N.Ə.İMamverdiyev


GEOKİMYANIN PREDMETİ, ÜSULU VƏ



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə2/46
tarix27.10.2017
ölçüsü4,58 Kb.
#7000
1   2   3   4   5   6   7   8   9   ...   46

1. GEOKİMYANIN PREDMETİ, ÜSULU VƏ  
MƏSƏLƏLƏRİ. GEOKİMYANIN BÖLMƏLƏRİ  
VƏ BAŞQA ELMLƏRLƏ ƏLAQƏSİ 
 
1.1. Geokimyanın məsələləri,  
başqa elmlər arasında vəziyyəti 
 
Geokimya – Yer qabığındakı kimyəvi prosesləri – kimyəvi 
elementlərin miqrasiyasını, onların toplanmasını və səpələnmə-
sini, Yerin və onun qatlarının kimyəvi tərkibini, yer qabığında 
kimyəvi elementlərin yayılmasını  və paylanmasını öyrənən 
elmdir.  
Geokimya geoloji proseslərin inkişafında kimyəvi element-
lərin tarixini, onların minerallarda və süxurlarda daşınma və 
yerləşmə formalarını öyrənir. Müxtəlif geoloji proseslərdə kim-
yəvi elementlərin toplanma şəraitini öyrənməklə, geokimya 
faydalı qazıntı yataqlarının fiziki-kimyəvi əmələgəlmə şəraitini 
xarakterizə edir və bununla da onların axtarış yollarını göstərir. 
Yataqların geokimyəvi axtarış üsulları geoloji-axtarış işlərində 
geniş  tətbiq edilir və bu işləri yüngülləşdirərək və ucuzlaş-
dıraraq, geofiziki üsullarla birgə yer səthinə  çıxmayan gizli 
yataqların axtarışına zəmin yaradır.   
Yataqların yeni tipli mineral xammalın və ya filizin yeni 
növünün texnoloji mənimsənilməsində geokimya elementin 
çıxarılmasına böyük köməklik göstərir. Yəni çıxarılmaya məruz 
qalan elementin hansı halda olması geokimyəvi üsullarla müəy-
yən edilir (mineral müstəqildirmi, qatışıqlar izomorfdurmu və 
hansı minerallarda iştirak edir  və s.).  
Müxtəlif kimyəvi, fiziki üsulları bilərək, fiziki kimyanın 
məlumatlarından istifadə edərək, termodinamik hesablamalar 
apararaq, geokimya yataqların, xüsusilə  də müxtəlif 
geokimyəvi proseslər nəticəsində üst-üstə  gələnlərin genezisi-
nin mürəkkəb məsələlərini həll etməyə qadirdir.  
Geokimya kompleks elmdir. O geoloji (mineralogiya, petro-
logiya, litologiya, faydalı qazıntı yataqları, hidrogeologiya və s.) 
və kimyəvi (qeyri-üzvi və fiziki kimya, kimyəvi termodina-
mika, kristallokimya, kolloid kimyası) elmləri arasında aralıq 
vəziyyət tutur. Hal-hazırda petroloji və geodinamik məsələləri 
geokimyasız həll etmək qeyri-mümkündür. Bununla yanaşı, bi-
zim planetin tərkibi və əmələ gəlməsi məsələlərində geokimya 
astronomik (kosmogeniya, meteoritika), fiziki (radiogeologiya, 
nüvə geologiyası, geofizika), bioloji (biokimya, torpaqşünaslıq) 
və coğrafi (fiziki coğrafiya, landşaftsünaşlıq) elmlərlə təmasda 
olur.  
 
 
1.2. Geokimyəvi tədqiqat üsulları 
 
Kimya, riyaziyyat və digər elementar elmlərdən fərqli ola-
raq, spesifik tədqiqat üsullarına malik olan geokimya kompleks 
bir elm kimi öz tədqiqatlarında geoloji-mineraloji və kimyəvi 
metodları tətbiq edir. 
Fiziki üsullardan spektral, rentgen-spektral, rentgen-struk-
tur, neytron-aktivləşmə, radiometriya, izotop, mikrozond və s. 
analizlər geniş istifadə edilir.  
Geokimyəvi axtarışların spesifik üsullarına metallometriya 
aiddir. Bu üsulun köməyilə yatağın ətrafında həm narın, həm də 
kristallik süxurlarda, həmçinin yatağı yuyan sularda element-
lərin səpələnmə oreollarını qurmaq mümkün olur.  
Hal-hazırda geokimyəvi üsullarla bir çox nadir və nadir tor-
paq elementlərin müxtəlif mineral paragenezislərdə, möhtəvilər 
və  əsas kütlədə paylanmasının öyrənilməsi böyük əhəmiyyət 
kəsb edir. Bu yolla maqmatik, metamorfik və metasomatik 
süxurların əmələ gəlməsində bu və ya digər proseslərin (kristal-
laşma diferensiasiyası, assimilyasiya, hibridizm və s.) rolunu 
qiymətləndirmək mümkün olur. Bununla yanaşı, təbii 
proseslərin eksperimentlərlə öyrənilməsi də böyük vüsət almış-
dır. Mineralların sintezi, onların növbəti dəyişmələri, digər 
minerallarla  əvəz edilməsi, pozulmasının öyrənilməsi bu 
 

 
6


proseslərdə kimyəvi elementlərin daşınma üsullarını, filiz 
çökdürən məhlulların tərkibini dəqiqləşdirməyə  və öyrənilən 
mineralların əmələgəlmə şəraitini araşdırmağa imkan verir. 
 
 
1.3. Geokimyanın bölmələri və başqa elmlərlə əlaqəsi 
 
Geokimya Yer haqqında yeni bir elm kimi fundamental tə-
biət elmləri olan fizika və kimya, habelə geoloji elmlərlə – mi-
neralogiya, petroqrafiya, geologiya ilə  sıx  əlaqədə inkişaf et-
mişdir.  
Geokimya  fizika və kimya ilə xüsusi bağlıdır. Geokimya 
elementlərin Yerin müxtəlif cisimlərində paylanmasını 
öyrənərkən bir tərəfdən  fizika və kimyanın eksperimental me-
todikasından, digər tərəfdən isə təbiətdə elementlərin assosiasi-
yasını izah etmək üçün fizika və kimyanın əsas qanunlarından, 
atomların parametrlərinə aid olan məlumatlardan və ele-
mentlərin fiziki-kimyəvi xüsusiyyətlərindən geniş istifadə edir. 
Bir çox geokimyəvi məsələlərin həllində, məsələn, izotop ölç-
mələrində, neytron aktivləşmə üsullarının tətbiqində fizik-eks-
perimentatorların iştirakı labüddür. Yerin dərin qatlarının şərai-
tinə cavab verən kimyəvi proseslərin modelləşdirilməsində 
fizika və kimyanın xüsusi rolu vardır. Fizika sahəsində bir çox 
kəşflər sonralar Yer elmlərində böyük əhəmiyyətə malik ol-
muşdur. Akademik V.İ.Vernadskinin qeyd etdiyi kimi, fizik 
geoloqun görüş dairəsindən xaricdə  işləyərək, bəzən geoloji 
hadisələrin yeni sahələrini aşkar edir.  
Geokimya  geofizika ilə  sıx  əlaqədardır. Bizim planetin 
müxtəlif zonalarının energetika məsələləri geokimyəvi qanun-
larla həyata keçirilən aktiv enerji daşıyıcılarının – radioaktiv 
elementlərin paylanması ilə  əlaqədardır. Hesab etmək olar ki, 
seysmika və geotermiya hadisələri, maddənin elektrik 
keçiriciliyi və maqnit xassələri, yüksək təzyiq  şəraitində poli-
morf çevrilmələr və reaksiyalar mantiyanın atomar tərkibilə 
əlaqədardır. Başqa sözlə desək, yerin fiziki xüsusiyyətlərini 
onun kimyəvi tərkibi müəyyən etdiyi üçün, geokimya geofizika 
ilə sıx əlaqədardır. Bir çox faydalı qazıntı yataqlarına (qaz, neft, 
radioaktiv, nadir elementlər) axtarış  işləri birgə geofiziki və 
geokimyəvi üsullarla aparılır.  
Geokimyəvi ideyaların inkişafında 
kristallokimya 
əhəmiyyətli rola malikdir. Kristallokimya həmçinin geokimya, 
kristalloqrafiya və mineralogiya arasında birləşdirici halqadır. 
Rentgenstruktur analizin dəqiq üsulları ilə silahlanmış müasir 
kristallokimya geokimyaya çox əhəmiyyətli ilkin informasiya-
lar verir. Bu məlumatların  əhəmiyyəti ondan ibarətdir ki, yer 
qabığının bir çox elementləri kristallik struktura malik 
birləşmələrdə yerləşir. Müasir mineralogiyada  mineralların 
xüsusiyyətləri və genezisini dərindən izah etmək üçün 
kristallokimyəvi istiqamət sürətlə inkişaf edir. Yer qabığının 
kimyasının bir neçə problemləri vardır ki, onlar həm geokimya, 
həm də mineralogiya üçün eyni əhəmiyyət kəsb edir. Bunlara 
mineralotermometriya, mineral əmələ  gətirən məhlulların 
tərkibləri, izomorfizm və s. aiddir. Akademik A.Y.Fersmana 
görə müasir geokimyanın  əsasını mineralogiyada toplanan 
çoxlu miqdarda faktiki material təşkil etmişdir. Lakin mineralo-
giyanın  əsas hədəfi bərk kimyəvi birləşmə – mineral, geo-
kimyanın hədəfi isə atomdur.  
Geokimyanın bir çox məsələləri  petrologiya və litologiya 
ilə  əlaqədardır. Müxtəlif tip süxurlar şəklində rast gələn ayrı-
ayrı mineral assosiasiyalar qanunauyğun bir proses olub, konk-
ret geoloji şəraitdə əmələ gələn fiziki-kimyəvi sistemin məhsu-
ludur. Maqmanın diferensiasiyası, assimilyasiya, metasomatoz, 
hibridizm və kontakt metamorfizm prosesləri atomların yenidən 
qruplaşması ilə müşayiət olunur. İstənilən süxurun əmələ  gəl-
məsi ən geniş yayılan elementlərin – O, Si, Al, Fe, Ca, Na, K, 
Mg, H, Ti, P yenidən qruplaşmasıdır. Kimyəvi analizlərin bütün 
hesablamalarında bu elementlər və ya onların oksidləri əks ol-
unur. Süxurların kimyəvi tərəfinin güclü inkişafı onların 
kimyəvi tərkibinin dəyişməsi qanunları haqqında elmin - petro-
 

 
8


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə