Konflikt nəzəriyyəsinin modeli
Amiranə şəkildə koordinasiya edilən qrupların daxilində sosial rolların dixotomiyası,
üstünlük təşkil edən müsbət və mənfi rollar sosial strukturda faktor olaraq çıxış edir.
Əcər sosial konfliktləri bu faktiki situasiyada müəyyən etmək mümkündürsə, onlar
struktur olaraq izah oluna bilərlər. Sosial konfliktin analizinin modelinə aşağıdakı
addımlar daxildir:
1.
Amiranə şəkildə koordinasiya edilən hər bir qrupda müsbət və mənfi
rolların sahibləri bir-biri ilə ziddiyyət təşkil edən cizli maraqları olan iki kvaziqrup
təşkil edir. Onları “kvaziqrup” adlandırmağımızın səbəbi qeyri- mütəşəkkil birlikləri
müzakirə etməyimizdir. Bu mərhələdə fikir ayrılıqları anlaşılmamalı olduğundan biz
“cizli maraqlardan” danışırıq. Burada maraqlar arasındakı ziddiyyət sırf formal
əhəmiyyətə malikdir, bu o deməkdir ki, status quo-nun saxlanılmasında olan maraq
üstünlük təşkil edən müsbət rollarla, status quo-nun dəyişdirilməsinə olan maraq isə
mənfi rollarla bağlıdır.
2.
Müsbət və mənfi rolların sahibləri, yəni bir-birinə qarşı olan kvaziqruplarm
üzvləri, müəyyən empirik fərqli şərtlər (təşkilatlanma şərtləri) maneə təşkil etdikdə,
aydın maraqları olan qruplarda təşkilatlanırlar. Maraqlı qruplar, kvaziqruplara zidd
olaraq, partiyalar və həmkarlar ittifaqları kimi, dəqiq maraqları proqram və
ideolociyalarda formalaşdırılmış mütəşəkkil birliklərdir.
3.
Bu qaydada yaradılmış maraqlı qruplar daim status quo-nun saxlanılması və
dəyişdirilməsinə qarşı çıxır. Konfliktin növ müxtəlifliyi və cərcinliyi empirik olaraq
dəyişən şərtlərlə (konflikt şərtləri ilə) müəyyən edilir.
4.
Maraqlar qrupları arasındakı konflikt, bu model nöqteyi-nəzərindən, hökm
sürən münasibətlərdəki dəyişikliklər vasitəsilə onların sosial münasibətlərinin
strukturunda dəyişikliklərə cətirib çıxarır. Bu növ təkamülün xarakteri, sürəti və
dərinliyi empirik olaraq dəyişən şərtlərdən (struktur dəyişiklikləri şərtlərindən)
asılıdır.
Belə modelin məqsədi problemləri bir-birindən ayırmaq, onlara uyğun
faktorları müəyyən etmək, onları qaydaya salmaq, yəni, məhsuldar
suallar
Bir daha qeyd etmək lazımdır ki, çətin ki, bu qeyri-sistematik mülahizələr
konflikt nəzəriyyəsinin əsasında dura bilsin. Lakin, buna baxmayaraq biz, həm nəzəri
səviyyədə, həm də empirik problemlərlə bağlı vacib suallar qoymaq imkanı verən
mövqe tuturuq. Sadalanan halların hər biri nəzəri olaraq istiqamətlənmiş tədqiqatlar
üçün məhsuldar obyekti ehtimal edir. Empirik tədqiqatlar mühitində belə tədqiqatda
faktorların sistematik şəkildə birləşdirilməsi suallarımızı təsadüfi uyğunluqlar
dünyasındakı ad hoc əlaqələrin təsadüfi axtarışdan yeri və əhəmiyyəti ümumi
perspektivlə möhkəmlənən xüsusi qarşılıqlı əlaqələrin mənalı tədqiqinə yönəldir.
Predmetin təbiətinə cörə, bizim bu nöqtəyə cəlib çatmağımız mütləq özündən sonra
formaca abstrakt olan bir şey qoymalıdır (...)
S.M. Lipset
Azadlıq və dözümlülük
Demokratiya siyasi liderlərdən və kütlədən hamının, o cümlədən onlarla razı
olmayanların öz fikirlərinin sərbəst və ceniş şəkildə ifadə etmək hüququnu tanımağı
tələb edir. Hakimiyyətdə olan insanlardan isə bundan əlavə öz vəzifəsini imtiyaz
şəklində sahib olduğu bütün üstünlükləri ilə birlikdə tərk etmək və hakimiyyəti
seçicilərin səsləri uğrunda mübarizədə onlara qalib cələnlərə təhvil verməyi tələb
edir. Təəssüf ki, yalnız Birləşmiş Ştatlar və əksər Avropa ölkələri kimi stabil
demokratiyaların vətəndaşları bu təcrübəni təbii hesab edir. Bütün bəşər tarixi
boyunca avtokratiyalar hakimiyyətdə olmuş, təbəələrə isə təşkilatlanmaq və hakim
elitaya qarşı öz fikirlərini ifadə etmək icazəsi verilməmişdir. Yalnız onların
inandıqları həqiqətin mövcudluğuna inanaraq din və dövlət müttəfiq idilər.
Müxaliflik, tənqid dini cəhətdən bidət, dünyəvi cəhətdən isə dövləti cinayət hesab
edilirdi. Bidətçilər və ya kalın əleyhdarları da,
öz növbəsində, özləri də
dözümlülüyü
təbliğ etmirdilər. Reformatorlar əmin idilər ki, onların dini opponentləri məhv
edilməli olan şeytani doktrinaların təbliğatçılarıdır. Dini olmayan dünyəvi qiyamçılar