karbonatitlərin əksər hissəsi hipabissal
intruziv komplekslərin
tərkibinə daxil olur və başqa morfologiyalı cisimlər şəklində
yatır.
P.Uaylli və b. (1990) eksperimental məlumatları nefelin,
melilit və bəzi silikat mineralları ayrılmaqla qələvi maqmanın
kristallaşma diferensiasiyası prosesində əsasən kalsitdən ibarət
olan qalıq ərintinin ayrılmasını təsdiq edir. İlkin qələvi mafik
maqma əmələ gəldikdə onda bir sıra səpinti elementləri
toplanır, daha sonra onlar intensiv olaraq karbonatit ərintisinə
keçir. Belə elementlərə
Ba, Sr, Nb, P, NTE, Zn, F, S aiddir. Bu
elementlərin konsentrasiyası barit, piroxlor, fosfat, monasit,
flüorit və b. mineralların çökməsinə şərait yaratmışdır.
Karbonatitlərdə 170-dən çox mineral seriyaları məlumdur.
Onların bir çoxunda nadir elementlərin miqdarı yüksəkdir.
Karbonatitlərin əmələ gəlməsini əksər alimlər likvasiya
prosesilə izah edirlər. Yəni ilkin qələvi karbon-silikat maqma-
sının iki qarışmayan mayeyə (karbonat və silikat) ayrılması ilə
karbonatit ərintiləri əmələ gəlir.
Birinci karbonatitlər, ikinci isə
nefelinit, leysitit, fonolit və ya onların intruziv analoqları olan
melteygit-iyolit, nefelinli və leysitli siyenitlər şəklində bərkiyir.
Eksperimental tədqiqatlar nisbətən aşağı təzyiqdə (≤1000
MPa)
qələvi silikatlar və karbonat ərintiləri arasında geniş qarışmayan
sahənin olmasını təsdiq etmişdir və belə bir sahənin yüksək
təzyiq şəraitində də ola bilməsi istisna olunmur. Beləliklə, əgər
karbonat saxlayan maqma mantiya mənbəyindən qalxaraq ≤30
km dərinliyə çata bilirsə, o iki maye fazaya ayrıla bilər və
onlardan biri sonra karbonatit şəklində bərkiyir.
Karbonatit ərintisi az özlülüyə, sıxlığa və aşağı solidus tem-
peraturuna malik olduğu üçün tam fəaldır (mütəhərrikdir). O
sərbəst hərəkət edərək kameranı doldurur və sonra silikat in-
truziv süxurlardan gec bərkiyir.
Karbonatit ərintisi əlavə diferensiasiyaya da məruz qala
bilir və erkən karbonat olmayan fazalar (apatit, maqnetit və b.)
ayrılmaqla, müxtəliftərkibli karbonatların ardıcıl kristallaşması
baş verir (kalsit→dolomit→ankerit→siderit).
Daha asan həll
olan qələvi karbonatlar su məhlulları ilə çıxarılır və öz
növbəsində ətrafdakı alümosilikat süxurlarla qarşılıqlı təsirdə
olaraq, karbonatitlərin ətrafında fenit oreollarının əmələ
gəlməsinin səbəblərindən biri ola bilər.
Beləliklə, karbonatitlər kimi məlum olan müxtəlif, petroge-
netik cəhətdən maraqlı olan süxur qrupları yüksəkqələvili
maqmatik süxurların seriyasına daxildir.
5.4. Andezitlərin əmələ gəlməsi.
Əhəngli-qələvili maqmatizm
Andezitlər geniş yayılmış vulkanik süxurlardandır. Onlar
əhəngli-qələvili bazalt-andezit, andezit-dasit-riolit maqmatik
assosiasiyalarının tərkibinə daxil olur, müasir və ya qədim ada
qövsləri rayonlarında, okeanların kənarında
müstəqil olaraq
əmələ gəlir. Andezitlər, həmçinin kontinentlərdə vulkanik qur-
şaqlar şəklində diferensiallaşmış intruziv komplekslər də əmələ
gətirirlər. Bu süxurlar bazalt və qranitlər arasında aralıq
vəziyyət tutduğu üçün onların əmələ gəlməsi haqqında vahid
bir hipotez yoxdur. Aşağıda bu hipotezlərin bəzilərinə baxılır.
Bazalt maqmasının kristallaşma diferensiasiyası. N.L.Bouen
bazalt, andezit və riolitlərin bazalt maqmasının fraksion kristal-
laşması nəticəsində əmələ gəlməsinə vahid konsepsiyada baxan
birinci petroloq olmuşdur. Daha sonra bu hipotez E.F.Osborn
tərəfindən möhkəmləndirilmiş və genişləndirilmişdir. O,
eksperimental yolla
göstərmişdir ki, oksigenin yüksək uçucu-
luğu şəraitində ilkin bazalt maqmasının fraksionlaşması
ərintinin məhsullarında silisiumun miqdarının kifayət qədər
artmasına səbəb olur. Başqa komponentlərlə
(SiO
2
, Al
2
O
3
,
CaO) yanaşı, dəyişənvalentli
dəmir də iştirak edən model
sistemlərdə
pO
2
-nin müəyyən qiymətlərində maqnetitin kristal-
laşma sahəsi meydana çıxır. Bu sahə
pO
2
artdıqda başqa silikat
fazaların hesabına genişlənir. Bir qrup alimlərin fikrinə görə,
maqnetit əhəngli-qələvili assosiasiyaların kimyəvi tərkibini
126
127
dəyişdirməyə cavab verən faza ola bilməz. Bunu nəzərə alan
E.Osborn digər eksperimentlər aparmışdır. O əhəngli-qələvili
və toleit seriyasına aid olan nümunələri – bazalt, andezibazalt,
toleit, ferrobazalt, islandit, traxiti tədqiq etmiş və gös-tərmişdir
ki, ümumi 1 kbar təzyiqdə maqnetit
bazalt və andezibazaltlar
üçün likvidus fazasıdır. 10 kbar təzyiqdə isə maqnetit əhəngli-
qələvili süxurların likvidusunda deyil, likvidus temperaturun-
dan 30-40
0
C aşağı temperaturda kristallaşır. Buna əks olaraq,
maqnetit toleit seriyasının nümunələrində likvidus fazadır. O
gös-tərmişdir ki, bu zaman maqnetitdə titanın miqdarı dəyişir
və o təzyiqin göstəricisidir. Bundan başqa, əhəngli-qələvili as-
sosiasiyalarda maqnetitin kristallaşmasına və tərkibinə suyun
miqdarı da təsir edir. Eksperimental məlumatlara görə 1-2%
suyu olan andezitlərin likvidus temperaturu 1200
0
C təşkil edir.
Andezitlərdə oksigenin uçuculuğu nikel-bunzenit
(NNO)
buferindən yuxarı olmuşdur və bununla da yuxarıda qeyd etdiy-
imiz alimlərin eksperimentlərindən fərqlənmişdir. Beləliklə,
yeni eksperimentlər E.Osbornun
hipotezini təsdiqləyir və
andezitlər oksigenin yüksək uçuculuğu şəraitində 35-50 km
dərinlikdə əmələ gələn bazalt maqmasının fraksion kristallaşma
məhsulu ola bilər. Daha sonra bu hipotez dəqiq geokimyəvi
analizlərin nəticəsində konkret regionlar üçün (Aleut qövsünün
əhəngli-qələvili seriyası və s.) balans hesablama modelinin
köməyilə təsdiq olunmuşdur. Belə modellərin mahiyyəti
növbəti fəsildə açıqlanacaqdır.
Assimilyasiya proseslərinin rolu. Turş süxurların
bazalt
maqması ilə assimilyasiyası fraksion kristallaşma modelinə
ənənəvi olaraq alternativ hipotez kimi götürülmüşdür. Lakin
alimlər çox zaman bu hipotezə tənqidi yanaşmışlar. Məsələn,
faktiki olaraq sialik qabıq olmayan rayonlarda andezitlərin işti-
rak etməməsi onların əmələ gəlməsində assimilyasion-hibri-
dizm mexanizminin qəbul edilməsinə şübhə yaradır. Hələ
keçən əsrin 60-cı illərində Q.S.Qorşkov göstərmişdir ki, ada
qövslərində maqmatik məhsulların (o cümlədən, andezitlərin)
mənbəyi mantiyada seysmik dalğaların sürəti aşağı olan qat-
larda yerləşir. Onun tərəfindən alınmış petrogeokimyəvi mate-
riallar bazaltların qabıq materialı ilə assimilyasiyasının çox
məhdud olmasına dəlalət edir.
S.Teylor da (1972) andezitlərdə mikroelementlərin pay-
lanmasının əsasında bu hipotezə qarşı çıxaraq göstərmişdir ki,
qranit materialının bazaltlarla 1:1 proporsiya qarışmasında ru-
bidium, sezium, yüngül
NTE, torium, uran, niobium, litium ki-
mi elementlərin miqdarı andezitə nisbətən iki dəfə artmağa
səbəb olacaqdır. Bundan başqa, qabıq materialında olan
87
Sr /
86
Sr nisbətinin yüksək qiyməti hibrid maqmaya da təsir
etməlidir. Lakin adi andezitlərdə bu nisbət bazalta yaxındır.
Bununla yanaşı, stronsium izopunun əhəngli-qələvili süxur-
lardakı məlumatlarına görə ilkin
87
Sr /
86
Sr nisbəti okean ada
qövslərindən kontinental kənarlara doğru artır. Qalın kontinental
qabığa malik rayonlarda, məsələn, Andda stronsium izotopunun
ilkin qiyməti 0,706 təşkil edir. Radiogen stronsiumun miqdarının
artmasını andezitlərin əmələ gəlməsində qabığın
təsirilə izah
etmək olar.
İ.D.Ryabçikov, O.A.Boqatikov və A.D.Babanski (1978)
özlərinin ümumiləşdirilmiş
əsərlərində
əhəngli-qələvili
maqmanın əmələ gəlməsində andezitlərin formalaşmasının
qabıq materialının yuvenil maqma ilə assimilyasiyası
nəticəsində mümkün olmasını göstərmişlər. Onlar
S.A.Fyodorovun məlumatlarına istinad edərək qeyd edirlər ki,
andezit maqmasının ocağı çökmə örtüyün yaxınlığında yerləşir
və burada ərintilə metaçöküntülər arasında qarşılıqlı təsir müm-
kündür. Onlar əhəngli-qələvili maqmanın generasiyası üçün
kombinə edilmiş kontaminasiya-kristallaşma mexanizmini irəli
sürmüşlər. Bu hipotezin mahiyyəti bazalt maqmasının toleit
istiqamətli diferensiasiyasinın (əsasən klinopiroksen frak-
sionlaşması) bazalt maqmasının alüminiumla zəngin olan
metapelitlərlə qismən assimilyasiyası ilə əhəngli-qələvili (or-
topiroksenin üstünlük təşkil etməsilə) istiqamətlə əvəz olun-
128
129