N.Ə.İMamverdiyev



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə32/46
tarix27.10.2017
ölçüsü4,58 Kb.
#7000
1   ...   28   29   30   31   32   33   34   35   ...   46

karbonatitlərin  əksər hissəsi hipabissal intruziv komplekslərin 
tərkibinə daxil olur və başqa morfologiyalı cisimlər  şəklində 
yatır.  
P.Uaylli və b. (1990) eksperimental məlumatları nefelin, 
melilit və  bəzi silikat mineralları ayrılmaqla qələvi maqmanın 
kristallaşma diferensiasiyası prosesində əsasən kalsitdən ibarət 
olan qalıq  ərintinin ayrılmasını  təsdiq edir. İlkin qələvi mafik 
maqma  əmələ  gəldikdə onda bir sıra səpinti elementləri 
toplanır, daha sonra onlar intensiv olaraq karbonatit ərintisinə 
keçir. Belə elementlərə Ba, Sr, Nb, P, NTE, Zn, F, S aiddir. Bu 
elementlərin konsentrasiyası barit, piroxlor, fosfat, monasit, 
flüorit və b. mineralların çökməsinə  şərait yaratmışdır. 
Karbonatitlərdə 170-dən çox mineral seriyaları  məlumdur. 
Onların bir çoxunda nadir elementlərin miqdarı yüksəkdir.  
Karbonatitlərin  əmələ  gəlməsini  əksər alimlər likvasiya 
prosesilə izah edirlər. Yəni ilkin qələvi karbon-silikat maqma-
sının iki qarışmayan mayeyə (karbonat və silikat) ayrılması ilə 
karbonatit ərintiləri əmələ gəlir. Birinci karbonatitlər, ikinci isə 
nefelinit, leysitit, fonolit və ya onların intruziv analoqları olan 
melteygit-iyolit, nefelinli və leysitli siyenitlər şəklində bərkiyir. 
Eksperimental tədqiqatlar nisbətən aşağı təzyiqdə (≤1000 MPa
qələvi silikatlar və karbonat ərintiləri arasında geniş qarışmayan 
sahənin olmasını  təsdiq etmişdir və belə bir sahənin yüksək 
təzyiq şəraitində də ola bilməsi istisna olunmur. Beləliklə, əgər 
karbonat saxlayan maqma mantiya mənbəyindən qalxaraq ≤30 
km dərinliyə çata bilirsə, o iki maye fazaya ayrıla bilər və 
onlardan biri sonra karbonatit şəklində bərkiyir.  
Karbonatit ərintisi az özlülüyə, sıxlığa və aşağı solidus tem-
peraturuna malik olduğu üçün tam  fəaldır (mütəhərrikdir). O 
sərbəst hərəkət edərək kameranı doldurur və sonra silikat in-
truziv süxurlardan gec bərkiyir. 
Karbonatit  ərintisi  əlavə diferensiasiyaya da məruz qala 
bilir və erkən karbonat olmayan fazalar (apatit, maqnetit və b.) 
ayrılmaqla, müxtəliftərkibli karbonatların ardıcıl kristallaşması 
baş verir (kalsit→dolomit→ankerit→siderit). Daha asan həll 
olan qələvi karbonatlar su məhlulları ilə  çıxarılır və öz 
növbəsində  ətrafdakı alümosilikat süxurlarla qarşılıqlı  təsirdə 
olaraq, karbonatitlərin  ətrafında fenit oreollarının  əmələ 
gəlməsinin səbəblərindən biri ola bilər.   
Beləliklə, karbonatitlər kimi məlum olan müxtəlif, petroge-
netik cəhətdən maraqlı olan süxur qrupları yüksəkqələvili 
maqmatik süxurların seriyasına daxildir.     
 
5.4. Andezitlərin əmələ gəlməsi.  
Əhəngli-qələvili maqmatizm  
 
Andezitlər geniş yayılmış vulkanik süxurlardandır. Onlar  
əhəngli-qələvili bazalt-andezit, andezit-dasit-riolit maqmatik 
assosiasiyalarının tərkibinə daxil olur, müasir və ya qədim ada 
qövsləri rayonlarında, okeanların kənarında müstəqil olaraq 
əmələ gəlir. Andezitlər, həmçinin kontinentlərdə vulkanik qur-
şaqlar şəklində diferensiallaşmış intruziv komplekslər də əmələ 
gətirirlər. Bu süxurlar bazalt və qranitlər arasında aralıq 
vəziyyət tutduğu üçün onların  əmələ  gəlməsi haqqında vahid 
bir hipotez yoxdur. Aşağıda bu hipotezlərin bəzilərinə baxılır. 
Bazalt maqmasının kristallaşma diferensiasiyası. N.L.Bouen 
bazalt, andezit və riolitlərin bazalt maqmasının fraksion kristal-
laşması nəticəsində əmələ gəlməsinə vahid konsepsiyada baxan 
birinci petroloq olmuşdur. Daha sonra bu hipotez E.F.Osborn 
tərəfindən möhkəmləndirilmiş  və genişləndirilmişdir. O, 
eksperimental yolla göstərmişdir ki, oksigenin yüksək uçucu-
luğu  şəraitində ilkin bazalt maqmasının fraksionlaşması 
ərintinin məhsullarında silisiumun miqdarının kifayət qədər 
artmasına səbəb olur. Başqa komponentlərlə  (SiO
2
, Al
2
O
3

CaO)  yanaşı, dəyişənvalentli dəmir də    iştirak edən    model 
sistemlərdə pO
2
-nin müəyyən qiymətlərində maqnetitin kristal-
laşma sahəsi meydana çıxır. Bu sahə pO

artdıqda başqa silikat 
fazaların hesabına genişlənir. Bir qrup alimlərin fikrinə görə, 
maqnetit  əhəngli-qələvili assosiasiyaların kimyəvi tərkibini 
 
126 
 
127


dəyişdirməyə cavab verən faza ola bilməz. Bunu nəzərə alan 
E.Osborn digər eksperimentlər aparmışdır. O əhəngli-qələvili 
və toleit seriyasına aid olan nümunələri – bazalt, andezibazalt, 
toleit, ferrobazalt, islandit, traxiti tədqiq etmiş və gös-tərmişdir 
ki, ümumi 1 kbar təzyiqdə maqnetit bazalt və andezibazaltlar 
üçün likvidus fazasıdır. 10 kbar təzyiqdə isə maqnetit əhəngli-
qələvili süxurların likvidusunda deyil, likvidus temperaturun-
dan 30-40 
0
C aşağı temperaturda kristallaşır. Buna əks olaraq, 
maqnetit toleit seriyasının nümunələrində likvidus fazadır. O 
gös-tərmişdir ki, bu zaman maqnetitdə titanın miqdarı  dəyişir 
və o təzyiqin göstəricisidir. Bundan başqa, əhəngli-qələvili as-
sosiasiyalarda maqnetitin kristallaşmasına və  tərkibinə suyun 
miqdarı da təsir edir. Eksperimental məlumatlara görə 1-2% 
suyu olan andezitlərin likvidus temperaturu 1200  
0
C təşkil edir. 
Andezitlərdə oksigenin uçuculuğu nikel-bunzenit (NNO) 
buferindən yuxarı olmuşdur və bununla da yuxarıda qeyd etdiy-
imiz alimlərin eksperimentlərindən fərqlənmişdir. Beləliklə, 
yeni eksperimentlər E.Osbornun hipotezini təsdiqləyir və 
andezitlər oksigenin yüksək uçuculuğu  şəraitində 35-50 km 
dərinlikdə əmələ gələn bazalt maqmasının fraksion kristallaşma 
məhsulu ola bilər. Daha sonra bu hipotez dəqiq geokimyəvi 
analizlərin nəticəsində konkret regionlar üçün (Aleut qövsünün 
əhəngli-qələvili seriyası  və s.) balans hesablama modelinin 
köməyilə  təsdiq olunmuşdur. Belə modellərin mahiyyəti 
növbəti fəsildə açıqlanacaqdır.   
Assimilyasiya proseslərinin rolu. Turş süxurların  bazalt 
maqması ilə assimilyasiyası fraksion kristallaşma modelinə 
ənənəvi olaraq alternativ hipotez kimi götürülmüşdür. Lakin 
alimlər çox zaman bu hipotezə  tənqidi yanaşmışlar. Məsələn, 
faktiki olaraq sialik qabıq olmayan rayonlarda andezitlərin işti-
rak etməməsi onların  əmələ  gəlməsində assimilyasion-hibri-
dizm mexanizminin qəbul edilməsinə  şübhə yaradır. Hələ 
keçən  əsrin 60-cı illərində Q.S.Qorşkov göstərmişdir ki, ada 
qövslərində maqmatik məhsulların (o cümlədən, andezitlərin) 
mənbəyi mantiyada seysmik dalğaların sürəti aşağı olan qat-
larda yerləşir. Onun tərəfindən alınmış petrogeokimyəvi mate-
riallar bazaltların qabıq materialı ilə assimilyasiyasının çox 
məhdud olmasına dəlalət edir.  
S.Teylor da (1972) andezitlərdə mikroelementlərin pay-
lanmasının  əsasında bu hipotezə qarşı  çıxaraq göstərmişdir ki, 
qranit materialının bazaltlarla 1:1 proporsiya qarışmasında ru-
bidium, sezium, yüngül NTE, torium, uran, niobium, litium ki-
mi elementlərin miqdarı andezitə nisbətən iki dəfə artmağa 
səbəb olacaqdır. Bundan başqa, qabıq materialında olan 
87
Sr / 
86
Sr nisbətinin yüksək qiyməti hibrid maqmaya da təsir 
etməlidir. Lakin adi andezitlərdə bu nisbət bazalta yaxındır.  
Bununla yanaşı, stronsium izopunun əhəngli-qələvili süxur-
lardakı  məlumatlarına görə ilkin 
87
Sr / 
86
Sr nisbəti okean ada 
qövslərindən kontinental kənarlara doğru artır. Qalın kontinental 
qabığa malik rayonlarda, məsələn, Andda stronsium izotopunun 
ilkin qiyməti 0,706 təşkil edir. Radiogen stronsiumun miqdarının 
artmasını andezitlərin  əmələ  gəlməsində qabığın təsirilə izah 
etmək olar. 
İ.D.Ryabçikov, O.A.Boqatikov və A.D.Babanski (1978) 
özlərinin ümumiləşdirilmiş 
əsərlərində 
əhəngli-qələvili 
maqmanın  əmələ  gəlməsində andezitlərin formalaşmasının 
qabıq materialının yuvenil maqma ilə assimilyasiyası 
nəticəsində mümkün olmasını göstərmişlər. Onlar 
S.A.Fyodorovun məlumatlarına istinad edərək qeyd edirlər ki, 
andezit maqmasının ocağı çökmə örtüyün yaxınlığında yerləşir 
və burada ərintilə metaçöküntülər arasında qarşılıqlı təsir müm-
kündür. Onlar əhəngli-qələvili maqmanın generasiyası üçün 
kombinə edilmiş kontaminasiya-kristallaşma mexanizmini irəli 
sürmüşlər. Bu hipotezin mahiyyəti bazalt maqmasının toleit 
istiqamətli diferensiasiyasinın (əsasən klinopiroksen frak-
sionlaşması) bazalt maqmasının alüminiumla zəngin olan 
metapelitlərlə qismən assimilyasiyası ilə  əhəngli-qələvili (or-
topiroksenin üstünlük təşkil etməsilə) istiqamətlə  əvəz olun-
 
128 
 
129


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə