yetirilməsinə hazır idi, bu səbəbədən də əla qiymətlə qiymətləndirilmişdir. Bu tip
situasiya qrupla şəxs arasında münaqişəyə səbəb ola bilər. Qrup şəxsin üzərinə
müəyyən bir
sanksiya tətbiq edə bilər
Şəxslər arasında baş verən münaqişə - təşkilatda baş verən Ən geniş yayılmış
münaqişədir. . O, hər şeydən çoxhansısa ehtiyyatlarm az olduğu zaman yaranır.
Məsələn, bir nüfuzlu vəzifəyə bir neçə namizədin olduğu zaman. Şəxslər arasında
olan münaqişələr həm də şəxslərin qarşıdurması kimi də özünü göstərə bilər. Müxtəlif
xarakterlərə, baxışlara və dəyərlərə malik insanlar bir-biri ilə normal münasibətlər
saxlaya bilmir. Hər bir təşkilatda daima ekstremal situasiyalar yaratmağa çalışan
münaqişəli insanlar mövcuddur.
Fərdin şəxsi münaqişələri həmçinin müxtəlif formalarda özünü biruzə verir.
Rol üzrə münaqişə daha geniş yayılmış münaqişələrdəndir. Bu zaman insan hesab
edir ki, ondan bir-biri ilə əlaqəsi olmayan tələbləri edən iki və ya daha artıq rol yerinə
yetirir və ya o, öz rolunu bir cür başa düşür, ətraf insanlar isə başqa cür. Məsələn,
həkim xəstələrlə öz uşağını uşaq baxçasmdan gətirmək zərurəti arasında qalır.
Nəhayət, fərdin şəxsi münaqişəsi işdə olan həddindən artıq məşqulluq və ya
qeyri-məşqulluğun nəticəsi ola bilərXədqiqatlar göstərir ki, bu tip münaqişə işdən
razılıq səviyyəsinin aşağı olması, özünə və təşkilata əminliyin az olması, eləcə də
streslə əlaqədar ola bilər.
Təşkilatda baş verən bütün münaqişələr iki növə bölünür: şaquli və maili
münaqişələrə. Maili münaqişələr əməkdaşların bir-birinin tabeliyində olmadıqları
zaman baş verir. Şaquli münaqişələrə təşkilatlarda daha tez-tez rast gəlinir
(tədqiqatlara əsasən - 70-80% qədər). Bu tip münaqişələrdə iştirakçılar hakimiyyətə
münasibətdə - tabelikdə olur. Hər bir rəhbər - tabe işçi cütünün münasibətlərində
məcburiyyət münasibətləri forması mövcuddur. Bir tərəfdən potensial məcburiyyətin
mövcudluğu rəhbər və işçinin məqsədlərinin üst-üstə düşməməsinə dəlalət edir, digər
tərəfdən isə münaqişəli situasiya yaradır.