N.Ə.İMamverdiyev



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə40/46
tarix27.10.2017
ölçüsü4,58 Kb.
#7000
1   ...   36   37   38   39   40   41   42   43   ...   46

konsentrasiyasında böyük fərq olmadığı üçün çətinliklər ortaya 
çıxır. D və r arasında aşağıdakı asılılıq vardır: 
 
159
)
'
1
(
1
'
0
0
f
C
D
r
f
C
A
L



+

+
=
)
1
/(
)
1

+

r
D
C
r
C
 
 
Burada assimilyasiya olan süxurun payının  fraksion kris-
tallaşmaya məruz qalmış paya olan nisbəti,  C
A
 assimilyasiya 
olan süxurda nadir elementin konsentrasiyası,  F qalan  
maqmanın fraksiyası, D kombinə olunmuş paylanma əmsalı və 
f’ aşağıdakı kimi təsvir olunur: 
(
'
=
r
F
f
 
Şəkil 6.8. Assimilyasiya olunmuş materialın fraksion kristallaşmaya olan 
nisbətində (r=0,8) ana maqmaya nisbətən nadir elementlərin zənginləşməsi. 
İzah mətndədir. 
 
 
Şəkil 6.7-dən görünür ki, assimilyasiya olunmuş materialın 
az miqdarında (r=0,2) uyuşmayan elementlər Reley 
fraksionlaşmasına az tabe olur və elementlərin konsentrasiyası 
kiçik templə artır. Uyuşan elementlərin kasıblaşması, xüsusilə 
nadir elementin assimilyasiya olunmuş materialda 
konsentrasiyası ilkin maqmaya nisbətən yüksək olduqda, az 
nəzərə çarpır və daha uyuşan elementlərin konsentrasiyası az 
fraksionlaşma dərəcəsindən sonra bərabərləşir.  
Şəkil 6.7 və 6.8-də iki müxtəlif assimilyasiya olunmuş 
materialın fraksion kristallaşmaya olan nisbətində  (r=0,2 və 
r=0,8) ana maqmaya nisbətən nadir elementlərin zənginləşməsi 
göstərilmişdir. 
Şəkillərdə, həmçinin mikroelementin 
assimilyasiya olan süxurun ana maqmadakı olan 
konsentrasiyaya olan nisbətin (C
A
/C
0
)  3  müxtəlif  nisbətlərinə 
və D –nin müxtəlif   qiymətlərinə də baxılmışdır. 
Assimilyasiya yüksək (r=0,8) və nadir elementin konsentrasi-
yası ilkin maqmaya nisbətən az olduqda (şəkil 6.8 a) uyuşmayan 
elementin miqdarı artacaq və onlar uyuşmayan və daha çox 
uyuşmayan elementlər arasında aralıq vəziyyət tutacaqdır. 
Uyuşan elementlərlə isə kasıblaşma baş verəcəkdir.  İlkin 
maqmaya nisbətən nadir elementin miqdarı assimilyasiya 
olunmuş materiala nisbətən artdıqda uyuşan elementlərin 
konsentrasiyası eyni səviyyədə artacaqdır (şəkil 6.8 c). 
Mikroelementlərin petrogenetik problemlərin həllində 
istifadəsi.  F.Qastın qeyd etdiyi kimi, əsasi süxurlarda 
mikroelementlərin miqdarı  əsas petrogen elementlərə nisbətən 
daha geniş intervalda dəyişir və ona görə  də petrogenetik 
problemləri həll etmək üçün bu elementlərdən istifadə edilir. 
Misal kimi tamamilə  fərqlənən iki elementin – Ni  və  Rb 
 
Şəkil 6.7. Assimilyasiya olunmuş materialın fraksion kristallaşmaya olan 
nisbətində (r=0,2) ana maqmaya nisbətən nadir elementlərin zənginləşməsi. 
İzah mətndədir. 
 
158 


davranışına nəzər salaq.  
 
161
Eksperimentlər göstərmişdir ki, olivin-əsasi  ərinti və 
əlbəttə, peridotit-əsasi  ərinti müvazinət sistemində  Ni  əsasən 
bərk fazaya daxil olur. Müvazinət  əriməsi  şəraitində  Ni  aşağı 
miqdarında onun paylanma əmsalı sabit qalmalıdır. Mantiyada 
Ni miqdarını 3200 q/t və  ərintilə olivin arasında paylanma 
sabitini 1:12 qəbul etsək, şəkil 6.9-dakı əyrini qurmaq olar. Bu 
şəkil müvazinət  şəraitində  ərintinin müxtəlif miqdarında həm 
maye ərintidə, həm də qalıq bərk mantiya maddəsində  nikelin 
konsentrasiyasının dəyişməsini göstərir. Bir neçə subyektiv 
faktorları nəzərə almasaq, aydındır ki, öz mantiya mənbəyindən 
ayrılan və olivin kristallarının erkən fraksionlaşmasına səbəb 
olan (demək olar ki, bütün bazit ərintiləri üçün xarakterdir) 
ərintidə nikellə tez kasıblaşma gedəcəkdir. Həmin ərinti-olivin 
paylanma əmsalından istifadə edərək (şəkil 6.9 b) olivinin mü-
layim fraksionlaşmasında ilkin nikelin miqdarının (360 q/t) 
ərintidə dəyişməsini müşahidə etmək olar.  
 
 
Şəkil 6.9.Nikelin ərintidəki miqdarını göstərən sadələşdirilmiş diaqram. a-
müvazinətdə olan mantiyanın artan paylarla əriməsi zamanı; b-olivinin 
fraksionlaşması zamanı. 
Beləliklə, mantiyanın müxtəlif ərimə paylarında əmələ gəl-
miş əsasi maqmalarda konsentrasiyası az dəyişir, lakin o erkən 
olivinin fraksionlaşması ilə tənzimlənir.  
 
Qeyd etmək lazımdir ki, Rb  və başqa uyuşmayan 
elementlər ilkin maqmanın təkamülünü izləmək üçün ən önəmli 
geokimyəvi göstəricilərdəndir. 
Rubidium tipik uyuşmayan element olaraq əsas mantiya 
fazalarının kristallik şəbəkəsinə daxil ola bilmədiyi üçün qalıq 
maqmada toplanır. Şəkil 6.9a-dan göründüyü kimi, mantiyanın 
qismən ərimə payı artdıqca rubidiumun konsentrasiyası ərintidə 
azalır.  Maqmadan olivinin və ya ortopiroksenin erkən kristal-
laşması rubidiumun ərintidəki miqdarına az təsir edəcəkdir 
(çünki bu element bu fazaların heç birinə daxil ola bilmir) 
(şəkil 6.9 b). 
Müəyyən spesifik elementlərin mütləq və ya nisbi 
miqdarının azalması ilkin və ya növbəti maqmalardan 
kristallaşmış fazaların kristallaşmasına dəlalət edir. Məsələn, Ni  
olivinə, Eu – plagioklaza, V –maqnetitə, Ti-kersutitə,  ağır NTE 
 qranat və klinopiroksenə daxil olur.  
 
 
 
160 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə