N.Ə.İMamverdiyev



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə34/46
tarix27.10.2017
ölçüsü4,58 Kb.
#7000
1   ...   30   31   32   33   34   35   36   37   ...   46

masına səbəb olur. Mürəkkəb komplekslər üçün xarakter olan 
çoxlu miqdar süxur tiplərinə – diorit, kvarslı diorit, qranodiorit, 
adamellitlərə rast gəlinir. Bəzi hallarda təkamül prosesi sürətlə 
getdikdə peqmatitlər və bu tip süxurlar şəklində daha leykokrat 
süxurlar qeyd olunur. Mafik süxurlar, miqmatitlərin erkən 
metamorfik komponentlərinin qalıqları istisna olmaqla, iştirak 
etmir. Fraksion və anatektik ərintilərə nisbətən kvarsın miqdarı 
az olacaqdır, burada yüksək alüminiumlu tərkiblərə daha çox 
rast gəlinir. İlkin 
87
Sr / 
86
Sr nisbəti onlarda qranitləşmiş süxur-
lara uyğun gəlir. Bütövlükdə bu qranitlər B.Çappelin və A.Uay-
tın təsnifatına görə  S- tipli qranitlərə uyğun gəlir (Bu təsnifat 
haqqında aşağıda bəhs ediləcəkdir).  
4. Mantiya maqmasının qabıq materialı ilə  assimilyasiyası 
böyük miqyasda leykokrat məhsullar verə bilər. Bu zaman 
əmələ gələn məhsullar qabbro kumulatları, hornblendli qabbro, 
diorit, kvarslı diorit,  adamellitdən və daha leykokrat süxurlar-
dan ibarət olan sıraya aid olur və orta süxurlar üstünlük təşkil 
edir.  İlkin 
87
Sr/
86
Sr nisbəti onlarda əsasi süxurlardan (0,704) 
leykokrata doğru sürətlə artır (0,706-0,708). B.Çappelin və 
A.Uaytın təsnifatına görə onlar I tipli qranitlərə aiddir.   
Beləliklə, qranitlər müxtəlif yollarla əmələ gəlir. Lakin na-
dir elementlərin qranitlərdəki miqdarının tədqiqi göstərir ki, 
palingen qranitlər, və bazalt maqmasının qranitləri nadir 
elementlərin miqdarına, əmələgəlmə xüsusiyyətlərinə və poten-
sial filizliliyinə görə  fərqlənirlər. Ona görə  də qranitoidlərin 
geokimyəvi tiplərini ayırırlar.  
1974-cü ildə B.Çappel və A.Uayt qismən  əriməyə  məruz 
qalmış süxurların tərkibindən asılı olaraq qranitlərin  S- və I-
tiplərini ayırmışlar. Belə hesab olunur ki, S-tip qranit maqmaları 
tipik kontinental qabığın anateksisi və ya onun kifayət qədər 
mantiya materialı ilə qarışması nəticəsində əmələ gəlmişdir. I-tip 
qranitoid maqmaları mantiya materialının qismən  əriməsilə  və 
maqmanın növbəti fraksionlaşması ilə  əlaqədardır.  S-tip 
qranitoidlərdə I
Sr

≥ 0,708, δ
18
O ≥ 10‰ SMOW müəyyən olun-
muşdur. Bundan başqa, onlarda  f
 
135
O2
   Na
2
O-nun miqdarı da 
aşağıdır və bu göstəricilərə görə I-tip qranitoidlərə qarşı qoyulur. 
S-tip  qranitoidlər muskovit, kordiyerit, turmalinI-tip isə hor-
blend, biotit saxlayır. 
S-tip  qranitlər çökmə, xüsusilə də öncə alüminiumla doy-
muş və Na/K nisbəti kiçik olan pelit süxurların qismən əriməsi 
nəticəsində  əmələ  gəlir. Bundan başqa, pelit süxurları stron-
siuma nisbətən rubidiumla zəngin olduğu üçün vaxt keçdikcə 
onlar radiogen 
87
Sr  izotopu ilə  zənginləşməyə başlayır.  İlkin 
pelit süxurların hesabına  əmələ  gələn qranit ərintiləri restit və 
ya qalıq minerallar kimi alümosilikatlar (əsasən sillimanit), kor-
diyerit, qranat və biotit saxlaya bilir. Belə qranitlər, həmçinin 
aşağı Na/K və yüksək  
87
Sr / 
86
Sr nisbətinə malik olacaqdır.  
I-tip qranitlər  püskürmə  təbiəti olan mənbədən (bazaltlar-
dan, andezitlərdən və onların metamorfizləşmiş 
ekvivalentlərindən)  əmələ  gəlir və beləliklə, yüksək  Na/K 
nisbətinə  və  Na, K  və  Ca-un  Al-a nisbətən yüksək miqdarına 
malikdir.  
A.Uayt və B.Çappel hesab edirdilər ki, hər iki tip qranitlər 
ərinti və qalıq (restit) kütlənin qarışığı olduğu üçün, I-tip 
qranitlərdə daxilolmalar mafik minerallardan – piroksen və 
maqmanın qalxması  və  ərintinin su ilə doyması zamanı onu 
əvəz edən  amfiboldan ibarət olur. Bundan başqa, bu tip 
qranitlər  ümumi kimyəvi və izotop tərkibinə görə sabitdirlər. 
Bu isə əriyən mənbənin homogenliyilə əlaqədardır.   
Hazırda Çappel və Uaytın qranitlər haqqındakı bu təsnifatı 
geniş  tətbiq olunur və Kollinzon və Valen tərəfindən sonralar 
təkmilləşmiş qranitoidlərin 4 tipi ayrılır: S-, I-, M-, A- qranitlər. 
S – (sedimentary) – metaçökmə özülün ərimə məhsulu
I – (igneous) – metamaqmatik özülün ərimə məhsulu; 
– (mantle) – toleit-bazalt maqmasının diferensiatı; 
A – (anorogenic) – aşağı yer qabığının qranulitlərinin ərimə 
məhsulları və ya qələvi-bazalt maqmasının diferensiatı. 
Qranitlərin geokimyəvi tiplərini akademik L.V.Tauson da 
 
134 


ayırmışdır. Bu alimin fikrincə, qranitlər maqmatik süxurlarda 
nadir elementlərin paylanmasına görə 11 geokimyəvi tipə bölü-
nür: toleit, andezit və latit sırasının qranitoidləri, aqpait, nadir 
metal, palingen, əhəngli-qələvili, plyumazit nadir metal, qələvi 
və  qələvi nadir metal, həmçinin enderbit-çarnokit seriyasının 
qranitoidləri, rapakivlər və ultrametamorfik qranitoidlər.  
L.V.Tauson və b. (1984) mineraloji, petrokimyəvi nişanələri 
yaxın olan qranitoidləri fərqləndirmək üçün nadir metal indeksi 
təklif etmişlər: 
Ba
Rb
 
137
Sr
Li
F
+
+

1000
 
 
Bu indeksin qiyməti bir tip süxurdan digərinə 70 min dəfə 
dəyişə bilir. Məsələn, toleit sırasının plagioqranitlərində 0,002-
dirsə, plümazit nadir metal leykoqranitlərin litium-flüorlu 
fasiyası olan onqonitlərdə bu qiymət 156-ya bərabərdir.  
Qranit maqmasının əmələ gəlməsi haqqında əvvəlki fəsildə 
qısaca məlumat verilmişdir. Bir daha qeyd edək ki, bu problemi 
həll etmək üçün çoxlu miqdarda eksperimental işlər 
aparılmışdır. Eksperimentlərin  şəraitindən asılı olaraq 
qranitoidlərin müxtəlif yolla əmələ gələ bilməsi buradan çıxan 
ən real nəticədir.   
Qranitoid süxurlarının genezisini və tipini müəyyən etdikdə 
onların geokimyəvi xüsusiyyətləri dəqiq öyrənilməlidir. Son 
illərdə maqmatik süxurların, o cümlədən, qranitlərin  əhəmiyyətli 
indikator parametrlərinə bir sıra elementlərin izotop nisbəti aid 
edilir: 
87
Sr / 
86
Sr, 
206
Pb / 
204
Pb, 
18
O / 
16
O, 
143
Nd / 
144
Nd və b. 
Stronsium nisbətinə görə qranitoidlərin iki tipi ayrılır. 
Onlardan bir qrupu radiogen stronsiumla zənginləşmiş  və                  
87
Sr / 
86
Sr = 0,710-0,740 qiymətinə malikdir. İntruziv cisimlər 
amfibolit fasiyasının yüksək metamorfizləşmiş  süxurlarında 
yatır. Belə hesab edilir ki, onlar yüksək metamorfizləşmiş çök-
mə süxurların təkrar əriməsi nəticəsində formalaşa bilər.  
Qranitlərin digər qrupları yaşından asılı olmayaraq aşağı    
87
Sr / 
86
Sr=0,703-0,706 qiymətilə xarakterizə edilir. Məsələn, 
belə qiymətə  Şimali Amerikanın  əksər batolitləri, Cənubi 
Amerikanın məşhur Peru və Çili batolitləri malikdir. Belə hesab 
edilir ki, bu qranitlər üçün maqmanın əriməsi və formalaşması 
prosesində əsasən mantiya materialı iştirak etmişdir. 
Bu kənar qiymətlər arasında olan stronsium nisbəti isə 
mantiya maqmasının sialik qabıqla kontaminasiyası  və ya 
subduksiya zonalarında okean qabığının  əriməsilə izah edilir. 
Sonuncu halda mantiya maqması  qədim sialik qabıqdan 
radiogen stronsium və ya rubidiumu qismən çıxarır, ya da 
radiogen stronsiumla kasıb olan bazalt qabığı turş derivatlar 
əmələ gətirir. 
Aşağıdakı faktlara diqqət yetirməyi lazım bilirik. Böyük 
qalınlıqlı qabıq (məsələn, Peru batoliti rayonunda 70 km) ilkin-
mantiya izotop nisbətini dəyişmir və yaş artıqda da bu nisbət 
demək olar ki, dəyişmir. Digər rayonlarda isə əksinə, stronsium 
nisbəti qabığın tipindən asılı olaraq 0,702-0,704-dən 0,706-
0,707-yə  qədər dəyişir. Sonuncu qranitlər üçün mantiya 
maqmasının təkrar  ərimiş qabıq materialı ilə qarışması  fərz 
edilir. Bundan başqa son vaxtlar bəzi mantiya süxurlarında 
(ksenolitlərdə) 
87
Sr / 
86
Sr=0,71 qiyməti müəyyən edilmişdir və 
beləliklə, yuxarıda göstərilən 0,705-0,708 qiymətləri həmişə 
mantiya ərintisinin qabıq materialı ilə assimilyasiyasına dəlalət 
etmir.  
Daha ümidli məlumatları stronsium və neodium 
izotoplarının kombinə edilmiş qiymətləri verir. Bunların birgə 
baxılması  Sm/Nd  və  Rb/Sr nisbətlərinin Yerin geoloji 
tarixindəki qiymətlərinə  və müasir hesablanmış qiymətlərə – 
143
Nd/
144
Nd=0,51262 
 
87
Sr/
86
Sr=0,7045-0,7050 
əsaslanmışdır. Mantiya mənbəli müasir vulkanik süxurlar bu 
günkü Yerin tərkibilə müqayisədə yüksək  
143
Nd / 
144
Nd və 
87
Sr 

86
Sr nisbətlərinə malik olmalıdırlar.  Əriməyə  məruz qalmış 
mantiya maddəsinin belə  əmələgəlmələri rubidium və yüngül 
NTE ilə kasıbdır.  
Beləliklə, müxtəlif geodinamik şəraitlərdə  əmələ  gəlmiş 
 
136 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə