formalaşmış elm deyidir. O, hərbi elmi, mədəniyyətşünaslıq, tarix, riyaziyyat,
pedaqogika, politologiya, hüquqşünaslıq, psixologiya, sosiobiologiya, sosiologiya və
fəlsəfə kimi bilik sahələri çərçivəsində təqdim edilir. Son illər yaranmış tədqiqat
mərkəzləri. Ali məktəblərin tədris planlarına «Konfliktologiya» fənninin daxil
edilməsi, kitab və dərs vəsaitlərinin nəşr edilməsi konfliktologiyanın formalaşma
mərhələsində olmasına dəlalət edir. Müasir Rusiya konfliktologiyası bu elmin
ümumbəşəri inkişafı ilə əlaqədardır. Bu səbəbdən də dünya konfliktologiyası
tendensiyaları onun vəziyyətinə müəyyən mənada öz təsiri göstərir. 80-ci illərin
sonları - 90-cı illərin əvvəlləri. Bu illər həll edilmə nəzəriyyəsi (conflict resolution)
adını almış sosial münaqişələrin öyrənilməsi sahəsində yeni istiqamət yaranır.
Hal-hazırda mütəxəssislərin diqqətini daha çox münaqişəli situasiyaların qarşısının
alınması və analitik şəkildə həlli metodları cəlb edir. Bir məqsəd olaraq qarşıya bütün
növ münaqişələrin həlli nəzəriyyəsi və «texnikası»nın yaradılmasına keçid vəzifəsi
qoyulmuşdur. Münaqişənin qarşısının alınması, onun idarə edilməsi və həlli
«biliklərin heç bir halda fərqləndirilməməsini qəbul etməyən» «adissiplinar tədqiqat
sferası»ndan ibarətdir.
4.
Konfliktologiyanın obyekti sosial hədisə olan münaqişədir.
Konfliktologiyanın predmeti sosial münaqişələrin genezis, fəaliyyət göstərmə,
inkişaf, idarə və həll edilmə qanunauyğunluqlarının tədqiqatıdır.
Bəs münaqişə nədir? Müasir konfliktologiyada sosial münaqişənin bir neçə
zəruri xüsusiyyətlər qeyd edilir:
1.
bir biri ilə münaqişəsi olan ən azı iki tərəfin mövcudluğu;
2.
ehtiyyatların az olmasına əsaslanan və bir-birini istisna edən dəyfərlər;
3.
bir-birinə qarşı yönəldilmiş fəaliyyət;
4.
tərəflərdən hər birinin digər tərf hesabına nə isə əldə edə biləcəyi qarşılıqlı
münasibətlər. Bu tərəflərin planlarının, fikirlərinin məhv edilməsinə
yönəldilmiş fəaliyyətdən ibarətdir;
5.
qarşıya qoyulmuş məsələlərin həlli, daha dəqiq desək, güc işlətmək
hesabına sosial ehtiyyatlar və mövqelərin mənimsənilməsi.
Bütün qeyd edilənləri ümumiləşdirərək münaqişənin tərifini verməyə
çalışmaq olar:
Sosial münaqişə - iki və ya daha artıq fərd və ya sosial qrup tərəfindən
maraqların, dəyərlərin üst-üstə düşməməsi əsasında güc bahasına hayata keçirilən
dinamik təsirdir.
Sosial münaqişələrin əsasını sosial ziddiyyətlər təşkil edir. Ziddiyyət - Hər bir
inkişafın, fəaliyyətin daxili mənbəyini əks etdirən kateqoriyadır. Bu kateqoriya
vasitəsilə ziddiyyətlərin vəhdəti və mübarizəsi formalaşır.
Ziddiyyət öz inkişafı öoyunca bir neçə faza keçir:
1.
eynilik fərqliliyə nisbətən üstünlük təşkil edir;
2.
başlanmış fərqin daha da dərinləşməsi, onun eynilik üzərində üstünlüyü;
3.
müxtəlif mühüm münasibətlərdə tərəflərin bir-birini istisna etməsi;
4.
bütün mühüm münasibətlərdə tərəflərin bir-birini istisna etməsi - ziddiyyət
fazası;
5.
ziddiyyət artıq yaranmışdır, və tərəflərdən biri öz maraqlarına müvafiq
olaraq və imkanlarından istifadə edərək onun həllini mürəkkəbləşdirir və
uzadır - münaqişə fazası;
6.
münaqişənin həlli - tərəflərin sabit tarazlığı münaqişənin əsasını qoymuş
şəraitlərin faktiki şəkildə aradan qaldırılmasının nəticəsi kimi yaranır, bu
isə hər iki tərfi razı salan yeni taraz münasibətlər yaratmağa imkan verir Bu
mərhələ «konsensus» anlayışı ilə xarakterizə oluna bilər.
Konsensus yalnız münaqişənin bitməsinin mümkün nəticələrindən biri kimi
Deyi, həmçinin cəmiyyətin və ya onun ayrı-ayrı hissəsinin münaqişəyə zidd olan
müəyyən vəziyyəti kimi başa düşülür.
Konsensus - istənilən bir cəmiyyətin böyük bir hissəsinin sosial qayda-
qanunun ən mühüm aspektlərinə münasibətlə razılığıdır.
5.
Münaqişələr haqqında elmin metodologiyasının formalaşmasına
sosiologiya, psixologiya, riyaziyyat kimi fənlər daha əhəmiyyətli təsir göstərmişdir.
Münaqişənin sistemli yanaşma əsasında öyrənilməsi ümumi şəkildə qəbul edilmişdir
(hər halda, milli konfliktologiyada). Alimlərin fikrinə əsasən, sistemli yanaşma tərzi
konfliktoloqu münaqişəni mürəkkəb, təşkil edilmiş, daim inkişaf edən, çoxsəviyyəli,
vahid sistem kimi tədqiq etməyə istiqamətləndirir.Sistemli yanaşma tərzindən istifadə
etmədən çox çətin ki, münaqişələrin təsvirini, izahını və ya onların qarşısının alınması
və ya konstruktiv şəkildə həlli üzrə tövsiyyələr vermək mümkün olsun.
Müasir konfliktologiyada münaqişənin təsvirinin universal sistemi
işlənmişdir. Həmin sistemin tərkibinə 11 əsas kateqoriya qrup daxildir: münaqişənin
mahiyyəti; struktur; tipologiya; funksiyalar; təkamül; genezis; dinamika;
münaqişənin məlumatı; münaqişənin qarşısının alınması; münaqişənin bitməsi;
tədqiqat və diaqnostika.
Münaqişələrin öyrənilməsinin əsas mərhələləri proqramın tərtib edilməsi;
konkret tədqiqat obyektinin müəyyən edilməsi; analiz metodikalarının işlənib
hazırlanması; proqramın və metodikaların pilotaj tədqiqi, işlənib sona çatdırılması;
ilkin münaqişəli məlumatın toplanması; toplanmış məlumatların kəmiyyət və
keyfiyyət cəhətdən işlənməsi; əldə edilmiş nəticələrin təhlili və izahı; nəticələrin,
praktiki tövsiyyələrin əsaslandırılmasından ibarətdir.
Konfliktologiyanm metodologiyası özündə məlumatın toplanması və təhlil
edilməsi metodlarının müəyyən bir cəmini ehtiva edir.
Konfliktologiyada məlumatların toplanması metodlarına aşağıdakılar aiddir:
1.
Müşahidə - konfliktoloq tərəfindən iştirak etdiyi hadisə və şəraitlərin
birbaşa qeydiyyatı. Aktiv və passif müşahidə üsulu mövcuddur.
2.
Sənədlərin öyrənilməsi - münaqişələr haqqında əlyazma və ya çap mətni ilə
yazılmış, kompyuter disketi, kino lenti və s. olan məlumatın tədqiq
edilməsi. Bir qayda olaraq KİV materialları öyrənilir.
3.
Sorğu - müəyyən insan qruplarına suallarla müraciət edərək məlumat
toplanması. Anket sorğusu və müsahibə mövcuddur.
Dostları ilə paylaş: |