Qeyd edilmiş hadisə bir daha təsdiq edir ki, hətta şəxsiyyətlər arasında olan
münaqişə belə təşkilatın məhv olmasına gətirib çıxara bilər, münaqişənin ilkin inkişaf
mərhələsində təsisçilər Şurasının fəaliyyətsizliyi isə destruktiv toqquşmanın
eskalasiyasma təkan verər, nəticə təşkilatın fəaliyyətinin dayanmasından ibarət ola
bilər. Misal həm münaqişənin qarşısının alınmasında də bir sıra səbəblərdən ibarət
olan çox kiçik effektivliyi də nümayiş etdirir.
Münaqişənin ilkin mərhələlərində kənar şəxsin müdaxilə etməsi üçün
obyektiv maneələr də mövcuddur.
İlk öncə, bu maneələr sosial-psixoloji xarakterə malikdir. İnsanlar öz
münasibətlərini müstəqil olaraq qurur, kənar şəxslərin münaqişəsi tərəflər üçün
xoşagəlməz və zəhlətökən təsir kimi görünə bilər.
İkincisi, əxlaqi maneələr də mövcuddur. Əksərən və haqlı olaraq münaqişə
tərəflərin şəxsi işi kimi qiymətləndirilir. Humanizm nöqteyi nəzərindən tərəflərin
razılığa gəlməyə məcbur edilməsi əxlaqi qaydalara uyğun deyidir.
Üçüncüsü, hüquqi xarakterli maneələr də mövcuddur. Belə ki, şəxsiyyətin öz
müqəddaratmı təyin etmə hüququnun məhdudlaşdırılması, müəyyən bir davranış
modelinin seçilməsinə məcburiyyət (hətta yaxşı niyyətlə olsa belə) qanunvericiliklə
ziddiyyət təşkil edə və qeyri-hüquqi ola bilər.
Bu səbəbdən də münaqişəyə müdaxilə etmə y alnız münaqişənin şəxsi və
qrupdaxili çərçivəni aşdığı və sosial cəhətdən təhlükəli olduğu zaman mümkündür.
Ümumiyyətlə, münaqişələrin qarşısının alınması elementlərə - iştirakçılara,
motivlərə, obyektlərə, qarşıdurmadan öncə istifadə olunan tip və vasitələrə təsirdən
ibarətdir.
2. Münaqişələrin qarşısının alınması üzrə fəaliyyət müxtəlifdir və yaranan
münaqişənin xarakterindən asılıdır. Münaqişələrin qarşısının alınmasının ən effektli
forması onların səbəblərinin aradan qaldırılmasından ibarətdir. Bu fəaliyyət
müxtəlif özünü səviyyələrdə göstərir.
1)
Ümumsosial səviyyə. O, sosial həyatın işini pozan mühüm iqtisadi, sosial,
siyasi faktorların üzə çıxarılması və aradan qaldırılmasından ibarətdir. Bu tip
faktorlara misal olaraq iqtisadiyyatda baş verən natarazlığı, müxtəlif sosial qrupların
həyat səviyyəsinin kəskin şəkildə fərqlənməsini, siyasi və sosial nizamsızlığı, qeyri
təşkilati və az effektiv idarə sistemi və s.
Onların qarşısının alınması cəmiyyətin bütün qruplarının maraqlarına müvafiq
olaraq sosial, iqtisadi və mədəni siyasətin ardıcıl şəkildə keçirilməsindən,
qayda-qanunun
və qanuniliyin möhkəmlənməsindən, cəmiyyətin mədəni
səviyyəsinin qaldırılmasından ibarətdir. Bütün cəmiyyətin maraqlarının həyata
keçirilməsinə yönəldilmiş sosial proqramların ardıcıl surətdə realizasiyası bütün
neqativ təzahürlərin universal şəkildə qarşısının alınmasıdır.
Münaqişələrin qarşısının alınması sahəsində mühüm rolu şəxsin hüquq və
azadlıqlarına olan hörmətin artırılması, etimadın möhkəmləndirilməsi, təcavüzlə
mübarizə istiqamətində dəyərlərin dəyişikliklərə uğraması üzrə cəhdlər tutur.
2)
Psixoloji səviyyə. Fərdi, psixoloji planda münaqişələrin səbəblərinin aradan
qaldırılması münaqişə aparan tərəflərin ilkin aqressiv niyyətlərini bloklaya bilən
kontrmotivlərin təsiri və irəli sürülməsindən ibarətdir.
Münaqişələrin qarşısının alınmasının növbəti və kifayət qədər efektli forması
əməkdaşlığın qorunmasıdır.
Əksər hallarda qarşıdurmadan öncə tərəflər neytral münasibətlərə malik olur
və hətta ola bilsin ki, əməkdaşlıq da edirlər. Bu səbəbədən də artıq mövcud olan hətta
minimal olsa belə əməkdaşlığı pozmamaq və artıq yaranmış münasibətlərin
konstruktivliyini qorumaq və artırmaq böyük əhəmiyyət kəsb edir.
Əməkdaşlığın qorunması və inkişafının bir neçə metodu mövcuddur. Onlardan
bir neçəsini nəzərdən keçirək.
1.
Razılıq metodu. Onun mahiyyəti potensial rəqibi öz işlərinə cəlb etməkdən,
ziddiyyətləri istisna edən və ümumi maraqlar yaradan şəraitlərin
yaranmasından ibarətdir.
2.
Praktiki empatiya metodu. O, opponetə qarşı psixoloji «köklənmə», özünü
onun yerinə qoyma, onun çətinliklərini anlamaq deməkdir. Təcrübədə bu
metod özünü xeyirxahlıq, əsassız düşmənçilik və aqressivliyin
olmamasında, mərhəmət hissinin göstərilməsində və həmkarına yardım
göstərməyə hazır olmaqda bizruzə verir.
3.
Həmkarın ad-sanının qorunması metodu. Rəqib - düşmən demək deyidir.
Rəqib hörmətə layiq ola bilər. Rəqibin avtoriteti və statusu şəxsi status və
avtoriteti qeyd edir, istənilən halda, şəxslərarası ünsiyyət qaydalarına
həmkara qarşı hörmət daxildir.
4.
Qarşılıqlı tamamlama metodu. Bu metod müştərək layihədə müəyyən
xarakteristikaların, həmkarın xüsusiyyətlərin istifadə imkanının mümkün
olduğu vəziyyətin yaranmasından ibarətdir. Həmin xüsusiyyətləri inkişaf
və istifadə edərək qarşılıqlı münasibət və əməkdaşlığı möhkəmləndirmək,
bir çox münaqişələrdən can qurtarmaq və qalib olaraq qalmaq mümkündür.
5.
Sosial diskriminasiyanm istisna edilməsi metodu. Bu metodun əsasını
partny orlar arasında fərqlərin və ya birinin digəri üzərində üstünlüyünün
qeyd edilməsinə yol verməməkdən ibarətdir. Beləliklə, yapon menecmenti
qaydalarıbelə deyir: «Hətta siz işinizi hamıdan yaxşı etsəniz belə özünüzü
qalib kimi aparmayın».
6.
Məziyyətlərin bölüşdürülməsi metodu. Kollektiv əmək şəraitində ümumi
xidmətləri işin iştirakçıları arasında bölüşdürmək daha məqsədəuyğundur.
Onun böyük hissəsinin bir nəfərin payına düşsə belə. Bu metod paxıllıq,
inciklik və münaqişəni əhatə edən və onu doğuran digər neqativ
momentlərdən xilas olmağa imkan verir.
7.
Psixoloji köklənmə metodu. Praktiki empatiya metodundan fərqli olaraq bu
metod partnyora obrazlı və pozitiv təsirdən ibarətdir. Ümumilikdə, bu təsir
partnyorun baş verə biləcək və gələcək dəyişikliklər haqqında vaxtında
xəbərdar edilməsi, onunla gələcək nəticələrin və s. müzakirə edilməsi
deməkdir.
Dostları ilə paylaş: |