ikiyə qədər rus, ukraynalı, qafqazlı və türk-tatar bir yerə toplanaraq Qızıl Ordu
əsgərlərini fərariliyə dəvət edən çağırışlar hazırladılar. Bu heyət Göbbelsin
tabeçiliyində
olan
oberregierungstar
Eberhard
Taubert
tərəfindən
istiqamətləndirilirdi. Təbliğat Nazirliyi əl elanları və radio yayımlarından istifadə
etməklə yanaşı, partiya natiqlərinin danışıqlarından, filmlərdən və toplantılardan da
bəhrələnirdi. Elanların təyyarələrlə sovet bölgələrinə yayılması işi “Vermaxt-
təbliğat” dairəsi ilə birgə aparılırdı. Müharibənin başlanğıcında sovet əsgərlərini
komandirlərini öldürüb almanların tərəfinə keçməsinə çağıran səkkiz milyon ədəd
vərəqə çap olunub cəbhə bölgələrinə atılmışdı. Vərəqələrdə göstərilirdi ki, bu
hərəkətin qarşılığında almanlar sovet əsgərlərinə yaxşı münasibət bəsləyəcəklər.
(395, s. 168)
Qeyd edək ki, müharibənin ilk aylarında bir çox Qızıl Ordu zabitləri bu
vərəqələrdən istifadə edərək sərbəst şəkildə almanların tərəfinə keçmişdilər.
Müharibənin zamanı uzandıqca vərəqələrin də məzmununda dəyişikliklər
yaranırdı. Belə ki, vərəqələrdə xalqın dini hisslərinə müraciət olunur, kilsə və
məscidlərin yenidən açılacağı vəd edilirdi. Çərkəzlərin, gürcü və azərbaycanlıların
yaşadığı bölgələrə atılan vərəqələrdə isə kəndli və fəhlələr kolxoz və fabriklərin
Qızıl Ordu tərəfindən dağıdılmasına qarşı mane olmağa çağırılırdı. Bilavasitə
vərəqələr hazırlamaqla məşğul olan “Vineta” təşkilatının şefi Taubert Şərq
Nazirliyinə tabe olsa da, bu sahəyə rəhbərliyi Təbliğat Nazirliyi aparırdı. Bundan
əlavə, vərəqələrin hazırlanmasına sonradan Xarici İşlər Nazirliyi də cəlb
olunmuşdu. Taubertin 1943-cü ilin iyulunda Göbbelsə yazdığı bir məlumatda iki il
ərzində Şərq Nazirliyi üçün təyyarələrdən atılmaq məqsədi ilə 500 milyon vərəqə
və kitabça hazırlandığı, 60 milyon ədədin isə çapda olduğu göstərilirdi. Bundan
əlavə, türküstanlıların, azərbaycanlıların və gürcülərin öz dillərində “Almaniya
hürriyyət gətirir” məzmunlu kitabçalar da yayılırdı.
Qeyd edək ki, “Vineta” təbliğat şöbəsi Göbbelsin başçılıq etdiyi Təbliğat
Nazirliyində yaradılmışdı və Berlində yerləşirdi. Şöbənin üç xidmət növü vardı:
Fəal Təbliğat, Helman bürosu, Radioverilişlər redaksiyası. Fəal təbliğat xidməti
əsasən sovet hərbi qulluqçularının almanlar tərəfinə keçməsinə kömək göstərən
çağırış vərəqələri, plakatlar, qrammofon valları hazırlayırdı.
Helman bürosu işğal bölgələrindən Almaniyaya gətirilmiş SSRİ
vətəndaşları arasında kütləvi tədbirlər hazırlanması ilə məşğul olurdu.
Radioverilişlər xidməti isə SSRİ xalqları dillərində gündəlik verilişlər hazırlayıb
yaymlayırdı. Radioverilişlər xidməti rus, ukrayna, belorus, Pribaltika və Qafqaz
redaksiyalarından ibarət idi. Radioverilişin Qafqaz redaksiyasına professor Şayber,
sonralar Qafqaz almanı Lents rəhbərlik etmişdir. Qafqaz redaksiyası da milli
redaksiyalara bölünürdü: Azərbaycan, gürcü, erməni, Şimali Qafqaz, türkmən, tatar
və kalmık. Hər bir redaksiyada rəhbərdən əlavə, hərbi əsir və mühacirlərdən olan
beş nəfərə qədər tərcüməçi və diktorlar işləyirdilər. Onlar öz dilində radio ilə hər
gün Vermaxtın Ali komandanlığının cəbhə xidmətindəki vəziyyətlə bağlı
məlumatlarını, alman qəzetlərinin icmalını, tarix, mədəniyyətlər haqqındakı
verilişlərini səsləndirirdilər.
Qeyd edək ki, radioverilişin Azərbaycan redaksiyasına əvvəllər Şamaxı
rayonundan olan, sovetləşmədən sonra Türkiyəyə mühacirət etmiş, Tuğay
Məmmədov başçılıq etmişdir. Sonradan Azərbaycan redaksiyasına rəhbərlik Şəki
rayonundan olan Ənvər Qazıyevə tapşırılmışdı. Redaksiyada çalışanlar 300 marka
əmək haqqı, hər çıxışa görə əlavə 10 marka müəllif haqqı alırdılar. Redaksiya
proqramları sırasında “Anaya məktub”, “Novruzgülü”, “Milli müstəqillik”,
“Azərbaycan nə uğrunda döyüşür” adlı verilişlər də vardı. (100)
Almaniya dövləti vərəqə və kitabçalardan başqa türk-tatar və Qafqaz
xalqları üçün, siyasi parçalanma məqsədi daşıyan radio təbliğatından da istifadə
edirdi. Taubertin məlumatlarına görə, Təbliğat Nazirliyinin xətti ilə, Sov. İKP-nin
Stalinə qarşı olan “Leninçi” qrupunu müdafiə xarakteri daşıyan “Leninçi”
radiostansiyası da qurulub fəaliyyət göstərirdi. Bu radionu işlətməkdə məqsəd Sov.
İKP-ni bölmək, qruplar yaratmaq, qrapları bir-birinə qarşı qoyub sovet dövlətini
zəiflətmək idi (395, s. 170-171). Belə saxta “Leninçi” proqramlar sonradan
Sovetlər Birliyində danışılan hər dildə yayımlanır, ehtiyaca görə gündə bir və ya
iki dəfə efırdə verilirdi. Ümumilikdə isə, nasistlər həmin illərdə yeddiyə qədər
radiostansiyadan istifadə edirdilər. (237, s. 303)
1941-ci ilin 23 oktyabrında alman radiosu türkcə belə bir yayım vermişdi:
“Azərbaycanlılar! Milis təşkilatına girin! Əlinizə tüfəng, makinalı tüfəng və
cəbbəxana keçirməyə çalışın! Görəvinizi (vəzifənizi - N. Y.) yapın!” Lakin, bu
müraciət Türkiyənin “Xəbər” qəzetində təhrif edilərək aşağıdakı şəkildə verilmişdi:
“Azərbaycanlılar! Tüfənglər və makinalı tüfənglərlə silahlanın, gizli təşkilatlar
qurun! Məğlub edilmək üzrə olan düşmənləriniz bolşeviklərə qarşı savaşın.
Onlardan qorxmayın! Yurdunuzun qurtarılması üçün savaşın və bu şəkildə milli
hissiyyatınızı isbat edin!” (395, s. 172)
Qeyd edək ki, radio-müraciətlərdə yol verilən belə yanlışlıqlar alman
dairələrini narahat etmiş, Xarici İşlər Nazirliyinin bu işə müdaxiləsi güclənmişdi.
Şərq təmsilçisi Verner Otto fon Nentiq belə yanlışlığın aradan qaldırılması üçün
Təbliğat Nazirliyi ilə əlaqəyə girmişdi.
Qeyd etdiyimiz kimi, hərbi əsirlərə və legionerlərə münasibət də tədricən
dəyişir və getdikcə onlara daha çox hüquqlar verilirdı. Artıq 1942-ci ildən
başlayaraq hərbi əsirlərin yerləşdiyi düşərgələrdə və legionlarda poçt işi təşkil
edilmiş, qəzetlər nəşr olunmağa başlamışdı. Düşərgələrdə “Kliç”, “Zarya” adlı
qəzetlər nəşr edilir, həm də siyasi təbliğat xarakteri daşıyırdı. (371)
Ayrı-ayrı xalqların təmsilçiləri, legionerləri öz dillərində qəzetlər,
jurnallar, kitablar nəşr edirdilər. Məsələn, ruslar “Könüllü” (“Dobrovoleç”)
qəzetini nəşr edib legionerlər arasında yayırdılar.
Azərbaycan legionerlərinin yayımladığı “Azərbaycan”, “Hücum”
qəzetləri, “Milli Birlik” dərgisi Vermaxt tərəfindən maliyyələşdirilir, Azərbaycan
Dostları ilə paylaş: |