uğrundakı mübarizələrdə qarşıya çıxa biləcək çətinliyi sizinlə bölüşdürməyə
hazırdır. Yaşasın Azərbaycan və Qafqaz xalqlarının sıxı birliyi!” (154) Vəli
Qəyyum isə (Türküstan Milli Komitəsinin prezidenti) çıxışında dedi:
“Azərbaycanlı qardaşlarımızın bu günkü qurultayını Milli Türküstan Birlik
Komitəsi adından səmimi ürəklə təbrik edirəm! Türküstan xalqı bu qan
qardaşlarımıza böyük qalibiyyətlər diləyir. Azərbaycanın, Qafqazın düşməni
Rusiyadır. Bu düşmən bizim Türküstanda 60-70 illərdən bəri bütün varlığımızı yox
edib, kişilərimizi güllələyib öldürən, tarixi-mədəni varlığımızı yandıran düşməndir.
İllərdən bəri öz istiqlalımızı almaq üçün çarpışmaqdayız. Bu yolda qanlar tökdük.
Azərbaycan da, Qafqaz da istiqlalını almaq üçün qan tökür və tökməkdədir. Bizdə
olan qanlı faciələr Azərbaycanda da olmuşdur. Ona görə, sizlərin düşməni bizim də
düşmənimizdir. Bizim düşmənimiz sizin də düşməninizdir. Biz istiqlal üçün
vuruşurkən azərbaycanlıları, qafqazlıları özümüzün ən yaxın dostumuz və
müttəfiqimiz hesab edirik. Bu, səmimi sözdür. Qoy bunu qan qardaşlarımız
bilsinlər.
Bu gün Türküstan milli əsgərləri düşmən harada olursa - orada da
vuruşmaqdadırlar. Azərbaycan, alman, Qafqaz əsgərlərilə bizim əsgərlərimiz
birgədirlər. Bizim əsgərlərimiz Qafqazda Kalmık çöllərində düşmənə qarşı əl-ələ
verib vuruşdular. Birgə qan tökdük. Bu qan, azadlıq yolunda tökülən qandır. Bu
qan, bizdən millət işinə sədaqətli olmağımızı istəyir. Bu qan, bizi bir-birimizə
kəskin və ayrılmaz surətdə bağladı. Bunu hamı bilir. Neçin biz vuruşuruq? Bizlər
yalnız istiqlal, vətən, millət azadlığı almaq üçün vuruşuruq. Bizim şüarımız:
istiqlal, istiqlal, yenə istiqlaldır! Bu şüar nə bu gün, nə də dünən doğulmadı. Bu
şüar, babalarımızın şüarıdır. Bu şüar, ruslar ana yurdumuza murdar ayaqlarını
basdığı gündən başlayıb ortalığa atılan milli şüardır, istiqlal şüarıdır. Bizdə bundan
başqa şüar yoxdur. Bu günkü qurultay milli hərəkatda, azərbaycanlı
qardaşlarımızın milli tarixində qoy müqəddəs yerini alsın! Bütün işlərinizdə
qalibiyyətlər diləyirəm. Yaşasın Azərbaycan istiqlalı! Yaşasın Qafqaz istiqlallı!”
(194)
Şəfi Elmas da öz (İdil-Ural tatar Milli Komitəsi başçısı) çıxışında dedi:
“Azərbaycanlı qardaşlarım! Bu gün bu təntənəli toplantıda çıxış edərək İdil-
Ural tatar Milli Komitəsi adı ilə sizi təbrik etməyi böyük şərəf sayıram.
Mən, öz qan qardaşlarım azərbaycanlılarla yalnız tarix üzrə deyil, həm də
1918-20-ci illərdə Bakıda yaşadım və müstəqil Azərbaycan dövlətinin bərabər
hüquqlu bir vətəndaşı pasportunu daşımaq şərəfinə nail olduğum zamanlardan da
tanışam. Mən həyatımda çoxlu ağır günlər görmüşəm: ata-anamı və əqrəbamı hələ
cocuq ikən itirdim; lakin bunların heç biri - 1920-ci ildə qırmızı rus dəstələrinin
Azərbaycana girib müstəqil Azərbaycan bayrağını endirdiklərini və onun yerinə
qırmızı bir cındırı asdıqlarını gördüyüm gün qədər ağır olmamışdır. Mən hələ o
zaman - o müsibətləri gördüyüm zamanlarda, qırmızıların Azərbaycan milli
bayrağını daimi olaraq məhv edə bilməyəcəklərinə arxayındım.
Hərgah Azərbaycan 1920-ci ildə rus işğalçılarına qarşı təkcə, bərabər
olmayan döyüşlər aparmağa məcbur edilmişdisə, indi o, yalnız deyildir. Öz
azadlığı uğrunda çarpışan qan qardaşları İdil-Uralçılar, türküstanlılar və əsrlərlə rus
zülmü altında inləyən digər xalqlar da sizinlə bərabər ayağa qalxmışlar. Onlar da
silaha sarılmış və böyük alman xalqı ilə bərabər rus hakimlərinə qarşı həyat
uğrunda mübarizə edirlər. Yaxın gələcəkdə buna bənzər bayramların vətəndən
minlərlə kilometr uzaqlarda deyil, azad və müstəqil Azərbaycan dövlətinin
paytaxtında - Bakıda keçiriləcəyinə qəti inamımız vardır. Gənc Azərbaycan
Ordusuna və onun rəhbərlərinə eşq olsun! Rus təpikləri altında inləyən millətlərin
qurtarıcısı böyük Adolf Hitlerə eşq olsun!”(8)
Milli Azərbaycan Qurultayının axşam toplantısı Azərbaycanın milli marşı
və alman milli himninin xor oxunması və milli oyunların ifası ilə yekunlaşdı.
Noyabrın 8-də Milli Azərbaycan Qurultayının səhər toplantısında ayrı-ayrı
məsələlərlə bağlı da bir çox çıxışlar oldu. Axşam isə qurultay nümayəndələrinə
ziyafət verildi və qurultay nümayəndələri bir-birini salamlayaraq ayrıldılar.
Milli Azərbaycan Qurultayı beş maddədən ibarət olan qərar qəbul etdi: 1)
1918-ci il, 28 Mayıs - 1920-ci il 27 aprel (nisan)ə qədər davam etmiş Milli
Azərbaycan hökuməti dövrü şanlı tariximizin ən parlaq səhifəsini təşkil edir; 2)
Vətənimiz bolşevik istilasına uğradıqdan sonra keçən bu 23 illik müddət içərisində,
millətimizin istər vətən daxilində və istər yad ellərdə apardığı (yürütdüyü) şanlı və
qanlı mübarizə yalnız bu istiqlalın bərpası uğrunda olmuşdur; 3) Qurultay, bu ağır
şərait daxilində aparılan mübarizədə canlarını vətənin azadlığı uğrunda fəda etmiş
şəhidlərin xatirəsini hörmət və ehtiramla yad edər; 4) Dünyanı sarsıdan bu İkinci
Cahan müharibəsi nəticəsində milli müqəddəratımızın həllinə və istiqlalımızın
bərpasına sarsılmaz bir inamımız vardır. Bunun isə ilk şərti əzəli və əbədi
düşmənimizin məhvindən ibarətdir. Bunun üçün də milli mənafeyimiz bizi bu gün
bolşevizmə qarşı qəti döyüş aparan və (yürüdən) və tarix boyu türk xalqlarının
dostu olan Almaniyaya bağlamışdır; 5) Qurultay əsrlər boyu olduğu kimi, bu gün
də Azərbaycan xalqı ilə Qafqaz qonşuları və qardaş Şimali Qafqaz, Türküstan, İdil-
Ural və Krım xalqları ilə eyni qayə və ideal birliyi müşahidə edir və onlarla
işbirliyini zəruri sayır”. (178, s. 13) Milli Azərbaycan Qurultayı azərbaycanlılarda
böyük ruh yüksəkliyi yaratdı. Onların qurultayda keçirdiyi təəssüratlar
legionerlərin nəşr etdiyi “Azərbaycan” qəzetində belə təsvir olunurdu: “Böyük,
lakin, Azərbaycanın ümumi sahəsinə görə əlbəttə çox kiçik olan bir salonda, sanki
bütün Azərbaycan seyr edilir. Hələ rəsmiyyətə keçilməmişdir. Yurddaşlar topa-
topa ora-burada danışırlar. Danışıq tərzləri haman Azərbaycanın müxtəlif
hissələrini adama xatırladır. Budur Nuxalı şivəsi, budur, qarabağlı, gəncəli,
qazaxlı, şamaxılı, bakılı, sairə və sairə... Vətənin doğma oğullarına nəzər
yetirdikcə, onun canlı mənzərələrini ümumi bir şəkildə seyr etmək olur. Hər
topadan ancaq vətən və ana səsləri eşidilməkdədir. Vətən və ana!.. Bunlar necə
böyük adlardır. Fəqət, hələlik nə qədər uzaq, uzaqdadırlar. Vətəndən uzaqlaşdıqdan
Dostları ilə paylaş: |