Krivoy-Roqun şimalında qoşunlarımızın əks-hücumları müvəffəqiyyətlə
nəticələnmişdir. Müdafiəmizə soxulmuş düşmən arxasından kəsilmiş və məhv
edilmişdir. Təxmini hesablamalara görə, oktyabrın 27-dən sonra 5000 əsir
tutulmuş, 357 tank, 378 top və 500-dən artıq avtomaşın ələ keçirilmiş və ya məhv
edilmişdir. Kəskin müqavimət göstərən düşmən hissələri xüsusilə ağır itki verməyə
düçar olmuşlar. Cənubi İtaliya cəbhəsinin cənub-qərbində düşmən böyük qüvvətlə
qoşunlarımızın mövqelərinə hücum etmişdir. Alman bombardmançıları dünən
Cənubi İngiltərə sahilində olan bir neçə limanlar üzərinə axın etmişdir.
Krımın şimal girişində, Xersonun bir məntəqəsində və Dneprin böyük
düşərgəsində düşmənin güclü tank və piyada qüvvətlərilə döyüşlər gedir. Sovet
qoşunları ağır itkilər verir.
Bir bölgədə hücum edən 40 sovet tankının 23-ü məhv edilmişdir. Kiyev
altında və onun şimalında sovet qoşunları tankların yardımı ilə hücumlarını davam
etdirmişlər. Onlar bir neçə yerdə cəbhəni yarmağa müvəffəq olmuşlar. Ağır
döyüşlər davam edir. Veliki Luki altında 32 sovet tankı məhv edilmişdir.
Şimal Buzlu dənizi üzərində hava döyüşlərində və zenit artilleriyasının
atəşilə 16 sovet təyyarəsi vurulmuşdur. Bizim itkimiz olmamışdır.
Alman təyyarələri 5 noyabr gecəsi London şəhərini bombalamışlar.
6 noyabr - Krımda, Kerçin hər iki tərəfində və Pereqor keçidində gedən
ağır döyüşlərdə alman-rumın hissələri tərəfindən sovet qoşunlarının hücumları
püskürtülmüşdür.
Dneprin aşağı axımında, Xerson və Niqopol məntəqələrində bizim
müdafıə
mövqeyimizə
edilən
düşmən
hücumları
püskürtülmüşdür.
Dnepropetrovskinin cənubunda düşmənin kəskin müqavimətinə baxmayaraq,
hücum edən qoşunlarımız irəliyə doğru hərəkət etmişlər. İlin əvvəlindən indiyədək
44-cü tank piyada diviziyası “Das Reyc” düşmənin 2000 tankını məhv etmişdir.
Sovetlər Kiyevdən şimalda döyüşə yeni qüvvələr gətirmişlər. Yarma
təhlükəsindən sağınmaq üçün bizim qoşunlar Kiyev məntəqəsindən geri alınmışlar.
Alman hava qüvvələri tərəfindən şərq cəbhəsində noyabrın 3-dən 5-dək 140 sovet
təyyarəsi məhv edilmişdir. Öz itkimiz 6 təyyarədir.
Təcili məlumatlarda deyilir ki, alman hava qüvvələri Aralıq dənizinin
qərbində düşmən yığnaqlarına ağır bir zərbə vurmuşdur. Bombardman təyyarə
birləşmələri Şimali Afrika sahilində düşmənin qoşunla dolu olan 22 nəqliyyat və
onlan mühafızə edən 8 qırıcı gəmisinə hücum etmişlər. Çoxlu bombardman və
torpedləmə nəticəsində cəmi 140 000 ton sututumu həcmində olan 13 nəqliyyat və
iki də qırıcı gəmi
elə zədələnmişdir ki, onları məhv olmuş hesab etmək olar”. (6)
Bundan əlavə, Berlində Azərbaycanın Milli Birlik Məclisinin orqanı
olaraq “Milli Birlik” jurnalı da nəşr edilirdi. Aylıq olaraq çap edilən jurnalda (1000
nüsxə tirajla) rəsmi məlumatlarla yanaşı, Azərbaycanın tarixi, müstəqilliyi ilə də
bağlı yazılara rast gəlmək mümkün idi. Jurnalın redaktoru Cəlil İsgəndərli, aparıcı
müəllifləri Ənvər Qazıyev, Cabbar Məmmədov və Lətif Kərimov idi. (96).