monarxiyanın özünü ədəbsiz aparmaqla xalqla razılaşmanı pozduğunu və bu
səbəbdən yeni avtokratiya ilə əvəz edilməli olduğunu hesab edirdilər.
Tarixi təcrübədən belə qənaətə cəlmək olar ki, əks baxışlara qarşı dözümlülük,
müxalifətin qadağan və ya məhv edilməsindən imtina normal davranış deyil.
Hər halda, azad cəmiyyətə sahib olmaq üçün qarşı tərəfin öz fikirlərini ifadə
etmək,
alternativ
siyasətin
yeridilməsinə
tərəfdar
çıxmaq
hüququ
qanuniləşdirilməlidir. Dözümlülük olmadığı halda siyasi və dini opponentlər
düşmənlərə çevrilirlər.
Cəmiyyətin normal həyatı yalnız bir-birinə qarşı olan tərəflər kompromisə
hazır olduğu halda mümkündür. Bu yalnız qarşı tərəfin öz fikirlərini təbliğ etmək
hüququnun tanınmasından deyil, həm də öz siyasi mövqe və meyllərində bir qədər
mülayimlikdən ibarətdir. Heç kim yalnız özünün həqiqətə sahib olduğundan əmin ola
bilməz. Məhz azad şəkildə ifadə edilmiş fikirlərin mübarizəsi cəmiyyət üçün
optimal
olan nəticəni verə bilər. İnkişaf etmiş cəmiyyətlərdə fundamentalistlər çıx kiçik olan
azlığı təşkil edirlər. Qərbdə xristian və yəhudilərin əksəriyyəti öz əcdadları qədər
inanclı deyillər. Kommunizm kimi başqa cür düşünənləri amansızcasına məhv edən
dünyəvi məzhəblər nəinki özlərinə yeni tərəfdarlar cəlb edə bilmir, hətta qismən
hakim elita üçün də öz cazibədarhğmı itirmişdir. 70 illik iqtisadi iflasdan sonra yeni
sovet rəhbərliyi doqmatik yanaşma üzərində israr etmək niyyətində deyil.
Çində kommunizmin hüdudlarından kənara çıxmaq istəyənlərin darmadağın
edilməsi, inqilabda iştirak etmiş yaşlı rəhbərlər tərəfindən həyata keçirilmişdir. Onlar
öz inanclarının tarixi həqiqəti əks etdirdiyinə inanaraq hakimiyyətə cəlmişlər. Bu
səbəbdən, onların başqalarının da haqlı olmasının, həqiqətin fərqli baxışların
tərəfdarları arasındakı mübahisədən tapılmasının mümkünlüyünü, onların və çin
xalqının məruz qaldıqları əzabların əbəs olduğunu qəbul etmələri demək olar ki,
qeyri-mümkündür...
Siyasi qüvvələr, partiya və qruplar yalnız öz dəyərlərini qorumur. Əcər onlar
hakimiyyət, var-dövlət və müəyyən statusa malik olduqda bunlardan
həmçinin ştatların insanları həbs etməsinə, araşdırma aparmasına və müvafiq hüquqi
proseslər olmadan onları məhkum etməsinə məhdudiyyət nəzərdə tutulurdu.
Birləşmiş Ştatların mövcud olduğu ilk dövrdə olduğu kimi dövlətlə
iqtisadiyyat arasındakı qarşılıqlı əlaqənin məhdud olduğu yerlərdə demokratiyanın
şansları daha çoxdur, tik vaxtlarda Birləşmiş Ştatlarda dövlət hakimiyyəti
ümumiyyətlə imtiyazların mənbəyi deyildi. Dövlətin paytaxtı olan Vaşinqton kiçik
cazibədar olmayan əyalət şəhəri idi. Amerikada Vaşinqtondan daha əhəmiyyətli və
maraqlı şəhərlər vardır. Bu səbəbdən elita orada işləmək və yaşamaq istəmirdi.
Konqresmenlərin əksəriyyəti konqresdə dörd ildən artıq qalmır və təkrar seçilmək
üçün namizədliklərini irəli sürməkdən imtina edirdilər.
Şimali Avropada zəif dövlətin mövcud olmasında maraqlı olan şəhər
burjuaziyası ilə torpaq aristokratiyası arasındakı konflikt kompromis həll variantı ilə
nəticələndi: monarxiya və aristokratiyanın öz statuslarını qoruduğu, onların
opponentlərinin isə müxalifətin hüquqlarım təmin edən qanunlar əsasında siyasi
hakimiyyətdən artan paya sahib olduqları daha azad dövlət yaradıldı.
Elitanı bunu etiraf etməyə məcbur etmək çətin olsa da, bir çox hallarda
cüzəştlər və demokratik hüquqların verilməsi imtiyazların saxlanılması üçün inadlı
müqavimətə nisbətən daha yaxşı yol hesab edilir. Çar Rusiyasında olduğu kimi ali
sinfin cüzəştə cetməkdən imtina etdiyi yerlərdə, fəhlə və kəndlilər barışmaz inqilabi
hərəkatları dəstəkləmişlər.
Birinci dünya müharibəsinə qədər alman sosial demokratları daha demokratik
olan qərb və şimal ölkələrdən siyasi nümunə cötürməyə çalışan qərbi alman
dövlətlərinə nisbətən daha az demokratik olan Prussiyada daha çox radikal
əhval-ruhiyyədə idilər. Eyni şəkildə Eransa və ümumilikdə
Cənubi Avropada olduğu
kimi, burjuaziyanın həmkarlar ittifaqlarının hüquqlarını təmin edilməsinə qarşı
çıxdığı yerlərdə fəhlə təşkilatları inqilabi qüvvəyə çevrilirdilər. Şimali Avropanın bir
çox ölkələrində
olduğu kimi həmkarlar