N.Ə.İMamverdiyev



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə7/46
tarix27.10.2017
ölçüsü4,58 Kb.
#7000
1   2   3   4   5   6   7   8   9   10   ...   46

dotitlər, ancaq qalınlığı 15 km-dən az olan okean altındakı üst 
mantiyada inkişaf etmişdir. Kontinentlər altında qabığın qalınlığı 
35-40 km-ə qədər artır və M-in birbaşa altında şpinelli peridotitlər 
yatır.  
Ksenolitlərdə NTE yayılma spektri göstərir ki, üst mantiya 
mineraloji tərkibcə çox mürəkkəbdir və heterogendir. Lakin 
onun kimyəvi tərkibi  əsasən beş elementlə ifadə oluna bilər: 
SiO
2
 -44%; Al
2
O
3 
- 2%; FeO - 8%;  CaO - 2%; MgO - 42%; 
qalan komponentlər 2%. MgO  və  SiO
2
 bir yerdə 86% təşkil 
edir. Bu isə  mantiyanın  əsas fazalarının olivin və 
ortopiroksendən ibarət olmasına dəlalət edir.  
 
 
Şəkil 2.7. Eksperimental məlumatlar əsasında müxtəlif peridotitlərin 
ümumiləşdirilmiş faza diaqramı. X.Yoderə görə,1979. Dərinlik 
şkalası orta 3,3 q/sm
3
 sıxlığa əsaslanmışdır. SFC - Yer səthi. 
 
Kimberlitlərdə qranatlı lersolitlərin, qələvi bazaltlarda şpi-
nelli lersolitlərin müəyyən edilməsi mantiyanın tam quruluşunu 
aydınlaşdırmaq üçün böyük əhəmiyyət kəsb edir. Adətən, 
qələvi bazaltlar-nefelinitlər kimberlitlərə nisbətən daha dayazda 
əmələ  gəldiyi üçün belə  nəticəyə  gəlmək olar ki, qranatlı 
lersolitlər  şpinelli lersolitlərə nisbətən daha dərin zonalardan 
gətirilmişdir. Hər iki lersolitin tərkibində oxşar komponentlər 
iştirak etdiyi üçün belə hesab etmək olar ki, alüminiumlu faza 
olan  şpinel və qranat təzyiqdən asılı olaraq metamorfik 
çevrilmələrdir. 
Yüksək təzyiq və temperatur şəraitində aparılmış eksperi-
mental tədqiqatlar göstərmişdir ki, Yerin dərin qatlarında şpinel 
və qranatın əmələ gəlməsi aşağıdakı reaksiyalar üzrə gedə bilər: 
 
2Mg
2
SiO
4
+CaAl
2
Si
2
O
8  
= 2MgSiO
3
 +  CaMg Si
2
O


MgAl
2
O
4
olivin        plagioklaz     ortopiroksen  klinopiroksen  şpinel 
 
 
     MgAl
2
O
4  
+  2MgSiO

=   4Mg
2
SiO

+  Mg
3
 Al
2
 
Si
3
O
12   
  şpinel         ortopiroksen     olivin             qranat        
 
 
Peridotitlərdən başqa, üst mantiyanın quruluşunda eklogitlər – 
kimyəvi tərkibi qabbroya cavab verən qranat-piroksenli yüksək 
təzyiqli süxurlar da iştirak edir. Eklogitlər böyük dərinlikdə soyu-
muş üst mantiyanın peridotitlərinin qismən  ərimə  məhsullarıdır. 
Eklogit cisimləri, yəqin ki, kontinental yer qabığının aşağılarında 
da vardır. Üst mantiyanın tərkibi və quruluşu haqqında informasi-
ya mənbəyi geofiziki məlumatlar, yer səthində və okean dibində 
rast gələn vulkanlar, partlayış boruları tərəfindən  çıxarılmış dərin-
lik kristallik əlavələri və mantiya maddəsinin tektonik bloklarıdır.   
Müasir kontinentlərin daxilində  və  kənarlarında, o cümlədən, 
adalar qövslərində uzanmış dərinlik qırılmaları izlənilir. Bu qırılma-
 
27
 
28


lar ilkin vaxtlar Moxo sərhədindən aşağıda yatmış, intensiv dis-
lokasiya olunmuş, metamorfizləşmiş linza şəkilli və plastinaya 
bənzər peridotitləri yer üzərinə çıxartmışdır. Qabbro, diabaz, bazalt-
lar və bəzi başqa süxurlarla birgə onlar ofiolit assosiasiyasını əmələ 
gətirir. Bu assosiasiyaların aid olduqları zonalar ofiolit qurşaqları 
adlanır. Kiçik Qafqazda, o cümlədən, Azərbaycanda bu qurşağın 
klassik kəsilişlərini müşahidə etmək olur. Ofiolit qurşaqlarının 
quruluşunda iştirak edən peridotitlər bərk halda yerini dəyişmiş 
qırılmalarla məhdudlaşmış mantiya maddəsinin blokları hesab 
olunur. Adətən, onlar bütövlüklə serpentinitlərə çevrilmişlər.  
Peridotitlərin ilkin tərkibi çox zaman harsburgitlərə uyğun 
gəlir və ikinci dərəcəli əhəmiyyətə malik dunitlərlə assosiasiya 
təşkil edir. Lersolitlər harsburgitlərə nisbətən daha nadir hallar-
da rast gəlir. Harsburgitlər tərkibi tamamilə eynicinsli olan 
olivindən, ortopiroksendən və xromlu şpineldən ibarətdir. 
Olivin 90-92% forsterit komponenti, ortopiroksen təqribən bu 
miqdarda enstatit saxlayır. Harsburgitlər üçün MgO-nun 
yüksək,  Al
2
O
3
, CaO, Na
2
O, K
2
O-nun isə  aşağı miqdarı  səciy-
yəvidir (cədvəl 2.2). Ofiolit assosiasiyasına daxil olan 
peridotitlərin petroqrafik və geokimyəvi xüsusiyyətləri belə 
nəticəyə  gətirib çıxarır ki, bu süxurların  əksər hissəsi üst 
mantiyanın qismən  ərimə prosesində  əmələ  gəlmiş yüngül 
əriyən maqmatik mayenin ayrılmasından sonra qalan  bərk 
materialdır. Belə qalıq əmələgəlmələr restitlər adlanır. Mantiya 
maddəsinin tektonik bloklarına okeanların dibində  də rast 
gəlinir və aralıq-okean silsilələrini kəsən eninə  qırılmalara 
aiddir. Burada mantiya süxurları içərisində harsburgitlər deyil, 
aşağı  MgO  və yüksək  CaO, Na
2
O, Al
2
O
3
 saxlayan lersolitlər 
üstünlük təşkil edir (bax: cədvəl 2.2). Beləliklə, okeanların 
altında mantiyanın  ən üst hissələrindəki materialın yüngül 
komponentləri kontinental sahələrdəki üst mantiyanın 
materialına nisbətən az dərəcədə ekstraksiyaya məruz 
qalmışdır. 
Vulkanlar və partlayış boruları vasitəsilə yer üzərinə çıxa-
rılmış mantiya süxurlarının kristallik daxilolmaları 
(ksenolitləri) içərisində peridotitlər, dunitlər və eklogitlər qeyd 
olunur. Daxilolmalar ölçüsü endə bir neçə santimetrdən 
destimetrə qədər olan mantiya maddəsinin qırıntılarıdır. Qələvi 
bazaltlarda daxilolmalar içərisində 60-80 km dərinliyə  qədər 
dayanıqlı olan lersolitlər və harsburgitlər üstünlük təşkil edir. 
Həmçinin verlitlər, vebsteritlər, klinopiroksenitlər də  aşkar 
olunmuşdur. Kimberlitlər səthə qranatlı peridotitlərdən, həm-
çinin eklogitlərdən (qranat-piroksenli, distenli, korundlu, 
koesitli) ibarət daha dərinlik əlavələri çıxarır. Bu süxurlar 60-80 
km-dən daha dərində dayanıqlıdır. Bəzi peridotit və eklogit 
daxilolmalarında almaz müəyyən olunmuşdur və almazın 
dayanıqlı olduğu 150 km-dən böyük dərinlikdə kristallik 
süxurların əmələ gəlməsini göstərir.  
Dərinlik daxilolmaları olan peridotitlər mineraloji və kim-
yəvi tərkibinə görə üç sinfə bölünür: 1) primitiv; 2) 
depletləşmiş  və ya üzülmüş; 3) zənginləşmiş.  Primitiv 
peridotitlər lersolitlərdən ibarət olub, epigenetik dəyişmələrə 
məruz qalmamışdır və üst mantiyanın ilkin tərkibini əks etdirir. 
Primitiv mantiyanın süxurları elə süxurlardır ki, mantiya və 
yerin nüvəsi ayrılan vaxtdan dəyişməmiş  şəkildə qalmışdır. 
Kontinental bazaltlardakı primitiv şpinelli lersolit daxilolmaları 
tərkibinə görə okean dibinin lersolitlərinə yaxındır (bax: cədvəl 
2.2). Belə hesab olunur ki, onların tərkbindəki litofil 
elementlərin miqdarı xondritə yaxındır. Yaqoutza görə (Jagoutz 
et al., 1979) primitiv mantiyanın tərkibi belə ifadə olunur (%-
lə):  SiO
2
-45,57; TiO
2
-0,20; Al
2
O
3
-3,99; FeO
*
-7,88; MgO-
35,58; CaO-3,53; Na
2
O-0,33; K
2
O-0,03; H
2
O-0,04; CO
2
-
0,002; S<0,1. Maqneziumluluğu isə  (M=Mg/(Mg+Fe)  – atom 
kütləsilə) 0,90 təşkil edir. Depletləşmiş peridotitlər – lersolitlər 
və harsburgitlər mantiya materialının qismən  əriməsi nəti-
cəsində klinopiroksenlə, uyğun olaraq Al, Ca, Na və digər asan 
əriyən komponentlərlə kasıblaşmışdır.  Zənginləşmiş  perido-
titlər isə əksinə, primitiv mantiya süxurlarına nisbətən daha çox 
 
29
 
30


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə