N.Ə.İMamverdiyev



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə44/46
tarix27.10.2017
ölçüsü4,58 Kb.
#7000
1   ...   38   39   40   41   42   43   44   45   46

I tipli maqnetit seriyalı qranitoidlərlə assosiasiyada olan 
filiz yataqları (mis porfir, polimetal, skarn) subduksiya ilə 
əlaqədar olan sahələrdə meydana çıxır. Bu sahələrdə həmçinin 
başqa geodinamik şəraitlə əlaqədar olan  digər tipli yataqlar da 
(qalay, volfram, vulkanogen sulfid, molibden-porfir) təzahür 
etmişdir. Buradan belə bir nəticəyə  gəlinir ki, bu yataqlara 
nəzarət edən maqmatik süxurlar müxtəlif geodinamik 
şəraitlərdə əmələ gələ bilər. 
Xromitlərin filiz kütlələri harsburgitlərin təmasına yaxın 
dunitlərdə, ya da harsburgitlərin hüdudlarında olan dunitlərin 
cib və yuvalarında qeyd edilir (Göydərə, İpək və s. yataqlar). 
Qeyd etmək lazımdır ki, xromit və titanlı maqnetit 
yataqlarının maqmatik təbiəti qəbul edilmişdir. Lakin onların 
əmələgəlmə mexanizmi hələ  də diskussiya edilir (likvasiya, 
kristallaşma diferensiasiyası, metamaqmatizm və s.). 
Adalar qövslərinin və kontinentlərin fəal kənarının filiz 
yataqları. Mezozoy və kaynozoy yataqlarının bir çoxunun sub-
duksiya zonası ilə  əlaqəsinə birinci dəfə R.Sillitoye Şimali və 
Cənubi Amerikanın timsalında diqqət yetirmişdir. O, 
göstərmişdir ki, Benyof zonasının üzərində yataqlar dəqiq 
vəziyyət tutur və lateral metallogenik zonallıqda iştirak edir. 
Belə ki, kontinentin kənarından onun dərinliyinə doğru ABŞ-ın 
qərbində endogen filiz yataqlarının aşağıdakı ardıcıllığı 
müəyyən olunmuşdur: civə, mis, qızıl, gümüş, volfram, qur-
ğuşun və molibden. Britaniya Kolumbiyasında bu ardıcıllıq 
belədir: mis, molibden, sink, qurğuşun; Peruda – dəmir, qızıllı 
mis, gümüşlü və misli polimetallar, sonra qızıl, qurğuşun, mis, 
qalay. Metallogenik xüsusiyyət müxtəlif rayonlarda 
dəyişməsinə baxmayaraq, dəmir və misin (qızıllı və molibdenli) 
qurğuşun, sink, gümüş, daha sonra yəqin ki, qalay və ya 
molibdenlə əvəz olunması qanunauyğunluğu vardır.  
Endogen yataqlar daha geniş inkişaf etmiş və yetkin adalar 
qövslərində, And tipli kontinentlərin fəal kənarında və onların 
paleoanaloqlarında təzahür etmişdir. Ada qövsləri  (yetkin 
qövslər) şəraitində əmələ gələn yataqlara xarakter misal Kuroko 
və Besxi yataqları ola bilər.  
Kuroko yatağı miosen yaşlı andezit, dasit, riolit tərkibli su-
altı vulkanitlərə  (Şimali Yaponiyanın «yaşıl tufları») aiddir. 
Filizin  əmələ  gəlməsi filizli maqmatik məhlulların dəniz suyu 
ilə qarşılıqlı təsirilə əlaqədardır.    
Massiv sulfid yataqları (Kuroko tipli) ada qövslərində Benyof 
zonasının nisbətən sərt gömülən hissələrində inkişaf etmişdir və 
maqmatizmi nəzarət edən subduksiya zonası ilə  məkanca 
əlaqədardır.  
Qafqazda (o cümlədən, Azərbaycanda) kolçedan yataqları  
şimaldan cənuba doğru hersin, kimmeriy və alp yaşlıdırlar. 
Kolçedan yataqları içərisində kükürdlü, kükürd-sink-misli, 
kükürd-qurğuşun-sink-misli növlər ayrılır və çox zaman barit, 
manqan və  dəmirin hidrooksidlərilə assosiasiya təşkil edir. 
Kolçedan yataqları adətən, ada qövslərinin erkən (cavan) 
mərhələsilə əlaqədardır.  
R.Sillitoye ada qövslərinin və qurşaqların kənarının metal-
logeniyasına subduksiyanın rejimindən asılı olaraq baxır. Belə 
ki, Cu, Fe, Mo, Au (+Ag) filizləşməsi olan maqmatik qurşaqlar 
sərt və ya mülayim gömülən Benyof zonasının üzərində  xətti 
strukturlar  əmələ  gətirir. Filizləşmə vaxt və  məkanca  I-tipli 
qranitoidlərin qalxması ilə  əlaqədardır. Subduksiyanın yatım 
bucağı azaldıqda kənar qurşaqların arxa hissəsində gümüş-
qurğuşun-sink yataqları əmələ gəlir. Yüksək silisiumlu riolitlər 
və onlarla assosiasiyada olan molibden-porfir filizləşməsi sub-
duksiyanın tez bir zamanda zəifləməsi və başa çatması zamanı 
təzahür edir. 
İnkişaf etmiş  və yetkin adalar qövslərində  I tipli 
qranodioritlərlə  əlaqədar olan misin, ilmenitli qranitoidlərlə, 
diorit və qab-broidlərlə isə  dəmirin skarn yataqları  məlumdur 
(Yaponiya, Filippin, İndoneziya, Azərbaycan).  
Epitermal damar, xüsusilə də qızıl-gümüş yataqları, adətən, 
andezit tərkibli vulkanik süxurlarda inkişaf etmişdir. Polimetal 
 
175 
 
 
176 
 


yataqlar əhəngli-qələvili orta və turş plutonik süxurlarla assosi-
asiya əmələ gətirir.  
And tipli kontinentlərin fəal kənarı tipli geodinamik şəraitin 
bir tərəfdən porfir (mis, qızıl, molibden), digər tərəfdən hidro-
termal (qalay, volfram və nadir elementlər)  əhəmiyyətli 
yataqları məlumdur. Çox zaman bu yataqları əvvəlki fəsillərdə 
qeyd etdiyimiz I- və S tip qranitoidlərlə əlaqələndirirlər (Chap-
pell, White, 1974). Yada salaq ki, onlardan birinci tip diorit və 
qranodiorit-qranit, ikinci isə qranit-leykoqranit qrupuna (və ya 
standart və litium-flüorlu geokimyəvi tipə) aid edilir.  
Porfir yataqlar, əsasən and tipli kontinentlərin fəal kənarında 
əhəngli-qələvili vulkan-plutonik (maqmatik) qurşaqlarda yayılmışdır. 
Mis porfir filizləşməsilə assosiasiyada olan maqmatik süxurlar 
kvarslı dioritlərdən adamellitlərə  qədər geniş spektrlə  təmsil olun-
muşdur. Ada qövslərində hornblendli, hornblend-biotitli və normal 
qələvili kvarslı dioritlər, kontinental kənarda isə yüksək qələvili 
qranodioritlər, kvarslı monsonitlər üstünlük təşkil edir.  
R.Sillitoye belə nəticəyə gəlmişdir ki, mis porfir yataqların 
əmələ  gəlməsi andezit-dasit stratovulkanların altında subvul-
kanik  şəraitdə baş verir. Ola bilsin ki, yataq iri intruziv 
cisimlərin üstündə ştokların apikal hissələrində inkişaf etmişdir 
və onun üstündəki vulkanitlərlə müşayiət olunur. Yatağın 
əmələgəlmə dirinliyi 2-3 km-dir.  
S.Kesler göstərmişdir ki, porfir yataqlar molibden və  qızıl 
saxlayan tiplərə bölünür. Qızılla zənginləşmə çox zaman ada 
qövslərində təzahür etmişdir.       
  Əksər porfir yataqları hidrotermal dəyişmiş plutonik və ya 
subvulkanik  əhəngli-qələvili riolit və qranodioritlərdə 
yerləşmişdir. Dəyişmə  mərkəzdə kaliumlu metasomatitlərin, 
haşiyələrdə isə argillizit və propillitlərin əmələ gəlməsilə ifadə 
olunmuşdur. İlkin filiz mineralı bornitli xalkopirit və çoxlu miq-
darda piritdən ibarətdir. Kalium metasomatozunun mərkəzi 
zonası maqmatogen flüidlərin təsirilə, haşiyələri isə meteor su-
larının dövr etməsilə  əlaqədardır. Mis və başqa metalların və 
həmçinin kükürdün mənbəyi intruziv porfir süxurlardır.  
Adalar qövslərində mis porfir yataqları ilə  əlaqədar olan in-
truziv süxurlarda I
Sr

 0,703-0,704 təşkil edir ki, bu qiymət də 
adalar qövslərinin filizsiz maqmatik süxurlarına yaxındır. 
Kontinentlərin fəal kənarında filizli intruziv süxurlar daha kalium-
ludur və    I
Sr

= 0,704-0,709-a bərabərdir, yəni onların mənbəyi 
kontinental qabıqla  əlaqədardır. Lakin başqa geokimyəvi 
məlumatlar adalar qövsündə və kontinentlərin fəal kənarında yax-
ındır. 
Qeyd etdiyimiz yataqlarla yanaşı, adalar qövsündə  və 
kontinentlərin fəal kənarında qalay, volfram, gümüş, polimetal, 
mis, dəmir, maqnetit-hematit-apatit və bir çox başqa porfir, 
hidrotermal yataqlar məlumdur. Onların maqmatizmlə  əlaqəsi, 
filiz cisimlərinin mənbəyi, geodinamik əmələgəlmə  şəraiti uy-
ğun ədəbiyyatlarda kifayət qədər işıqlandırılmışdır.    
Kolliziya  şəraitindəki filiz yataqları.  Himalay tipli sadə 
müasir kolliziya şəraitində filiz yataqları  məlum olmasa da,  
başqa regionların qalay, volfram, nadir elementlər yataqlarını 
məhz bu geodinamik şəraitlə əlaqələndirirlər (Mitçell, Qarson, 
1984). Bu geodinamik şəraitdə  S-tip qranitoidlər formalaşmış-
dır. Belə hesab edilir ki, burada qranitlər plitəyəbənzər for-
madadır, filiz əmələgəlmədə isə günbəzəbənzər strukturlar 
əlverişlidir. Qeyd etmək lazımdır ki, Qafqazın Azərbaycan 
hissəsində gec kolliziya dövründə bir sıra yataq və  təzahürlər 
vardır. Onlara Ağduzdaq qızıl, Ordubadda mis-porfir qrupu 
yataqları, Darıdağ arsen-sürmə, Ağyataq civə  və s. yataqları 
misal göstərmək olar. Onlar əsasən orta və turş tərkibli əhəngli-
qələvili, subqələvi vulkan-plutonik assosiasiyalarla paragenetik 
əlaqədardır.  
   Mürəkkəb geodinamik şəraitlərin filiz yataqları. Onlara 
metallogenik aspektdə Monqol-Oxot və ya Kaliforniya və Ar-
alıq dənizi-Himalay geodinamik şəraitləri aid edilir. Müasir Ka-
liforniya  şəraiti üçün molibden, nadir litofil elementlər 
(xüsusilə berillium), polimetal və nəcib metallar, sulfidlər, civə 
 
177 
 
 
178 
 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə