masından ibarətdir. Bu prosesi onlar aşağıdakı reaksiya
ilə izah
edirlər.
Ca(Mg,Fe)Si
2
O
6
+Al
2
SiO
5
=(Mg,Fe)SiO
3
+CaAl
2
Si
2
O
8
Fraksionlaşmanın toleit tendensiasiyası silisiumun
miqdarının az artmasında qalıq ərintinin dəmirliliyinin artması
ilə, əhəngli-qələvili isə eyni zamanda dəmirliyin mülayim və
silisiumun isə kəskin artması ilə xarakterizə edilir. Qeyd etmək
lazımdır ki, kombinə edilmiş kontaminasiya-kristallaşma mod-
eli (AFC modeli) hal-hazırda nadir elementlərin paylanma əm-
salının əsasında riyazi yolla qurulur və kontaminasiya olunmuş
materialın miqdarı hesablanır. Bu modelə növbəti fəsildə baxı-
lacaqdır.
87
Sr/
86
Sr izotop nisbətinin kontaminasiya olunmuş
andezitlərdəki yüksək miqdarı da alternativ hipotez tərəfdarları
tərəfindən birmənalı qəbul edilmir. Yüksək
87
Sr /
86
Sr izotop
nisbəti (0,705-0,709) olan andezitlərin,
həm də yüksək
qələvililiyilə (kaliumlu latitandezit, şoşonitlər) səciyyələndiyinə
fikir verirlər. V.D.Dikkinson andezit maqmasının əmələgəlmə
dərinliyilə kalium arasında müsbət korrelyasiya olduğunu
göstərmişdir. Bunun əsasında bəzi tədqiqatçılar belə fərz edirlər
ki, artıq litofil elementlərlə tükənmiş kaliumla və radiogen
stronsiumla kasıb olan andezitlər mantiya maddəsinin əriməsi
nəticəsində, eyni zamanda kalium mineralları ilə və rubidiumla
zəngin radiogen stronsiumun qiyməti yüksək olan andezitlər
daha dərinlikdə tükənməmiş mantiyadan əmələ gəlirlər. Belə
bir nəticəyə Oxot-Çukotka qurşağının mezo-kaynozoy
maqmatik formasiyalarını öyrənən L.V.Tauson həm-
müəlliflərlə birgə gəlmişlər.
Hidratlaşmış mantiyanın əriməsi. Müasir andezit vulkaniz-
minin yayıldığı rayonlardakı geofiziki
və geoloji müşahidələr gös-
tərir ki, maqmatik mənbələr qabıq səviyyəsindən aşağıda yerləşir.
Bu andezit maqmasının ilkin xarakter daşımasına dəlalət edir və
onun kimyəvi tərkibi üst mantiyanın qismən ərimə şəraitilə təyin
edilir.
Birinci dəfə orta tərkibli maqmaların mantiya
peridotitlərdən əriməsinin mümkünlüyünü Amerika alimləri
Vaşinqtonda Karnegi institutunun geofiziki laboratoriyasında
aparılmış eksperimental məlumatlara əsasən vermişlər
(H.S.Yoder, 1969; İ.Kushiro, 1969). Yüksək su buxarı
təzyiqində forsterit-diopsid-silisium sistemini öyrəndikdə
İ.Kuşiro ilkin kristallaşan olivinin sahəsinin kəskin
genişləndiyini müəyyən etmişdir. Bu
eksperimental işlərin
əsasında andezit ərintisinin suyun iştirakı olduqda birbaşa üst
mantiyanın tərkibindən əriməsi hipotezi irəli sürülmüşdür.
Daha sonra bu hipotez 15 kbar təzyiqdə forsterit - (anortit-albit)
–silisium – su sistemilə möhkəmləndirilmişdir.
B.Maysen və A.Bettçerin su-karbon qazı flüidlərinin işti-
rakı ilə qranatlı və şpinelli peridotitlərin əriməsi üzrə
apardıqları eksperimentlərin nəticələri də baxılan hipotezi
təsdiq etmişdir. Bu tədqiqatçılar göstərmişlər ki, su ilə doymuş
andezitlərin likvidusu 10-15 kbar və
X
H2O
V
=1 şəraitində
peridotitlərin solidusuna yaxınlaşır. Şpinelli lersolit – su – kar-
bon qazı şəraitində 0,6≤
X
H2O
V
≤1 olduqda, temperaturdan asılı
olmayaraq qismən ərimədə mayenin tərkibi andezitə yaxındır.
Mantiyada azad su buxarının ola bilməsi,
ancaq subduksiya
zonalarında – ada qövslərinin və kontinentlərin kənarının
altında mümkün ola bilər. Burada 80 km dərinlikdə səthi hidro-
termal sistemin keçməsi və ya gömülən plitədə amfibol və mi-
kanın dehidratlaşması nəticəsində ilkin andezit maqmasının
əmələ gəlməsi üçün əlverişli şərait yarana bilər.
İ.D.Ryabçikov, O.A.Boqatikov və A.D.Babanski hesab
edirlər ki, əhəngli-qələvili maqmanın generasiyasının baxılan
mexanizmi geoloji tarixin ilkin mərhələsində xüsusi
əhəmiyyətə malik ola bilər.
Subduksiya zonalarında eklogitləşmiş okean bazaltlarının
qismən əriməsi. Qranatlı qranulit zonasından bazaltın eklogitə
çevrilməsi göstərmişdir ki, aşağı temperatur sahəsinə keçdikdə
130
131
bu zona pazlaşır. 6-10 kbar təzyiqdə və 700
0
C-dən aşağı tem-
peraturda dayanıqlı mineral assosiasiyası eklogitə uyğun olacaq-
dır.
Beləliklə, bazalt tərkibindən silisiumla kasıb olan mineral
assosiasiyaları (qranat, omfasit) əmələ gəlir və bunun nəticəsində
toleit tipli süxurlarda sərbəst kvars meydana çıxa bilər. D.X. və
T.X.Qrin qardaşları və A.E.Rinqvud tərəfindən aparılmış eks-
perimentlər nəticəsində belə nəticəyə gəlinmişdir ki, 100 km
dərinliyə gömülmüş və kvarslı eklogitlərə şəklini dəyişmiş ba-
zaltların təkrar əriməsi nəticəsində əhəngli-qələvili maqma əmələ
gələ bilər.
Bu hipotezə görə mantiyada ərimə iki mərhələdə gedir. Bir-
inci mərhələdə mantiya peridotiti əridikdə bazaltların böyük
kütləsi əmələ gəlir, daha sonra onlar əlverişli şəraitdə
eklogitlərə doğru şəklini dəyişir. Qismən əriməyə kifayət edən
temperatura qədər olan dərinliyə eklogitlərin gömülməsi ande-
zit maqmasının əmələ gəlməsinə səbəb olur. Bu petrogenetik
sxem A.E.Rinqvud və D.X.Qrinin
orogen proseslərin modelilə
uzlaşdırıldı. Həqiqətən də eklogitlərin sıxlığı peridotitlərdən
yüksəkdir və ona görə də eklogitləşmiş bazaltların gömülməsi
həqiqətə daha yaxındır.
Hal-hazırda əhəngli-qələvili maqmanın bazaltların şəklini
dəyişməsi hesabına əmələ gəlməsi hipotezi plitələr tektonikası
və ikimərtəbəli plitələr nəzəriyyələrilə təsdiq olunmuşdur. Yəni
andezitlərin əmələ gəlməsini subduksiya zonalarında ərimə ilə
izah edirlər.
5.5. Qranitoidlərin geokimyəvi tipləri və petrogenezisi
Kontinental qabığın ən adi süxurlarından olan qranitlərin
petrogenezisi hələ də müzakirə olunur. Bu müzakirələr
NTE və
nadir elementlərin öyrənilməsilə daha da genişlənmişdir. Qəbul
edilmişdir ki, qranitlər 4 müxtəlif yolla əmələ gələ bilər. Bu
hipotezlər «qranit mübahisəsini» həll etməyə yardımçı ola bilər.
1.
İlkin bazalt maqmasının fraksionlaşması az miqdarda
turş ərintinin əmələ gəlməsinə səbəb olur. Belə yolla əmələ
gəlmiş süxurlar kiçik maqneziumluluq, dəmirlik indeksinə və
yüksək Fe/Mg nisbətinə (mafik fazaların kristallaşmasını əks
etdirir) malik olmalıdır.
Bundan başqa, bu süxurların ümumi
tərkibi üçlük minimuma yaxınlaşacaqdır (əvvəlki fəsildən bizə
məlum olan albit-ortoklaz-kvars sistemi). Başqa sözlə desək, ya
kvarsla zənginləşən ideal qranitə və ya silisiumla doymamış
fonolitə yaxınlaşacaqdır. Gözləmək olar ki, belə süxurlar maye
maqmadan əmələ gəldiyi üçün «vulkanik assosiasiyalar» üçün
səciyyəvi olacaqdır. Belə süxurlarda ilkin
133
87
Sr /
86
Sr nisbəti də
aşağı olmalıdır və ilkin maqmadan ancaq qabıq materialı ilə
çirklənmə dərəcəsilə fərqlənir. Bunlara Skerqaard və Buşveld
intruziyalarında olan turş intruziv assosiasiyalar (toleit ilkin
maqması), Afarın aqpait qranitləri (subqələvi ilkin maqma) və
Keniya dağlarının nefelin-siyenit dairəvi daykaları (qələvi ba-
zalt ilkin maqma) misal ola bilər.
2. Kontinental qabıq materialının
anateksisi o yerlərdə baş
verir ki, qabığa az bir vaxt ərzində çoxlu miqdarda bazit
maqması qalxır. Əmələ gələn ərintilər
ideal qranitlərin tərkibinə
çatan evtektik tərkibə malik olmalıdır və qabıq materialının
çoxlu əriməsi nəticəsində daha leykokrat olur. Belə ərintidən
kristallaşan süxurlara vulkanik assosiasiyalarda da rast
gəlinməlidir, lakin onlarda ilkin bazalt maqmasından uzun sürən
fraksionlaşma nəticəsində yaranan süxurlar üçün xarakter olan
səpinti elementləri mütləq iştirak etmirlər. İlkin
87
Sr /
86
Sr nisbəti
onlarda yenidən əriməyə məruz qalmış süxurlar kimi müxtəlif və
yüksək qiymətə malik olur.
3. Yer qabığının tektonik qalınlaşması və regional meta-
morfizm şəraitində miqmatit kompleskləri diapirlər şəklində
zonalar arasına qalxır və bu zaman mürəkkəb və vaxt cəhətdən
uzun olan
«qranitləşmə» prosesinə məruz qalırlar.
Onlarda
müxtəlif mineraloji, kimyəvi, fiziki dəyişmə müşahidə edilir,
bu isə öz növbəsində leykokrat komponentləri daha da artan
eynicinsli qranit süxurlarının daha yüksək səviyyələrə qalx-
132