N.Ə.İMamverdiyev



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə3/46
tarix27.10.2017
ölçüsü4,58 Kb.
#7000
1   2   3   4   5   6   7   8   9   ...   46

kimyanın  yaranmasına səbəb olmuşdur.  İstənilən süxur dövrü 
sistemin elementlərini saxlayır, ona görə də süxurlarda, onların 
minerallarında elementlərin paylanması geokimyanı 
petrologiya ilə bağlayır və artıq geokimyanın məsələlərinə 
çevrilir.  
Çökmə süxurların  əmələ  gəlməsi kimyəvi elementlərin 
bərk və maye faza arasında, kalloid sistemdə kardinal yenidən 
qruplaşması ilə  əlaqədardır, ona görə  də  litogenezə  bir neçə 
geokimyəvi məsələlər daxildir. Məlumdur ki, bir çox süxurlar 
doymuş  məhlullardan elementlərin kimyəvi yolla çökməsi 
nəticəsində  əmələ  gəlir və burada geokimyəvi proses «təmiz» 
halda üzə çıxır. Bununla əlaqədar olaraq, təəccüblü deyildir ki, 
bir çox məşhur litoloq alimlər müxtəlif fiziki-kimyəvi 
şəraitlərdəki sedimentasiya proseslərində geokimyəvi 
məsələləri həll etmək məcburiyyətində qalmışlar. Beləliklə, 
geokimya-mineralogiya-petroqrafiyanın vəhdəti təbiətdə atom-
mineral-süxurun real bütövlüyünü əks etdirir.   
Geokimyəvi proseslərdə canlı maddə – heyvan və bitki küt-
lələrinin planetar məcmusu xüsusi rol oynayır. Planetlərin qaz 
balansı  və  əksər kimyəvi elementlərin dövr etməsi biosferin – 
Yerin həyat qabığının orqanizmlərinin birbaşa və dolayı iştirakı 
ilə baş verir. Buradan geokimyanın biologiya ilə əlaqəsi aydın 
olur və bu əlaqənin  əsasında V.İ.Vernadski tərəfindən  əsası 
qoyulmuş biogeokimya yaranmışdır.  
 
 
2. YERİN DAXİLİ QATLARININ GEOKİMYASI.  
YUXARI VƏ AŞAĞI MANTİYANIN GEOFİZİKİ,  
EKSPERİMENTAL MƏLUMATLARA VƏ DƏRİNLİK 
DAXİLOLMALARINA  GÖRƏ QURULUŞU 
 
2.1. Yer qabığı 
 
Yerin daxili quruluşu haqqında məlumatlar seysmik dalğa-
ların yayılma xüsusiyyətlərinin  əsasında alınmışdır. 1914-cü 
ildə seysmologiyanın məlumatlarının əsasında Yerin daxili qu-
ruluşunun ümumi şəklini müəyyən etmək və onun 
dərinliklərində seysmik dalğaların – uzununa V
 
10
P
    və eninə  V
S
  
yayılma sürətlərini hesablamaq mümkün olmuşdur. Uzununa 
dalğalar bərk, maye və qazvarı cisimlərdə, eninə dalğalar isə 
ancaq bərk cisimlərdə yayıla bilir. Bu seysmik dalğaların 
sürətlərinin sıxlıqdan və elas-tik modullardan asılılığı ilə izah 
edilir.  
V
P
=[(k+4/3 µ)/ 
ρ
]
1/2
,  V
S
=( µ /
ρ
)
1/2
 Burada və µ elastik modulları, 
ρ
 sıxlıqdır.  
Seysmik məlumatlara görə Yer üç əsas qata bölünür: yer 
qabığı, mantiya və nüvə. Bu qatlar arasında seysmik dalğaların 
yayılma sürətlərində  kəskin sıçrayışlar qeyd olunur. Bu 
sürətlərin kəskin sıçrayışları, xüsusilə Yerin əsas qatları olan 
qabıq və mantiya (Moxoroviçiç ayrıcı), mantiya və nüvə aras-
ında baş verir. Moxo sərhədi uzununa seysmik dalğaların 
sürətinin 6,5-7,5-dən 8,0-9,0 km/san-yə kimi artması ilə 
səciyyələnir və aşağı yer qabığının əsasi süxurlarının üst manti-
yanın daha möhkəm ultraəsasi süxurlarla əvəz olunmasına 
dəlalət edir. Bundan başqa, kiçik sıçrayışlar yer qabığının, man-
tiyanın və nüvənin özündə də qeyd edilir. Yer qabığını manti-
yadan ayıran Moxoroviçiç və ya Moxo sərhədi okeanlarda 10-
12 km, kontinentlərdə 30-50 km dərinlikdə yerləşir, Yerin dax-
ili və xarici nüvəsinin ayrılma sərhədi isə  təqribən 5200 km-ə 
uyğun gəlir və  bərk maddənin mayeyə çevrilməsi qeyd edilir. 
400-670 km dərinlikdə silikat minerallarının strukturunda 
dəyişmə baş verir (şəkil 2.1). 
Mantiya süxurlarının sıxlığını bilərək təzyiqin dərinlikdən 
asılılığını ala bilərik: 
P=h 
ρ

Burada P-təzyiq, h –dərinlik
ρ
-sıxlıq, g-qravitasiya sabiti-
dir. M.Vilsona (M.Wilson, 1989) görə bir neçə yüz kilometr 
Yerin dərinliyinə doğru orta sıxlığı 3,3 g/sm
3
 götürsək və vahid 
hesablama sisteminə keçsək, təzyiqin dərinlikdən asılılıq düs-
 



turunu aşağıdakı kimi almaq olar: 
ρ
=3,3 q/sm
3
=3,3 q/10
-6
m
3
=3,3·10
6
 q/m
3
; g=10 m/san
2
.
  
Onda 
P=h·3,3·10
6
·10 (q/sm
3
· m/san
2
)= 3,3·10

N·m
-2
=0,33h kbar 
Məsələn, 10 kbar təzyiq təqribən 30 km dərinliyə uyğun 
olacaqdır (1 Qpa=10 kbar).  
 
Şəkil 2.1. 700 km-dən yuxarıda  Yerin quruluşu. Eninə dalğanın 
(V
s
) dərinliyə doğru dəyişməsi göstərilmişdir (M. Wilsona görə, 
1989).  
 
Moxo sərhədindən yuxarıda yerləşən  yer qabığının qalın-
lığı okeanlarda 7-10 km təşkil edir, kontinentlərdə isə 80 km-ə 
qədər (25-75 km, orta hesabla 35-40 km)  çatır (şəkil 2.1).  
Kontinentlərin altında elastik dalğaların yayılmasına görə 3 
qat ayrılır: 1) çökmə; 2) üst qabığı  təşkil edən qranit-meta-
morfik, və ya «qranit»; 3) qranulit-bazalt və ya «bazalt» (aşağı 
qabıq). Həm üst, həm də alt qabıq müxtəlif süxurlardan əmələ 
gəlmişlər. «Çökmə», «qranit» və «bazalt» qatları onların real 
tərkibini deyil, bu qatların inteqral fiziki xarakteristikalarını əks 
etdirir. Çökmə qatın tərkibində vulkanik süxurlar iştirak edə 
bilir, süxurların maili yatımı  və metamorfizmin yüksək 
pilləsinin olmaması  səciyyəvidir. Çökmə qatın  əsası seysmik 
üsullarla qeyd edilir. Aşağıda qranit-metamorfik qatdan ibarət 
kristallik özül yerləşir. Qranit və onların metamorfik 
ekvivalenti olan qneyslərdən başqa bu qatda orta, əsasi və hətta 
ultraəsasi süxurlar və dislokasiya olunmuş,  metamorfizləşmiş 
çökmə qatlar iştirak edir. 15-20 km dərinliyə kimi yer qabığının 
yuxarı hissəsinin tərkibi və strukturu haqqında yer üzərinə 
çıxarılmış süxurlar vasitəsilə mülahizə yürütmək olar. 
Yer qabığının aşağı qatının tərkibi haqqında birbaşa məlu-
matlar yoxdur. Fiziki xarakteristikalar və vulkanlarla çıxarılmış 
dərinlik ksenolitləri göstərir ki, aşağı qabıqda metamorfizləşmiş 
əsasi və turş  tərkibli maqmatik süxurlar üstünlük təşkil edir. 
Əsasi süxurlar amfibolit, piroksen-plagioklazlı  və qranat-pirok-
sen-plagioklazlı süxurlardan və kristallik şistlərdən (qranulitlər-
dən), turş süxurlar isə tonalit-trondyemit tərkibli plagioqneys-
lərdən ibarətdir. 
«Qranit» və «bazalt» qatlarının sərhədi Konrad sərhədi və 
ya K səthi  adlanır, müxtəlif rayonlarda müxtəlif sürətlərlə 
səciyyələnərək, müxtəlif dərinliklərdə qeyd olunur və yer 
qabığının qeyri-bircinsliliyini və horizontal qatlara şərti olaraq 
bölünməsini göstərir.  
Dərinlik və ifrat dərinlik quyularının nəticələri göstərir ki
yer qabığında bir çox seysmik sərhədlər tək süxurun tərkibinin 
dəyişməsini deyil, həm də gərginlik vəziyyətini, məsaməliliyini 
və keçiriciliyini göstərir. Belə ki, Konrad səthi regional meta-
morfizmin erkən mərhələsində sulu mineralların 
dehidratlaşması  nəticəsində  əmələ  gələn və sulu məhlulların 
süzülməsi ilə  əlaqədar olan «qranit» qatının  əsasında 
seyrəkləşmiş zona qeyd olunur. Məsələn, Kola yarımadasındakı 
 
11
 
12


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə