Münaqişədə vasitəçilik. Rəsmi və qeyri-rəsmi vasitəçilər. Münaqişə zamanı
üçüncü tərəfin rolu: münsif hakim, arbitr, vasitəçi, yardımçı, nəzarətçi.
Mediasiya prosesi və onun əsas mərhələləri. Vasitəçinin fəaliyyətinin
səmərəliliyi. Mediasiya prosesinin texnikası: refleksiv müdaxilə, kontekstual
müdaxilə, sərbəst müdaxilə. Təşkilati münaqişələrin tənzimlənməsində rəhbərin rolu.
Mövzu 6. Münaqişələrin həll edilməsi zamanı
danışıqlar prosesi - 12 saat
Münaqişə zamanı danışıqlar. Danışıqlar - münaqişənin «ehtiyyat çıxışı» kimi
(T. Şellinq). Danışıqlar münaqişədən çıxış vasitəsi kimi (A. Rappoport, Q. Rayffu).
Harvardm konfliktologiya məktəbi (R. Fişer, U. Yuri).
Danışıqların təsnifatı: qüvvədə olan müqavilələrin uzadılması haqqında
danışıqlar, normallaşdırma haqqında danışıqlar, yenidən təyin etmə haqqında
danışıqlar, yeni şəraitlərin yaradılması haqqında danışıqlar.
Danışıqların funksiyası. Danışıq iştirakçıhrmm müştərək qərarlarının tipləri.
Danışıqlar prosesinin mərhələləri: danışıqlara hazırlıq, danışıqların aparılması,
danışıqların nəticələrinin analizi və əldə edilmiş razılıqların yerinə yetirilməsi.
Danışıqların texnologiyası. Danışıqların prinsip və üsulları.
Mövzu 7. İstehsalat münaqişələri və
sosial əməkdaşlıq - 7 saat
İstehsalat münaqişələri təşkilati münaqişələrin bir növü kimi. «Əmək
münaqişəsi» anlayışı. İstehsalat münaqişəsinin formaları: abstenteizm, sabotaj,
istehsalatın məhdudlaşdırılması və əməkdaşlıqdan imtina, tətillər. İstehsalat
münaqişələrinin mənbələri.
Tətil istehsalat münaqişəsinin forması kimi. Klassik, kor-təbii, ümumi, sahəvi
tətillər, ayrı-ayrı təşkilatlar səviyyəsində olan tətillər. Siyasi, sadə, iqtisadi,
«italyansayağı», işğalçı, fəal, simvolik, informasiya tətili. «İşin ləngidilməsi» tipli
tətil. Tətillər.
Tətilin səbəbləri. Tətilin inkişaf mərhələləri. Tətilin sona çatması.
«Sosial əməkdaşlıq» anlayışı. Xarici ölkələrdə sosial əməkdaşlıq təcrübəsi.
Rusiyada sosial əməkdaşlıq sisteminin formalaşma problemləri. Kollektiv danışıqlar.
«Rusiya Federasiyasında kollektiv müqavilə və razılaşmalar haqqında» Federal
Qanun (1992). Rusiya Federasiyasının ayrı- ayrı subyektlərində əmək
münaqişələrinin spesifik xüsusiyyətləri: Moskva şəhəri. Tatarıstan Respublikası və s.
Mövzu 8. Təşkilatlarda fərdlərarası, şəxsi və
digər münaqişələrin həllinin diaqnostikası
və vasitələri - 14 saat
Konfliktologiya təcrübi elm kimi: institutlaşdırmanm perseptivləri. Tətbiqi
konfliktologiyanm metodları: söhbət, konkret situasiyanın təhlili, rollardan və
situasiyadan asılı olan treninq, oyun, fərdi və qrup şəkilli məsləhət, real münaqişəli və
problemli
situasiyalarda
işləmə.
Konfliktologiyada
sosial-psixoloji
və
psixoterapevtik imkanlar və məhdudiyyətlər.
Şəxsiyyətin münaqişə yaratma səviyyəsinin, onun stresə davam gətirməsinin
müəyyən edilməsi. Şəxsiyyətin aqressivlik səviyyəsinin müəyyən edilməsi.
Ətrafdakıları dinləmə bacarığının qiymətləndirilməsi. Kiçik qruplarda fərdlər
arasında münasibətlərin təyin edilməsi. Problemin qrup şəklində münaqişəli
müzakirəsi. Münaqişə zamanı davranışın və onun tənzimlənməsi vasitələrinin
müəyyən edilməsi (K. Tomas tərəfindən aparılan test). Ünsiyyətinik, səbirlilik və
fərlin şəxsi münaqişəlilik səviyyəsinin aşkar
edilməsi. «Danışıqlar», «Razılığa gəlmə yollarının aşkarı» treninqi. İşgüzar oyun:
«Təşkilatda münaqişəli situasiya».
FƏSİL II. TƏŞKİLATLARIN KONFLİKTOLOGIYASI
ÜZRƏ MÜHAZİRƏ KURSU
Mövzu: KONFLIKTOLOGIYA ELMİ VƏ TƏDRİSİ FƏNN KIMI
1.
Münaqişənin klassik tədqiqi.
2.
«Münaqişə nəzəriyyəsi» «nizam nəzəriyyəsinin» alternativi
kimi.
3.
Konfliktologiya müstəqil fənn kimi.
4.
Konfliktologiyanın obyekti və predmeti. Konfliktologiyanın
əsas anlayışları.
5.
Konfliktologiyanın metodologiyası.
1.
Münaqişə fenomeninin dərk edilməsi fəlsəfə çərçivəsində başlanmış və
əsasən mücərrəd xarakter daşımışdır. Münaqişənin fəlsəfi nöqteyi nəzərdən müzakirə
edilməsi sahəsində Heraklit, Platon, Gegel və digərləri tərəfindən ikişaf etdirilmiş
ziddiyyətlər və əks tərəflərin mübarizəsi haqqında təlim mühüm əhəmiyyət kəsb edir.
Münaqişələrin öyrənilməsi sahəsinə sosial- darvinizm nəzəriyyəçiləri (Q. Spenser, U.
Samner və başqaları) müəyyən töhvə vermişlər. Onlar biologiyanın təbii seçim
prinsiplərini sosial biliklərə köçürməyə çalışır və bunu individ və qrupların sağ qalma
uğrunda mübarizələrinin cəmiyyətdə tarazlığın əldə edilməsi, ictimai inkişaf
prosesinin təmin edilməsi ilə izah edirdilər. Münaqişələrin elmi tədqiqatı klassik
sosiologiya çərçivəsində başlanmışdır: burada adətən iki ad yada düşür - K. Marks və
G. Zimmel.
Klassik marksizm konfliktologiyasmın əsas müddəaları aşağıdakılardan
ibarətdir:
1.
Sosial münasibətlər sistemli xarakter daşıyır, lakin bununla yanaşı
münaqişəli maraqlarla zəngindir.
2.
Sosial sistem daim münaqişə yaradır.
3.
Münaqişə sosial sistemlərin qaçılmaz və çox geniş yayılmış bir xassəsidir.
4.
Münaqişə maraqların ziddiyyət təşkil etdiyi zaman meydana çıxır.
5.
Münaqişələr adətən ehtiyyatların, xüsusilə də əmlak və hakimiyyəti kifayət
qədər olmadığı zaman yaranır.
6.
Münaqişə - sosial sistemlərin dəyişikliklərə uğramasının əsas mənbəyidir.
Marks hesab edirdi ki, müəyyən şərait çərçivəsində məxvi sinfi maraqlar aşkar
maraqlara çevrilir, bu isə cəmiyyətin inqilabi münaqişədə birləşən iki sinfə
bölünməsinəgətirib çıxarır. Marksm bu müddəası onun münaqişə konsepsiyasının
tənqidi üçün əsas müddəa olmuşdur. Əslində isə, münaqişələrin yalnız sinfi
münaqişələrdən ibarət olmasını söyləmək düzgün olmazdı. Bu, işin həqiqi
mahiyyətini sadələşdirir.
Georq Zimmel münaqişəni universal hadisə hesab edirdi. Vahid və harmonik
qrup və ya cəmiyyət ümumiyyətlə təsəvvür edilə bilməz, belə ki, onlan müstəqil
inkişaf etmə mexanizminə malik deyi. Cəmiyyətin inkişafı üçün zruri zəmin məhz
münaqişədir və bu səbəbdən də o funksionaldır. Zimmelin fikrinə əsasən münaqişə
məxsusi vəhdətin əldə edilməsi vasitəsidir, hətta bu vəhdət münaqişədə iştirak edən
tərəflərdən birinin məhv edilməsi bahasına əldə edilsə belə. «Münaqişə
sosiologiyası» termininin yaradıcısı Zimmeldir. Həmin termin 1908-ci ildə
«Sosiologiya» elmi işinə daxil edilmişdir.
Marks və Zimmel iki müasir tədqiqat ənənəsinin əsasını qoymuşlar:
münaqişənin dialektik konsepsiyasının (əsas nəzəriyyəçi - R. Darendorf) və
münaqişənin funksional konsepsiyasının (əsas nəzəriyyəçi - L. Kozer).
Dostları ilə paylaş: |