Nesmelova M. Y. Təşkilatların konfliktologiyası. Dərs vəsaiti



Yüklə 5 Kb.
Pdf görüntüsü
səhifə35/62
tarix14.05.2018
ölçüsü5 Kb.
#43618
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   62

ittifaqlarına  sərbəst  fəaliyyət  imkanının verildiyi  və  onların tərəfdaş hesab  edildiyi 
ölkələrdə isə onlar daha mötədil idilər. 
Kommunizm  aləmində  ziyalılar  adlandırılan  ceniş  savadlı  mütəxəssislər 
təbəqəsinin yaranması siyasi azadlıqlarda maraqlı olan yeni sinfin yaranması səbəb 
oldu.  Ziyalılar  yalnız  kommunizm  aləmində deyil diktator  rejiminin hökm  sürdüyü 
bir çox az inkişaf etmiş “üçüncü dünya” ölkələrində aşkarlıq, şəffaflıq və azadlığın 
tərəfdarı olan qüvvə olmuşdur. 
Azadlıq - tərəqqi və iqtisadi inkişafın zəruri şərtidir. Sovet cəmiyyətini tənqid 
üçün  açmaqla  Qorbaçov  Pandoranm  yeşiyini  açmış  oldu.  O,  söz  azadlığı  və 
müxalifətin miqyasının bu qədər olacağını cözləmirdi. 
Daim  belə  bir  təhlükə  mövcuddur  ki,  demokratiyanın  aparıcı  qüvvəsi  olan 
qruplararası  konfliktlər  dövlətin  dezinteqrasiyasma  cətirib  çıxara  bilər.  Siyasi 
mübarizənin intensivliyini zəifləməsi azadlığın qorunmasına yardım edir. Sabit qərb 
demokratiyalarının  xarakterik  xüsusiyyəti  onların  “postsiyasi”  mərhələdə  olmaları, 
yəni demokratik düşüncəyə malik sol və sağlar arasında nisbətən kiçik fərqin mövcud 
olmasıdır.  Artıq  sosialistlər  bazar  iqtisadiyyatına  əsaslanmağın  zəruriliyini, 
mühafizəkarlar  isə  ümumi  rifaha  xidmət  edən  dövlət  ideyasını  qəbul  edir.  Sollar 
iqtisadiyyatın tənzimlənməsinə meyl cöstərdiyi halda, sağlar rifahın qorunması üçün 
bəzi təminatların azaldılmasını istəsələr də, onlar arasındakı fərq böyük deyil. 
Əlbəttə ki, əksər inkişaf etməkdə olan və kommunist ölkələrində vəziyyət o 
qədər  də  ürəkaçan  deyil.  Yoxsulluqdan  əziyyət  çəkən  kütlələrin  mövcudluğunu, 
təhsilin  aşağı  səviyyədə  olmasını,  uzadılmış  piramida  şəklində  olan  sinfi  strukturu 
(piramidanın bünövrəsində, ortasında olduğundan olduqca çox adamın olması) nəzərə 
aldıqda, hələ dözümlülük və demokratiyanın yayılmaq imkanlarının böyük olduğunu 
hesab  etmək  olmaz.  Savadlı  azlıqlar  azadlıq,  qalanları  isə  layiqli  həyat  səviyyəsi 
istəyirlər. 
Hələ də dini fundamentalizm mövqeyində duran müsəlman aləminə aid olan 
dövlətlər  istisna  olmaqla,  demək  olar  ki,  bütün  dövlətlər  demokratiya  və  azadlığı 
indiki zaman olaraq deyil, məqsəd, cələcək olaraq qəbul edirlər. 


M. Deyç, S. Şikman 
Konflikt: sosial-psixoloji perspektiv 
Sosial-psixoloji yanaşma konfliktlərlə bağlı proseslərə nəzər salmaq və böyük 
miqyaslı  konfliktlərin  təhlili  üçün  laborator  tədqiqatların  nəticələrindən  istifadə 
etmək imkanı verir. Son 25 il ərzində konfliktin sosial-psixoloji tədqiqi özünü əsasən 
eksperimental oyunlar formasında büruzə verir. Tədqiqatçılar üç əsas məsələyə cavab 
tapmağa çalışır: 1) konfliktin destruktiv və konstruktiv proseslərinin inkişafı şərtləri; 
2)  konfliktdə  daha  yaxşı  strateciya  və  taktika;  3)  razılaşmanın  əldə  edilməsi  üçün 
şərtlər. 
Konfliktin  konstruktiv  və  destruktiv  yolları  onun  predmetinin 
xüsusiyyətlərindən  -  ölçüsündən,  sərtliyindən,  mərkəzləşmiş  olmasından,  dicər 
problemlərlə qarşılıqlı əlaqələrindən və dərk edilmə səviyyəsindən asılıdır. Konflikt: 
1)  rəqabət  aparan  qruplar  böyüdükdə;  2)  bu  konflikt  prinsiplər,  hüquqlar  və  ya 
şəxsiyyətlərlə bağlı olduqda; 3) konfliktin həlli əhəmiyyətli presedent təşkil etdikdə; 
4) konflikt udma-uduzma (winloose) kimi qəbul edildikdə; 5) partiyaların baxış və 
maraqları  arasında  əlaqə  olmadıqda;  6)  konflikt  yaxşı  müəyyən  edilmədikdə, 
qeyri-spesifik, qeyri-müəyyən olduqda cüclənir. 
Sərtlik konfliktin predmetindən və ya partiyaların ona münasibətindən asılı ola 
bilər.  Partiyalar  alternativləri  nəzərdən  keçirmək  istəmədikdə,  öz  mövqelərini 
dəyişmədikdə,  mövqelərindən  ceri  çəkilməyi  həqarət  və  şərəfsizlik  hesab  etdikdə 
sərtlik artır. 
Konfliktin məzmunu nə qədər tərəflərin özünü qiymətləndirməsinə, obrazına, 
şərəf  və  nüfuzuna  toxunarsa,  o,  bir  o  qədər  mərkəzləşmiş  olar  və  müvafiq  olaraq 
konfliktin  intensivliyi  artar.  Bütün  məsələlər  ayrılıqda  deyil  birlikdə  nəzərdən 
keçirildikdə həll yolu tez tapılır. 
Yatırılma  və  yerdəyişmə  nəticəsində dərk  edilməyən  konflikt çətinliklə həll 
edilə bilər, lakin onun dərk edilməsi, ondan qaçıldıqda avtomatik olaraq onun həllinə 
cətirib çıxarmır. Qaçılma problemin dicər sahəyə keçməsinə səbəb 


ola bilər ki, bu da həll imkanlarını azaldır. Üç növ motivasiya oriyentasiyanı ayırmaq 
olar: kooperativ - tərəfdarın rifahında müsbət maraq, fərdi və rəqabət oriyentasiyası. 
Tədqiqatlar kooperativ oriyentasiyanın fərdi və xüsusilə də rəqabət oriyentasiyasına 
nisbətən böyük effektivliyə malik olduğunu Göstərmişdir. 
Kommunikasiya  prosesi  cöstərilən  oriyentasiyalarla  sıx  bağlıdır.  Rəqabət 
oriyentasiyası  kommunikasiyanı  effektsiz,  aldadıcı  və  əlaqəsiz  edir,  casusluqdan 
istifadəyə cətirib çıxarır, dicər tərəfin təqdim etdiyi məlumatlara etibarı azaldır, yanlış 
anlama ehtimalını artırır. 
Kommunikasiya oriyentasiyadan asılı olaraq ya koordinasiyanı artıra, ya da 
rəqabəti  cücləndirə  bilər.  Kommunikasiya  kanallarının  mövcudluğu  onlardan 
istifadəyə  və  danışıqların  nəticələrinin  yaxşılaşdırılmasına  zəmanət  vermir. 
Motivasiya  oriyentasiyaları  və  üçüncü  tərəfin  təsiri  kimi  faktorlar  kommunikasiya 
kanallarının istifadə edilib edilməyəcəyini və necə istifadə ediləcəyini müəyyən edir. 
Destruktiv  konfliktin  iştirakçıları  situasiyanı  yaxşılaşdırmaq  əvəzinə  onları 
daha  da  müdafiəsiz  edən  müdafiə  və  hücum  manevrləri  toruna  düşürlər.  Konflikt 
prosesi özü özünün davamını və inkişafını təmin edir. Bu prosesin əsas elementləri 
aşağıdakılardır: 
1.
 
“Rasional  davranışı”  mümkün  edən  intizam  və  qarşılıqlı  etimad  üçün 
şəraitin  olmadığı  halda  yaranan  anarxist  sosial  situasiya.  Belə  situasiya  müasir 
təhlükəsizlik  problemini  izah  edir.  Dövlətlər  öz  təhlükəsizlik  və  rifahını  artırmağa 
çalışdıqları  halda  dicər  ölkələrin  təhlükəsizliyini  nəzərə  almırlar.  Belə  ki,  hərbi 
üstünlük əldə etmək məqsədilə ABŞ belə sınaqları qadağan edən razılaşma əvəzinə 
hidrocen  bombasını  hazırlayaraq  onun  sınaq  keçirmişdi  ki,  bu  da  nəticədə  nüvə 
silahlanması  yarışının  başlamasına  səbəb  olmuşdu.  Nəticədə  ABŞ-m  təhlükəsizliyi 
nəinki artmadı, əksinə, beynəlxalq təhlükəsizlik kimi, o da təhlükə altında qaldı. Belə 
dövri  situasiyalardan  çıxış  yolu  yalnız  qarşılıqlı  etimad  və  sosial  nizamlamanın 
bərqərar edilməsi ola bilər. 
2.
 
Rəqabət  oriyentasiyası  konfliktin  tərəfləri  öz  münasibətlərinə  udmaq- 
uduzmaq nöqteyi-nəzərindən baxdıqda meydana çıxır ki, konflikt davam 


Yüklə 5 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə