N.Ə.İMamverdiyev



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə43/46
tarix27.10.2017
ölçüsü4,58 Kb.
#7000
1   ...   38   39   40   41   42   43   44   45   46

 
Şəkil 7.6. Qranitlər üçün müxtəlif diskriminasiya diaqramları. J. Pirsə 
(Pearce et al, 1984) və Harrisə (Harris et al, 1986) görə 
 
7.3. Filiz yataqlarının maqmatizmlə  
və geodinamika ilə əlaqəsi 
 
Filiz yataqlarının maqmatizmlə və konkret geoloji struktur-
larla bağlılığı geoloqlar tərəfindən həmişə diqqət mərkəzində 
olmuşdur. Kitabın bu hissəsində filizləşmənin maqmatizmlə 
əlaqəsinə maqmatik petrologiya və geokimyəvi nöqteyi-nəzər-
dən baxılır və geologiyanın bu sahə ilə  məşğul olan digər 
bölmələrinə (faydalı qazıntılar, metallogeniya) xələl gətirmir. 
Filizləşmənin maqmatizmlə  əlaqəsi iki aspektdə baxılır:       
1) müxtəlif geodinamik şəraitlərdə endogen filizləşmənin maq-
matizmlə korrelyasiyası; 2) filizləşmənin maqmatizmlə 
əlaqəsinin səbəbləri və xarakteri. Maqmatik süxurların 
geokimyəvi xüsusiyyətləri öyrənildikdə adətən, maqmatik 
süxurların  «metallogenik və ya geokimyəvi ixtisaslaşması», 
«maqmatik süxurların potensial filizliliyi» anlayışları işlədilir.  
Maqmatik süxurların potensial filizliliyi dedikdə filiz 
yataqları aid olan əlverişli tektonik və geoloji şəraitlərdə 
maqmanın və ya süxurun generasiya etmək bacarığı başa 
düşülür.  Məhz belə filiz yataqları potensial filizliliyin 
nişanələri kimi işlədilə bilər. Maqmatik süxurun faydalı qazıntı 
yatağını generasiya edə bilməsi bacarığı maqmatik süxurun 
əmələ  gəlməsi və ya onun postmaqmatik və hidrotermal 
dəyişməsi proseslərində filiz maddəsinin toplanması  və ayrıl-
ması ilə əlaqədar ola bilər. Bu halda filizləşmənin maqmatizmlə 
genetik əlaqəsi olduğunu qeyd edirlər.   
Filizləşmənin maqmatizmlə  əlaqəsinə  aşağıdakı geodinamik 
şəraitlərdə baxılır: 1) kontinental riftlərin aktivləşməsi və «qaynar 
nöqtələr»; 2) aktivləşmənin davamı və aralıq-okean silsilələri; 3) 
cavan adalar qövsləri və  kənar dənizlər; 4) inkişaf etmiş  və yetkin 
adalar qövsləri; 5) kolliziya və bəzi kontinentlərin fəal kənarı; 6) sadə 
plitədaxili və mürəkkəb geodinamik şəraitlər.  
Kontinental riftlərin  maqmatik  əmələgəlmələri apatitin, 
vermukulitin, piroxlorun, NTE, stronsionit və misin 
(karbonatitlərlə), almazın (kimberlitlərlə), maqmatik 
xromitlərin, mis və nikelin (ultraəsasi süxurların iri daykaları 
ilə) əhəmiyyətli mənbəyidir.  
Məlum olduğu kimi, «Qaynar nöqtələrin»  maqmatizmini 
mantiya plümlərinin təsirilə  əlaqələndirirlər. Bu şəraitlər üçün 
qələvi bazaltoidlər, qələvi ultraəsasi süxurlar, karbonatitlər və 
aqpaitli, plümazitli sialik süxurlar xarakterdir. Onlar həm maq-
matizm, həm də filizliliyinə görə rift zonalarına yaxındır. Bu 
onunla izah olunur ki, kontinental əsasın parçalanması və riftin 
formalaşması «qaynar nöqtələrin»  əmələ gəlməsilə başlayır.  
 
171 
 
 
172 
 


Aralıq okean silsilələrinin, cavan adalar qövslərinin və 
okean çökəkliklərinin endogen filizləri və filiz minerallaşması 
bazaltlarla, dunit-harsburgit və qabbro-peridotit assosiasiyaları 
ilə əlaqədardır: 
Bazaltlar: 
Cu, Fe, Zn –in sulfid (kolçedan) yataqları-Qırmızı  dəniz 
çökəkliyi; 
Atlantika (müasir); Kiprdə Trodos (K); Ural (D
1-2
). 
Dunit-harsburgit assosiasiyası: 
Xromit yatağı - Filippin (KZ); Kipr, Kuba (MZ); Kempirsay, 
Ural, Şərqi Sayan (PZ
1
); Göydərə, İpək, Azərbaycan (MZ). 
Qabbro-peridotit assosiasiyası: 
Fe, Ti, Pt, Ni, apatit və asbest, talk, maqnezit yataqları – 
Filippin, İtaliya, Yunanıstan (MZ
2
-KZ
1
); Ural platin daşıyan kə-
məri (PZ
1
); Monqolustan (R
3
- Є
1
). 
Filiz təzahürlərinin bu tipinə yüksək minerallaşmış duzlu 
məhlullar və sulfidlərlə zəngin olan müasir çöküntülər aiddir və 
onlar Zn, Cu, Ag saxlayaraq Qırmızı dənizin spredinqinin mər-
kəzində müəyyən olunmuşdur. Dəmirlə zəngin olan metaldaşıy-
ıcı Sakit, Atlantik və Hind okeanlarının aralıq-okean sil-
silələrində  sulfid çöküntüləri aşkar edilmişdir.   
Belə təzahürlərə misal kimi aşağıdakıları qeyd etmək olar:   
1) Atlantik, Sakit və Hindistan aralıq okean silsilələrinin toleit 
bazaltları arasında Mn, Ni, Co, Cu-in oksid və 
hidrooksidlərinin konkresiyaları  və qabıqları; 2) Şərqi Sakit 
okean qalxmasının, Afar riftinin, Qırmızı dənizin çökəkliyində 
olan toleit bazaltlarının içərisində yerləşən Cu, Fe, Zn-in hidro-
termal sulfid yataqları («qara tüstü» tipli); San-Klemente trans-
form qırılma zonasında bariumun hidrotermal eksqalyasion-
çökmə yataqları.  
Aralıq okean silsilələrinin hidrotermal sulfid təzahürləri xü-
susi maraq doğurur və kolçedan yataqları ilə müqayisə olunur. 
Qədim  əmələgəlmələr içərisində müxtəlif tipli okean 
qabığının relikti kimi ofiolit komplekslərinə baxılır. Onlarla 
stratiform mis kolçedan yataqları  və ultraəsasi süxurlarda 
linzaşəkilli xromit yataqları assosiasiya təşkil edir.  
Stratiform mis kolçedan yataqları ofiolit komplekslərində 
bazaltların yastıqvari lavalarının kəsilişinin üst hissələrinə aid-
dir (Nyufaundlend yatağı) və Kipr tipinə aid edilir. Belə hesab 
edilir ki, Kipr tipli yataqlar spredinq mərkəzlərinin müasir met-
aldaşıyıcı çöküntüləri kimi aralıq okean silsilələri zonalarında 
əmələ  gəlmiş  və sonra ofiolitlərlə birgə tektonik proseslər 
nəticəsində səthə yerini dəyişmişdir.  
J. Pirs və C.Qeyl (Mitçell, Qarson, 1984) bazaltlardakı 
törəmə proseslərin təsirinə dayanıqlı olan elementlərin (Ti, Zr, 
Y, Nb) paylanmasının  əsasında kolçedan yataqlarının üç tipini 
ayırır: 1) okean dibinin bazaltları ilə əlaqədar olan Kipr tipli; 2) 
okean plitələrinin daxilində formalaşan; 3) adalar qövsündə və 
kənar hövzələrdə formalaşan. Bu məlumatlar V.İ.Smirnovun 
kolçedan yataqlarının heterogen genezisi haqqındakı fikirlərini 
təsdiqləyir.  
Kolçedan yataqlarını kontrast bazalt-riolit (spilit-keratofir) 
formasiyasının turş üzvlərilə və ya diferensiallaşmış bazalt-an-
dezit-dasit-riolit formasiyasının vulkanik və ya subvulkanik fa-
siyası ilə, ya da toleit petrokimyəvi seriyasının vulkanik və sub-
vulkanik əsasi süxurları ilə əlaqələndirirlər. Kolçedan yataqları 
Azərbaycanda geniş yayılmışdır (Filizçay, Gədəbəy və s.). 
V.V.Avdoninin (1985) fikrinə görə, kolçedan-polimetal fi-
lizləşmə maqmatik süxurların tərkibilə korrelyasiya edir: K
2

>Na
2
O olduqda süxurlarda polimetallik və barit polimetallik 
yataqları,  K
2
O
2
O olduqda mis kolçedanı  və mis-sink 
yataqları;  K
2
O≈Na
2
O olan maqmatik süxurlarda kolçedan-
polimetal yataqları əmələ gəlir. 
Alp tipli massivlərin bir çoxunun ultraəsasi süxurları ilə 
xromşpinelidlərin linzaşəkilli cisimləri, habelə, titanlı maqnetit 
filizləri və platin assosiasiya təşkil edir. Hal-hazırda bir çox 
alimlər onlara müasir yer səthinə tektonik dəyişdirilmiş okean 
litosferinin əmələgəlmələri kimi baxırlar.  
 
173 
 
 
174 
 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə