cür paylanır. Bunu belə izah etmək olar. 
Müəyyən xondrit meteoritlərində NTE paylanması ilkin Günəş 
sisteminin maddəsinə uyğun gəlir və təqribən NTE ilkin Yerdə 
paylanmasına bərabər hesab edilir. Ona görə  də standart kimi 
daş meteoritlər – Yerin mantiya maddəsinin analoqu olan 
xondritlər götürülür. Xondritlərin tərkibi istənilən geokimyəvi 
sorğu kitablarında göstərilmişdir. Cədvəl  6.2-dən  ən son və 
dəqiq hesab edilən məlumatları almaq olar. Bu miqdar ilkin 
silikat mantiyanın mantiya və qabığa ilkin fraksionlaşmasından 
sonra bərabər miqdarda təqribən iki dəfə yüksələcəkdir. 
Aydındır ki, mantiyanın istənilən növbəti qismən  əriməsi 
ərinmiş fraksiyada NTE konsentrasiyasının nəzərə çarpacaq 
dərəcədə artmasına səbəb olacaqdır.  Şəkil 6.4-dən göründüyü 
kimi, müxtəliftipli bazaltlar NTE miqdarına görə, xüsusilə  də 
yüngül NTE görə bir-birindən güclü fərqlənirlər. 
 
 
 
Şəkil 6.4. NTE aralıq okean silsilələrinin bazaltlarında (1); okean 
adalarının toleitlərində (2); qələvi bazaltlarda (3); nefelinitlərdə (4) 
xondritə  görə normallaşmış miqdarı. 
Cədvəl 6.2 
Nadir torpaq elementlərin xondritə görə normallaşdırdıqda istifadə  
olunan  miqdarları (konsentrasiya p.p.m.-də verilmişdir) 
 
 
Elementlər
Xaskin
və b., 
1968 
 
Masuda və 
b., 1973 
Evensen və 
b., 1978 
Primitiv 
mantiya 
La (lantan) 
0,330 
0,3780 
0,24460 
0,7080 
Ce (serium) 
0,880 
0,9760 
0,63790 
1,8330 
Pr (prazedium) 
0,112 
 
0,09637 
0,2780 
Nd (neodium) 
0,600 
0,7160 
0,47380 
1,3660 
Sm (samarium) 
0,181 
0,2300 
0,15400 
0,4440 
Eu (yevropium) 
0,0069 
0,0866 
0,05802 
0,1680 
Gd (qadolinium) 
0,249 
0,3110 
0,20430 
0,5960 
Tb (terbium) 
0,047 
 
0,03745 
0,1080 
Dy (disprozium) 
 
0,3900 
0,25410 
0,7370 
 
149
NTE   paylanmasına müəyyən minerallar nəzarət edir. 
Məsələn, 80 km-dən çox olan dərinliyə uyğun yüksək təzyiqdə 
qalıq mantiya fazasında və ya eklogit fraksionlaşmasının kom-
ponenti kimi saxlanılan qranat daha ağır NTE ərinmiş fazadan 
fraksionlaşdıra bilir (lantanoid sıxılmasına görə bu elementlər 
aşağı ion radiusuna malikdir). Daha yüngül NTE isə qranat və 
ya az dərəcədə klinopiroksenlə müvazinətdə olan ərintidə top-
lanır və bunun nəticəsində yüngül NTE ilə  zənginləşən  ərinti 
əmələ gəlir.  Olivin və ortopiroksen NTE fraksionlaşmasına tə-
siri azdır.  
 
148 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə