N.Ə.İMamverdiyev



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə30/46
tarix27.10.2017
ölçüsü4,58 Kb.
#7000
1   ...   26   27   28   29   30   31   32   33   ...   46

yuxarıya doğru kristallaşmışdır. Kameranın dibində  hər bir 
vaxtda qalınlığı bir neçə metr olan hərəkətsiz zona olmuşdur ki, 
onda da kristallaşma baş vermişdir. Onun üst kənarı 
(bərkimənin başlama cəbhəsi) ərintinin əsas həcminin likvidus 
izoterminə uyğun olmuşdur. Burada kristallaşma zonasının 
həcminin 70-75%-ni təşkil edən likvidus fazalarının ayrılması 
baş vermişdir. Bu zonanın aşağı  kənarı (kristallaşmanın son 
cəbhəsi) dənəarası qalıq mayenin solidus izoterminə uyğundur. 
Uyğun olaraq kristallaşma zonasını keçdikdən sonra əmələ 
gələn intruziv süxurlarda iki qrup dənə müşahidə ediləcəkdir: 
nisbətən idiomorf likvidus fazalardan ibarət olan kumulus 
mineralları  və onların arasında yerləşən interkumulusun – 
solidus minerallarının ksenomorf dənələri.  Ərintinin  əsas 
həcminin kristallaşması zamanı kristallaşma zonası  aşağıdan 
yuxarıya doğru yerini dəyişir və bu zaman ayrılan kristallar 
batırılır, qalıq ərinti isə konveksiya nəticəsində hələ soyumamış 
ərintiyə doğru sıxışdırılacaqdır (şəkil 5.8). Maqmadan 
yüksəktemperaturlu fazaların uzaqlaşdırılması  və onun qalıq 
ərintilə  zənginləşməsi maqmanın tərkibinin dəyişməsinə  və 
kotektikaya uyğun olan ayrılan bərk faza assosiasiyalarının 
(kumulus minerallarının) ardıcıl əvəz edilməsinə gətirib çıxarır. 
Nəticədə plutonu təbəqələşdirən  şaquli istiqamətdə bir-birini 
qanunauyğun olaraq əvəz edən müxtəliftərkibli kumulat layları 
formalaşır. 
 
5.3. Kimberlit və lamproit maqmatizmi. Karbonatların 
rolu, deqazasiyası, almazlılığı. Karbonatit ərintiləri 
 
Müasir geokimya və petrologiyada qələvi süxurlara xüsusi 
yer verilir. Qələvi maqmaların genezisi haqqında müxtəlif 
hipotezlər vardır. Onlara əhəng daşlarının assimilyasiyasını, 
likvasiyanı, yüksək təzyiq şəraitində qismən ərimə və fraksion 
kristallaşma və s. modelləri göstərmək olar. Hal-hazırda çoxlu 
miqdarda eksperimental işlərin nəticələri interpretasiya edilir, 
yeni geokimyəvi, xüsusilə də izotop analizləri qələvi maqmanın 
əmələ gəlməsi haqqındakı fikirləri dəqiqləşdirir.  
Təbəqələnmiş intruzivlərin ümumi stratifikasiyası 
maqmadan kristallik fazaların ardıcıl ayrılmasını  əks etdirir. 
Dunit, peridotit, pirokseknitlər intruziv cisimlərin dabanında 
yataraq, olivin və ortopiroksenin kristallarından ibarət olan 
erkən kumulatlardır. Yuxarıya doğru olivin itir və olivinin qalıq 
maqma ilə reaksiyası  nəticəsində  əmələ  gələn aşağı kalsiumlu 
piroksenlə – pijonitlə əvəz olunur. Plagioklazın kristallaşmaya 
başlaması qabbroidlərə keçidi təmin edir. Daha yuxarıda 
tərkibinə  dəmirli olivin və piroksen daxil olan ferroqabbro və 
ferrodioritlər meydana çıxır.  
 
Şəkil 5.8. Təbəqələnmiş plutonların kristallaşma sxemi. 1-ərintinin 
əsas həcmi; 2-kristallaşma zonası; 3-intruzivin kristallaşan hissəsi;  4-
bərkimə zonası; 5-qalıq ərinti; 6-damar süxurları; 7-ətraf süxurlar; 8-
konveksion cərəyanlar; düzünə oxla kristallaşma cəbhəsinin 
hərəkətinin istiqaməti göstərilmişdir. 
 
Vulkan adalarındakı  qələvi bazaltlarda ilkin 
87
Sr / 
86
Sr 
nisbəti  0,703-0,706 təşkil edir və onların mantiya təbiətli 
olmasını göstərir. Analoji məlumatlar digər geodinamik 
 
118 
 
119


şəraitlərdə, o cümlədən, kontinental rift zonalarında 
formalaşmış qələvi bazaltlar üçün də alınmışdır. Bu süxurlarda 
qələvilərin miqdarının uyuşmayan – qeyri-kogerent 
elementlərlə zəngin olması belə nəticəyə gəlməyə əsas verir ki, 
onlar mantiya süxurları ilə tarazlıqda olan ərintilərin nisbətən 
yüksək təzyiqdə az əriməklə  əmələ  gəlmişlər. Qranatın bərk 
fazaya daxil olduğu anda az ərimə payında onlar yüngül nadir 
torpaq elementlərilə zənginləşmiş olurlar. Bundan başqa, onlar 
eksploziv tip püskürməyə malikdirlər və onların maqmaları 
kifayət qədər uçucu komponentlər, xüsusilə  də  H
2
O  və  CO
2
 
saxlayır.  
Qələvi maqmaların genezisini təyin etdikdə aparıcı 
rollardan birini qeyri-kogerent elementlər oynayır. Maqmanın 
aşağı  ərimə payında o intensiv ərimədən fərqli olaraq bu 
elementlərlə  zənginləşməlidir.  Ərinti və müxtəlif kristallik 
fazalar arasında (məsələn, qranat-klinopiroksen və s.) nadir 
torpaq elementlərinin paylanma əmsalı ərimə sahəsindəki bərk 
fazanın xüsusiyyətlərini müəyyən etməyə imkan verir.  
R.Key və P.Qastın fikrinə görə, qələvi bazaltoidlərdə nadir 
torpaq elementlərinin geokimyasının  əsas nəzarətedici faktoru 
maqma generasiya sahəsində qranatlı peridotitin bərk fazası və 
ərinti arasında paylanmasıdır. Eksperimental işlərin nəticələri 
bu elementlərin mantiyada dayanıqlı olan bərk fazalar arasında 
və qələvi bazaltlarda mineral möhtəvilər və əsas kütlə arasında 
paylanması qismən ərimə nəticəsində nadir torpaq elementlərin 
fraksionlaşmasında klinopiroksen və qranatın aparıcı rol 
oynadığını göstərir. Beləliklə, nadir torpaq elementlərin pay-
lanmasının  əsasında iki əsas nəticə alınır: a) qələvi maqmalar 
mantiya maddəsindən az ərimə nəticəsində əmələ gəlir; b) maqma 
generasiya sahəsində qranat iştirak edir, yəni qələvi maqmalar 
böyük dərinlikdə formalaşır.  
Yüksəkqələvili süxurların petrogenezisilə  əlaqədar  D.Qrin 
qeyd etmişdir ki, ərimiş fazada H
2
O-nun iştirak etməsi likvidus-
solidus intervalında fraksionlaşan fazaların ardıcıllığına güclü 
təsir göstərir. Məsələn, mülayim və yüksək təzyiqlərdə olivinə 
nisbətən piroksenlərin, xüsusilə  də ortopiroksenin kristallaşma 
sahəsi kifayət qədər artır. Belə  şəraitdə 1,3-1,8 QPa  təzyiqdə 
olivinli bazalt maqmasından alüminiumlu ortopiroksen və 
klinopiroksenin fraksionlaşması (və ya, əksinə, sulu pirolitin az 
ərimə payında) olivinli nefelinitlərin əmələ gəlməsinə səbəb ola 
bilər. Daha yüksək 1,8-2,7 QPa təzyiqdə analoji olaraq olivin-
melilitli nefelinit əmələ  gələ bilər. Bununla yanaşı, başqa 
eksperimental işlər qələvi maqmaların əmələ gəlməsində su ilə 
bərabər karbon qazının da böyük rol oynadığını göstərmişdir. 
Qələvi ultraəsasi süxurların karbonatitlərlə genetik əlaqədə 
olması buna əyani sübutdur. Karban qazının mantiya təbiətli 
qələvi süxurların formalaşmasındakı rolu çoxlu miqdarda 
eksperimental işlərlə  təsdiqlənmişdir. Bu eksperimental işlərin 
nəticələri haqqında geniş  məlumatı N.F.Şinkaryev və 
V.V.İvannikovun «Fiziko-ximiçeskaə petroloqiə izverjennıx 
porod» (1983) kitabından almaq olar.  
Beləliklə, eksperimental işlərin nəticələri göstərir ki, 
mantiya maqmasının tərkibi peridotitlərin solidusu ilə üst-üstə 
düşən üst mantiyada karbonatların və floqopitin 
paylanmasından asılıdır. Bu xüsusilə kimberlitlərin
lamproitlərin, karbonatitlərin genezisini müəyyən etdikdə daha 
aydın nəzərə çarpır. Aşağıda belə süxurların petrogenezisinə 
baxılır.    
Kimberlitlər yer səthinə çatan ən dərin maqmatik süxurlardır 
və almazın ən əsas mənbəyidir. Onlar çox da böyük olmayan eni 
1 km-ə çatan borular (diatremlər), dayka və sillər əmələ gətirir. 
Kimberlitlər  əsasən qədim kembriyə  qədərki kratonlarda rast 
gəlir.  
Ən geniş brekçiya strukturudur və qabıq və mantiya təbiətli 
kristallik daxilolmalardan (ksenolitlərdən), iri qeyri-zonal 
kristallardan – meqakristallardan və  səthə yaxın  şəraitdə kris-
tallaşan nazik, xırdadənəli  əsas kütlədən ibarətdir. Onlarda 
dərinlik ksenolitləri üst mantiyadan gətirilmiş qranatlı 
 
120 
 
121


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə