N.Ə.İMamverdiyev



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə33/46
tarix27.10.2017
ölçüsü4,58 Kb.
#7000
1   ...   29   30   31   32   33   34   35   36   ...   46

masından ibarətdir. Bu prosesi onlar aşağıdakı reaksiya ilə izah 
edirlər. 
 
Ca(Mg,Fe)Si
2
O
6
+Al
2
SiO
5
=(Mg,Fe)SiO
3
+CaAl
2
Si
2
O

 
Fraksionlaşmanın toleit tendensiasiyası silisiumun 
miqdarının az artmasında qalıq ərintinin dəmirliliyinin artması 
ilə,  əhəngli-qələvili  isə eyni zamanda dəmirliyin mülayim və 
silisiumun isə kəskin artması ilə xarakterizə edilir. Qeyd etmək 
lazımdır ki, kombinə edilmiş kontaminasiya-kristallaşma mod-
eli (AFC modeli) hal-hazırda nadir elementlərin paylanma əm-
salının əsasında riyazi yolla qurulur və kontaminasiya olunmuş 
materialın miqdarı hesablanır. Bu modelə növbəti fəsildə baxı-
lacaqdır. 
87
Sr/
86
Sr izotop nisbətinin kontaminasiya olunmuş 
andezitlərdəki yüksək miqdarı da alternativ hipotez tərəfdarları 
tərəfindən birmənalı  qəbul edilmir. Yüksək 
87
Sr / 
86
Sr izotop 
nisbəti (0,705-0,709) olan andezitlərin, həm də yüksək 
qələvililiyilə (kaliumlu latitandezit, şoşonitlər) səciyyələndiyinə 
fikir verirlər. V.D.Dikkinson andezit maqmasının  əmələgəlmə 
dərinliyilə kalium arasında müsbət korrelyasiya olduğunu 
göstərmişdir. Bunun əsasında bəzi tədqiqatçılar belə fərz edirlər 
ki, artıq litofil elementlərlə tükənmiş kaliumla və radiogen 
stronsiumla kasıb olan andezitlər mantiya maddəsinin  əriməsi 
nəticəsində, eyni zamanda kalium mineralları ilə və rubidiumla 
zəngin radiogen stronsiumun qiyməti yüksək olan andezitlər 
daha dərinlikdə tükənməmiş mantiyadan əmələ  gəlirlər. Belə 
bir nəticəyə Oxot-Çukotka qurşağının mezo-kaynozoy 
maqmatik formasiyalarını öyrənən L.V.Tauson həm-
müəlliflərlə birgə gəlmişlər.  
Hidratlaşmış mantiyanın  əriməsi.  Müasir andezit vulkaniz-
minin yayıldığı rayonlardakı geofiziki və geoloji müşahidələr gös-
tərir ki, maqmatik mənbələr qabıq səviyyəsindən aşağıda yerləşir. 
Bu andezit maqmasının ilkin xarakter daşımasına dəlalət edir və 
onun kimyəvi tərkibi üst mantiyanın qismən ərimə şəraitilə təyin 
edilir.  
Birinci dəfə orta tərkibli maqmaların mantiya 
peridotitlərdən  əriməsinin mümkünlüyünü Amerika alimləri 
Vaşinqtonda Karnegi institutunun geofiziki laboratoriyasında 
aparılmış eksperimental məlumatlara  əsasən vermişlər 
(H.S.Yoder, 1969; İ.Kushiro, 1969). Yüksək su buxarı 
təzyiqində forsterit-diopsid-silisium sistemini öyrəndikdə 
İ.Kuşiro ilkin kristallaşan olivinin sahəsinin kəskin 
genişləndiyini müəyyən etmişdir. Bu eksperimental işlərin 
əsasında andezit ərintisinin suyun iştirakı olduqda birbaşa üst 
mantiyanın tərkibindən  əriməsi hipotezi irəli sürülmüşdür. 
Daha sonra bu hipotez 15 kbar təzyiqdə forsterit - (anortit-albit) 
–silisium – su sistemilə möhkəmləndirilmişdir.  
B.Maysen və A.Bettçerin su-karbon qazı flüidlərinin işti-
rakı ilə qranatlı  və  şpinelli peridotitlərin  əriməsi üzrə 
apardıqları eksperimentlərin nəticələri də baxılan hipotezi 
təsdiq etmişdir. Bu tədqiqatçılar göstərmişlər ki, su ilə doymuş 
andezitlərin likvidusu 10-15 kbar və  X
H2O
V
=1  şəraitində 
peridotitlərin solidusuna yaxınlaşır. Şpinelli lersolit – su – kar-
bon qazı  şəraitində 0,6≤X
H2O
V
≤1 olduqda, temperaturdan asılı 
olmayaraq qismən ərimədə mayenin tərkibi andezitə yaxındır. 
Mantiyada azad su buxarının ola bilməsi, ancaq subduksiya 
zonalarında – ada qövslərinin və kontinentlərin kənarının 
altında mümkün ola bilər. Burada 80 km dərinlikdə səthi hidro-
termal sistemin keçməsi və ya gömülən plitədə amfibol və mi-
kanın dehidratlaşması  nəticəsində ilkin andezit maqmasının 
əmələ gəlməsi üçün əlverişli şərait yarana bilər.   
İ.D.Ryabçikov, O.A.Boqatikov və A.D.Babanski hesab 
edirlər ki, əhəngli-qələvili maqmanın generasiyasının baxılan 
mexanizmi geoloji tarixin ilkin mərhələsində xüsusi 
əhəmiyyətə malik ola bilər.  
Subduksiya zonalarında eklogitləşmiş okean bazaltlarının 
qismən  əriməsi.  Qranatlı qranulit zonasından bazaltın eklogitə 
çevrilməsi göstərmişdir ki, aşağı temperatur sahəsinə keçdikdə 
 
130 
 
131


bu zona pazlaşır. 6-10 kbar təzyiqdə  və 700 
0
C-dən aşağı tem-
peraturda dayanıqlı mineral assosiasiyası eklogitə uyğun olacaq-
dır. Beləliklə, bazalt tərkibindən silisiumla kasıb olan mineral 
assosiasiyaları (qranat, omfasit) əmələ gəlir və bunun nəticəsində 
toleit tipli süxurlarda sərbəst kvars meydana çıxa bilər. D.X. və 
T.X.Qrin qardaşları  və A.E.Rinqvud tərəfindən aparılmış eks-
perimentlər nəticəsində belə  nəticəyə  gəlinmişdir ki, 100 km 
dərinliyə gömülmüş  və kvarslı eklogitlərə  şəklini dəyişmiş ba-
zaltların təkrar əriməsi nəticəsində əhəngli-qələvili maqma əmələ 
gələ bilər.        
Bu hipotezə görə mantiyada ərimə iki mərhələdə gedir. Bir-
inci mərhələdə mantiya peridotiti əridikdə bazaltların böyük 
kütləsi  əmələ  gəlir, daha sonra onlar əlverişli  şəraitdə 
eklogitlərə doğru şəklini dəyişir. Qismən əriməyə kifayət edən 
temperatura qədər olan dərinliyə eklogitlərin gömülməsi ande-
zit maqmasının  əmələ  gəlməsinə  səbəb olur. Bu petrogenetik 
sxem A.E.Rinqvud və D.X.Qrinin orogen proseslərin modelilə 
uzlaşdırıldı. Həqiqətən də eklogitlərin sıxlığı peridotitlərdən 
yüksəkdir və ona görə  də eklogitləşmiş bazaltların gömülməsi 
həqiqətə daha yaxındır. 
Hal-hazırda  əhəngli-qələvili maqmanın bazaltların  şəklini 
dəyişməsi hesabına  əmələ  gəlməsi hipotezi plitələr tektonikası 
və ikimərtəbəli plitələr nəzəriyyələrilə təsdiq olunmuşdur. Yəni 
andezitlərin  əmələ  gəlməsini subduksiya zonalarında  ərimə ilə 
izah edirlər.       
 
 
5.5. Qranitoidlərin geokimyəvi tipləri və petrogenezisi 
 
Kontinental qabığın  ən adi süxurlarından olan qranitlərin 
petrogenezisi hələ də müzakirə olunur. Bu müzakirələr NTE və 
nadir elementlərin öyrənilməsilə daha da genişlənmişdir. Qəbul 
edilmişdir ki, qranitlər 4 müxtəlif yolla əmələ  gələ bilər. Bu 
hipotezlər «qranit mübahisəsini» həll etməyə yardımçı ola bilər. 
1.  İlkin bazalt maqmasının fraksionlaşması  az miqdarda 
turş  ərintinin  əmələ  gəlməsinə  səbəb olur. Belə yolla əmələ 
gəlmiş süxurlar kiçik maqneziumluluq, dəmirlik indeksinə  və 
yüksək Fe/Mg nisbətinə (mafik fazaların kristallaşmasını  əks 
etdirir) malik olmalıdır. Bundan başqa, bu süxurların ümumi 
tərkibi üçlük minimuma yaxınlaşacaqdır (əvvəlki fəsildən bizə 
məlum olan albit-ortoklaz-kvars sistemi). Başqa sözlə desək, ya 
kvarsla zənginləşən ideal qranitə  və ya silisiumla doymamış 
fonolitə yaxınlaşacaqdır. Gözləmək olar ki, belə süxurlar maye 
maqmadan  əmələ  gəldiyi üçün «vulkanik assosiasiyalar» üçün 
səciyyəvi olacaqdır. Belə süxurlarda ilkin 
 
133
87
Sr / 
86
Sr nisbəti də 
aşağı olmalıdır və ilkin maqmadan ancaq qabıq materialı ilə 
çirklənmə  dərəcəsilə  fərqlənir. Bunlara Skerqaard və Buşveld 
intruziyalarında olan turş intruziv assosiasiyalar (toleit ilkin 
maqması), Afarın aqpait qranitləri (subqələvi ilkin maqma) və 
Keniya dağlarının nefelin-siyenit dairəvi daykaları (qələvi ba-
zalt ilkin maqma) misal ola bilər.  
 2. Kontinental qabıq materialının anateksisi o yerlərdə baş 
verir ki, qabığa az bir vaxt ərzində çoxlu miqdarda bazit 
maqması qalxır. Əmələ gələn ərintilər ideal qranitlərin tərkibinə 
çatan evtektik tərkibə malik olmalıdır və qabıq materialının 
çoxlu  əriməsi nəticəsində daha leykokrat olur. Belə  ərintidən 
kristallaşan süxurlara vulkanik assosiasiyalarda da rast 
gəlinməlidir, lakin onlarda  ilkin bazalt maqmasından uzun sürən 
fraksionlaşma nəticəsində yaranan süxurlar üçün xarakter olan 
səpinti elementləri mütləq iştirak etmirlər. İlkin 
87
Sr / 
86
Sr nisbəti 
onlarda yenidən əriməyə məruz qalmış süxurlar kimi müxtəlif və 
yüksək qiymətə malik olur.  
3. Yer qabığının tektonik qalınlaşması  və regional meta-
morfizm  şəraitində miqmatit kompleskləri diapirlər  şəklində 
zonalar arasına qalxır və bu zaman mürəkkəb və vaxt cəhətdən 
uzun olan «qranitləşmə»  prosesinə  məruz qalırlar. Onlarda 
müxtəlif mineraloji, kimyəvi, fiziki dəyişmə müşahidə edilir, 
bu isə öz növbəsində leykokrat komponentləri daha da artan 
eynicinsli qranit süxurlarının daha yüksək səviyyələrə qalx-
 
132 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə