Münaqişənin klassik tədqiqatına adətən həm də aşağıdakılar aid edilir:
•
Cəmiyyətin sinfi və sosial strukturu, qədim cəmiyyətlərdə münaqişələr üzrə
M. Veberin elmi işləri;
•
İnsanların tələbatlarının ödənilməsi ilə münaqişə arasında əlaqəni göstərmiş P.
Sorokinin elmi işləri. O, münaqişənin mənbəyini insanın qidaya, geyimə və
mənzilə olan tələbatlarının ödənilməsinə görürdü. Sorokin qeyd edir ki,
tələbatlar özləri özlüyündə deyi, onların ödənilməsi vasitələri mühüm
əhəmiyyət kəsb edir;
•
R.Parkı elmi işləri. Həmin işlərdə ilk dəfə olaraq münaqişə və rəqabət arşında
olan fərq göstərilmişdir. Amerika aliminin fikrinə əsasən münaqişə hər bir
zaman şəxsi xarakter daşıyır və rəqibin aşkar şəkildə iştirakını tələb edir;
rəqabətə gəldikdə isə bir-birini tanımayan və ya hətta bir-birinin mövcud
olmasından belə xəbərdar olmayan insanlar, qruplar, təşkilatlar və s. Arasında
belə
mövcud ola bilər;
•
Z. Freydin şəxsi münaqişələri tədqiq etdiyi, «şəxsiyyatin münaqişə
konsepsiyasını» təsdiqlədiyi, şəxsiyyətlər arasında münaqişələrin səbəblərinin
axtarılması zərurəti haqqında nəticə çıxardığı elmi işləri;
•
K. Levinin elmi işləri. Burada o, individ ilə mühit arasında tarazlığın
pozulduğu zaman gərginlik atında olan dinamik davranış sistemi
konsepsiyasını işləmişdir. Bu gərginlik münaqişə formasında təzahür edir.
Münaqişənin mənbəyi qrupun liderinin əlverişsiz fəaliyyət stili ola bilər,
münaqişələrin həll edilməsi isə şəxsiyyətin motivasiya sahəsinin və
individlərin qarşılıqlı təsir strukturlarının yenidən bərpası vasitəsilə
mümkündür.
2.
XX əsrin 30 - 50-ci illərində münaqişənin tədqiq edilməsi arxa plana keçdi.
Cəmiyyətə sabitlik gərək idi və tədqiqatçılar onu öz nəzəriyyələrində
formalaşdırmağa cəhd edirdilər. Dünya sosial fikrində aparıcı təmsilçisi amerikalı T.
Parsons olan «nizam nəzəriyyəsi» üstünlük təşkil edirdi.
«Münaqişə nəzəriyyəsi» «nizam nəzəriyyəsinin» alternativi kimi 1956-cı ildə
L. Kozerin «sosial münaqişənin funksiyaları» elmi işində meydana
gəlmişdir. 1959-cu ildə bu termin bir daha R. Darendorfun «Sənaye cəmiyyətində
siniflər və sinfi münaqişə» işində istifadə edilir.Lakin münaqişə nəzəriyyəsinin nəzəri
model kimi həqiqətən meydana gəlməsi 1961-ci ildə, Londonda C. Reksin «sosioloji
nəzəriyyənin mühüm problemləri» kitabının çap edilməsi zamanı baş vermişdir.
60-cı illər həmin dövrdə qərb cəmiyyətində baş verən həyəcanların izah
etməyə çalışan «münaqişə nəzəriyyəsi» şüarı altında keçmişdir: yeni sollar hərəkatı,
Vyetnamda gedən müharibəyə qarşı tələbə iğtişaşları. «Nizam nəzəriyyəsi»nin
tənqidçiləri müxtəlif ideoloji mövqeləri tuturdular. Onlar arasında sol fikirlərin
təmsilçiləri (C. Reks), sağ liberal partiyasının üzvləri (R. Darendorf) də var idi, lakin
bununla yanaşı onların konsepsiyaları münaqişə nəzəriyyəsi çərçivəsində birləşmişdir.
Cədvəl. «Nizam nəzəriyyəsi» və «münaqişə nəzəriyyəsi»nin
mühüm müddəalarının müqayisəli təhlili
NİZAM NƏZƏRİYYƏSİ
MÜNAQİŞƏ NƏZƏRİYYƏSİ
1. norma və dəyərlər ictimai həyatın
mühüm elementləridir
1. Maraqlar - ictimai həyatın mühüm
elementləridir
2. ictimai həyat özündə öhdəlikləri ehtiva
edir
2. İctimai həyat özündə
stimul və
məcburiyyət ehtiva edir
3. cəmiyyətdə birləşmək zəruridir
3. İctimai həyatda
bölünmə zəruridir
4. Sosial həyat həmrəylikdən asılıdır
4. Sosial həyat ziddiyyət, istisna və
düşmənçilik doğurur
5. İctimai həyat qarşılıqlı münasibətlərə və
əməkdaşlığa əsaslanır
5. Sosial həyat struktur münaqişəsi
doğurur
6. Sosial sistemlər razılığa əsaslanır
6. sosial həyat sinfi maraqlar doğurur
7. Cəmiyyət rəsmiləşdirilmiş avtoriteti
7. sosial fərqlər hakimiyyətin
qəbul edir
mövcudluğundan xəbər verir
8. Sosial sistemlər
vəhdət təşkil edir
8. sosial sistemlər ziddiyyətlərlə fərqlənir
və
əhatə olunmuşdur
9. Sosial sistemlər dəyişilməz olaraq qalır 9. sosial sistemlər daim dəyişikliklərə
uğrayır
«Münaqişə nəzəriyyəsi» tənqidçiləri adətən konfliktoloqların sosial həyatın
normativ-dəyərli
aspektlərinin kifayət qədər dəqiq
qiymətləndirilmədiyini qeyd edirdilər. Onlar həmçinin hesab edirdilər ki, «nizam
nəzəriyyəsi» açıq qarşıdurmaları tamamilə inkar etmir, bu səbəbədən də
konfliktoloqların nəzəri müddəalarını məhz «nizam nəzəriyyəsi» məcrasında inkişaf
edən nəzəriyyə kimi nəzərdən keçirmək olar.
3.
XX əsrin 70-ci illərindən etibarən konfliktologiya fənlərarası bir elm kimi
inkişaf etməyə başladı. Konfliktologiya sosiologiya, politologiya, hüquq fənləri,
iqtisadiyyat, etnoqrafiyə tarix, psixologiya və s. Kimi elmlərin biliklərini sintez
etməyə çalışır.
Müasir konfliktologiya iki bölmədən ibarətdir: münaqişə nəzəriyyəsi və
münaqişənin inkişafının idarə edilmə texnologiyaları. Qeyd edilmiş fənlər tərəfindən
müasir
konfliktologiyaya
verilən
töhvə
tamamilə
fərqlidir.Sosioloqlar
konfliktologiyanm nəzəriyyə və metodologiyasını işləyib hazırlamışlar. Psixoloqlar
ənənəvi şəkildə fərdlər arasında və şəxsi münaqişələrin nəzəriyyəsini öyrənir,
psixotreninqlər tətbiq edirdilər. Hüquqi- siyasi fənlər əsasən beynəlxalq münaqişələri,
etnosiyasi qarşıdurmaları tədqiq edirdilər.
Ölkəmizdə konfliktologiya elmi kifayət qədər mürəkkəb inkişaf etmişdir.
Sovet hakimiyyəti dövründə sosial cəmiyyətin «münaqişəsizlik nəzəriyyəsi» hökm
sürürdü. Münaqişələr şəxsi və təşkilatdaxili səviyyələrdə qəbul edilirdi.
Konfliktologiyanm inkişafı faktiki olaraq 80-ci illərin sonlarında başlamışdır.
Rusiya konfliktoloqları Qərb təcrübəsi ilə Rusiya xüsusiyyətlərinin sintezini
yaratmağa cəhd edirlər. Milli konfliktologiya tam