Nesmelova M. Y. Təşkilatların konfliktologiyası. Dərs vəsaiti



Yüklə 5 Kb.
Pdf görüntüsü
səhifə32/62
tarix14.05.2018
ölçüsü5 Kb.
#43618
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   62

îki münaqişənin təsvir edilməsi zamanı cavab verilməsi zəruri olan yuxarıda 
göstərilmiş suallardan əlavə aşağıdakı parametrləri də qeyd və analiz etmək lazımdır: 

 
münaqişənin səbəbləri; 

 
münaqişənin tipii; 

 
münaqişənin inkişaf mərhələləri (dinamikası); 

 
münaqişənin spesifik xüsusiyyətləri; 

 
münaqişənin tənzimlənib tənzimlənməməsi, əgər bəli, hansı metodlarla, 
əgər xeyr, onda nə səbəbə. 

 
Münaqişənin nəticələrinin nədən ibarət olması. 
Şəxslər  arasında  baş  verən  və  təşkilati  münaqişələrin  təsvir  edilməsindən 
sonra onları müqayisə etmək lazımdır. 
Beləliklə,  ikinci  işin  yerinə  yetirilməsi  zamanı  tələbələr  kursun  bütün 
mövzuları  haqqında  biliklərini,  zehniərini,  münaqişənin  empirik  indikatorlarını 
nümayiş etdirirlər. Materialın nə dərəcədə mənimsənilməsi, təcrübədə münaqişələri 
idarə etmə bacarığı yoxlanılır. 
İkinci işin tərtib edilməsi A4 formatında 5-6 səhifə olmaqla referat şəklində 
həyata keçirilir. İlkin konfliktoloji avtobioqrafiya tələbələr geri qaytarılır. 
Beləliklə,  konfliktoloji  sosial  avtobioqrafiya  «Konfliktologiya»  tədris 
kursunun ən mühüm elementidir. Onun vasitəsilə əldə edilmiş biliklərin səviyyəsinə 
nəzarət  həyata  keçirilir,  tələbələrin  yaradıcılıq  barıqları,  onların  məntiqi  və  yazılı 
formada konkret şəkildə düşünmək imkanları inkişaf etdirilir. Bu isə hər bir menecer, 
iqtisadçı,  hüquqşünas,  məmur  üçün  biznes-planın,  analitik  qeydin,  şifahi  çıxış 
mətninin, hesabatın, müqavilənin və s. tərtib edilməsi zamanı zəruridir. 
Tədris  praktikası  göstərir  ki,  milli tələbələrin  əksəriyyəti  yazılı  tapşırıqların 
yerinə  yetirilməsini  sevmir,  belə  ki,  biliklərinə  nəzarətin  şifahi  formada  olmasına 
üstünlük  verir.  Zənnimizcə  «şifahi  nəzarətə»  bu  cür  meyl  göstərməyə  səbəb  milli 
təhsil  sisteminin  passiv  olmasıdır.  Bununla  əlaqədar  olaraq  əldə  edilmiş  vərdiş  və 
bacarıqların aşkar edilməsinə mühazirənin 


əzbərlənmiş və məna cəhətdən aydın olmayan sitatlar deyi, məhz konfliktoloji sosial 
avtobioqrafiya yardım edir. 


III
 HISSƏ
.
 
KONFLİKTOLOCİYA
 MÜNTƏXƏBATI
 
I
 FƏSIL
.
 
MÜASİR
 
KONFLİKTOLOCİYANIN
 
AKTUAL
 
PROBLEMLƏRİ 
R. KoUinz 
Konflikt nəzəriyyəsi 
Konflikt  nəzəriyyəsini  izah  edən  ən  məhsuldar  ənənə  N.  Makiavelli  və  T. 
Qobbsdan K. Marks və M. Veberə qədər davam edən ənənədir. Əcər biz bu ənənənin 
konfliktin səbəbləri ilə bağlı müddəalarını onunla əlaqədar olmayan siyasi və fəlsəfi 
doktrinalardan ayırsaq, o, aşağıdakı şəkildə cörünər. 
N. Makiavelli və T. Qobbs insan cəmiyyətinə yanaşmada ədəbsiz realizmin 
əsas postulatının əsasını qoym uşlar. Fərdin davranışı təhlükə və zorakılıqlarla dolu 
maddi  dünyada  şəxsi  maraq  terminləri  ilə  izah  olunur.  Bununla  əlaqədar  olaraq, 
ictimai  asayişin  mütəşəkkil  məcburiyyətə  əsaslandığı  cöstərilir.  İdeoloji  inanclar 
mühiti (din, qanun) və ondan aşağıda yerləşən 


hakimiyyət  uğrunda  mübarizə  dünyası  mövcuddur;  ideya  və  əxlaq  qarşılıqlı 
əlaqələrlə  münasibətdə  əsas  deyil,  onlar  cəmiyyət  tərəfindən  yaradılır  və  konflikt 
tərəflərinin maraqlarına xidmət edir. 
K. Marks mübarizə aparan maraqlar üçün daha dəqiq bölünmə xətlərini əlavə 
etmiş  və  şəxsi  maraqları  hərəkətə  sövq  edən  və  öz  ideyalarının  ifadə  edilməsini 
mümkün edən maddi şərtləri qeyd etmişdir... 
Konflikt  nəzəriyyəsi  üçün  əsas  müddəa  insanların  ictimai  və  konfliktlərə 
meylli  olan  heyvanlar  olmasıdır.  Konflikt  nə  üçün  mövcuddur?  Hər  şeydən  əvvəl, 
konflikt  zorakı  məcburiyyətin  həmişə  sıfır  nəticəli  hərəkətlərdə  potensial  resurs 
olaraq mövcud olması səbəbindən mövcuddur. Bu hakimlik motivlərinin qaçılmazhğı 
haqqında heç nə demir; biz qəti olaraq bilirik ki, məcburiyyətə meyllilik mahiyyətcə 
xoş təcrübə deyil və nəticə etibarilə məcburiyyətdən istənilən, hətta çox kiçik şəkildə 
istifadə  üzərində  hakimlik  edilənlər  üçün  antaqonizm  formasında  konfliktə  cətirib 
çıxarır. Bu fakta əlavə olaraq qeyd etmək olar ki, xüsusilə dövlət tərəfindən cöstərilən 
məcburiyyət  iqtisadi  faydalara  və  emosional  mükafata  cətirib  çıxara  (və  onları 
başqalarına verməyə) bilər və biz resurs olaraq məcburiyyətin mövcudluğunun bütün 
cəmiyyətdə konfliktə səbəb olduğunu cörə bilərik. 
M.  Veberin  qeyd  etdiyi  kimi  əməkdaşlıq  üçün  əsas  ola  biləcək  emosional 
əsasın eyni zamanda mövcudluğu yalnız qruplar və bu konfliktlərdə istifadə olunan 
taktiki resurslar arasındakı fərqi artırır. 
R. Darendorf 
Sosial Konflikt nəzəriyyəsinə 
Sosial konflikt nəzəriyyəsinin vəzifələri 
Cəmiyyətin  ikili  təbiəti  və  sosioloji  nəzəriyyənin  iki  tipinin  dialektikası  daha 
məhsuldar tədqiqat obyektidir. Bununla belə dicər problem daha kəskin cörünür. Bu 
yaxınlardan  sosial  inteqrasiya  nəzəriyyəsi  etnolociya  və  sosiolociyaya 
struktur-funksional  yanaşma  olaraq  özünün  inkişafının  çiçəklənmə  dövrünə 
çatmışdır. Lakin bizim nəzəriyyəmiz hələ də başlanğıc 


vəziyyətdədir.  Bu  yanaşma  hər  yerdə  baş  verən  sosial  dəyişikliklərin  sosial 
konfliktlərin  postulat  kimi  qəbul  edilməsi,  sosial  strukturu  təşkil  edən  bütün 
elementlərin  “disfunksionallığı”  və  sosial  birliyin  məcburi  xarakterinə  əsaslanır. 
Müzakirələrimiz bizə bu nəzəriyyəyə dair bəzi tələbləri formalaşdırmaq imkanı verir: 
1.
 
Nəzəriyyə  elmi  olmalıdır  (məsələn sosial inteqrasiya  kimi),  yəni  empirik 
fenomenlərin həqiqi və sübut oluna bilən izahlarına əsaslanmalıdır. 
2.
 
Nəzəriyyəni  təşkil  edən  elementlər  cəmiyyətin  konflikt  modelinə  zidd 
olmamalıdır. 
3.
 
Tətbiq olunan kateqoriyalar nəzəriyyədəki oxşar inteqrasiyalarla mümkün 
qədər uzlaşdırılmalı və ya ən azından onlara uyğun olmalıdır. 
4.
 
Konflikt  nəzəriyyəsi  bizə  struktur  təsnifatından  sosial  konfliktlərin 
mənbəyini müəyyən etmək və bununla da bu konfliktləri sistematik inkişafda təqdim 
etmək imkanı verməlidir. 
5.
 
O,  həm  konflikt  formalarının  müxtəlifliyi,  həm  də  onların  intensivlik 
dərəcəsini nəzərə almalıdır. 
Sosial  nəzəriyyənin  son  vəzifəsi  ictimai  dəyişikliklərin  izah  edilməsindən 
ibarətdir,  inteqrasiya  nəzəriyyəsi  bizə  prosesin  başlanğıc  anını  müəyyən  etmək 
imkanı  verir.  konfLikt  nəzəriyyəsinin  vəzifəsi  elə  prosesi  və  ictimai  dəyişiklikləri 
idarə edən qüvvələrin yerinin müəyyən edilməsindən ibarətdir. O, konfliktin struktur 
başlanğıcını  aydınlaşdıracaq  model  yaratmalıdır.  Bu,  konfliktə  sosial  qruplar 
arasındakı  mübarizə  kimi  baxıldıqda,  yəni  vəzifəmizi  münaqişə  aparan  qrupların 
struktur analizini kiçildəcək dərəcədə dəqiqləşdirdikdə mümkün olur. Belə ehtimal 
nəzərə  alındıqda  konflikt  nəzəriyyəsinin  cavablandırmalı  olduğu  üç  sual  ön  plana 
çıxır. 
1.
 
Münaqişə aparan qruplar cəmiyyətin strukturunda necə meydana çıxır? 
2.
 
Belə qruplar arasındakı mübarizə hansı formaları ala bilər? 
3.
 
Belə qruplar arasındakı konflikt sosial strukturlardakı dəyişikliklərə necə 
təsir edir? 


Yüklə 5 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə